Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə17/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   13   14   15   16   17   18   19   20   ...   167

sonra  bu  və  ya  digər  materialist  izahını  axtarmağa  başladılar. 

Məlumdur  ki,  göbələk  növlərinin  tərkibində  meskalin-  fantastik 

görüntülər  yaradan  maddə  var.  Onlar  klinik  ölüm  keçirənlərin 

danışdıqlarını meskalinlə izah etməyə cəhd etdilər. Lakin meskalini 

bəhanə  edənlər  düşünmürlər  ki,  ürək  çatışmamağından  və  ya 

cərrahiyə  əməliyyatından  əvvəl  kiminsə  göbələk  yeməsi  hansı 

məntiqə  sığır.  Bəzələri  bu  vaxt  qanda  karbon  qazının  yığılmasını 

bəhanə  gətirsələr  də  aparılan  araşdırmalar  bu  faktı  təsdiq  etmədi. 

Qanda  oksigenin  az  olması  ilə  bağlı  gətirilən  bəhanələr  də  öz 

təsdiqini  tapmadı:  cərrahiyyə  əməliyyatı  zamanı  narkoloqların 

köməyi  ilə  qanda  olan  oksigen  artıqlığı  yaranır.  Bir  çoxları  bu 

görmələri narkotik maddələrlə izah etsələr də bu halı yaşayanların 

böyük 

əksəriyyəti 



heç 

vaxt 


narkotikadan 

istifadə 

etməmişdirlər.Doğrudur narkotika qəbul etdikdən sonra görüntülər 

yaranir, ancaq bu ruhun bədəndən çıxdığı vaxt yaranan görüntülərə 

bənzəmir.Narkotikanin təsiri haqqında maraqlı fikirlər var. Əgər biz 

hər  hansı  nə  isə  görürüksə,  deməli  bu  nəyinsə  olmadığına  yox  , 

olduğuna  işarədir.  Əgər  biz  hər  hansı  predmeti  gözümüzlə 

görmürüksə,  və  onu  binoklla  görürüksə,  bu  o  deməkdir  ki,  bu 

predmet binoklla yaradılmışdır, əslində isə o yoxdur. Əlbəttə bizim 

qavrayışımızı sürətləndirən vasitələr - binokl, narkotika-var, ancaq 

onlar əvvəllər mövcud olmayan heç nə yaratmırlar. Axirət dünyasını 

görməyi  zəhərlənmə  ilə,  endorfınin,  uremiyanm  təsiri  ilə  beyində, 

böyrəkdə, ciyərdə yaranan xəstəliklərlə də izah edənlər var-bu cür 

izahlar  siyahısını  uzatmaq  olar.  Görüntünü  sayıqlama  kimi  qəbul 

edənlər  də  olmuşdur,  ancaq  bunları  görənlər  qavrayışın  real 

olduğunu təsdiq edirlər, həm də sayıqlama insanın xarakterini dəyişə 

bilməz,  onun  həyatını  dəyişməyə,  peşəsini  dəyişməyə,  qalan 

həyatını xalqa xidmətə həsr etməyə səbəb ola bilməz. Bəli səhnəyə 

bir-birinin ardınca psixoloqlar, psixiatrlar, nevropa- toloqlar çıxır və 

fikirlərini  əsaslandırmaq  üçün  hər  şeyi  sadalayırlar:  bu 

hallyustinasiyadır, deya vudur, “ bu yuxudan 

50 



başqa  bir  şey  deyildir,  depresiyanın  nəticəsidir,  hələ  lazımınca 

ifadəsini tapmayan şüurun şüura proyeksiyasıdır, hər cür təltəlşüur 

reaksiyadır,  unudulmuş  həyəcanlar,  ölüm  haqqında  şüurlu  və 

təltəlşüur  təsəvvürlərdir,  təltəlşüur  fabrikasiyadır-  yəni  hələ 

lazımınca ifadəsini tapmayan şüurda yaranan şüura çıxan şəkillərdir 

və  s.  Bu  hadisəni  eplepsiya,  əsəb  və  digər  xəstiliklərlə  də  izah 

edənlər tapıldı. Ruhdan başqa bu hadisəni hər şeylə əlaqəlandinnəyə 

cəhd etdilər. Bütün bu izahları müzakirə etmək  və tənqid etməyin 

mənasi  yoxdur.  Bu  nəzəriyyələr  elm  deyil,  o  elmi  tenninlə 

bəzədilmiş fikirlərdir, bu həqiqətin axtarişi olmayıb hansısa baxışın 

inadkarlıqla təbliğidir. Həm də obyektiv elm üçün bütün bu izahlar 

və tənqidlər artıq keçmişdə qalmışdır. Faktlarla mübahisə etmirlər, 

son  zamanlar  bu  faktlar  o  qədər  çoxalmışdır  ki,  hətta  onları 

mənimsəmək  belə  çətinləşmişdir.  Məsələn  ABŞ-dakı  Sloana 

institutunun  işləri  olduqca  maraqlıdır.  Bədəndən  kənar  həyat 

vəziyyətinə Boba Monro və digər elmi müəssisələrdə nail olmuşdur. 

İndi alimlər faktın olması ilə bağlı yox, onu praktiki məqsədlər üçün 

necə istifadə etmək ətrafında mübahisə edirlər. Şəxsiyyətə öz arzusu 

ilə  bədəni  tərk  etmək  və  bədənə  qatıtmağa  imkan  verən  məşq 

metodları vardır. Bir çox ölkələrdə bu iş dövlət sirri hesab olunur. 

Ümumiyyətlə,  demək  olar  ki,  bu  problemi  ciddi  şəkildə  öyrənən 

alimlər üçün insanın hansısa daxili hissəsinin(qeyri-maddi) bədəni 

tərk etməsi və ondan kənarda yaşaya bilməsi aydındır. Lakin indi də 

ölümün  rubi  tərəfini  və  bədənin  ölümündən  sonra  həyatın  olması 

fenomenini  inkar  edən  və  ya  sadəcə  olaraq  susan  alimlər  çoxdur. 

Mudinin,  Satonun,  Kyubler  Rossun  və  başqalarının  işləri  elmi 

dairələrdə  yaxşı  məlumdur.Bunlarla  ümumiyyətlə  mübahisə 

etmirlər, ancaq əldə olunan faktları qəbul etməyən və bütün yeniyə 

qarşı  çıxan  alimlər  də  az  deyildir.  Dayaq  nöqtəsi  kimi  onlar,  ilk 

baxışdan həqiqətə uyğun gələn nəzəriyyədən istifadə edirlər. Bütün 

insan qavrayışı, şüur, anlama, bütün psixika beyində cəmlənmişdir, 

əgər beyin yoxdursa onda şüur 




da, psixika da yoxdur. „Beyin və şüur ayrilmazdir”  - bu fikir fakt 

kimi irəli sürülür, əslində isə o fakt yox nəzəriyyədir. Onun təsdiqi 

üçün  adətən  S.P.Pavlovun  əsərlərinə  istinad  edirlər:  guya  o  sübut 

etmişdir ki, bütün psixi proseslər yalnız böyük beyin yarımkürəsində 

baş  verir.  Əslində  Pavlov  belə  deməmişdir  və  o  özü  mömin 

olmuşdur. Psixi proseslərin beyindən ayrılmazlığı nəzəriyyəsi klinik 

ölümlə  bağlı  reanimatoloqların  əsərlərindən  xeyli  əvvəl  alimlər 

tərəfindən şübhə altına alınmışdır. Məsələn belə bir sual qoyulurdu: 

“Əgər şüur beyində lokallaşırsa onda bu hansı hissədə olur? Şüurun 

böyük  yarımkürədə  olması  fikri  təsdiq  olunmamışdır.  Məlum 

olmuşdur ki, beynin bu hissəsi zədə alanda belə şüur qalır, şüurun 

lokallaşdırılmasının  tərəfdarları  onun  mərkəzini  orta  beynə 

keçirdilər,  lakin  burada  da  onu  tapmadılar.  Şüurun  mərkəzini 

lokallaşdırmaq  cəhdləri  heç  bir  uğur  gətirmədi:  Etiraf  etməyə 

məcbur  oldular  ki,  beyin  və  şüur  arasındakı  qarşılıqlı  münasibət 

göründüyündən  də  mürəkkəbdir.  Materialist  psixoloqların  fikrin 

beyindən ayrılması nəzəriyyələri lap əvvəldən qeyri-ciddi idi. Ciddi 

alimlər  hər  hansı  qərarı  vemıəyə  cəhd  etdilər,  hələ  1930-cu  ildə 

Şcrrinqton insanın ikili mahiyyətindən yazarkən beyin və əqlin bir- 

birindən  asılı  olmadığını  qeyd  etmişdir.  Penfild  və  başqa  alimlər 

əvvəlcə belə hesab edirdilər ki, şüur və ali mərkəzlər beyindədir və 

onları lokallaşdırmağa xeyli əsərlər sərf etdilər- 1970-ci ildə Penfild 

belə qənaətə gəldi ki, əql beynin məhsulu deyildir. Bir sözlə əqlin 

enerjisi  və  beynin  işlədiyi  enerji  müxtəlifdir.  Penfild  yazırdı  ki, 

“insan  öz  iradəsi  ilə  qan  təzyiqini,  temperaturunu,  hətta 

elektrokardiamin  göstəricisini  belə  dəyişə  bilər  -  bəs  bu  iradənin 

mərkəzi hardadir”? O belə nəticəyə gəlir : “İkili mahiyyət (əqlin və 

beynin ayrılması) haqqında nəzəriyyə həqiqətə daha çox yaxındır.’' 

Bir  sözlə  beyin-mürəkkəb  cihazdır,  o  əqllə  birlikdə  fəaliyyət 

göstərir, ancaq əqlin də öz enerjisi vardır. Beyin təfəkkürün alətidir

52 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə