Рийазиййатчы алим


XALQ  ARASINDA.  İNSANI  KEYFIYYƏTLƏR



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

40 



XALQ  ARASINDA.  İNSANI  KEYFIYYƏTLƏR 

 

Hamlet İsayev (İsaxanlı) ilk baxışda ünsiyyətə çox can 

atmayan,  danışmaqdan  çox  dinləyən  insana  bənzəsə  də, 

onunla  həmsöhbət  olarkən  bu  hisslər  öz  yerini  başqa  bir 

duyğuya  verir.  Bir  tərəfdən  onun  sadəliyi  və  təvazökarlığı 

insanda  heyrət  doğurur,  digər  yandan  isə  riyaziyyat,  fizika, 

tarix,  beynəlxalq  münasibətlər,  dilçilik,  ədəbiyyata  aid  bi-

likləri, düşüncə genişliyi, dünyagörüşü, orijinal mülahizələri 

bu sahələrin mütəxəssislərini belə heyran edir. Klassik elmə, 

ədəbiyyat  və  mədəniyyətə  dərindən  bələd  olması  şüurlarda 

yaranan  «son  dərəcə  quru»,  yalnız  rəqəmlər  aləminin  tərki-

dünya  yaşayan  klassik  riyaziyyatçı  obrazından  əsər-əlamət 

qoymur.  (Əslində  o,  təbiət  elmləri  ilə  humanitar  və  sosial 

elmləri özündə birləşdirən nadir simalardan biridir). 

Hamlet müəllimlə ünsiyyətdə olan hər kəs ondakı qey-

ri-adi  cəhətləri  sezir.  O,  həssasdır,  şairanə  və  incəqəlblidir. 

Onun  musiqi,  incəsənət  və  təbiət  duyumu  güclüdür.  Bu 

barədə xüsusi söhbət açmır, çox danışmağı, təhlil aparmağı 

sevmir.  Bu  hisslər  onun  hərəkətlərində,  söz,  işarə  və  ey-

hamlarında,  zövqündə,  yumorunda,  bu  sahələrə  sevgisində 

özünü göstərir. Özünəməxsus bədii-publisistik üslubu ilə üzə 

çıxan  müxtəlif  səpkili  yazıları  və  nitqləri  xüsusi  maraq 

doğurur. 

Hamlet İsayev (İsaxanlı) öz xidmətlərindən söhbət aç-

mağı xoşlamır, keçmiş uğurlarına qapanmır, bugünkü nailiy-

yətlərilə  kifayətlənmir,  daim  yeniliyə,  gələcəyə  doğru  boy-

lanaraq, gələcəyi qurmağa, yaratmağa çalışır. 

Öz şeirlərinin birində dediyi kimi: 



Sözümüzün keşiyində dura bilsək, 

Hədəfləri bircə-bircə vura bilsək, 

Gələcəyi günümüzdə qura bilsək, 


 

 

41 



Yaşamağa nə var ki!..  

Tanrı  Hamlet  İsayevə  (İsaxanlıya)  istedadla  yanaşı, 

rəhbər-lider, təşkilatçılıq bacarığı, geniş dünyagörüşü, möh-

kəm  iradə,  nikbinlik,  insanpərvərlik  də  bəxş  etmişdir.  O, 

keçmiş  zamanlardakı  universal  zəka  sahiblərini,  mənəviy-

yatları ilə nəsillərə örnək olan ziyalılarımızı xatırladır. 

Doğrudan  da  Hamlet  İsayevin  (İsaxanlının)  liderliyi 

möhkəm  bünövrə  üzərində  dayanıb.  İrimiqyaslı  işləri  plan-

laşdıran və həyata keçirən bu insan çox geniş dünyagörüşünə 

malikdir, dərin və rəngarəng bilik sahibidir. 

İncə  təhlil,  alqoritmik  düşüncə  və  duyma  qabiliyyəti 

məsələlərin orijinal həllini tapmaqda ona kömək edir. 

«Hər  gün,  hər  saat  mükəmməlliyə  doğru!»  -  Xəzər 

Universitəsinin  fəaliyyəti  barədə  bir  çıxışından  götürülmüş 

bu qısa cümlədə Hamlet İsayevin (İsaxanlının) həyat devizi, 

əsas iş qayəsi olduqca bariz şəkildə öz əksini tapıb. 

Xeyirxah, mehriban, gülərüz olduğu qədər də ciddidir, 

dəqiqdir,  prinsipialdır.  Qarşısına  qoyduğu  məqsədə  nail  ol-

maq üçün düzgün, dürüst yol seçir və yolundan dönmür. Sə-

birlə,  ötəri  işlərə  baş  qoşmadan  düşünə-düşünə,  addım-ad-

dım, eyni zamanda inadla, inamla irəliləyir. 

Yüksək davranış mədəniyyəti, təvazökarlığı, ilhamveri-

ciliyi alim və ziyalıları onun ətrafına cəzb edir. 

Həlledici  addımların  müəyyən  edilməsindəki  qətiliyi, 

qərar  qəbuletmə  məsuliyyətini  öz  üzərinə  götürməsi  danıl-

mazdır.  O,  bunlarla  yanaşı,  ən  yaxşı  bildiyi  və  əvvəlcədən 

hansı  qərar  qəbul  edəcəyi  bəlli  olan  məsələni  belə  ətrafın-

dakılarla  müzakirəyə  çıxarır.  Hiss  olunur  ki,  ona  hörmət 

edirlər,  onu  lider  kimi  qəbul  edirlər,  onu  sevirlar.  O  isə  hə-

mişə hamıya bərabər olduğunu, heç kimdən yuxarıda durma-

dığını, bütün hərəkətləri ilə, bütün səmimiyyəti ilə ortaya çı-

xarır.  Başqalarının  uğurlarına  sevinmə  qabiliyyəti,  dərd-




 

 

42 



lərinə  və  qayğılarına  şərikolma  xüsusiyyəti  göz  qaba-

ğındadır. 

Profesor  Hamlet  İsayev  (İsaxanlı)  əsil  ziyalı,  geniş 

qəlbli  vətəndaş  kimi  yerliçilik,  regionçuluq  psixologiyasına 

qarşı  çıxır.  O,  Azərbaycanda  bütün  millətlərin  yanaşı  və 

mehriban yaşamasını, milli azlıqların təhsil, insan hüquqları, 

sosial rifah və mədəni sahələrdə inkişafını dövlət siyasətinin 

mühüm tərkib hissəsi sayır. Hamlet İsayev (İsaxanlı) harada 

yaşamasından  asılı  olmayaraq  hər  bir  azərbaycanlını  sevir, 

onun dərdini öz dərdi, sevincini öz sevinci hesab edir. 

Dərin  düşüncə,  nəzəriyyə,  təcrübə,  əməli  iş,  axtarış 

istəyi ona bir alim və qurucu kimi əbədi şöhrət və başucalığı 

gətirən nəcib məziyyətlərdir.  

Tanrı  Hamlet  İsayevdən  (İsaxanlıdan)  bunların  heç  bi-

rini əsirgəməyib. Ömrünün ən yetkin, zəkalı çağlarını yaşayan 

alim,  elm  təşkilatçısı  və  şair  dünəninə,  bu  gününə  ümidlə, 

nikbinliklə  nəzər  sala  bilər.  İnanırıq  ki,  elmdə,  təhsildə, 

ədəbiyyat və poeziyada, quruculuqda seçdıyi xeyirxah, lakin 

çətin, keşməkeşli yol Hamlet İsayevi (İsaxanlını) yeni uğur-

lara qovuşduracaq. 

Hamlet İsayev (İsaxanlı) şeirlərinin birində təvazökar-

lıqla belə yazır: 



 

Bu dünyaya nə gətirdim?  

Bu dünyada nə qoymuşam? 

Nə bir işi tam bitirdim, 

Nə həyatdan tam doymuşam… 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə