Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə182/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   178   179   180   181   182   183   184   185   ...   194

Telman Huseynov 

Ölkədə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi vasitələrini 

aşağıdakı kimi qruplaşdırmaq olar.  

Birincisi, iqtisadi proseslərə  təsir istiqamətləri baxımından 

tənzimləmə tədbirləri proteksionist və liberal tədbirlərə bölünür. 

Proteksionist tədbirlər daxili bazarın xarici rəqabətdən qorunmasına 

yön

dan


 

əlir. Liberal tədbirlər isə əksinə, xarici ticarətdə maneələrin ara-

 qaldırılmasına istiqamətlənir ki, bu da daxili bazarda xarici firma 

və müəssisələr tərəfindən rəqabəti gücləndirir.  



İkincisi, iqtisadi proseslərə  təsir xarakterindən asılı olaraq 

tənzimləmə tədbirləri inzibati və iqtisadi tədbirlərə bölünür. İn-

zibati üsullara xarici iqtisadi fəaliyyətin lisenziyalaşdırılması, kvota-

laşdırılması, valyuta tənzimlənməsi və s.-ni aid etmək olar. İqtisadi 

tənzimləmə üsulları iqtisadi proseslərə onun iştirakçılarının iqtisadi 

maraqları vasitəsilə  təsirə  əsaslanır. Bunlara gömrük rüsumlarını, 

standartların tətbiq edilməsini, inzibati maneələrin aradan qaldırılma-

sını, xidmətlərin məhdudlaşdırılmasını, valyuta kursunun idarə edil-

məsini, vergi mexanizmini və s.-ni aid etmək olar.  

İxrac-idxal  əməliyyatlarının məhdudlaşdırılmasının  ən geniş 

yayılmış formalarından biri kvotaların müəyyən olunmasıdır. 



Kvota – müəyyən müddət  ərzində konkret əmtəənin idxal və

ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən 

məhdudiyyətləri  əks etdirir. Onun tətbiqi yerli istehsalçıların 

yerli bazarda təmin edilmiş paya sahib olmaları ilə nəticələnir. İd-

xal kvotalarının tətbiqi nəticəsində adətən ixracatçı-firmalar məh-

sul vahidinə daha çox gəlir  əldə edirlər. Qeyd etmək lazımdır ki, 

idxal kvotaları heç də  həmişə yerli istehsalçıları müdafiə etmək 

məqsədi güdmür, onlardan, bəzən, xarici iqtisadi siyasətin vasitəsi 

kimi də istifadə edirlər.  İdxal kvotaları müxtəlif ölkələr üzrə 

müəyyən edilir və bununla da idxalın bir və ya məhdud sayda öl-

kədən asılılığı aradan qaldırılır. Digər tərəfdən, kvotalar müəyyən 

edilərkən ölkə öz məhsulunu kvota verdiyi ölkəyə ixracı ilə bağlı 

danışıqlarda ondan (kvotadan) bir vasitə kimi istifadə edir. Qeyd 

edilənlərlə yanaşı, idxal kvotasının mənfi tərəfi onunla əlaqədardır 

ki, bir ölkədə istehsal olunmuş məhsulun digər ölkənin kvotası da-

xilində üçüncü ölkəyə gətirilməsi hallarının müəyyən olunması və 

bunun qarşısının alınması işi nibətən çətin olur. 

 542



Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

İxrac kvotaları yerli istehlakçıları nisbətən ucuz qiymətə kifayət 

qədər əmtəə ehtiyatı ilə təmin etmək, təbii ehtiyatlardan səmərəli isti-

fad


 müəyyən əmtəələrin 

həc


tina ilə  əlaqədar 

ixra


aneəyə çevrilir. 

ə, həmçinin ixracı  məhdudlaşdırmaqla xarici bazarlarda qiyməti 

qaldırmaq məqsədi daşıya bilər. 

 İxracın «könüllü» məhdudlaşdırılması və minimal idxal qiymət-

lərinin müəyyən olunması haqqında müqavilələrin bağlanması vasi-

təsi kimi də kvotalardan istifadə oluna bilər. İxracın «könüllü» məh-

dudlaşdırılması zamanı ixracatçı idxalçı ölkəyə

mcə məhdudlaşdırılması haqqında öz üzərinə öhdəliklər götürür.  

Ticarəti qadağan edən kvotalaşdırmanın spesifik tipi embarqo – 

qadağa adlanır. Embarqo konkret ölkəyə müəyyən məhsul növünün və 

ya bütün növ məhsulların idxalı və ixracı ilə əlaqədar tətbiq edilə bilər.  

Lisenziyalaşdırma sistemi dövlətin səlahiyyətli orqanları  tərəfin-

dən müəyyən məhsullar üzrə xarici iqtisadi əməliyyatların aparılma-

sına xüsusi razılığın verilməsini nəzərdə tutur. Müəssisə və ya firma 

lisenziya almaq üçün, adətən, əvvəlcədən xaricə öz məhsulunun nü-

munəsini göndərir. Lisenziyalaşdırma birbaşa im

c və ya idxalı  məhdudlaşdırır, həm də  əlavə  xərclərlə, gecikdir-

mələrlə, qeyri-müəyyənliklə əlaqədar ticarətə mane olur. Lisenziya-



ların aşağıdakı iki əsas növünü fərqləndirirlər: 

1. Müəyyən müddət  ərzində siyahıya daxil edilmiş  əmtəələrin 

maneəsiz idxal və ixrac olunmasına icazə verən baş lisenziya. Bu növ 

lisenziyalar, adətən, bir il müddətinə tətbiq olunur və bir, yaxud bir 

neçə kontrakt üzrə həyata keçirilə bilər.  

2. Müəyyən idxalçıya və ya ixracatçıya konkret əmtəəni, onun 

miqdarı, dəyəri, göndərildiyi və ya çatacağı ölkə, bir sıra hallarda isə 

əmtəənin idxal və ya ixracı həyata keçiriləcək gömrük məntəqəsinin 

ünvanı göstərilməklə, idxal və ixrac əməliyyatlarına icazə verən 

birdəfəlik lisenziyadır – rəsmi razılıqdır.  

Lisenziyalaşdırmaya uyğun olan tənzimləmə vasitələrindən biri də 

valyuta nəzarətidir. Xarici iqtisadi fəaliyyətə valyuta nəzarəti formaları 

müxtəlifdir. Məsələn, bu formalardan biri valyuta nəzarətinin tətbiq 

olunduğu ölkəyə idxalçı firmanın idxalın haqqını ödəmək üçün valyuta 

əldə etmək məqsədilə dövlət orqanına müraciət etməsidir. Valyutanın 

ayrılması imkanlarının qeyri-müəyyənliyi ilə yanaşı, bu proseduraya 

sərf olunan əlavə xərc və vaxt da xarici ticarət üçün m

 543



Telman Huseynov 

 

Xüsusi icazələrin tələb olunması ilə eyni olan vasitələrdən biri də 



inzibati maneələrdir.  İnzibati maneələrin mövcudluğu qeyri-müəy-

yənlik yaradır və əmtəə-material ehtiyatlarının saxlanması xərclərini 

artırır. Bu maneələrə məhsulların yoxlanılmasında vaxt itkisinə yol 

ver

lini


ünlük verilir. Bəzən dövlət 

orq


 firmalara verilən subsidi-

yal



ilməsi, onların sənədləşdirilməsinin gecikdirilməsi, bəzi məhsulla-



rın yalnız bir gömrük məntəqəsindən qəbulu və s. aiddirlər. 

 Xarici  ticarəti məhdudlaşdıran maneələrdən biri də idxal olunmuş 

məhsulun dəyərinin yerli məhsullarla ödənilməsinə olan tələbdir. Belə 

əməliyyatlar, artıq qeyd edildiyi kimi, barter əməliyyatları adlanır. 

Xarici ticarətin məhdudlaşdırılması dövlətin bu əməliyyatlara 

qarışması ilə əlaqədardır. Bir sıra əcnəbi ölkələrdə firmalar məhsu-

lun satışından mənfəət qazanmaqla yanaşı, həmin məhsulların nəq-

, onların sığortalanmasını, konsaltinq və bank xidmətlərini həya-

ta keçirməklə  də  gəlir  əldə edirlər. Bəzi ölkələrdə xarici ticarətlə 

məşğul olan yerli firmalara belə xidmətlər daha tez və yüksək key-

fiyyətdə yerinə yetirilir. Bu işlər, adətən, dövlət tərəfindən yetərincə 

stimullaşdırılır. Digər tərəfdən, ölkəyə idxal olunan məhsullarla əla-

qədar qeyd edilən xidmətlərin yerli müəssisə və firmalar tərəfindən 

göstərilməsinin tələb olunması da xarici ticarətin tənzimlənməsi 

vasitələrinə daxildir. 

Əgər ölkənin ümumi xərclərində dövlət alış xərclərinin payı yük-

səkdirsə, bu, xarici ticarət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələ-

rin mütləq əksəriyyətində dövlət sifarişləri əsasında əmtəələr alınar-

kən yerli istehsalçıların məhsullarına üst

anı xarici məhsulu almaq üçün onun qiymətinin yerli məhsulun 

qiymətindən müəyyən olunmuş kəmiyyətdə aşağı olması tələbini irəli 

sürə bilər.  



Xarici ticarətdə qiymət səviyyəsinə  təsir göstərən  əsas vasitə-

lərdən biri dövlət tərəfindən müəssisə və

ardır. Dövlət yerli firmalara subsidiyaları ayırmaqla onlara öz rə-

qabətqabiliyyətlərini artırmaq üçün kömək etmək məqsədini güdür. Hö-

kumət çox vaxt firmaların xaricə  məhsul ixracı zamanı yaranan zərəri 

ödəyir, lakin köməklərin əksəriyyəti adətən xarici ticarət əməliyyatları-

nın ucuzlaşmasına və gəlirliyinin artmasına yönəldilir. 

Qeyd etmək lazımdır ki, xarici ticarətin tənzimləmə vasitələrin-

dən biri də idxal olunan məhsullara minimum qiymətlərin müəyyə

 544



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə