Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə9/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   5   6   7   8   9   10   11   12   ...   167

yalnız  vəziyyət,yalnız  qavrama  xarakteri  daşıyır.  Yalnız  bundan 

sonra  şəxsiyyət  dərk  edir  ki,  bədən  ölmüşdür.  Klinik  ölüm  uzun 

müddətli olmur. Qayıdanların əksəriyyəti orada işıqlı, gözəl və rahat 

anlar  yaşadıqlarını  deyirlər.  Az  adam  qayıtmaq  istəyir-  ancaq 

sonralar  orada  nə  baş  verir?  Eyni  zamanda  cəhənnəmin  əzabını 

görüb  qayıdanlar  da  olmuşdur,  intihar  edənlərin  taleyi  də  sevincli 

deyildir.  Moris  Rovlinq  “  Ölümün  qapısı  arxasında  ”  kitabında 

klinik ölüm  vaxtı cəhənnəmə düşən pasient haqqında yazır. O, bu 

dünyaya bir neçə dəfə qayıtmışdır- hər dəfə də qorxulu halda burada 

saxlanılmasını  xahiş  etmişdir-  belə  ki,  cəhənnəmə  qayıtmaq 

istəməmişdi.  Tam  sağalandan  sonra  onun  yaddaşından  bütün 

xatirələr  silinmişdir.  Axirət  dünyasında  substansiyanın  bütün 

qanunları pozulmuşdur-orada divardan keçmək olur, toxunma hiss 

edilmir, ani uçmaqla istənilən yerdə olmaq olar. Bu dünyada zaman 

və 

məkana 


münasibət 

başqadır; 

burada 

məkanın 


da 

özünəməxsusluğu var. Ruh bu dünyada xoşladığı insanlarla axirətdə 

görüşə bilər- doğmalar ruhun xoşuna gəldiyi yaşda ona görünürlər. 

Oradan qayıdanların təsvir etdiklərindən çox şeyi qəbul etmək çətin 

olur.  Onlar  özləri  bunu  başa  düşürlər.  “Mən  başa  düşmürəm  ,bu 

olmuşdur,ancaq  bu  ola  bilməzdi.  Bu  mövcud  olması  mümkün 

olmayan bir şey idi, ancaq mövcud idi”. Həmin anda sağ olanlarla 

əlaqə alınmır. Ölən bədəni üzərində aparılan əməliyyatları müşahidə 

edir. Ancaq o belə hesab edir ki, cərrahiyə əməliyyatı lazım deyil, 

belə  ki,  0  özünü  onsuz  da  yaxşı  hiss  edir-o  bunu  həkimə  demək 

istəsə də heç nə alınmır. Ruhdan ayrılan bədəndə hissiyyat olmur, 

ancaq  ruh  hər  şeyi  hiss  edir  və  görür.  O  biri  dünyaya  keçənlər 

özlərini  real  aparırlar,  onlar  eşidir,  görür  və  başa  düşürlər.  Ancaq 

burada olan vəziyyət başqa cürdür: heç kim onu təsvir edə bilmir. 

Maraqlı odur ki, ruhun gönnə, eşitmə, başa düşməsi güclənir,o,ətraf 

aləmi daha yaxşı dərk edir. Ruhu aldatmaq qeyri mümkündür. Ruh 

hər  şeyə  qarşı  biganə  deyildir-o  doğmalarına  məhəbbətlə  yanaşır, 

qoyub getdikləri 

26 



uşaqlar  üçün  darıxır.  0  biri  dünyaya  keçəndən  sonra  şəxsiyyət 

əvvəlki kimi qalır. O biri tərəfdə ləngiyənlərdə ali bilik yaranır- bu' 

bilik  yarananda  (nurlanma)  o,  keçmiş,  bu  gün  və  gələcəklə  bağlı 

istənilən  məlumatları  bilir.  Ruh  bədənə  qayıdan  kimi  onun  super 

bilikləri yox olur-orada az müddət qalanlarda bu bilik olmur. Oradan 

qayıdanlardan heç kim ölümün qorxulu olduğunu demir. Orada heç 

kəsi  heç  nə  qorxutmur,  heç  bir  təhlükə  yoxdur.  Bəzi  ölənlərdə 

bədəndən ayrılandan dərhal sonra qorxu yaranır, o bədənə adi həyata 

qayıtmaq  istəyir.  Ancaq  bu  vəziyyət  qısa  müddətli  olur-vaxt 

uzandıqca  axirət  dünyası  onun  daha  çox  xoşuna  gəlir,  orada 

həmişəlik qalmaq istəyi yaranır. Bəziləri elə düşünür ki, öz arzuları 

ilə geri qayıtmışlar, digərlərinə görə onları Allah geri qaytarmışdır. 

Bədənə  girəndən  dərhal  sonra  ruh  özünü  narahat  hiss  edir,  ona 

soyuqdur-lakin tezliklə hər şey keçib gedir. 

Bir  çox tədqiqatçılar  belə hesab  edirlər  ki,  klinik  ölüm  vaxtı 

görünənlərin  hamısının  psixoloji  izahı  var.  Ruhun  varlığına 

inananlar  klinik  ölüm  vaxtı  səyahət  edənlərdə  belə  bir  illyuziya 

yaranır ki, onlarda “nurlanma” baş verir, yəni onlar üçün istənilən 

bilik, istənilən məlumat dərk ediləndir. Bədənə qayıdandan sonra hər 

şeyi əhatə edən bilik duyğusu qalsa da onun məzmunu yox olur. A 

Çernyaxovsi 1980-cı ildə “Elm və din” Jurnalında Moskvada on iki 

gün ərzində 80 dəfə ölüb dirilən xəstə Maksimov haqqında yazı dərc 

etmişdir.  Reanimasiya  üzrə  mütəxəssis  professor  Neqovski  klinik 

ölüm keçirən 45 xəstə ilə söhbət etmiş və onlar axirət dünyasındakı 

keçirdikləri  hissləri  xatırlamamışlar.  Maraqlıdır  ki,  Moskva  və 

Sankt-Peterburq  xəstəxanalarında  reanimatorlar  arasında  aparılan 

sorğu  qəribə  nəticə  vermişdir:  həyata  qayıdanlardan  heç  biri  öz 

bədənini tərk etdiyini, hansısa tunellə getdiyini və nurlu bir varlıqla 

görüşdüyünü  xatırlamır.  Bəs  bu  necə  ola  bilər?  ABŞ  və  Rusiyada 

klinik ölüm keçirənlərin hesabatları niyə fərqlidir? Yəni doğrudanmı 

ABŞ-da  klinik  ölüm  keçirənlər  nurlu  varlıqla  görüşür,  Rusiyada 

gedənləri isə heç kim qarşılamır? Məsələ 

27 



görünür  ondadır  ki,  ABŞ-da  ölüm  vaxtı ruhun bədindən  ayrılması 

haqqında  təsəvvürlər  geniş  yayılmışdır.  Bu  cür  baxışlar  uzun  illər 

ərzində orada kütləvi informasiya vasitələri ilə, televiziya və radio 

vasitəsi  ilə  geniş  təbliğ  olunurdu.  Bu  ideyanın  mənbəyi  isə  ölüm 

vaxtı  ruhun  bədəndən  ayrılması  haqqında  hələ  qədim  dövrlərdə 

yaranan baxışlardır və bu “Ölülər kitabı’mda bizə gəlib çatmışdır. 

Bu kitabın süjetini xristianlar dəqiq təkrar edirlər. Maraqlı nədir? Bu 

kitab  da  həm  də  reinkarnasiya  ,yəni  ruhun  bədəndən  bədənə 

keçməsinin  təsviri  olsa  da  xristianlar,  daha  geniş  mənada  desək 

xristian  mədəniyyətinin  daşıyıcıları  bu  məsələ  haqqında  heç  nə 

demirlər.  Maraqlıdır  görəsən  niyə?  Bəlkə  ona  görə  ki,  bu  baxış 

xristian  dünyagörüşünə  uyğun  gəlmir,  xristianlıq  ruhun  yenidən 

doğulmasını  qəbul  etmirlər.  Ona  görə  də  görünmələr  obyektiv 

xarakter daşımayıb insanın doğulub fomıalaşdığı ictimai və mədəni 

mühitlə sanki proqramlaşdırılır. Elmi nöqte- yi nəzərdən bütün bu 

ruhun və axirət dünyasının mövcud olması haqqında məlumatlar can 

vennonin  birinci  mərhələsində  klinik  ölüm  vaxtı  psixioloji 

proseslərin  təsviri  ilə  məhdudlaşır.  Təsvir  olunan  hadisələrin  bir 

çoxu-tuneldə işıq, ona doğru uçmaq “yuxarıdan” baxmaq -məhz bu 

mərhələ üçün xarakterikdir-axirət dünyasına inananlar bunu reallıq 

kimi qəbul edirlər. Can vermə vaxtı beynin oksigen aclığı baş verir 

və beyindən bəzi kimyəvi maddələr ayrılır. Nəticədə bəzi adamlarda 

ikiləşmə, bədəndən çıxma halları baş verir və möminlər bunu ruhun 

bədəndən  ayrılınası  kimi  qəbul  edirlər.  Bunun  nəticəsində  şüurun 

vəziyyətinin  dəyişməsi  isə  hansısa  tunellə  hərəkət  etmək  hissi 

yaranır.  Maraqlıdır  ki,  ölümün  ikinci  mərhələsindən  sonra-bioloji 

ölüm-bir  nəfər  belə  geri  qayıtmamışdır.  Bu  halın  olması  təbiət 

qanunlarına  zidd  olardı.  Bu  hal  olmadığına  görə  ruh  haqqında 

ideyanı, əbədi yaşamağı heç kim qəbul etmir. 

Axirət dünyası haqqında baxışlara kütləvi informasiya vasitələri ilə 

yanaşı, həm də, necə deyərlər ictimai sixariş və ya 

28 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə