Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə153/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   149   150   151   152   153   154   155   156   ...   167

verəcəyini söyləmişdir.MilIerin peyğəmbərcəsinə söylədikləri doğru 

çıxmadı,  bu  böyük  hay-küyə  səbəb  oldu.  O,  tərəfdarlarına  yazılı 

müraciət edərək səhv etdiyini etiraf etdi. Bununla belə həmin günün 

yaxında olduğunu deməkdən çəkinmədi- və yeni vaxt elan etdi:22 

oktyabr 1844-cü il! Aldanılmış tərəfdarları yenidən onun dediklərinə 

inandılar.Həmin  gün  gəldi,İsa  yenidən  öz  tərəfdarlarına  qarşı 

laqeyidlik  nümayiş  etdirdi  -  yenə  də  kilsədə  münaqişə  yarandı  - 

Miller və tərafdarlarını kilsədən qovdular. Bu da müstəqil adventist 

icmasının yaranmasına gətirib çıxardı. Miller bəyan etdi ki, Allahın 

məhkəməsi  başladı;  müasir  adventistlər  İsanın  qayıtması  ilə  bağlı 

daha dəqiq vaxt demirlər. Bəli müxtəlif dini təşkilatların, ayrı - ayrı 

təriqətlərin  “dünyanın  sonu”  ilə  bağlı  hətta  konkret  tarix 

deməklərinə  baxmayaraq  hələlik  İsa  peyğəmbərin  zühr  etməsi 

gecikir. 

“Dünyanın  sonu”  ilə  bağlı  İslamda  verilən  fikirlər  dumanlıdır. 

İslama görə “dünyanın sonunun” gəlməsinin ilk əlaməti adamların 

arasında natəmizlərin artması olacaqdır, Məkkədə məbəd yox olacaq 

və Quran unudalacaqdır. Bu vaxt Allahın göndərdiyi məsihə Mehdi 

gələcək  və  müəyyən  vaxtdan  sonra  Yer  üzərində  ədaləti  bərpa 

edəcəkdir. “Dünyanın sonunun” gəlməsi bir dəcəlin görünməsi ilə 

müşaiət olunacaq. O uzaq bir adadan təşrif buyuracaq - bu vaxt Qoq 

və Maqoq onun qabağında olan divarı dağıdacaq və onun gəlişinə 

heç nə mane ola bilməyəcəkdir. Onun hökmranlığı qırx gün olacaq, 

o  bütün  Yeri  boçaldacaq  -  müsəlmanları  təqib  edəcək,  məscidləri 

dağıdacaqdır. Allahın göndərdiyi Mehdi onu öldürəcək və hər şeyi 

bərpa  edəcəkdir.  Başqa  bir  inama  görə  İsa  Müqəddəs  torpağa 

(Fələstinə) gələcək və Qüdsə ibadətə gedəcəkdir. Bu vaxt İsrafilin 

tütəyinin  səsi  qəbirdə  yatanları  oyadacaqdır.  Beləliklə  Qiyamət 

gününə qədər ruhun cənnət və ya cəhənnəmdə olması müvəqqətidir. 

Adamların əməllərinə məhz bu  vaxt qiyamət  veriləcək.:  möminlər 

cənnətə, günahı olanlar cəhənnəmə düşəcəklər. Onu da qeyd edək ki, 

xristianlıqdan 

460 



fərqli olaraq islamda “dünyanın sonu” gününü dəqiq deməyə cəhd 

yoxdur. 


Buddizmdə  də  “dünyanın  sonu”  haqqında  fikirlər  var.  Hətta 

buddizmin lamanizm qolu “dünyanın sonunu” böyük və balaca adı 

altında  iki  yerə  bölür.  ’’Balaca”  “dünyanın  sonu”  deyərkən  onlar 

bütün qeyri - buddistləri həyatının başa çatmasını nəzərdə tutrlar. Bu 

vaxt  Şambaladan  Yer  üzərinə  qoşun  gələcək  və  dinsizlərə  qarşı 

müqəddəs  yürüşə  başlayacaqdır,  bu  vaxt  buddist  olmayanların 

hamısı  məhv  ediləcəkdir.  Ona  görə  də  başqa  dinə  qulluq  edənlər 

əbədi  həyat  haqqında  düşünməməlidirlər.  Kafirləri  məhv  etməkdə 

orduya siçovullar, ilanlar, vəhşi heyvanlar və dəmir quşlar kömək 

edəcəkdir. Böyük “dünyanın sonu” olanda isə bütün maddi bədənlər 

məhv olacaqdır. 

Bəli,  bu  gün  dünyanın  hər  yerində  nə  vaxtsa  “dünyanın 

sonunun” gələcəyini təbliğ edən çoxlu dinlər var. Yalnız ABŞ- da 

təqribən 700 müxtəlif kilsə və sektalar adamları buna hazırlaşmağa 

çağırır.  Bütün  bu  təlimləri  bir  inam  birləşdirir:  həmin  gün  yalnız 

onların  kilsəsinə,  inamına  səcdə  edənlər  “xilas”  ola  biləcəklər. 

Burada  məntiq  hamı  üçün  eynidir:  yalnız  onlar  sözün  həqiqi 

mənasında  mömindirlər,  yerdə  qalanlar  günaha  batmış  adamlardır 

və  cəhənnəmdə  əbədi  işgəncəyə  məruz  qalacaqlar.  ABŞ-da  hətta 

“Zamanın sonu haqqında məlumat” adlı xüsusi jurnal da dərc olunur 

-  telefonla  “dünyanın  sonu”  haqqında  məlumatlar  verən  xüsusi 

xidmət  .sahələri  də  vardır.  Dünyanın  tezliklə  sonunun  gəlməsi  ilə 

bağlı peyğəmbərlik Qərbdə dəbdədir və gəlirli sahəyə çevrilmişdir. 

Qara və ağ magiya ilə məşğul olanlar, baxıcılar, ostoloqlar bu sahədə 

fikir söyləməyə meyllidirlər. 

1982-ci ildə İtaliyada keçirilən müasir münəccimlər konqresində 

Andre Barbo adlı birisi “planetin təhlükəli davranışına” əsaslanaraq 

“dünyanın sonunun” 1982-ci il noyabrın 13-də olacağını bəyan etdi. 

Daha bir yalan! 

461 



“Allahın  övladları”  adlı  Amerika  sektasının  banisi  Berq 

“dünyanın  sonunun”  1984-cü  ildə  olacağını  bəyan  etmişdir. 

“Müqəddəs  Mixail icmasının”  başşısı  Paul Kuna  bu  günün  8  may 

1988-ci il olacağını bildirmişdir. Onun fikrincə həmin gün icmanın 

yerləşdiyi  Dosvil  şəhəri  üzərində  “uçan  boşqablar”  görünəcək  və 

onlar  icmanın  layiqli  üzvlərini  cənnətə  aparacaqlar.  Ayrı  -  ayrı 

yerlərdən  minlərlə  insan  Dosvilə  axışıb  gəlməyə  başladı  -  lakin 

“uçan  boşqablar”  görünmədi,  “dünyanın  sonu”  olmadı.  1989  - 

1992-ci illərdə yalnız Rusiyada “dünyanın sonu” ilə bağlı 29 xəbər 

deyilmişdir - bu xəbərlərin müəllifləri bəyan etmişlər ki, bu xəbəri 

onlara şəxsən Allah demişdir. Sən demə ayrı - ayrı admlar vasitəsi ilə 

Allah nüvə silahının sınaqdan keçirilməsinin dayandırılmasını, atom 

elektrik  stansiyalarının  işinin  dondurulmasını  tələb  etmişdir.  O 

ekoloji problemlə məşğul olmağı tapşırmış, əks halda hər şeyi məhv 

edəcəyini demişdir. Məgər Allah özü axmaq adamlarla məşğul ola, 

ekoloji problemi özü həll edə bilməz? Yox, o qorxudur, bəşəriyyəti 

dağıdacağı  ilə  insanları  hədələyir.  Son  vaxtlar  Cənubi  Kareyada 

“dünyanın sonu” ideyasının tərəfdarları durmadan çoxalırlar. Pastor 

Lin bildirmişdir ki, 1992-ci il oktyabrın 28-də İsa Yerə qayıdacaq, 

114 min mömin toplayıb onlarla cənnətə yola düşəcəkdir. Bu sekta 

hətta  “səmaya  bilet”  də  satmışdırlar.  2000-ci  il  yaxınlaşanda 

“dünyanın  sonu”  tərəfdarları  xeyli  fəallaşmışdılar  -  zamanın 

böhranından və bəşəriyyət tarixinin sonundan danışanlar çox sürətlə 

şöhrət  qazanmağa  başladılar.  Bir  çox  dini  icmalar  2000-  ci  ildə 

İsanın  Qüdsə  gələcəyini  söyləmişdilər.  Həmin  vaxt  ABŞ-da  xeyli 

adam evlərini satıb İsrailə köçmüşdür. Belə bir fikir də deyilirdi ki, 

2000-ci  ildə  Günəş  ən  yüksək  ulduza  çatacaq  və  “dünyanın  sonu” 

labüddür. Hətta bu hadisədə Allah kənarda qalır. Kainat fəlakəti və 

onunla  bağlı  “dünyanın  sonunun”  gəlməsi  ideyası  ilə  yanaşı  son 

vaxtlar yeni fəlakət proqnozu verilir - yəni fəlakət bütün Yer kürəsini 

yox, onun ayrı - ayrı hissələrini əhatə edəcəyini söyləyirlər. Beləliklə 

462 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə