Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə3/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   2   3   4   5   6   7   8   9   ...   167

göyərmə  yaradır.  Adam  öləndən  sonra  bu  olmur.  Atropin  göz 

qabağını böyüdür-bu da istifadə olunan metodlardan biridir. Əlbəttə 

bütün  vasitələr  yaxşıdır,  əsas  məsələ  odur  ki,  səhvə  yol 

verilməsin-təəssüf ki, bu cür səhvlərə hələ də rast gəlinir. İngiltərədə 

portativ  kardioqrafdan  istifadə  olunur-ondan  ilk  dəfə  istifadə 

olunanda 23 yaşlı qızın hələ ölmədiyi aydınlaşmışdır. 1964-cü ildə 

Nyu-York xəstəxanasında “meyidi” həkim  yaranda o cərrah bıçağı 

dəyən 


kimi 

yerindən 

sıçramış 

və 


cərrahı 

boğmağa 


başlamışdır-cərrahın  səhvi  onun  həyatı  bahasına  başa  gəlmişdir-o 

boğulmaqdan yox,şokdan ölmüşdür. Biz minlərlə məlum faktlardan 

bir  neçəsini  sadaladıq-bu  cür  faktların  təsvirinə  Platonun 

“Dialoq”unda,  Plineyin  “Təbii  tarix”ində,  Plutarxın  “Müqayi-səli 

həyat  təsviri”ndə  və  digər  mənbələrdə  rast  gəlmək  olar.  Bunları 

deməklə  ölüm  anlayışının  necə  də  mürəkkəb  olduğunu  göstərmək 

istədim.  Bu  mürəkkəblik  haqqında  başqa  planda  olan  faktlar  da 

danışır.  Əgər  bioloqun  nöqteyi-nəzərindən  ölüm  probleminə 

yanaşsaq,  o  həyatdan  ayrılmazdır.  Məsələ  ölümün  həyatın  ardınca 

gəlməsində deyil,məsələ ölümün həyatın özünü təmin etməsindədir. 

Ən bariz nümunə dərimizin hüceyrələri ,onun üz təbəqəsidir. Dərinin 

üst hüceyrələri ölü olur. Bu yanparlaq kristallardır,bir-birinə nazik 

piy qatlan ilə birləşmişdir. Bu hüceyrələr keratinlə dolmuşdur. Onlar 

müəyyən  vaxt  ölürlər,sonra  dəri  onları  atır  və  onların  yerinə 

başqaları gəlir. Bütün bunlar planlı prosesdir,həyat naminə fasiləsiz 

canvermə  prosesidir.  Bu  ölü  hüceyrələr  onun  altında  olan  nazik 

toxumaları  qoruyur.  Bu  cür  müdafiə  zəruridir,belə  ki,həqiqi  canlı 

hüceyrələr  bilavasitə  hava  ilə  toxunmaya  tab  gətirmirlər.  Kristal 

hüceyrə  toxumaları  canlı  hüceyrələrdən  yaranınonlar  tədricən 

dərinin  üstünə  sıxışdırılır  və  burada  onlar  canlı  yox,ölmüş 

vəziyyətdə öz vəzifələrini yerinə yetirirlər. Bu ölü vəziyyətində belə 

onlar  bütün  canlı  orqanizm  üçün  həyati  əhəmiyyət  kəsb  edən 

funksiyalar  yerinə  yetirir.  Bəs  onda  ölümü  necə  başa  düşək? 

Funksional planda o həyatın bir 




hissəsidir-bu  belədir?  Yeri  gəlmişkən,bu  hüceyrələr  hər  hansı 

uyğunsuzluq və ya çatışmamazlıq səbəbindən ölmürlər. Onlar özləri 

özlərini  öldürürlər  ki,cansız  vəziyyətə  keçməklə  orqanizmin  öz 

həyat funksiyasım yerinə yetirməsini təmin etsinlər. Hüceyrə dərinin 

üstünə çıxana qədər onda öz funksiyasını yerinə yetirməyə hazırlıq 

başinır-qabıq  hazırlığı  başlanır.  Bunun  üçün  hüceyrə  özünə  zəhər 

hazırlayır-bu fıbroz kerafınidir. Beləcə bütün hüceyrə qəmi təbəqə 

ilə örtülür 

Beləliklə  həyatı  ölümdən  keçilməz  maneə  ilə  ayımıaq 

çətindir. Əgər bu hüceyrələr ölüdürsə onda alim bioloqların sözləri 

ilə de.sək:”bizim bədənimiz həqiqi mənada ölümlə örtülüdür.” Biz 

gün  ərzində  yarım  milyondan  çox  ölmüş  hüceyrə  atırıq.  Əslində 

bizdə  görünən  hər  şey  -ölüdür.  Həyat  bu  ölü  təbəqənin  arxasında 

gizlənmişdir-bu cür nəticə xoşagəlməzdir. Bəlkə ona görə də ölümə 

bu cür tərif verməkdən imtina edək və belə hesab edək ki,biz qismən 

yox, tam canlıyıq,sağıq. Hüceyrələrin nümunəsindən gördük ki,can 

vermə,ölüm.həyatın  ayrılmaz  hissəsidir.  Bu  yalnız  dərinin 

hüceyrələrinə  aid  deyildir.  Yeni  hüceyrələr  canlı  orqanizmdə 

fasiləsiz  olaraq  yaramr.  Yaşlı  orqanizmdə  onlar  nə  qədər 

ölürlərsə,bir o qədər də yaramrlar-beləcə orqanizm fasiləsiz olaraq 

yeniləşir.  Bütün  bunlar  planlı  gedir,  hüceyrənin  ölümü 

arzuolunmaz.faciəli  bir  şey  deyildir.  Əksinə  onların  ölməməsi 

faciədir-deməli ölüm həyatın normal inkişafını təmin edir. Ola bilsin 

bütün  bunlar  heyvanlarda  daha  aydın  müşahidə  olunur.  Müəyyən 

edilmişdir  ki,  quşlarda  qanad  o  vaxt  inkişaf  edir  ki,rüşeymdəki 

inkişaf  edən  qanadın  xüsusi  lət  (heyvan  dərisinin  altındakı  pərdə) 

hüceyrəsi  müəyyən  olunmuş  vaxtda  ölür.  Bu  başqa  hüceyrələrin 

inkişal'ı  üçün  şərait  yaradır  və  uçma  əzələlərini  yaradır-burada  da 

həyatın  tam  fəaliyyətinə  ölüm  vasitəsilə  çatılır.  Qurbağalarda  da 

buna  oxşar  vəziyyətdir.  Çömçəquyruğun  uzun  əzələli,qüvvətli 

quyruğu var. Təqribən on dörd həftədən sonra cavan qurbağa quruya 

atılmağa hazırlaşanda onların quyruğu yox olur-onu çömçəquyruğun 

özü 



yeyir. Bunun üçün onun daxilində xüsusi hərəkətli hüceyrə var və 

daxildən lazımsız quyruğu yeyir. Beləcə həyat özü-özünü məhv edir 



ki,orqanizm bütöv kimi yaşasın. 

Təbiət  həyat  və  ölüm  problemini  ayrıca  götürülmüş 

orqanizm  (insan,quş,qurbağa)  çərçivəsində  beləcə  həll  edir.  Bu 

problemi bütöv canlı varlıq həddində də beləcə həll edir. Canlı həyat 

elə  qurulmuşdur  ki,  həyat  həyatla  qidalanır,yəni  həyatı  ölüm 

müdafiə  edir-canlılar  kollektivinin  tarazlığı  beləcə  təmin  olunur. 

Əgər bu prinsip fəaliyyət göstərməsə onda dünyanı hamıdan sürətlə 

çoxalan orqanizm işğal edərdi. Onda iki günün içində Yerin bütün 

üst qatı böyük bakteriya təbəqəsi ilə örtülərdi. Bəsitlər,birhüceyrəli 

heyvanlar  qırx  günə,milçəklər  isə  dörd  ilə  bütün  Yer  üzünü 

bürüyərdi.  Siçovullar  sürətli  artımları  ilə  səkkiz  ilə  Yer  kürəsini 

başına götürərdi. Bitkilərlə də bu vəziyyət yaranardı-on bir ilə yonca 

bütün  Yer  kürəsini  örtərdi.  Ancaq  bütün  bunlar  baş  vermir-bu 

ölümün  həyatı  tarazlaşdırması  hesabına  baş  verir.  Alim-bioloqlar 

həyat və ölüm probleminin müasir tədqiqatları əsasında belə qərara 

gəlmişlər ki,bu vəziyyətlər arasında kəskin fərq yoxdur-yalnız bəzi 

aralıq  vəziyyət  var  ki,bunu  da  onlar  “qota”  adlandırırlar.  Bundan 

əlavə  əgər  problemə  ciddi  elmi  yanaşsaq  onda  yalnız  iki 

vəziyyət-həyat  və  qota  var.  Alim-bioloq  Uotson  yazır;”Nə  qədər 

ki,materiya üzvi burulğanın heç olmasa ən zəif səsini belə saxlayırsa 

o  vaxt  həyat  davam  edir.  Burulğan  birdəfəlik  sakitləşəndə-vaxtın 

keçməsi  və  ya  təcrid  olunma  nəticəsində-  həyat  qotaya  keçir. 

Orqanizm onu təşkil edən hüceyrələrə qədər parçalana bilər.,ancaq 

bununla  belə  həyatı  saxlaya  bilər,ancaq  təcrid  olunan  vahidlər  öz 

xarakterik xüsusiyyətlərini itirəndə həyatın mütəşəkkilliyi öz yerini 

qota  qeyri-  mütəşəkkilliyinə  verir.  Həyat  və  qotalarm  vəziyyəti 

hardasa  kəsişir:onların  hər  ikisi  fasiləsizliyə  məxsusdur,intellektin 

mürəkkəbliyindən hər bir molekulun nisbi sadəliyinə tərəf yönəlir. 

Ölüm  bizim  inam  və  ya  texnologiyanın  səviyyəsinə  əsasən  bu 

fasiləsizlik şkalasında irəli-geri sürüşən əqrəbdir. Ölüm lap çoxdan 

bir çox 

10 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə