Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

36 



REDAKTORLUQ  FƏALIYYƏTI 

 

Professor Hamlet İsayev (İsaxanlı) müxtəlif xarici dil-



lərdən azərbaycancaya və əksinə tərcümə kitablarının, həm-

çinin bir çox elmi-ədəbi əsərlərin və topluların tərtibatçısı və 

redaktoru  kimi  də  mühüm  işlər  görür.  Burada  adları 

sadalanan  nəşrlər  alimin  bu  istiqamətdəki  fəaliyyətini  əyani 

şəkildə sübuta yetirir: 

 

Üçdilli (Azərbaycan, ingilis, rus) «Xəzər Xəbər» («Khazar 



View»)  elmi-kütləvi  və  bədii-publisistik  jurnalının  baş 

redaktoru; 

İngilis  dilində  nəşr  olunan  «Khazar  Journal  of  Mathe-

matics»  («Xəzər  Riyaziyyat  Jurnalı»)  elmi  jurnalının 

baş redaktoru; 



«Azerbaijani Studies» («Azərbaycan Araşdırmaları») el-

mi jurnalının baş redaktoru; 



«Azərbaycan Arxeologiyası» elmi jurnalının təsisçisi; 

«Public  voice»  (ABŞ)  jurnalının  redaksiya  heyətinin  üzvü 

olub. 


«Azərbaycan Respublikasında təhsil islahatları» konfran-

sının materialları. Bakı,  Xəzər Universitəsi, 27-28  yan-

var 1995. 

«Azərbaycan tarixinin problemləri, müasir tədris və elmi 

nəşrlərdə onların əksi» konfransının materialları. Bakı, 

Xəzər Universitəsi, 15 aprel 1995. 



«Xarici dil tədrisinin nəzəri və praktik məsədlələri» konf-

ransının  materialları.  Bakı,  Xəzər  Universitəsi,  20  may 

1995. 

«Azərbaycanda ictimai-siyasi fikir – XX əsr» konfransının 

materialları. Bakı, Xəzər Universitəsi, 12 may 1996. 




 

 

37 



«Şah İsmayıl və onun dövrü» beynəlxalq konfransının ma-

terialları.  Bakı,  Xəzər  Universitəsi,  24-26  sentyabr 

1997. 

«Qafqazda Sovet totalitarizmi. 20-30-cu illər» elmi konf-

ransının  materialları.  Bakı,  Xəzər  Universitəsi,  6-7  no-

yabr 1998. 

Tadeuş  Svietoçovski.  «Rusiya  və  Azərbaycan».  Bakı,  Xə-

zər Universitəsi Nəşriyyatı, 1999. 

Camal  Mustafayev.  «İdrakın  şeiriyyəti».  Bakı,  Xəzər  Uni-

versitəsi Nəşriyyatı, 1999. 

«Azərbaycan  tarixinin  çağdaş  problemləri».  Azərbaycan 

tarixçisi professor Süleyman Əliyarlının 70 illik yubile-

yinə  həsr  olunmuş  məcmuə.  Bakı,  Xəzər  Universitəsi, 

2000. 


M.L.Stein və Susan F.Paterno. «Jurnalistikaya giriş. Müx-

birin stolüstü kitabı». Bakı, Xəzər Universitəsi Nəşriy-

yatı, 2002. 

Heinrich  Fridrich  Von  Diez.  «Kitabi-Dəqəm  Qorqud  aşi-

qi». Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2002.  

«Gürcüstanda  erməni,  yoxsa  gürcü  kilsələri?»  (İngilis 

dilində). Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2004.  



«M.Ə.Rəsulzadə  və  ictimai-siyasi  ideallar».  Bakı,  Xəzər 

Universitəsi Nəşriyyatı, 2005.  



«Xəzər  İngiliscə-Azərbaycanca  Böyük  Lüğət»:  6  cilddə, 

1-2-ci cild. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2005. 

R.E.Hiebert, D.F.Ungurait, T.W.Bohn. «Kütləvi İnformasi-

ya Vasitələri. Müasir kommunikasiyaya giriş». Bakı, 

Xəzər Universitəsi Nəşriyyatı, 2005. 

 

 



 

 

38 



BEYNƏLXALQ  FƏALIYYƏT 

 

Professor Hamlet  İsayev (İsaxanlı) beynəlxalq aləmdə 

görkəmli riyaziyyatçı alim, elm və təhsil təşkilatçısı, huma-

nitar  və  sosial  elmlər  üzrə  geniş  əhatəli  tədqiqatçı,  şair  və 

maarifçi  kimi  tanınmışdır.  Hamlet  İsayev  (İsaxanlı) 

UNESCO, NATO, Avropa Şurası kimi beynəlxalq qurumla-

rın keçirdiyi tədbirlərdə aparıcı məruzələrlə çıxış etmiş, layi-

hələrə rəhbərlik etmişdir. 

Dünyanın ən məşhur universiteti olan Harvard Univer-

sitetinin  bizim  bölgəmizdə  ən  yaxın  tərəfdaşı  məhz  Xəzər 

Universitetidir. 

«Xəzər  Universiteti  Yaxın  Şərq  və  Mərkəzi  Asiyanın 

Harvardıdır». (K.Diker, ABŞ səfirliyinin təhsil və mədəniy-

yət işləri attaşesi). 

2001-ci ilin aprel ayında Xəzər Universitetinin rektoru

professor  Hamlet  İsayev  (İsaxanlı)  Harvard  Universitetində 

Minsk  qrupu  çərçivəsində  «Dağlıq Qarabağ  üzrə  danışıqlar: 

Biz  hara  gedirik?»  mövzusunda  keçirilən  Amerika-Azər-

baycan-Ermənistan  müzakirələrində  Azərbaycanı  təmsil 

etmişdir  (Amerikanı  Minsk  qrupunun  amerikalı  həmsədri, 

səfir  Keri  Kavanau,  erməniləri  Çikaqo  Universitetinin 

professoru Ronald Suni təmsil etmişlər).  

2001-ci  ilin  yayında  bu  işlərin  davamı  olaraq  Xəzər 

Universiteti  Harvard  Universiteti  ilə  birgə  «Milli  kimlik 

məsələsi» və «Qarabağ: Hərb və sülh» mövzusunda iki konf-

rans keçirdi. Konfransda Azərbaycanın Xarici İşlər Naziri və 

başqa  dövlət  rəsmiləri,  xarici  ölkə  diplomatik  nüma-

yəndələrinin əksəriyyəti iştirak edirdilər. 

Professor  Hamlet  İsayevin  (İsaxanlının)  gərgin  işi  sa-

yəsində ötən illər ərzində dünyanın inkişaf etmiş xarici ölkə-

lərində  təhsil  almaq,  tədqiqat  aparmaq  və  staj  keçmək  üçün 




 

 

39 



xeyli  alim  və  müəllim  göndərilib.  Eyni  zamanda  xarici 

ölkələrdən Azərbaycana müxtəlif sahələr üzrə alim və müəl-

limlər dəvət edilib.  

Bununla  yanaşı  o,  yüzlərlə  azərbaycanlı tələbələri  nü-

fuzlu xarici ölkə ali məktəblərində təhsil almağa göndərib. 

Professor  Hamlet  İsayev  (İsaxanlı)  xarici  ölkələrdən 

Azərbaycana humanitar yardımlar edilməsi, xarici ölkələrdə 

Azərbaycan  Lobbisinin  yaradılması  sahəsində  də  xeyli  işlər 

görüb və bu sahədə uğurla çalışmaqdadır. Onun xarici mütə-

xəssislərin diqqətini Azərbaycan problemləri ilə bağlı məsə-

lələrə cəlb etmək istiqamətində xeyli uğurları vardır. 

O,  Şimali  Amerika,  Qərbi  və  Mərkəzi  Avropa,  Şərqi 

Avropa və keçmiş Sovet ölkələri, Yaxın Şərq ölkələri, Hind-

Çin  dünyası  və  Malayziya  kimi  dünyanın  bir-birindən  çox 

aralı  bölgələrində  keçirilmiş  müxtəlif  elmi  konfrans,  sim-

pozium  və  forumların  iştirakçısı  olub,  universitetlərdə  mü-

hazirələr oxuyub.  

Professor Hamlet  İsayev (İsaxanlı) bir sıra beynəlxalq 

və  yerli konfransların təşkilat komitəsinin sədri olub. O, bir 

çox məşhur elm, təhsil, mədəniyyət, siyasət və dövlət adam-

larının  Azərbaycana  gəlməsinə  nail  olub.  Bununla  bağlı 

Xəzər Universitetinin yerləşdiyi Nizami rayonu azərbaycanlı 

və  əcnəbi  məşhur  şəxsiyyətlərin  ən  çox  baş  çəkdiyi  bir 

məskənə çevrilib.  

Ümumiyyətlə,  Xəzər  Universiteti  xarici  səfirlik  və 

beynəlxalq  təşkilatların,  böyük  beynəlxalq  şirkətlərin  xarici 

dövlət  elm  və  mədəniyyət  xadimlərinin  Azərbaycanda  ən 

çox gəlib-getdiyi bir elm, təhsil, mədəniyyət ocağıdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə