Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə7/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   2   3   4   5   6   7   8   9   10   ...   167

oyatmaq  cəhdini  hiss edirik.  Doğrudur  o  buna  faktiki  materiallara 

ciddi  və  elmi  yanaşma  ilə  yox,qələminin  gücü  ilə  nail  olmuşdur. 

Təsvir etdiyi hadisələri bir yerdə “ ölümqabağı təcrübə”, digər yerdə 

isə “ölüm qabağı fenomen” adlandırmışdır. Moudinin o biri dünyaya 

baxışına  gəldikdə  isə  O'  yaşadığımız  dünyanı  tamaşa,  xəyal 

adlandıran  Platonun  ideyalarını  qəbul  edir.  Onun  fikrincə  “biz 

müəyyən mənada o biri dünyadan gələnlərik”. 

Təəssüf ki, Moudinin kitabında heç bir xəstəlik tarixi əvvəldən 

axıra  qədər  izlənmir.  Müəllif  yalnız  pasientlərinin  dediklərindən 

ayrı-ayrı  parçalar  verir  -  bununla  belə  bu  deyilənlər  məlumat 

xarakterlidir.  Can  verən  adamların  həyəcanları  haqqında  tam 

təsəvvür  əldə  etmək  üçün  məlumat  xarakterli  hissələri  nəzərdən 

keçirək  :  onların  əksəriyyəti  K.İkskulun  keçirdiyi  hissləri 

yaşamışlar.  “Məndə  gözəl  hiss  yarandı.  Mən  sakitlikdən, 

rahatlıqdan,  yüngüllükdən  başqa  heç  nə  hiss  etmirdim  -  sadəcə 

olaraq rahatlıq idi. Məni necə diriltməyə çalışdıqlarını görürdüm - bu 

həqiqətən də qəribə idi. Mən çox da yuxanda deyildim, onlardan bir 

az yuxanda dayanmışdım, yuxarıdan onlara baxırdım. Mən onlarla 

danışmağa  cəhd  etsəm  də  heç  kim  məni  eşitmirdi”.  “Hər  tərəfdən 

insanlar  qəza  yerinə  axışırdı.  Onlar  lap  yaxınlaşanda  mən  yana 

çəkilərək  istədim  ki,  onların  yolundan  çıxım,  ancaq  onlar  mənim 

üstümdən  keçirdilər”.  “Mən  heç  nəyə  toxuna  bilmirdim,  ətrafda 

olanlarla ünsiyyət qura bilmirdim. Bu olduqca ağrılı təklik hissi tam 

təcridlik  duyğusu  idi.  Mən  bilirdim  ki,  tam  təkəm,  özümlə  tək 

qalmışam”.Klinik  ölüm  vəziyyətində  olanların  hamısı  eşidir  və 

görürlər. Bir qadının dediklərindən: “mən xəstəxanada idim, ancaq 

həkimlər  məndən  baş  açmırdılar.  Həkimim  məni  aşağı 

rentgenoloqun  yanına  göndərdi  ki,  ciyərlərimi  rentgenə  çəksinlər. 

Əvvəlcə  mənə  yeridiləcək  cihazı  əlimdə  yoxladılar,  çünki,  məndə 

tibbi ləvazimatlara qarşı allergiya var- ancaq reaksiya olmadığından 

cihazı yeritdilər. Lakin cihazı yeridən kimi ürəyim dayandı. 

20 



Mən rentgcnoloqun telefona yaxınlaşıb nömrə yığmasını eşitdim. O, 

dedi:  “Doktor  Ceyms,  mən  sizin  pasienti  öldürdüm”.  Ancaq  mən 

bilirdim  ki,  mən  ölməmişəm.  Mən  tərpənmək,  onlara  işarə  etmək 

istəsəm  də  bacannadım:  onlar  məni  reanimasiya  etmək  istədilər, 

hətta  nə  edəcəklərini  müzakirə  etdiklərini  də  eşitdim.  Mənə 

toxunduqlarını duyurdum. “Avtomobil qəzasına düşən cavan oğlanı 

ölmüş hesab etsələr də 0, hər şeyi eşidirdi: “Mən eşitdim ki, bir qadın 

“o,  artıq  ölüb”dedi.  Pasientlərin  dediklərini  şahid  həkimlər  təsdiq 

edirlər.  Bir  həkimin  dediklərindən:  “xəstənin  ürəyi  dayandı  -  mən 

hələ onun üzərində cərrahiyyə əməliyyatına başlamamışdım. Onun 

göz bəbəkləri genişlənmişdi. Müəyyən vaxt onu həyata qaytarmaq 

üçün  çalışsaq  da  bir  şey  edə  bilmədik.  Onda  mən  0  biri  həkimə 

dedim: “Gəl bir dəfə də yoxlayaq və bununla da qurtaraq”. Bu dəfə 

ürək döyünməyə başladı. Sonradan xəstədən öldüyünü xatırlamasını 

soruşdum,  o,  isə  dedi  ki,  heç  nə  xatırlamır,  yalnız  mənim  o  biri 

həkimə dediyim: “gəl bir dəfə də yoxlayaq və bununla da qurtaraq” 

sözlərini xatırlayır. 

Moudinin  baxışlarını  xristian  kilsəsi  qəbul  etmir.  Məsələn, 

Rusiyada  olan  ieromonax  Serafim  (Rouz)  Moudinin  ölənlərin 

ruhunu  qarşılayan  “parıldayan  varlıq”  haqqında  fikirlərinə  tənqidi 

yanaşır.  Onun  fikrincə  bu parıldayan  varlıq  Allah  olmayıb,  “ölüm 

mələyi” maskasında olan, ölənləri dişləmək istəyən itdir. Moudinin 

bu  sadəlöhvlüyünü  onun  bu  məsələ  ilə  bağlı  xristian  ədəbiyyatını 

bilməməsi  ilə  izah  edirdi.  Bu  itin  məqsədi  ölənləri  qorxutmaqdır. 

Moudidə  bəzi  intiharlar  istisna  olmaqla  bütün  can  vermə  halları 

xoşdur: ölənin hansı dinə qulluq etməsi, mömin olub-olmaması əsas 

deyildir. Nə üçün amerikalılarda axirət dünya görüntüləri ilə yaranan 

qorxunun olmaması sualını o belə izah edir ki, müasir amerikalıların 

görmələri  onların  komfortlu  həyatları  və  əqidələri  ilə 

razılaşdırılır-bu  da  cəhənnəm  və  itin  varlığına  inam  qarşısındakı 

qorxunu rədd edir. Serafim eyni zamanda Qərbdə 

21 



yaşayanları  həyat  və  ölüm  problemlərinə  ciddi  yanaşmadıqlarına 

görə tənqid edir. Serafım etiraf edir ki, xristianın qorxusu o dövrdə 

yayıyan baxışlarla bağlı idi. Burada da qəribə heç nə yoxdur: həyat 

dəyişir və onunla bərabər həyat və ölüm haqqında bağışlar da dəyişir. 

Rəal  həyatdakı  humanizm  axirət  dünyası  haqqında  baxışlarda  öz 

əksini  tapmışdır.  “Ölündən  sonra  ruh”  (1982)  kitabında  Serafım 

yazır  ki,  müasir  təcrübələrdə  ölümə  yaxın  və  ölümə  oxşar 

vəziyətlərdə “möcüzəli sağalma olsa” da heç kəs deyə bilməz ki, bu 

adamlar  səmada  olmuşlar.  Daha  sonra  o  axirət  dünyasına  səyahəti 

tənqid  edir:  bu  təcrübələr  bir  neçə  dəqiqəlik  “ölüm”  vaxtı  ruhun 

mövcudluğunu, onun sonrakı vəziyətini tam təsdiq etmir. Serafimin 

Moudiyə  qarşı  mənfi  münasibəti  olduqca  sadədir:  bu  təsvirlərdə 

xristianlıq  üçün  əsas  olanlar  yoxdur:  “Allahın  böyüklüyü 

qarşısındakı qorxu və ehtiram yoxdur”. 

Amerikanın  parapsixoloqlar  cəmiyyətinin  nümayəndələri 

Karlis Osis və Erlander Xaraldson 1977-ci ildə “Ölüm anı” kitabını 

dərc  etdirdilər.  Onlar  özləri:  “oradan”  qayıdan  adamlarla  söhbət 

etməmişlər, ancaq can verənlərin yanında olan, öz hisslərini danışan 

Hindistan  və  amerikalı  həkimlərdən  məlumat  toplamışlar.  Onların 

kitabı elmi əsərdir. Onlar etiraf edirdilər ki, əsas məqsədləri bu və y a  

digər milli mədəniyyətə, bu və ya digər dinə məxsus olan adamların 

can  verərkən  keçirdikləri  hisslərinin  fərqlərini  aydınlaşdınnaq 

istəmişlər.  Nəticədə  aydın  olmuşdur  ki,  “dinin  və  mədəniyyətin 

izləri” ölümqabağı keçirilən hisslərə xeyli təsir edir. Amerikalıların 

əksəriyyəti bu vaxt böyük adamları, hindistanlılar isə dini surətləri 

görmüşlər.  Həm  də  heç  bir  xristian  hind  müqəddəslərini,  heç  bir 

hindli  isə  İsa  peyğəmbəri  görməmişdir.  Daha  çox  can  verənlərin 

qarşısında  ölmüş  doğmaları  və  ya  onları  “o  biri  dünya”ya  çağıran 

müqəddəslər dayanmışdır. 

Tezliklə ABŞ-da bu mövzuda daha bir kitab çıxdı-bu psixiatr 

Elizabet Kyubler Rossun “Ölüm yoxdur” kitabı idi. O 

22 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə