Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə154/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   150   151   152   153   154   155   156   157   ...   167

dünyanın tam məhvi ilə yanaşı onun qismən məhv olacağı ideyası da 

yarandı. 

Bəli zaman tez gedir,artıq bəziləri “dünyanın sonunun” üçüncü 

minillikdə  olacağını  proqnozlaşdırırlar.  Son  vaxtlar  kütləvi 

informasiya  vasitələrində  2012-ci  il  çox  hallandırılır  -  televiziya 

verilişlərinə  dəvət  olunanlar,  ayrı  -  ayrı  qəzet  və  jurnallarda 

“gələcəkdən  xəbər  verənlər”  bu  tarixi  tez  -  tez  xatırlayır,bəziləri 

bununla özlərini reklam etməkdən belə çəkinmirlər. Biz “dünyanın 

sonu” ilə bağlı qədim dövrlərdən üzü bəri deyilən fikirlərlə qısa bir 

nəzər saldıq və yəqin ki, siz bu fikirlərin heç bir ciddi obyektiv əsası 

olmadığına  əmin  oldunuz.  Əlbəttə  kimlərsə  bizimlə  razılaşmayıb 

qiyamətin  gəlməsini  gözləyə  bilər.  Təbii  fəlakətlərin  çoxalması, 

anomal  hadisələrin  artması,  insanların  davranışının  qeyri  adi 

dəyişməsi, müqəddəs olanların unudulması, insanların qabalaşması, 

bəşəriyyətin bu günkü durumu narahatlıq üçün əsas verir. İllərlə saf, 

təmiz,  müqəddəs  hesab  etdiyimiz  adamların  saxtakarlığı,  mənəvi 

dəyərlərə  biganəliyi  ,insanlar  arasındakı  münasibətlərdə  yaranan 

biganəlik  bizləri  düşündürməyə  bilməz  -  ancaq  Allah  dözümlü, 

səbirlidir,  bəndələrini  bağışlamağı  bacarandır,  yaratdıqlarını 

dağıtmaq  istəməz,  yəqin  ki,  biz  insanlar  da  yolumuza  qayıtmağa 

çalışacağıq. Birdə əgər xristianlar İsa peyğəmbərin gəlişini gözləyir 

və bununla xristianların xilas olacağını söyləyirlərsə bəs başqa dinə 

qulluq  edənlərin  aqibəti  necə  olacaq?  Heç  kəs  deyə  bilməz  ki, 

mənim  Allahım,  mənim  peyğəmbərim,  mənim  dinim  həqiqidir. 

Düşünürəm  ki,  xilaskar  gözləməkdənsə,  nə  vaxtsa  kiminsə  gəlib 

dünyanı  düzəldəcəyinə  inanmaqdansa  özümüz  ilk  növbədə 

özümüzü, sonra isə bütün dünyanı düzəldə bilərik - yaradıcı əmək, 

doğmalara qayğı,  təbiəti  qorumaq,  ümumibəşəri  dəyərlərə hörmət, 

həmrəylik  -  bütün  bunlar  nail  olmaqla  insanlığı  xilas  etmək 

mümkündür. Doğulduğumuz, yaşadığımız Yer kürəsində bizdə asılı 

olan  həll  ediləcək  işlər  kifayət  qədər  şoxdur  -  onları  etmək  vaxtı 

çatmışdır: kiminsə gəlib bu işləri 

463 



görəcəyinə ümid etməkdənsə bizə aid olan işləri özümüzün etməsi 

daha məqsədəuyğundur. 

Müzakirə  etdiyimiz  problemin  fonunda  dirilmə  haqqında 

məsələnin  də  vacib  olduğunu  qeyd  etməliyik.  Bu  məsələ  bütün 

dinlərin,  xüsusən  də  dünya  dinlərinin  təməl  daşıdır.  Din  tarixi  bu 

məsələ  ilə  bağlı  iki  baxışın  olduğunu  göstərir:  İnsanın  bədəninin 

ölümündən  sonra  “o  biri  dünyaya”  köçən  ruhun  mövcudluğuna 

inamla yanaşı əksər xalqlarda belə bir inam da var ki, insan öləndən 

sonra sadəcə oiraq “o biri dünyaya köçür”. Onlar o biri dünyada - 

həyatın  varlığına  inanırdılar  -  maraqlıdır  ki,  bu  adamlar  insanın 

ölümündən  sonra  onun  bədəninin  çürüməsinə,  yox  olmasına  da 

şübhə etmirdilər. Deyəsən, insan ölümə, bununla da hər şeyin yox 

olmasına inanmaq istəmir. İnsanın yox olmasını, ölümün gəlməsi ilə 

onun mövcudluğunun başa çatmasını etiraf etmək əvəzinə belə bir 

fikir fonnalaşmışdır ki, insan harasa gedir, “o biri dünyaya” köçür. 

Həyatın başa çatması faktını qəbul edə bilmirlər. Axı həyat davam 

edir,  Günəş  hər  tərəfə  nur  səpir,  quşlar  oxuyur,  gecələr  ulduzlar 

sayrışır. Bütün bunlar da əbədi həyata - burada olmasa da haradasa 

başqa yerdə onun olmasına inam yaratmışdır. Adamların bədəninin 

əbədi  yaşaması  haqqında  ibtidai  baxışlar  bədənlə  göylərə 

yüksəlməsi  haqqında  mifin  yaranması  üçün  əsas  olmuşdur.  Bu 

hamının  göylərə  yüksəlməki  və  yenidən  dirilməsi  ideyasını 

yaratmışdır. Qədim vaxtlardan yaranan mif bu gün də yaşamaqdadır. 

Qədim  yunan  mifologiyasında  deyilir  ki,  Zevs  qəhrəmanlıq 

göstərdiyinə  görə  Heraklı  sağ  Olimpə  aparmış  və  Heraki  ölməz 

allahlarla  yaşamağa  başlamışdır.  Rom  haqqında  mifdə  də  bədənin 

dirilməsindən danışılır. Bu əfsanəvi Roma hökmdarı diri - diri göyə 

aparılmış  və  orada  himayədar  -  hökmdar  olmuşdur.  Hindistanın 

allahlarından olan Krişna da göyə  aparılmışdır. Onun taleyi İsanın 

həyatını müəyyən etmişdir. Sonradan İsa peyğembər kimi Krişna da 

ölüm  hökmünə  məruz  qalmışdır  və  çarmaxa  çəkilmişdir. 

Ölümündən üç gün sonra o 

464 



dirilmiş və göylərə aparılmışdır. Bu cür taleyi Mitra da yaşamışdır. 

Ona ibadət edənlər nə vaxtsa Mitranın qayıdacağına inanırlar - onda 

Mitranın  çağırışı  ilə  ölülər  diriləcək  və  qəbirdən  çıxacaqlar. 

Zərdüştlükdə  də  Ahura  Mazdanın  ölüləri  öz  əvvəlki  görkəmində 

dirildəcəyi haqqında fikirlər söylənilir. Bu təlimdə deyilir ki, Allah 

bədəni  təbiət  ünsürlərindən  yaradacaqdır;  torpaqdan  -  sümükləri, 

sudan - qanı və s. Sonradan bu baxışlar yəhudi dininin yaradıcılarına 

təsir  etmiş  və  onlar  adamların  göyə  aparılmasını  inamını  təbliğ 

etmişlər. Ancaq burada bütün adamların, yoxsa yalnız möminlərin 

dirilməsindən aydın heç nə deyilmir. Onların dirilmədən sonra hansı 

görkəmdə olacağları da göstərilmir. Əvvəlcə bədən yaradılır, sonra 

ona nəfəs verilir. Əgər bu deyilənləri sırf hərfi mənada qəbul etsək 

onda  bu  yalnız  yaxın  vaxtlarda  ölənlərə  aid  edilə  bilər  -  belə  ki, 

onların bədənləri hələ çürüməyib. Əti getmiş sümüklərə peyğəmbər 

müraciət edir: “Qurumuş sümüklər, qulaq asın, Allahı dinləyin!” Bu 

sözləri eşidən sümüklərdə ət əmələ gəlir, o tam canlanır - daha sonra 

Yaxva  onlara  nəfəs  verir.  Adətən  müqəddəslərin  göylərə 

aparılmasından danışan dini yazılarda sadə adamlar haqqında yalnız 

o  bildirilir  ki:  onların  hamısı  diriləcəkdir.  Ancaq  bədən  hamısına 

yox,yalnız  möminlərə  qaytarılacaqdır.  Sonuncu  bədəni  ilə  göylərə 

aparılan  İsa  peyğəmbər  olmuşdur.  İsa  onun  göylərə  getməsinə 

inanmayanları  qınayır,  onları  qəddar  adlandırır.  Bədənin  göylərə 

çəkilməsi  ilə  bağlı  mifik  baxışlara  malik  olan  xristian  kilsəsi  öz 

təliminə  başqa  dinlərdən  götürülmüş  bədənin  dirilməsi  ideyasını 

daxil  etmişdir  -  İsanın  davamçıları  mütləq  diriləcəkdir.  Dirilmə 

deyərkən ölməz ruhun bədənlə birləşməsi nəzərdə tutulur. Əks halda 

söhbət yalnız ruhdan gedəndə dirilmədən danışmaq olmaz, belə ki, 

ruh  heç  vaxt  ölmür  -  əlbəttə  bu  yalnız  ruhun  ölməzliyinə  inanlara 

aiddir. Hələ bu vaxta qədər heç kəs dirilməmişdir. Xristianlar bunu 

İsanın  ikinci  gəlişindən  sonra  olacağını  deyirlər.  Əlbəttə  buna 

inanmaq çətindir, axı ölənlərin bədəni çoxdan 

465 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə