Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

16 



klassik musiqi gecələri bu ali təhsil ocağını sözün həqiqi mə-

nasında  qədirbilən  ziyalılarımızın  böyük  həvəslə  üz  tutduq-

ları müqəddəs ziyarətgaha çevirmişdir. 

Xəzər  Universitetinin  peşəkar  futbol,  basketbol,  şah-

mat  komandaları  müxtəlif  miqyaslı  idman  yarışlarında  mü-

hüm uğurlar qazanıb və bu ali təhsil müəssisəsinin adını da-

ha da şərəfləndirib.  

Xəzər  Universitetinin  Azərbaycanda  və  xaricdə  məş-

hur  olan  Mahnı  və  Rəqs  Ansamblı  Avropada,  Gürcüstanda, 

Türkiyədə  və  ərəb  ölkələrində  təşkil  olunmuş  festivallarda 

uğurla çıxış edib, ölkəmizə mükafatlarla qayıdıb. 

Xəzər  Universitetinin  artıq  İranda  filialı  açılıb  və 

Hindistanda filialı açılmaq üzrədir!  

Bütün bu faktlar haqlı iftixar hissi doğurur. 

Hamlet İsayev (İsaxanlı) öz sözünü təkcə ali təhsil sis-

temində  deyil,  orta  təhsil  sistemində  də  demiş bir təhsil  qu-

rucusudur. O, orta təhsil sahəsindəki ideyalarını 1998-ci ildə 

Xəzər  Universitetinin  nəzdində  yaratdığı  «Dünya»  mək-

təbinin simasında həyata keçirməkdədir.  

Elm  və  təhsil  sahəsindəki  müstəsna  xidmətlərinə  görə 

Hamlet  İsayev (İsaxanlı)  beynəlxalq  aləmdə  ən  yüksək  mü-

kafatlara layiq  görülmüş, ölkəmizdə təhsil strategiyasını ha-

zırlamaq  və  həyata  keçirmək  məqsədi  ilə  yaradılmış  Azər-

baycan  Prezidenti  yanında  Təhsil  Komissiyasına  üzv  seçil-

mişdir. 

 

Tadeuş SVİETOÇOVSKİ,  



professor, tarixçi (ABŞ): 

«Xəzər Universitəsinin ab-havası olduqca xoşuma gə-

lir.  O,  mənə  əsas  xüsusiyyəti  daimi  axtarışda  olan  və  buna 

görə  daimi  dəyişmədə  olan  Amerika  universitələrini  xatır-

ladır».  

 


 

 

17 



Tomas YANQ,  

Böyük Britaniyanın Azərbaycandakı səfiri: 

«Xəzər Universitəsinin öz potensial imkanlarını həyata 

keçirməsinə çox şadam. «Xəzər» Azərbaycanda özəl univer-

sitə kimi çox nüfuz qazanmışdır, Azərbaycanın bütün univer-

sitələri arasında ən qabaqcılıdır». 

Ercan QURBANOV,  

doktor, Merilend Universitəsi (ABŞ): 

«Məşhur  və  çox  hörmətli  Xəzər  Universitəsi  yüksək 

keyfiyyətli təhsil və elm standartlarına uyğun, müstəqil təhsil 

sisteminin önündə gedən bir bayraqdardır». 

 

Misir MƏRDANOV, 

professor, Azərbaycan Respublikasının Təhsil Naziri: 

«Xəzər Universiteti bu gün həm Azərbaycanda, həm də 

Azərbaycandan kənarda özünəməxsus yeri olan, özünün xü-

susi çəkisi olan bir ali təhsil müəssisəsidir». 

 

Hafiz PAŞAYEV,  

Azərbaycanın ABŞ-dakı səfiri: 

«İlk  özəl  ali  təhsil  məktəbi  kimi  təsis  edilmiş  Xəzər 

Universitəsi  artıq  özünə  möhkəm  yer  etmiş,  Azərbaycanın 

məşhur,  tarixi  zəngin  olan  universitələri  sırasına  daxil  ol-

muşdur». 

 

Fəridə MƏMMƏDOVA,  

professor, tarixçi: 

«Xəzər  Universitəsi  ən  yaxşı  Qərb  ali  məktəblərinin 

nümunəsi ilə, onlara bənzədilərək yaradılmışdır. Bu, çox gö-

zəldir, amma bu universitənin öz milli xüsusiyyətlərimizi təb-

liğ etməsi, mədəniyyətimizin dirçəlməsi və inkişaf etməsi üz-

rə çox vacib işlər görməsi də olduqca təqdirəlayiqdir». 


 

 

18 



 

 


 

 

19 



RIYAZIYYATÇI  ALIM 

 

Fizika-riyaziyyat  elmləri  doktoru,  professor,  müxtəlif 



akademiyaların üzvü Hamlet İsayevin (İsaxanlının) elmə gə-

tirdiyi yeni anlayışlar, yaratdığı riyazi nəzəriyyələr, isbat et-

diyi  teoremlər  riyaziyyat  elmini  xeyli  zənginləşdirib,  azər-

baycanlı  alimə  dünya  şöhrəti  gətirib.  O,  məhz  riyaziyyatçı 

alim  kimi  Sovet  dövründə  dünyanın  qabaqcıl  ölkələrində 

mühazirələr  oxuyub,  işləyib,  əsərlərini  çap  etdirib.  Onun 

rəhbərliyi  altında  dissertasiya  müdafiə  etmiş  gənc  alimlər 

indi ABŞ-da, Rusiyada, İsraildə, Türkiyədə və başqa ölkələr-

də uğurla işləyirlər. 

Hamlet  İsayevin  (İsaxanlının)  elmi-tədqiqat  işləri 

SSRİ Elmlər Akademiyasının nüfuzlu illik hesabatlarında ən 

yaxşı işlər siyahısına daxil edilmişdir. 

Gənc  riyaziyyatçı  alim  görkəmli  mütəxəssislərin  çox 

çətin və maraqlı sahə saydıqları bir istiqamətdə – riyazi fizi-

ka və kvant mexanikasından  yaranan çoxparametrli spektral 

nəzəriyyə sahəsində gərgin elmi tədqiqatlar aparıb.  

Riyaziyyat və onun tətbiqi üzrə elmi məqalələri ingilis 

və rus dillərində Amerika, Avropa və Sovet  İttifaqında nəşr 

edilən ən nüfuzlu elmi jurnallarda çap olunub.  

Bu  sahədə  çalışan  görkəmli  kanadalı  alimlər  P.Braun 

və P.Bayndinq o zaman çox gənc olan Azərbaycan aliminin 

işləri ilə yaxından maraqlanıb onu Kanadaya dəvət etmiş, bu 

nəzəriyyənin  ağsaqqalı  sayılan  məşhur  Frederik  Atkinson 

onu  Torontoya  dəvət  etmiş,  Hamlet  İsayevin  (İsaxanlının) 

şərəfinə  riyazi  konfrans  təşkil  etmişdir.  Bu,  görkəmli  ri-

yaziyyatçımızın  Qərb  dünyasında  şöhrət  yolunun  başlanğıcı 

idi. 

 

Böyük insanlar haqqında onun vətənindən uzaqda 

yaşayan  böyük  insanların,  elm  və  sənət  adamlarının  fi-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə