Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə5/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   2   3   4   5   6   7   8   9   ...   167

nəfər olmuşdur: onların hamısı dağdan yıxılmış və ölüm təhlükəsi ilə 

üz-üzə  qalmışdırlanməlum  olur  ki,onların  hamısı  eyni  hissləri 

yaşamışlar.Onların  bütün  həyəcanlan,yaşadıqları  anlar  bir-birinin 

ardınca gələn üç dövrə bölünür.Əvvəlcə onlar təhlükədən qaçmağa 

cəhd etmişlər.O baş verənlərə müqavimət göstərməyə çalışır - ancaq 

bu  nəticəsiz  olur.Eyni  zamanda  sanki  nəsə  adama  bu  təhlükədən 

sovuşmağa kömək edir.Sonra ikinci dövr 

başlanır,yıxılan

 

dərk edir 



ki,müqavimət 

göstərməyin heç bir əhəmiyyəti yoxdur.O,azad olunmuş kimi olur - 

onun fikirləri artıq 

baş verənlərlə məşğul 

deyildir.O,yaxınlaşan  ölüm  təhlükəsindən  başqa  hər  şey  haqqında 

düşünür.Alpinistlərdən biri demişdir ki,bu vaxt “balaca”dilxorçuluq 

yaşadı  və  hətta  baş  verənlərə  mücərrəd  maraq  yarandı.  Gül  məl  i 

faktlar  da  məlumdunsıldırımlı  qayadan  yıxılan  uşaq  təzə  aldığı 

bıçağı  itirməmək  üçün  narahatlıq  hiss  etmişdir.Bərk  geden  maşın 

qəzaya  uğrayarkən  maşından  kənara  düşən  tələbə  öz  paltosunun 

cırılmasmdan narahat olmuşdur - eyni zamanda öz futbol komandası 

üçün həyəcanlanmışdır.Üçüncü dövrdə artıq ölümə yaxınlaşanların 

həyatları gözlərinin qabağından kino lenti kimi keçir.Bir kilometrlik 

hündürlükdən yıxılan paraşütçü danışır ki,əvvəlcə o qışqırmış,sonra 

başa düşmüşdür ki,ölüb və həyat qurtarıb. ’’Bütün keçmiş həyatım 

gözlərimin  qarşısından  keçdi.Mən  anamın  sifətini,  evimizi, 

oxuduğum məktəbi,dostlarımı gördüm.” Qeoloq Heym özünü yeddi 

yaşlı uşaq kimi görmüş,dördüncü sinifdə olan müəlliminin yanında 

dayanmışdır.”  Mən  həyatımı  yenidən  oynayırdım.Bu  səhnəyə 

qoyulan  tamaşa  idi.”  Keçmiş  həyatın  xatırlanmasından  sonra  daha 

bir dövr başlayır- bu qeyri-adi mistik vəziyyətdir: hər bir dövr bir və 

ya bir neçə saniyə davam edir. Bununla belə mistik vəziyyət hər bir 

adamda  özünü  fərqli  təzahür  etdirir.Yıxılan  alpinist  hiss  edir  ki, 

“bədəni daşlara çırpılıb sınır, formasız hala düşür, lakin onun şüuru 

bu 

fiziki 


zədələrə 

reaksiya 

vermir 

və 


onunla 

heç 


maraqlanmır”.Heym bu araşdırmaları aparandan 

14 



sonra belə qənaətə gəlmişdir ki, ölüm olduqca xoş olan bir hissdir. 

Qəribədir  ki,  xəstəlikdən  ölənlər  də  demək  olar  ki,  bu  dövrləri 

(keçmiş həyatın kinofilm kimi gözlərinin qabağından keçməsindən 

başqa) yaşayırlar. Ağır xəstəliyə düçar olan, artıq can verən iki yüz 

xəstə  ilə  aparılan  sorğudan  sonra  Elizabet Kyubler  -  Ross  insanın 

ölümə  münasibətinin  beş  mərhələsini  ayırmışdır.  Əvvəlcə  onun 

mümkünlüyünün qətiyyətlə rədd edilməsi, sonra xəstə həyəcanlanır 

ki, nə üçün məhz o sağalmaz xəstəliyə tutulmuşdur. Bundan sonra 

qorxu  və  depresiya  mərhələsi  gəlir.  Axırda  qorxu  dəf  ediləndən 

sonra  doğmalarının  köməyi  ilə  rahatlıq  və  sakitlik  tapır.  Bunlar 

yalnız  maraqlı  faktlar  deyildir.  Bu  onu  göstərir  ki,  praktiki  olaraq 

bütün  adamlarda  həyatdan  klinik  ölümə  keçid  eyni  bir  senari 

əsasında  gedir.  Deməli  həyatın  bu  dövrü  insanın  inkişafında  olan 

sərbəst bir mərhələdir. Bundan başqa bu cür nəticələr demək olar ki, 

tam  sağlam  olan  adamlarda  da  qeydə  alınmışdır-  onlarda  can 

vermənin həmin mərhələsi suni səkildə yaradılmışdır. 

Həyat  və  ölüm  problemi  şübhəsiz  ki,  bəşəriyyətin  mühüm 

problemlərindən biridir.Min illər ərzində insanlar nə üçün öldükləri, 

ondan  qaçmağın  mümkünlüyü  və  ölməzlik  əldə  etmək  məsələləri 

üzərində  düşünmüşlər.  Bu  düşüncələrin  məhsulu  miflər  və  dini 

təlimlər formasında bizim günlərə gəlib çatmışdır.Bu düşüncələrin 

əsas  mövzusu  ikidir:  birincisi  -  insanın  fiziki  ölümü,  ikincisi  - 

insanın  və  ya  onun  ruhunun  hansısa'  başqa  dünyada  yaşamasının 

davam  etməsi  imkanı  olmuşdur.  Bir  tərəfdən  insanın  ölümü  göz 

qabağında idi və heç bir şübhə doğurmurdu. Ancaq digər tərəfdən - 

adamlar heç cür qəbul edə bilmirdilər ki, insan neçə illər yaşayır və 

birdən  olmur,  belə  ki,  o  artıq  ölür.Dünya  mədəniyyətinin  qədim 

abidəsi  olan  “  Gilqameş  haqqında  dastan  da  ölüm  haqqında  belə 

yazılır:  “  Mənim  şəhərimdə  adamlar  ölür,  bu  kədərlidir!  Adamlar 

ölür,  adamın  ürəyi  ağrıyır.  Mən  divardan  boylanıb  çayda  üzən 

cəsədləri görürəm. Bəs mən? Məni də bu tale 

15 



gözləyir? Bəli. Məni də bu cür tale gözləyir! “ Adamlar əbədi həyat 

arzulamışlar.  Belə  bir  mif  yaranmışdır  ki,  nə  vaxtsa  yerdə  ölüm 

olmamışdır,  adamlar  xoşbəxt  ,  dinclik,  firavanlıq  şəraitində 

yaşamışlar,  sonra  Allahın  qarşısında  günah  işlətdilər  və  ölümə 

məhkum oldular. Bu cür mif İncildə də var. Bu mifin başqa variantı 

afrikalı eve xalqlarında da olmuşdur.Adamların ölümünə səbəb Yer 

üzərindəki  ilk  kişinin  arvadının  onun  sözünə  baxmayıb  göyə  daş 

atması oldu. Nəticədə göylərə səs ucaldı və oradan insanların ölümə 

məhkum  olduğunu  bildirən  səs  gəldi.  Ölümün  yaranması  ilə  bağlı 

başqa  rəvayətlər  də  var.  Məsələn,  Banka  adasındakı  melaneziya 

tayfası  və  yeni  Qebridlər  belə  hesab  edirlər  ki,  adamlar  vaxtilə 

ölmürdülər,  ancaq  ilan  və  krab  kimi  dərilərini  atır,  yenidən 

cavanlaşırdılar.  Ancaq  bir  dəfə  dərisini  atan  qadını  oğlu  tanımır: 

oğluna  yazığı  gələn  qadın  yenidən  dərini  geyinir  və  o  vaxtdan 

adamlar daha dərilərini atmır və ölürlər. 

Adamların  ölməsinin  başqa  bir  səbəbi  kimi  Yer  kürəsində 

adamların  çoxalmasını  göstərirlər.  Məsələn,  qədim  Hindistan 

miflərində deyilir ki, adamalarda nəsil yarandı və onlar bütün Yer 

üzərini bürüdülər. Bu hal Yer üçün ağırlıq etdi və o hər şeyi yaradan 

Brahma Allahına müraciət etdi. Bundan sonra Brahma qara - qırmızı 

paltarlı  qadın  formasında  ölüm  yaratdı  və  ona  bütün  canlı  varlığı 

öldürməyi tapşırdı. Filippin arxipelağındakı ən böyük adalardan olan 

Lusondakı xalqların mifində adamların ölümünün səbəbi də bu mifə 

uyğun izah olunur. Adamlar qocalırdı, çoxları nəinki işləyə bilmir, 

heç hərəkət də edə bilmirdilər, ancaq ölmək istəmirdilər. Qocaların 

sayı getdikcə artırdı. Onda Allah suların səviyyəsini qaldırdı, yalnız 

dağların  zirvəsi  qaldı:  yalnız  cavanlar  bu  zirvəyə  qalxıb  sağ  qala 

bildilər.  Bu  su  basmadan  sonra  xəstəliklər  yarandı:  adamlar 

qocalanda bu xəstəlikdən ölürdülər. Uzaq keçmişdə adamların ölməz 

olması  ilə  bağlı  təsəvvürlərlə  yanaşı  belə  bir  inam  da  mövcud 

olmuşdur  ki.  Yer  kürəsində  adamların  ölmədiyi  ölkə  var.  Cənubi 

Amerikada yaşayan tupi 

16 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə