Telman Huseynov
Ölkədə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi vasitələrini
aşağıdakı kimi qruplaşdırmaq olar.
Birincisi, iqtisadi proseslərə təsir istiqamətləri baxımından
tənzimləmə tədbirləri proteksionist və liberal tədbirlərə bölünür.
Proteksionist tədbirlər daxili bazarın xarici rəqabətdən qorunmasına
yön
dan
əlir. Liberal tədbirlər isə əksinə, xarici ticarətdə maneələrin ara-
qaldırılmasına istiqamətlənir ki, bu da daxili bazarda xarici firma
və müəssisələr tərəfindən rəqabəti gücləndirir.
İkincisi, iqtisadi proseslərə təsir xarakterindən asılı olaraq
tənzimləmə tədbirləri inzibati və iqtisadi tədbirlərə bölünür. İn-
zibati üsullara xarici iqtisadi fəaliyyətin lisenziyalaşdırılması, kvota-
laşdırılması, valyuta tənzimlənməsi və s.-ni aid etmək olar. İqtisadi
tənzimləmə üsulları iqtisadi proseslərə onun iştirakçılarının iqtisadi
maraqları vasitəsilə təsirə əsaslanır. Bunlara gömrük rüsumlarını,
standartların tətbiq edilməsini, inzibati maneələrin aradan qaldırılma-
sını, xidmətlərin məhdudlaşdırılmasını, valyuta kursunun idarə edil-
məsini, vergi mexanizmini və s.-ni aid etmək olar.
İxrac-idxal əməliyyatlarının məhdudlaşdırılmasının ən geniş
yayılmış formalarından biri kvotaların müəyyən olunmasıdır.
Kvota – müəyyən müddət ərzində konkret əmtəənin idxal və
ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən
məhdudiyyətləri əks etdirir. Onun tətbiqi yerli istehsalçıların
yerli bazarda təmin edilmiş paya sahib olmaları ilə nəticələnir. İd-
xal kvotalarının tətbiqi nəticəsində adətən ixracatçı-firmalar məh-
sul vahidinə daha çox gəlir əldə edirlər. Qeyd etmək lazımdır ki,
idxal kvotaları heç də həmişə yerli istehsalçıları müdafiə etmək
məqsədi güdmür, onlardan, bəzən, xarici iqtisadi siyasətin vasitəsi
kimi də istifadə edirlər. İdxal kvotaları müxtəlif ölkələr üzrə
müəyyən edilir və bununla da idxalın bir və ya məhdud sayda öl-
kədən asılılığı aradan qaldırılır. Digər tərəfdən, kvotalar müəyyən
edilərkən ölkə öz məhsulunu kvota verdiyi ölkəyə ixracı ilə bağlı
danışıqlarda ondan (kvotadan) bir vasitə kimi istifadə edir. Qeyd
edilənlərlə yanaşı, idxal kvotasının mənfi tərəfi onunla əlaqədardır
ki, bir ölkədə istehsal olunmuş məhsulun digər ölkənin kvotası da-
xilində üçüncü ölkəyə gətirilməsi hallarının müəyyən olunması və
bunun qarşısının alınması işi nibətən çətin olur.
542
Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti
İxrac kvotaları yerli istehlakçıları nisbətən ucuz qiymətə kifayət
qədər əmtəə ehtiyatı ilə təmin etmək, təbii ehtiyatlardan səmərəli isti-
fad
müəyyən əmtəələrin
həc
tina ilə əlaqədar
ixra
aneəyə çevrilir.
ə, həmçinin ixracı məhdudlaşdırmaqla xarici bazarlarda qiyməti
qaldırmaq məqsədi daşıya bilər.
İxracın «könüllü» məhdudlaşdırılması və minimal idxal qiymət-
lərinin müəyyən olunması haqqında müqavilələrin bağlanması vasi-
təsi kimi də kvotalardan istifadə oluna bilər. İxracın «könüllü» məh-
dudlaşdırılması zamanı ixracatçı idxalçı ölkəyə
mcə məhdudlaşdırılması haqqında öz üzərinə öhdəliklər götürür.
Ticarəti qadağan edən kvotalaşdırmanın spesifik tipi embarqo –
qadağa adlanır. Embarqo konkret ölkəyə müəyyən məhsul növünün və
ya bütün növ məhsulların idxalı və ixracı ilə əlaqədar tətbiq edilə bilər.
Lisenziyalaşdırma sistemi dövlətin səlahiyyətli orqanları tərəfin-
dən müəyyən məhsullar üzrə xarici iqtisadi əməliyyatların aparılma-
sına xüsusi razılığın verilməsini nəzərdə tutur. Müəssisə və ya firma
lisenziya almaq üçün, adətən, əvvəlcədən xaricə öz məhsulunun nü-
munəsini göndərir. Lisenziyalaşdırma birbaşa im
c və ya idxalı məhdudlaşdırır, həm də əlavə xərclərlə, gecikdir-
mələrlə, qeyri-müəyyənliklə əlaqədar ticarətə mane olur. Lisenziya-
ların aşağıdakı iki əsas növünü fərqləndirirlər:
1. Müəyyən müddət ərzində siyahıya daxil edilmiş əmtəələrin
maneəsiz idxal və ixrac olunmasına icazə verən baş lisenziya. Bu növ
lisenziyalar, adətən, bir il müddətinə tətbiq olunur və bir, yaxud bir
neçə kontrakt üzrə həyata keçirilə bilər.
2. Müəyyən idxalçıya və ya ixracatçıya konkret əmtəəni, onun
miqdarı, dəyəri, göndərildiyi və ya çatacağı ölkə, bir sıra hallarda isə
əmtəənin idxal və ya ixracı həyata keçiriləcək gömrük məntəqəsinin
ünvanı göstərilməklə, idxal və ixrac əməliyyatlarına icazə verən
birdəfəlik lisenziyadır – rəsmi razılıqdır.
Lisenziyalaşdırmaya uyğun olan tənzimləmə vasitələrindən biri də
valyuta nəzarətidir. Xarici iqtisadi fəaliyyətə valyuta nəzarəti formaları
müxtəlifdir. Məsələn, bu formalardan biri valyuta nəzarətinin tətbiq
olunduğu ölkəyə idxalçı firmanın idxalın haqqını ödəmək üçün valyuta
əldə etmək məqsədilə dövlət orqanına müraciət etməsidir. Valyutanın
ayrılması imkanlarının qeyri-müəyyənliyi ilə yanaşı, bu proseduraya
sərf olunan əlavə xərc və vaxt da xarici ticarət üçün m
543
Telman Huseynov
Xüsusi icazələrin tələb olunması ilə eyni olan vasitələrdən biri də
inzibati maneələrdir. İnzibati maneələrin mövcudluğu qeyri-müəy-
yənlik yaradır və əmtəə-material ehtiyatlarının saxlanması xərclərini
artırır. Bu maneələrə məhsulların yoxlanılmasında vaxt itkisinə yol
ver
lini
ünlük verilir. Bəzən dövlət
orq
firmalara verilən subsidi-
yal
n
ilməsi, onların sənədləşdirilməsinin gecikdirilməsi, bəzi məhsulla-
rın yalnız bir gömrük məntəqəsindən qəbulu və s. aiddirlər.
Xarici ticarəti məhdudlaşdıran maneələrdən biri də idxal olunmuş
məhsulun dəyərinin yerli məhsullarla ödənilməsinə olan tələbdir. Belə
əməliyyatlar, artıq qeyd edildiyi kimi, barter əməliyyatları adlanır.
Xarici ticarətin məhdudlaşdırılması dövlətin bu əməliyyatlara
qarışması ilə əlaqədardır. Bir sıra əcnəbi ölkələrdə firmalar məhsu-
lun satışından mənfəət qazanmaqla yanaşı, həmin məhsulların nəq-
, onların sığortalanmasını, konsaltinq və bank xidmətlərini həya-
ta keçirməklə də gəlir əldə edirlər. Bəzi ölkələrdə xarici ticarətlə
məşğul olan yerli firmalara belə xidmətlər daha tez və yüksək key-
fiyyətdə yerinə yetirilir. Bu işlər, adətən, dövlət tərəfindən yetərincə
stimullaşdırılır. Digər tərəfdən, ölkəyə idxal olunan məhsullarla əla-
qədar qeyd edilən xidmətlərin yerli müəssisə və firmalar tərəfindən
göstərilməsinin tələb olunması da xarici ticarətin tənzimlənməsi
vasitələrinə daxildir.
Əgər ölkənin ümumi xərclərində dövlət alış xərclərinin payı yük-
səkdirsə, bu, xarici ticarət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələ-
rin mütləq əksəriyyətində dövlət sifarişləri əsasında əmtəələr alınar-
kən yerli istehsalçıların məhsullarına üst
anı xarici məhsulu almaq üçün onun qiymətinin yerli məhsulun
qiymətindən müəyyən olunmuş kəmiyyətdə aşağı olması tələbini irəli
sürə bilər.
Xarici ticarətdə qiymət səviyyəsinə təsir göstərən əsas vasitə-
lərdən biri dövlət tərəfindən müəssisə və
ardır. Dövlət yerli firmalara subsidiyaları ayırmaqla onlara öz rə-
qabətqabiliyyətlərini artırmaq üçün kömək etmək məqsədini güdür. Hö-
kumət çox vaxt firmaların xaricə məhsul ixracı zamanı yaranan zərəri
ödəyir, lakin köməklərin əksəriyyəti adətən xarici ticarət əməliyyatları-
nın ucuzlaşmasına və gəlirliyinin artmasına yönəldilir.
Qeyd etmək lazımdır ki, xarici ticarətin tənzimləmə vasitələrin-
dən biri də idxal olunan məhsullara minimum qiymətlərin müəyyə
544
Dostları ilə paylaş: |