Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

11 



edib,  işləyib,  özünü  geniş  diapazonlu  riyaziyyatçı  alim,  so-

sial  və  humanitar  elmlər,  təhsil  tarixi  və  nəzəriyyəsi  üzrə 

görkəmli mütəxəssis kimi təsdiqləyib. 

200-dən  artıq  elmi  məqalənin,  riyaziyyat,  təhsil,  dil-

şünaslıq üzrə monoqrafiya  və dərsliklərin,  müxtəlif dillərdə 

nəşr olunmuş şeir kitablarının müəllifidir. 

1997-ci ildən bu günə qədər Xəzər Universiteti İdman 

Klubunu  –  super  liqada  futbol  klubu  (1999-2004),  super 

liqada basketbol klubu (1999- indiyə qədər), şahmat klubunu 

(2005) yaratmışdır. 

2005-ci  ilin  mayında  yeni  təşkil  olunmuş  Azərbaycan 

Respublikası Prezidenti yanında Təhsil Komissiyasının üzvü 

təyin edilmişdir. 

 



 

 

12 



Professor Hamlet İsayev (İsaxanlı) elm, təhsil və ya-

radıcılıq  sahələrində  qazandığı  uğurlara  görə  bir  çox  mü-

kafatlara layiq görülüb, məşhur beynəlxalq qurumlara üzv 

seçilib:  

 

1994  Elmi-tədqiqat  və  təhsil  sahəsində  xidmətlərinə  görə 

Yusif Məmmədəliyev mükafatı laureatı 



1995  Beynəlxalq  «Qlobal  Keyfiyyət  Menecmenti»  (Lon-

don) mükafatı laureatı 



1995  Amerika İctimai İdarəetmə Cəmiyyətinin üzvü  

1996   -  indiyə  qədər  Azərbaycan  Respublikası  Rektorlar 

Şurasının həmsədri 



1997  - 1999 Avro-Asiya Fondu (ABŞ) Qafqaz Direktorlar 

Şurasının üzvü 



1998  - 2002 Açıq Cəmiyyət İnstitutu (Soros fondu), Azər-

baycan. İdarə Heyətinin üzvü 



1999  -  2004  «Xəzər  Universiteti»  futbol  komandasının 

prezidenti  



2000   -  indiyə  qədər  Azərbaycan  Futbol  Federasiyaları 

Assosiasiyası İcraiyyə Komitəsinin üzvü 



2001   - indiyə qədər Azərbaycan Özəl Universitetlər Asso-

siasiyasının prezidenti 



2002  Əsası iki dəfə Nobel mükafatçısı L.Polinq tərəfindən 

qoyulmuş Beynəlxalq Elmlər Akademiyasının həqiqi 

üzvü - akademiki seçilib 

2004    «Qızıl Qələm» mükafatı laureatı; 

2005    «Səməd Vurğun» mükafatı laureatı 

2005  Rusiya  Pedaqoji  və  Sosial  Elmlər  Akademiyasının 

həqiqi üzvü - akademiki seçilib 



2005  Azərbaycan  Prezidenti  yanında  Təhsil  Komissiyası-

nın üzvü 

 

www.hisaxanli.org              hamlet@khazar.org 




 

 

13 



 


 

 

14 



ELM  VƏ  TƏHSIL  QURUCUSU 

 

Professor  Hamlet  İsayev  (İsaxanlı)  1990-91-ci  illərdə 



keçmiş  SSRİ-də  ilk  özəl  və  ilk  ingilisdilli  universitet  - 

Xəzər  Universitetini  yaradıb,  onu  beynəlxalq  aləmdə 

tanıdıb. 

Professor Hamlet İsayevin (İsaxanlının) yaratdığı Xəzər 

Universiteti  təbiət  elmləri  və  mühəndislik,  iqtisadiyyat  və 

idarəetmə, hüquq, tibb,  sosial-siyasi və  humanitar elmlər sa-

həsində yüksək səviyyəli mütəxəssislər yetişdirməyi qarşısına 

məqsəd  qoyan,  verdiyi  məzunluq  diplomlarının  beynəlxalq 

miqyasda  tanınmasına  nail  olan  mühüm  elmi  mərkəz  və  ali 

təhsil məbədidir.  

Bu universitetə səliqə-sahman, təmizlik, yüksək mədə-

niyyət,  yüksək  tələb,  ciddilik,  nümunəvi  nizam-intizam 

xasdır.  

Son  beş  ildə  Avropada  gedən  və  Bolonya  prosesi  ad-

lanan  təhsil  və  tədris  ideyalarını  Hamlet  İsayev  (İsaxanlı) 

1991-ci ildən, yəni Avropadan əvvəl (!) Azərbaycanda Xə-

zər Universitetində tətbiq etməyə başlayıb! İndi Xəzər Uni-

versiteti  Azərbaycanın  bütün  ali  məktəblərindən  fərqli 

keyfiyyət  və  müasirlik,  dünyəvilik  və  vətənpərvərlik  ocağı 

və cazibə mərkəzidir. 

Tələbələr  elmi  düşüncə,  oxuyub-öyrənmək  həvəsi, 

yenilik  ab-havası,  sağlam  mühit,  idman,  musiqi,  bir  sözlə, 

zəngin tələbə dünyası ilə əhatə olunublar. 

Yarandığı 15 il ərzində Xəzər Universiteti elm və təh-

sil  sahəsində  böyük  nailiyyətlər  qazanıb  və  beynəlxalq 

aləmdə  tanınıb.  «Xəzər»  yeganə  ali  məktəbimizdir  ki,  dün-

yanın  bir  çox  universitetləri  ilə  diplomların  qarşılıqlı  tanın-

ması haqqında müqavilə bağlayıb.  



 

 

15 



Xəzər  Universitetinin  məzunları  ölkəmizdə  və  bütün 

qitələrdə  yüksək maaşlı nüfuzlu vəzifələrdə çalışır, yüzlərlə 

tələbəsi dünyanın müxtəlif qabaqcıl ali məktəblərində təhsil-

lərini  davam  etdirir.  Nəinki  məzunlar,  hətta  yuxarı  kurs  tə-

ləbələri də aparıcı şirkətlərin diqqət mərkəzindədir, bu tələ-

bələrin  də  böyük  əksəriyyəti  işləyir.  Ali  məktəbin  gücü  bu 

deyilmi? 

Yüzlərlə  xarici  ölkə  mütəxəssisləri  Xəzər  Universi-

tetində işləyib və indi də işləyir. 

Xəzər Universiteti Nəşriyyatında çoxsaylı kitablar, jur-

nallar, tərcümə topluları dərc olunur, beynəlxalq aləmdə ya-

yılır, təmsil etdiyi ali təhsil ocağına və Azərbaycana hörmət 

qazandırır. 

Professor Hamlet İsayev (İsaxanlı) üçdilli (Azərbaycan, 

ingilis,  rus  dillərində)  «Azərbaycan  Araşdırmaları»,  «Azər-

baycan  Arxeologiyası»,  «Xəzər  Riyaziyyat»  elmi  və  «Xəzər 

Xəbər»  elmi-kütləvi  və  ədəbi-bədii  jurnallarının  təsisçisi  və 

baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.  

Professor  Hamlet  İsayev  (İsaxanlı)  ölkəmizdə  və  xa-

ricdə çoxsaylı konfrans, simpozium, seminarların təşkilatçısı 

olub və orada məruzəçi kimi çıxış edib. 

Gəncliyin  cazibə  mərkəzi  olan  Xəzər  Universitet  ya-

randığı  gündən  həm  də  mədəniyyət,  incəsənət  və  idman 

ocağıdır.  

Professor  Hamlet  İsayevin  (İsaxanlının)  rəhbərliyi  ilə 

ardıcıl  olaraq  milli  ədəbiyyat  və  mədəniyyətimizin  nəhəng 

simaları  haqqında  aparılmış  sanballı  elmi  tədqiqatlar,  klas-

siklərimizin və müasir sənət adamlarımızın həyat və yaradı-

cılıqlarına həsr olunmuş və yüksək səviyyədə təşkil edilmiş 

yaddaqalan  təqdimatlar  və  elmi  toplantılar,  görkəmli  elm, 

ədəbiyyat və incəsənət xadimlərimizin iştirakı ilə keçirilmiş 

unudulmaz  görüşlər,  milli və  beynəlxalq  rəqslər,  muğam  və 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə