Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə14/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   10   11   12   13   14   15   16   17   ...   167

edərdim  -  inanmaq  istərdim  ki,bundan  sonra  üçlükdə  bir  çox 

qaranlıq  məsələlərə  aydınlıq  gətirə  bilərik.Allah  müqəddəs,pak 

insanlardan heç nə gizlətmir,birdən olmasa da, hər halda az-az onu 

çoxlu  sirlərdən  agah  edir.Səyyarə  xanım,siz  də  bu  qəbilədən  olan 

insan  olduğunuzdan  əminəm  ki,sizin  üçün  Allah  bütün  sirlərini 

açaeaqdır.Inşallah! 

Maraqlı odur ki, klinik ölümü yaşayan hər kəs, o dünyadan 

qayıdanların  hamısı  bildirir  ki,  ölüm,  ölümdən  sonrakı  vəziyyət 

olduqca  xoşdur”.Bütün  əzablar  qurtarır”,”Bu  tam  rahatlıq,dinclik 

halıdır,heç  bir  qorxu  yoxdur”,”Geri  qayıdandan  sonra  bir  həftə 

ağladım  ki,gördüyüm  dünyadan  sonra  mən  yenidən  bu  dünyada 

yaşamalı olacağam”, „Geri qayıdacağımı deyən səs eşitdim” - “heç 

bir  qorxu  yox  idi”,”Nə  üçün  doğmalarım  bu  qədər  narahatdır,axı 

mənim  vəziyyətim  çox  yaxşidir”,”Gördüklərim,keçirdiyim  hiss  o 

qədər gözəldir ki,onu sözlə ifadə edə bilmirəm”,”Bütün bu müddət 

ərzində məni sevinc hissi tərk etmirdi, bu ən gözəl anlar idi”,”Mən 

özümü sözün həqiqi mənasında yaxşi hiss edirdim  -  təhlükəsiz və 

məhəbbətin  əhatəsində.Burada  olan  məhəbbəti  təsvir  etmək 

mümkün  deyildir”  -  bütün  bu  fikirləri  “o  dünyadan”  qayıdanlar 

deyir.Hal-hazirda 

ölümdən  həyata  qayıdış  nadir  hadisə 

deyildir.Bununla  belə  bunun  mümkün  olduğu  vaxtın  uzunluğu 

olduqca  məhduddur.Müxtəlif  mənbələrdə  belə  fikir  də  var 

ki,əvvəllər  öləni  həyata  qaytarmağın  sirrini  daha  yaxşi  bilirdilər  - 

belə ki,ölmüş adamları uzun müddət keçdikdən sonra belə diriltmək 

mümkün  olmuşdur.Yunan  mifologiyasından  bəllidir  ki,yunanların 

müalicə  allahı  Asklepiy,romalıların  Eskulap  allahı  həyata 

qaytarmış,diriltmək 

incəsənətini 

yaxşı 


bilirdilər. 

İncildə 


peyğembərYeliseyin  ölmüş  uşağı  diriltməyindən  danışılır.Yelisey 

evə  daxil  olur,görür  ki,ölmüş  uşaq  onun  yatağında  uzanıb,o  içəri 

girib qapını bağlayır və Allaha dua elməyə başlayır,o uşağın üstünə 

uzandı  alnını  uşağın  alnına  söykədi,  gözlərini  gözlərinə,  ovcunu 

uçağın  ovcuna  söykəyib  onu  qızdırmağa  başladı.  Uşağın  bədəni 

qızdı. Sonra qalxıb 

41 



otaqda  var-gəl  etdi,  yenidən  qayıdıb  uşağın  üstünə  uzandı.  Uşaq 

yeddi  dəfə  asqırıb  gözlərini  açdı.  Daha  bir  hadisə  yunan  tarixçisi 

Filostrat  tərəfindən  qələmə  alınır.  Burada  Appoliyanın  şagirdi 

Damidin qeydləri təhlil edilir. Romada olarkən filosof əyan ailəsinə 

məxsus  bir  dəfn  mərasimi  ilə  rastlaşır.  Hamının  kədərini  görən 

Appoloniy deyir: ‘Tabutu yerə endirin, mən ölən adam üçün tökülən 

göz yaşlarını dayandıracağam”. Sonra rəhmətə gedənin adamın adını 

soruşdu. Hamıya elə gəldi ki, o dənə mərasimdə olduğu kimi burada 

da nitq söyləyəcək. Ancaq Appoloniy çıxış etmədi, o rəhmətə gedən 

qıza toxunub nə isə pıçıldadı-qız ayıldı və ata evinə qayıtdı. Filostrat 

şahid Damidin qeydlərindən götürdüyü bu hadisəni belə  şərh edir: 

“Ya  0  (Appoliy),  rəhmətə  gedən  qızda  həyat  qığılcımını  duydu- 

deyirlər yağışın altında rəhmətə gedənin sifətindən buğ çıxır-ya da 

sönmüş həyatı öz toxunuşu ilə isindirdi-hər halda bu hadisənin şahidi 

olanlar üçün bu sual qaranlıq qaldı”. 

Ədəbi mənbələrdə deyilir ki, talenin insan üçün ayırdığı ömrü 

müxtəlif magiya üsulları ilə uzatmaq olar- doğrudur qeyd edilir ki, 

bu  həyat  tam  olmayıb,  kabuslu  həyat  olacaqdır.  Hal-  hazırda 

Avstraliyada  yaşayan  aborigenlərdə  bu  cür  praktika  var.  Ancaq 

avstraliyalı  cadugarların  həyatı  uzatmaq  imkanları  yalnız  üç  günlə 

məhdudlaşır. Göstərilir ki, üç gün diri qalan adam yeməkdən imtina 

edir və ona yaxınlaşan soyuğu hiss edir. Qait və Daqome adalarında 

yaşayan aborigenlər dirilmənin yetkin praktikasını mənimsəmişlər. 

Bu  dirilmə  üsullarının  çoxusu  Qaitiyə  məhz  Daqomedən 

gətirilmişdir.  Onu  “vudu”  kahinləri  qara  zəncilərin  əcdadları 

gətirmişlər. Daqomedə ölən adamın dirilməsi nümunəsini amerikalı 

həkim- səyyah vermişdir:”Adam yerə uzanmışdı, onda heç bir həyat 

əlamətləri  hiss  olunmurdu.  Mən  gördüm  ki,  onun  qulağının  biri 

yarıya qədər kəsilib, ancaq bu dəhşətli yara idi. Başqa heç bir güc 

işlədilməsi  əlaməti  yox  idi.  Onun  ətrafına  çoxlu  zənci  yığılmışdı: 

bəziləri tamam çılpaq idi, bəziləri isə uzun paltar geymişdi. Onların 

arasında bir neçə kahin də var idi- onların 

42 



qırxılmış  başlarının  ortasında  balaca  saç  yığımı  var  idi.  Bərabər 

səviyyədə çıxan səs gəlirdi: mərasimə hazırlıq gedirdi. Bütün işlərə 

bir qoca rəhbərlik edirdi; o hamıya göstəriş verir, əllərini yellədirdi. 

Onun  boynundan  fıl  sümüyündən  olan  boyunbağı  asılmışdı. 

Görünür o, fetişin baş kahini idi və bu gün şər ruhları o qovmalı idi.” 

Sonra səyahətçi yol yoldaşına müraciət edir, o, yerli sakin idi və o 

həkimi gətirdiyini deyir. Həkim aborigenlərə müraciət edir ki, mən 

həkiməm,  istərdim  ki,  meyidin  həqiqətən  ölü  olduğundan  əmin 

olum. Həkimə meyidə baxmağa icazə verdilər. Dirilmə mərasiminə 

hazırlıq  müvəqqəti  dayandırıldı.  Ətrafdakılar  həkimin  yanında 

dayanıb maraqla ona baxırdılar. Həkim onun gözlərinə baxdı, heç 

bir həyat əlaməti yox idi, ürəyi döyünmürdü. Meyidin yanına otuza 

qədər adam toplaşmışdı, onlar asta səslə oxuyurdular- bu ulama və 

hıçqırma arasında olan bir səs idi. Onlar getdikcə sürətlə və ucadan 

oxumağa  başladılar.  Sən  demə  bu  səsi  meyid  eşidirmiş.  Məni 

təəccübləndirən doğrudan da onlar deyən kimi olması idi. Qəflətən 

meyid əlini sinəsinə gətirib çevrilmək istədi. Ətrafdakılar qışqırdı, 

təbillər bərkdən vurmağa başladı, nəhayət meyid çevrildi, ayaqlarını 

yığıb  dizi  üstə  dayandı,  gözlərini  geniş  açıb  adamlara  baxdı”. 

Səyahətçi  bu  hadisəni  Daqomedə  aborigenlərin  əksəriyyəti  ilə 

müzakirə etdi. Məlum oldu ki, onlar bir neçə bün əvvəl ölmüş olan 

adamı da dirildə bilərlər. Deməli, onlar reanimatorlar kimi dirilmə 

üçün bir neçə dəqiqə yox, bir neçə gün keçəndən sonra da tədbir görə 

bilərlər.  Bu  hal  bir-birindən  uzaqda  yaşayan  xalqlarda  olmuşdur. 

Qaiti  və  Daqome  aborigenləri  üçün  bu  vaxt  on  gün  idisə,  Sibirdə 

qışlayan  xalqlar  üçün  isə  bu  yeddi  gün  idi.  Qədim  şumerlərdə  bu 

yeddi gün, amerikalı hindlilərdə altı gün, Yeni Qvineyada da altı gün 

müddətində  həyata  keçirilirdi.  Ölən  adamın  dirilməsi  üçün  vaxt 

müxtəlif  olsa  da,dirilmə  imkanı  bu  xalqlarda  heç  bir  şübhə 

doğurmurdu: onlar tez-tez praktikadan istifadə edirdilər. 

43 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə