Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə6/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   2   3   4   5   6   7   8   9   ...   167

hindlilərində belə bir inam yayılmışdır ki, “ şərin olmadığı ölkə var. 

Buranın sakinləri həmişə xoşbəxt və ölməz olıırlar.Vaxtaşırı bu və 

ya  digər  şaman  özünü  həsrəti  çəkilən  bu  yerə  gedən  yolu  bilən 

peyğəmbər  elan  edirdi.  Onun  yerliləri  yaşadıqları  yeri  və  var 

dövlətlərini  atıb  onun  arxasınca  yüz  və  min  kilometrlərlə  yol  qət 

edirdilər. Bu cür köçmə XVI əsrdə də avropalıların gözü qarşısında 

baş verirdi. Şərin olmadığı ölkə haqqında mif əslində axirət dünyası 

haqqında, adamların əbədi yaşayacaqları, həm də cavan, sağlam və 

xoşbəxt  qalacaqları  Yer  haqqında  arzuların  olduğu  miflərin 

variantlarından biridir. 

Son  vaxtlar  çox  illik  ideoloji  qadağanların  ləğv  edilməsi  ilə 

adamlarda  bütün  dini,  mistik  baxışlara  maraq  artmışdır.  Çoxları 

varlığın mənasızlığı, yaşanan illərin səmərəsizliyi fikrinə gəlmişlər. 

Vaxtilə yüksək partiya və dövlət işlərində çalışanlar bu gün Allaha 

müraciət edir, axirət dünyasına inanırlar. Adamlar dayaq nöqtəsini 

itirirlər,  nəyə  inanacaqlarını  bilmirlər,  nəyin  həqiqi  nəyin  keçici 

olduğunu seçə bilmirlər. Adamlar dinə, Allaha can atır, həyatlarının 

mənasını  orada  tapmağa  ümid  edirlər.  Dini  təlimlərə,  xüsusən  də 

axirət  dünyası  haqqında  təlimə,  ruh  və  əbədi  həyat  mövzularına 

maraq da buradan yaranmışdır.Doğrudan da həyatın əbədi olduğunu 

-  indi  yaşadığımız  formada  olmasa  da,  hər  halda  əbədi  olduğunu 

düşünmək çox xoşdur. Buna keçmişin dini ideyalarını yayan kütləvi 

informasiya  vasitələri  də  kömək  edir:  son  vaxtlar  mətbuatda, 

xüsusən  də  televiziyada  axirət  dünyası  ilə  bağlı,  qiyamət  günü 

haqqında  söhbətlər  səngimir  ,  bu  dünya  və  ”o  biri  dünyanın” 

sərhəddində  olmuş  adamların  söhbətlərini  efirə  vemıəklə  axirət 

dünyasının varlığını sübut etmək istəyirlər. Bəzi verlişlərdə bu bəsit 

fonnada  verildiyindən  insanlarda  axirət  dünyası  ilə  bağlı  heç  bir 

təəssürat oyatmır - bəzi aparıcıların məsələni yaxşı bilməməsi, dəvət 

olunan  qonağın  problemə  aydınlıq  gətirməkdən  daha  çox  özünü 

reklam  etməsi  istənilən  nəticələr əldə  etməyə  mane  olur.  Qiyamət 

günü  ilə  bağlı  mətbuatda  qaldırılan  hay-küy 



arlaınlann  ^xirat 

Hnnvasma 

1

 / 



ölümdən  sonrakı  həyata  marağını  oyatmaqdan  daha  çox  onlarda 

biganəlik  yaratmışdır.  Ancaq  mənəvi  zənginliyimizə  xidmət  edən, 

daha çox tamaşaçıların qayğısı ilə yaşayan verilişlərimiz də var - az 

da  olsa,  hər  halda  var.  Bu  qəbildən  olan,  mövzumuzla  bağlı  olan 

məsələlərə  toxunan  verlişlərdən  biri  də  İctimai  televiziyada  gedən 

“Ovqat”  verlişidir  -  etiraf  edək  ki,  verilişi  baxımlı  edən,  onu  öz 

zəngin  dünyası  ilə  bəzəyən  onun  aparıcısıdır.  Bu  baxımdan 

“Ovqatın”-ın aparıcısı Səyyarə Səyyaf insanı gündəlik problemdən 

ayırıb ruhən dincəldə bilir. Son verilişlərdən birində Səyyarə xanım 

qonağı  Hacı  Sabirlə  yaratdığı  auraya  yəqin  ki,  heç  bir  tamaşaçı 

biganə  qala  bilməzdir.  Verilişdə  Səyyarə  xanım  mənim  “Ruhlar 

dünyasının  fəlsəfəsi”  kitabımdakı  bəzi  fikirləri  müzakirəyə 

çıxarması müəllif kimi məni razı saldı və məhz burada Hacı Sabirlə 

bəzi məsələlərdə fikir ayrılığı olmasım hiss etdim. Məni bu mövzuya 

yenidən qaytaran da Səyyarə Səyyafın “Ovqatı” oldu. Bir daha ölüm 

problemini,  ölümdən  sonrakı  həyatı  və  ruhların  möcüzələrini 

araşdırmaq  istədim.  “Ovqat”  da  iki  böyük  insan,  müdrük 

şəxsiyyətlərin  fikir  mübadiləsi  məni  öz  ağuşuna  alaraq  qeyri-adi 

dünyaya  səyahət  etməyə  vadar  etdi.  Veriliş  ölüm,  axirət  dünyası, 

ruhlarla  bağlı  deyilənləri  sanki  ümumiləşdirdi.  Səyyarə  xanım  və 

Hacı Sabir bu problemlə bağlı diqqətdən kənarda qalan məsələlərin 

araşdırılması zəruriliyini göstərdilər. 

Son  vaxtlar  bütün  dünyada  klinik  ölüm  adlanan  vəziyyətdə 

insanın  ruhu  ilə  nələr  baş  verdiyi  məsələsinə  münasibət  bildirmək 

daha  da  artmışdır  -  yəni  insanı  hələ  həyata  qaytarmağın  mümkün 

olduğu vaxt ruhun özünü necə aparması ciddi müzakirə edilir. Bütün 

bunlara amerikalı Raymond Moudinin “ Ölümdən sonrakı həyat “ və 

“  Həyatdan  sonrakı  həyat  “  kitabları  bir  təkan  oldu.  Müəllif 

dediklərinin obyektivliyini təsdiq etmək üçün klinik ölüm keçirmiş 

150  adam  arasında  apardığı  sorğunu  sənədləşdirmişdir.  Moudiyə 

görə insan ölərkən ən ağır bədən əzabı yaşayır. Bu fikir 

18 



prinsipcə  düz  deyildir,  belə  ki,  ölüm  duyğusu,ilk  növbədə,insanın 

nədən  ölməsindən  asılıdır.  Onun  ölümü  həqiqətəndə  ağır  ola  və 

güclü,  hətta  dözülməz  ağrılarla  müşaiyət  oluna  bilər  -  məsələn, 

xərçəng xəstəliyi vaxtı - ancaq bu sakit və tam ağrısız da ola bilər. 

Moudiyə görə insan ölən vaxtı xoşagəlməz səs və cingilti eşidir və 

eyni vaxtda hiss edir ki, hansısa qaranlıq və uzun tunellə irəliləyir. 

Sonra o sanki bədənindən kənarlaşır, ancaq hələ bədənin yanındadır 

və  bədənə  tamaşaçı  kimi  baxır.  Müəllif  bunu  onunla  izah  edir  ki, 

ölüm vaxtı adamdan ruh ayrılır və bu dəhlizdə ölmüş yaxınlarının və 

dostlarının  ruhları  ilə  rastlaşır.Bir  az  qabaqda  onun  qarşısında 

hansısa “ sevən və əzizləyən ruh “ - bütöv nura bələnmiş ruh dayanır. 

Moudi bu ruhu Allah hesab edir : bu nurlu varlıq ruha suallar verir, 

onu öz həyatını qiymətləndirməyə vadar edir və həyatdakı mühüm 

anları yenidən yaşamağa kömək edir. Bununla belə ruh irəliyə doğru 

getməyini  davam  etdirir  və  hiss  edir  ki.  Yer  və  axirəti  ayıran 

sərhəddə  və  ya  maneəyə  yaxınlaşır.  Birdən  o  hiss  edir  ki,  geri 

qayıtmalıdır,  onun  vaxtı  hələ  çatmayıb.  Ruh  yenidən  öz  fiziki 

bədəninə qayıdıb onu dirildir. Moudi təsdiq edir ki, həyat və ölüm 

astanasında olan hər kəs bu dünyaya belə bir təsəvvürlə qayıdırlar ki, 

həyatda ən vacib olan məhəbbətdir - idrak isə ikinci yerdə dayanır. 

Bütün  bu  sözləri  hər  hansı  din  xadimi  yox,  tibbin  nümayəndəsi  - 

psixiatrın deməsi böyük rol oynadı : Moudi öz kitabının sensasiya 

xarakterli  olmasına  baxmayaraq  gəldiyi  qənaətlərdə  ehtiyatlı 

davranır.  O  belə  güman  edir  ki,  bütün  deyilənlərin  oradan  olması 

kimi qəbul etmək olmaz. Eyni zamanda o etiraf edir ki, “ölümdən 

sonrakı həyatın reallığının elmi üsulla təsdiq edilməsinə “şübhə edir. 

Əgər belədirsə onda 1977-ci ildə nəşr etdirdiyi “Həyatdan sonrakı 

həyat”  kitabının  adını  və  kitabda  olan  “Bədənin  ölümündən  sonra 

həyatının  davam  etməsi  fenomeninin  tədqiqi”  başlığını  reklam  - 

kommersiya  düşüncəsi  kimi  qəbul  edək  ?  Düzdür  kitabla  tanış 

olduqda müəllifin elmi obyektivlik təəssüratı 

19 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə