Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə10/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   6   7   8   9   10   11   12   13   ...   167

ictimai psixioloji gözləmələr də təsir edir. “O biri dünya” və orada 

səyahət  etmənin  özünəməxsusluğnu  Nilin  tədqiq  etmişdir. 

Cərrahiyyə  əməliyyatı  keçirənlər  və  narkoz  atında  olanlar 

keçirdikləri  hissləri  müxtəlif  çalarlarla  danışmağı  xoşlayırlar.  Bəs 

qədim misirlilər və tibetlilər kilinik ölüm haqqında heç bir təsüvvürə 

malik  olmadıqları  halda  bu  vəziyyətdə  olan  adamların 

duyğularından  necə  danışa  bilərdilər?  Onlar  keçirilən  bu  hisslər 

haqqında  heç  bir  məlumat  almırdılar:  onlar  sadəcə  olaraq  güclü 

hallyustinasiya yarada bilən bitkilərdən istifadə edirdilər. Rusiyada 

ölümdən  sonra  həyatın  olmasının  qatı  təbliğatçılarından  biri  də 

Priyma  olmuşdur,  onun  fikrincə,  ölümdən  sonrakı  ilk  qırx  gündə 

ölənlə  akustik  görmə  əlaqə  mümkündür.  Onun  sözlərinə  görə  bu 

sadəcə  olaraq  hənirti,pıçıltı,  cırıldama,  ayaq  səsləri,qapınm, 

pəncərənin  öz-özünə  açılması  ilə  müşaiyət  olunur.  Görmə  əlaqəsi 

vaxtı qohumlar öləni dəfn vaxtı geyindiyi paltarla görürlər. Qırxınıcı 

gün  insanın  elektroensefoqammasında  səs  eşidilir-həmin  gün 

insanın  beyni  məlumatı  verməyə  başlayır.  B.M.Saqitovun  fikrinə 

görə  bizim  dünyadan  başqa  “paralel  dünya”  da  mövcuddur.  Bu 

düyadan fərqli olaraq orada həyat əbədidir. Axirət dünyası ilə bağlı 

klassik  dinlərdəki  fikirlərə  şərik  olan  Saqitov  deyir  ki,  qatilləri, 

bütün cinayətkarları, eyni zamanda düzgün həyat yaşamayanları o 

biri dünyada qorxulu işgəncələr gözləyir. Onlar əbədi əzablar olan 

dünyaya köçürüləcəklər. 

Qərbdə paralel dünya əvəzinə mistik dünya haqqında fikirlər 

geniş  yayılmışdır.  Bu  dünya  çoxlu  səviyyələrdən  və  planlardan 

təşkil  olunmuşdur  və  ölümdən  sonra  insanların  ruhu  bura  düşür. 

Bura həm də mistik səyahət vaxtı sağ adamın da ruhu düşə bilər-o 

ölənlərlə  söhbət  edə,  onlarla  əlaqəyə  girə  və  sonra  fiziki  bədənə 

qayıda bilər. Bu cür səyahət üçün yüksək mənəvi inkişaf səviyyəsi 

lazımdır. 

Adamlar  arasında  başqa  ölçülərdən  məlumat  alan,  onun 

sakinlərini görənlər var, həm də öz bədənlərini tərk edib o biri 

29 



dünyada səyahət edənlərin olması faktlarına da rast gəlirik. Bir çox 

halda bu bacarıq ölümün yaxınlaşması və ya ölümqabağı vəziyyətlə 

əlaqələndirilir. Bu vəziyyətin ilk mərhələsində adama elə gəlir ki, o 

bədəndən  ayrılıb-bunu  bədəndən  ayrılma  təcrübəsi  adlandırırlar. 

Mistik bədən fiziki bədənin kopiyası hesab olunur. Əslində mistik 

bədən  biz  özümüzük,  sümüksüz  və  bədənsiz  mövcud  olan  bizim 

mahiyyətimizdir-onu təsvir edərkən onu ruh, qəlb,eqo kimi verirlər. 

Qədim  misirlilər  mistik  bədəni  ka  və  ba,  yunanlar  psixi  yəhudilər 

neşamax  ruax  və  nefaş,  orta  əsr  alimləri-anima  divanı  və  anima 

xumana  adlandınmşlar.  Belə  hesab  olunur  ki,  bu  fiziki  bədənin 

qeyri- maddi oxşardır. Biz ayıq olanda hər iki bədən üst-üstə düşür, 

ancaq  xəstəlik,  narkotika  və  yaş  dövrü  bu  “sinxroluğu”,  eyni 

zamanda olmanı poza bilir. Bəzən elə olur ki, gündüz vaxtı insanlar 

sürətlə bədəni tərk edir, sonra isə həmin sürətlə geri qayıdırlar.Yuxu 

vaxtı bütün bunlar təbii baş verir. Belə hesab olunur ki,yuxu mistik 

bədənimizin fiziki bədəndən ayrılıb istirahət etməsi üçün zəruridir. 

Adətən  baş  verənlər  qavrayışımız  tərəfindən  təhrif  olunur, 

xatırladığımız 

nə 

varsa 


hamısı-ümumiyyətlə 

nə 


isə 

xatırlayırıqsa-“yuxumuzun”  kəsilmiş  hissələridir.  Praktiklərin 

fikrincə, uçduğumuz yuxular sözün həqiqi mənasında real hadisələr 

haqqında  xatirələrdir.  Bədəndən  çıxandan  sonra  bizim  mistik 

proyeksiyamız dünyanı səyahət edə və “mistik plan” adlanan ölçüyə 

daxil ola bilərlər. “Mistik səyahət” budur. Maraqlı bir hadisə 1993-ci 

ildə  Kent qraflığmda  yaşayan  dörd  yaşlı  Eminin  başına  gəlmişdir. 

Eminin  əqli  fəaliyyətində  az-az  olan  pozğunluq  olurdu.  O  adi  bir 

sarsıntıdan  huşunu  itirir,  bu  vaxt  bir  dəqiqəyə  qədər  onda  həyat 

əlamətindən  heç  nə  olmurdu,  sonra  yenidən  özünə  gəlirdi.  Qız 

xəstələnən  vaxtı  bədəndən  necə  çıxmasını  valideynlərinə 

danışırdı.Sonradan  qız  onu  oyatmaq  üçün  göstərilən  cəhdləri  ən 

xırda detallarına qədər təsvir etmiş-sanki bunları tavandan müşahidə 

etmişdir. Skeptiklər bildirirlər ki, bu cür həyəcan bütövlükdə beyin 

tərəfindən yaradılır. Onlar 

30 



təsdiq  edirlər  ki,  şəkli  dəyişən,onu  üç  ölçülü  edən,  əvvəlcədən 

yüklənən proqram əsasında işləməklə bunları həyata keçirən müasir 

kompüterlər  kimi  beyin  baş  verənlərə  yuxarıdan  baxılma  modeli 

hazırlayır.  Ancaq  bu  güman  izah  edə  bilmir  ki,  insan  gedən 

söhbətləri, hətta hadisələri belə təsvir edir-axı bu vaxtı 0 adi yolla 

bunları qavraya bilməzdi. Bəziləri elə güman edirlər ki, bədəndən 

çıxandan  sonra  onlar  başqa  dünyaya  yola  düşürlər  və  burada 

qeyri-adi varlıqlarla qarşılaşırlar. Digərləri təsdiq edirlər ki, hər kəs 

bədəndən  çıxma  təcrübəsini  özü  yarada  bilər.  Lakin  bütün  bunlar 

yeni hadisə deyildir. 

Qədim dini fenomen olan şamanizm Sibirdə yaranmış Asiyaya 

və  Amerika  kontinentinə  yayılmışdır.Şaman  şəfa  verən  və  kahin 

funksiyasını yerinə yetirirdi, tayfanın mənəvi durumuna məsul şəxs 

idi.  Şamanı  tayfa  seçmirdi,  o  öz  statusunu  varislik  yolu  ilə  qəbul 

edirdi  və  adına  uyğun  hərəkət  edirdi.  Onda  şəfa  vermə  bacarığı 

olmalı və o ruhlardan məlumat almağı bacarmalı idi. Bundan başqa 

o tək yaşayır, vaxtaşırı ürək keçmədən əziyyət çəkir, bu da onun hələ 

lazımınca  ifadəsini  tapmayan  şüuruna  təsir  edirdi.  Müasir  qərb 

dünyası  bu  halı  dəlilik  kimi  qəbul  etsə  də  tayfa  mədəniyyətində 

şamançılıq olduqca böyük hörmətə layiq idi. Belə hesab olunurdu ki, 

ürək  tutması  vaxtı  ruhlar  şamanın  ruhunu  aparır,  sonra  onu  tam 

müalicə  edib  qaytarırlar.  Bir çox  mütəxəssislər bu  fenomeni  psixi 

pozğunluqla  izah  etməyə  cəhd  göstərmişlər,  lakin  xəstə  güman 

olunan adam öz ruhu böhranını həll edəndən sonra şaman olurdu. 

Bəzi  mədəniyyətdə  ürək  keçməsinə  səmaya  səyahət  kimi 

baxırdılar-bura ağacın gövdəsi ilə qalxılırdı. Vəcdən özünü itirmək 

dərəcəsinə gələn vaxtı şamanın ruhu bədəni tərk edir və əzablı ölüm 

və dirilmə vəziyyətindən maariflənirdi. Şamanın vəzifələrindən biri 

ölənlərin ruhunu o biri dünyaya müşaiyət etmək idi, eyni zamanda 

sağların  adı  ilə  ünsiyyət  qurmaq,  onların  köməyi  ilə  adamları 

müalicə  etmək  idi.  Son  vaxtlar  Avropada  şamanların  sayı 

artmaqdadır. Əsasən onlar köhnə ənənələrlə gedirlər, 

31 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə