Sadiq bəY ƏFŞar şEİRLƏr baki 2010



Yüklə 396,44 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix22.07.2018
ölçüsü396,44 Kb.
#58414
1   ...   6   7   8   9   10   11   12   13   14

37

Müqəvvi tutar azərü nümayişi-ma.

Şicaətü kərəmü lütf xülqdür bizzat,

Kişi neçün edə şərhi-sifatini inşa.

Bu gülşən içrə olursa həzar dastan tək,

Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.

Yəqin ki, acizi-mədhi-ədanı mədhidir,

Onun ki, edə kəlamın duası birlə əda.

Həmişə ta ola dərdmənd sərsərdi,

Müdam ta edə fəsli-bahar ona dəva.

Gül səadətinə irməsün nəsimi-xəzan,

Bahari-mərtəbədən olmasun nihalı cüda.



* * *

Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,

Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.

Sevdigim,  gər biqərarəm,  ahu əfğandur işim, 

şadəm

Ki, hər saət tutub seyr eylərəm bir səhni-gülzarı.



Degil hər qanda isə bəhri-əşkim gövhəri zaye,

Qoyarlarmı bəsirət əhli yerdə dürri-şəhvarı.

Əgərçi dağdarəm qərib ilə çərx hər saət,

Mana mənzur edər hər qanda bar bir lalə rüxsarı.

Əgərçi təlxkaməm, möhnət ilə hər zəman eylər,

Zəmanə həmzəban kamimcə bip ləli-çəkərbarı.

Qərari-istiqamət vermədüm öz ixtiyar ilə



38

Ki, əldən ixtiyarım eyləyib bir şux rəftarı.

Bana cövr eylədükcə qeyri-canan mərhəmət

eylər.


Ola tək Tarı yar, əda olur ə'vani-ənsari.

Məni bu qəhr ilən hər yar görsə, mehribanımdur,

Bəli, hər ruzinə tutar xurşid ənvarı.

Bana yar olmasaydı xublər mehri bu qürbətdə.

Şəmatət yolundin kim, döndərərdi çərxi-qəddarı.

Könül şad eylərəm bir söz ilə növhə budur,

Qaçan azad olur qəm qeydidin qürbət giriftarı.

Əgər qürbətdə xarəm,  izzətim yox,  ariyəm

qəmdən.

Anınçün kim, qürbətin xarlığındin yoxdur ari.



Bu istedad ilə dövran bəni eylərmidi mövcud, 

Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.

Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,

Ç əmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.

Məni-üftadəni,  ey dəhri-dun,  hər dəm basıb

keçmə,


Qəribin gərçi deyərlər pəst olur hər yerdə divarı.

Səzavari-məhəbbətdür ədu bəzmi-fəraqətdə,

Mənimi gördün, ey çərxi-fələk, möhnət səzavarı.

Cəfa çox eylədün,  dövran,  mana,  ərz eylərəm

imdi

Ona dərdi-dilim kim, vardur, əhldir qəmxarı.




39

* * *

O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,

O kim əvan olur şər'i-nəbiullah göftarı.

Zehi şahi-cahanarayi-adil, mürşidi-kamil,

Münasibdür süluki-qürbi-həqqə cəm'i-ətvarı.

Olur ə'davü istedaddin etmək rüb'i-məskunum,

Sayılsa qətreyi-baranivü övraqi-əşcarı.

Cəhanarayi-təxti günbədi-əflak bünyadı,

Nişatəfzayi-təxti bünyeyi-islam memarı.

Şəha, sən xabgahi-kamə salgil məsnədi-işrət

Kim, etdi çərx dərgahində hadis bəxt bidarı.

Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,

Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.

Cəhanda küfr zülmün sən yox etdün, varmış

derlər,

Sənin


dövründə

möhkəm


küfri-islamın

yox


dəvvarı.

Üqabi-tizpərdin özgəsidə eyləməz rəğbət,

Himayət eyləsə səyyad əmrin kəbki-kühsarı.

Səhih irmasdur Əflatun hədisi bu bir ayindir,

Sənin şanında etmiş dəxi nazil elmi-ədvarı.

Hicabliqdin pərdeyi-xiclətdə qalmışdı,

Çıxardı pərdə şəxsi-halın bikri-əşarı.

Elə xar elədi təb'i-kərəmin simü zər cinsin




40

Ki, mərdudi-təbaye etdi dirhəm birlə dinarı.

Degilsə sən bilən şər'i-nəbi ehkaminə qabil,

Olur zöhd əhlinin boynundakı təsbihi-zünnarı.

Əzəldən gər işarət olsaydı təb'i-fəyyazın,

Ç əkərdi bir söz ilə sərhəd ara əmri-küffarı.

Şəha, şəfqət şüara sahiba dərdi-dili çoxdur,

Nə izhar eyləyim, yaxşı degil dərdi-dil izharı.

Fələk kim, rəsmi-fitridür, ona tigi-cəfa birlə.

Müdam azürdəxatir etmək üşşaqi-diləfkarı.

Məni sərgəştəlikdən hərgiz idbar sanmışdı,

Xəti-rahət çadırdı çevrəmə iqbal pərgarı.

Sana gəldüm dili-bitaqət bir arzu birlə

Ki, varsan binəvalər sərvəri, əhli-hünərbarı.

Qərəz, tuli-məkan, qibleyi-məqsudum sənsən,

Degildür haşallah, Sadiqi dünya pərəstarı.



* * *

Dəhr dərmandələrdən müşkili asan eylər,

Hicr ilə dərd birdir, vəslilə dərman eylər.

Gəh xəzan birlə çəmən nəqdini eylər qarət,

Gah gülbərgilə bustanı zərəfşan eylər.

Gah verür gərdiş ilə nərgisə dövri-qədəhi,

Gəh nəsimi-səhəri saqiyi-dövran eylər.

Bağ ara səbzə büsatı salıb cay be cay,




41

Qönçə ətfalinə tərbiyəti-dəbistan eylər.

Rəhl şah üzrə açar qönçeyi-gül dəftəri,

Bülbüli-nadirə göftari səbəqxan eylər.

Bağ tərəfində çəkər abi-rəvan cədvəl salıb,

Gör nə zinət ilə zibi-xəti reyhan eylər.

Bülbüli məzhəkədür kim, şəcər zi şax be şax,

Bu rəviş birlə görün gülləri xəndan eylər.

Yandırar lalə çırağını məgər gülşən ara,

Bağ həmdəmlərinə şəm'i-şəbistan eylər.

Bağban gülşən ara suyə veribdür rüxsət

Kim, gəzər suy besuy, gəşti-gülüstan eylər.

Ç ənd, ey fələk birgə feyzi-əsərin,

İstəsə bağü taşı ləli-dirəxşan eylər.

Bəhr ara əbr tökər gər qətreyi-dust kərəmin,

Sədəf ağzunda onu lölöyi-qəltan eylər.

Hikmətin tərbiyət etmək dilər bağü amin,

Heç şək yox ki, Ərəstu ilə Loğman eylər.

Bəlkə «Qanun», «Şəfa» birlə əgər rağib olub,

Qılsa təşxis, ölüm dərdinə dərman eylər.

Su verur təşnələb vadiyi-cəhan bəni,

Bəs neçün süxteyi-atəşi-cəhan eylər.

Gah edür möhnətü ənduhilə var səbri yox,

Gah az dərdimi cövrilə firavan eylər.

Dəhr ara gülşəni ümmid olun şaxləri,



Yüklə 396,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə