Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

 
198 
haqqında mülahizələri mənim dəqiq məntiq təfəkkürümü inkişaf 
etdirirdi”. 
  
A.Zalmanov  1899-cu  ildə  ümumrusiya  tələbə  tətilini 
təşkil  etdiyi  üçün  universitetdən  qovulur  və  həbs  olunur. 
Azadlığa  çıxandan  sonra  Almaniyanın  Qeydelberq  şəhərinə 
gedərək  tibb  fakültəsi    kursunu  bitirmiş  və  ilk  dəfə  tibb  elmləri 
doktoru  diplomunu  almışdır.  Ikinci  doktorluq  diplomunu 
Rusiyaya  qayıtdıqdan  sonra  1903-cü  ildə  Xarkovda  almışdır. 
1914-cü  ildə  yenidən vətənə qayıdan A.Zalmanov birinci dünya 
müharibəsində,  həkim  kimi,  fəal  iştirak  edir  və  tezliklə 
məhşurlaşır.  “1918-ci  ilin  oktyabrında  Nadejda  Konstantinovna 
Krupskaya və Mariyya İliniçna Ulyanovanı müalicə etmək üçün 
Kremlə  çağırılmaq  şərəfinə  nail  olmuşam.  B.İ.Lenin  həkim 
məsləhəti almaq üçün bir neçe dəfə mənə müraciət etmişdir”. 
 
Zəngin  tibb  biliyinə  malik  olmasına  baxmayaraq, 
A.Zalmanov  XX  əsrin  əvvəllərində  tüğyan  edən  viruslardan  və 
epidemiyalardan dərmanın köməyi ilə qoruna bilmirdi. O, 1914-
ci ildə tif xəstəliyinə tutuldu, 1940-cı ildə infark keçirtdi, sonrakı 
illərdə  beyində  qansızma  və  ikitərəfli  pnevmaniya,  mədə-
bağırsaq traktının ağır xəstəliyi baş verdi.  
24  yanvar  1964-cü  ildə  95  yaşlı  alimin  böyük  ürəyi 
vətəndən uzaaqlarda əbədi susdu.  
 
Allahın  və  Ana  təbiətin  əbədi  qanunlarına  qarşı,  Don 
Kixot  kimi,  vuruşan  komminist  rejiminin  sadiq  qulları  dahi 
alimin  çox  dəyərli  əsərlərinin  SSRİ  məkanında  yayılmasına 
nəinki  sağlığında,  uzun  müddət  ölümündən  sonra  da  imkan 
vermədilər.  Bolşevik  rejimi  dağıldıqdan  sonra  vəziyyət  dəyişdi. 
Qərb tibb elminin gücsüzlüyünü dərindən dərk edən hərbi həkim, 
tibb  elmləri  namizədi  Yuri  Kamenyev  2003-cü  ildə  Sankt-
Peterburqda  öz  həmkarları  ilə  birlikdə  A.Zalmanov  adına  fond 
yaratdı. Dahi alimin böyük elmi irsini dərindən öyrənən və geniş 
yayan naturopat həkim Y.Kamenyev indiyəcən 60-dan çox elmi 
əsər  və  bir  neçə  manoqrafiya  dərc etmişdir.  Bunların  hamısının 
kökündə-  “Heç  vaxt  unutmayın  ki,  ümumilikdə  orqanizim  və 


 
199 
ayrı-ayrılıqda  hüceyrə  dünyanın  bütün  akademiyalarından 
müdrik və ağıllıdır” deyən A.Zalmanovun həmişəyaşar və işıqlı 
ideyaları durur.  
 
Maraqlana  bilərsiniz:  A.Zalmanovun  hansı  ideyaları 
bolşevik  rejiminə  qul  kimi  xidmət  edən  yüksək  rütbəli  sovet 
alimlərinin  və  tibb  üzrə  “Baş  qərargah”  sayılan  “Minzdrav”ın 
xoşuna gəlmirdi? 
A.Zalmanov  öz  müalicə  metodunun  təməlinə-tibb 
elminin banisi Hippokratın “Həkim müalicə edir, şəfanı isə təbiət 
verir”  fəlsəfəsini  qoyaraq,  təkid  edirdi:”  Mən  böyük,  sadə  və 
adamı  utandıran  bir  həqiqəti  açıram:  ibtidai,  orta  və  ali 
məktəblərdə  təhsili  kökündən  dəyişmək,  bütün  bəhrəsiz  və 
səmərəsiz  bilikləri  atmaq  lazımdır,  yaddaşı  həddən  artıq 
yükləmək  lazım  deyil,  təfəkkürü  inkişaf  etdirmək  lazımdır. 
Əzələ idmanını geniş yaymaq əvəzinə, ağıl idmanı təşkil etmək 
lazımdır.  Ona  görə  də  yaddaşı  yüngülləşdirən  və  təfəkkürü 
inkişaf  etdirən  üsullar  axtarın.Fikiri  inkişaf  etdirən,fikiri  müka-
fatlandıran,beynimizin tənzimləyici funksiyasını oyadın.Bununla 
da,siz  çox  güc  sərf  etmədən,  özünümüalicəyə  nail  olacaqsınız, 
onda  siz  yeni  nəsl  böyüdə  biləcəksiniz-güclü  və  dinamik  nəsl. 
Lakin siz tələsməlisiniz”.  
 
Sovet  alimləri  tələsirdilər,  amma  başqa  istiqamətdə-
“çürüməkdə  olan  imperializmə  çatmaq  və  ötüb  keçmək”  üçün 
tələsirdilər  və  tələsə-tələsə  də  bolluca  əzələ  gücü  yetişdirirdilər. 
Çünki  bolşevik  rejiminə  vicdanlı  mütəfəkkirlər  deyil,  vicdanlı 
ziyalılar  deyil,  qeyri-insani  ağır  əl  əməyinin  öhdəsindən  yaxşı 
gələ bilən “Staxanovçular” -qoluzorlu fəhlələr, gün çıxandan gün 
batanacan  tər  tökən  kolxozçular,  Allahın  yaratdığı  insanı  bir  an 
tərəddüd  etmədən  öldürməyə  hazır  olan  “cəsur”  və  döyüşkən 
əsgərlər lazım idi.  
 
A.Zalmanov daha nə deyirdi? 
 
Kapilyarların-bu balaca möhnətkeşlərin-cansağlığı məsə- 
ləsində  və  müalicədə  rolunu  çox  yüksək  qiymətləndirən  böyük 
alim “Vahid  xəstəlik  və  vahid  müalicə” konsepsiyasını həyata 


 
200 
keçirərək, əsası İtaliya təbibi Pyer-Nikolye Qreqoroçi tərəfindən 
qoyulmuş  “eretik”  təbabətin  tərəfini  saxlayırdı:  “Xəstəliyi  yox, 
xəstəni müalicə etmək”. Zalmanov tam əmin idi: elə bir xəstəlik 
yoxdur ki, kapilyarların əzab çəkməsi üzündən törəməsin. 
 
İstedadlı  alim  “Minzdrav”ın  qəbul  etmədiyi  daha  bir 
güclü  ideyanı  qızğın  təbliğ  edirdi.Deyirdi:mikrob-heç  nədir, 
zəmin  hər  şeydir.Onun  fikrincə,infeksiyaların  öhdəsindən 
antibiotikləri tətbiq etmədən də gəlmək olar.Bunun üçün,sadəcə, 
mikrobların  əlindən  “komfort”  mühiti  almaq  kifayətdir.Başqa 
sözlə desək,sən həyətdəki zibili təmizlə,ora nə milçək gələcək,nə 
siçan,nə siçovul,nə də it-pişik.  
 
A.Zalmanovu “Minzdrav”ın gözündən salan bir ideya da 
belə  səslənirdi:“Lokal  xəstəliklər,ayrı-ayrı  orqanların  xəstə-
liyi mövcud deyil.Bütün hallarda bütövlükdə insan xəstədir”. 
Deməli,ayrı-ayrı  orqanları  müalicə  etmək  cəhdi  əbəs-  dir. 
Çünki,orqanizm-tamdır,bölünməzdir,vahiddir.Zalmanov da, dün-
yanın bir çox dahi naturopat alimləri kimi,xəstəliyə “orqanizmin 
tamlığının  pozulması”  kimi  baxırdı  və  təbii  üsullarla  tamlığı 
bərpa etməyə çalışırdı.  
 
Natuopat  alimin  müalicə  metodunda,  insanın  əsas  qidası 
sayılan  çiy  su  mərkəzdə  dururdu:  hüceyrələri  qidalandırmaq, 
metobolitləri(zəhərli  materialları)  vücuddan  çıxartmaq  üçün 
insan  gün  ərzində  2,5-3  litr  çiy  suyu  ilıq  şəkildə  və  qurtum-
qurtum 
içməlidir.Müalicə 
prosesində,sağlamlıq 
uğrunda 
mübarizədə suya geniş meydan verilməlidir. 
 
SU İLƏ MÜALİCƏ 
 
Çox vaxt əhəmiyyət vermədiyimiz, mahiyyətinə dərindən 
varmadığımız bir məqamı gəlin bu gün yada salaq: biz üzümüzə 
su  vuranda  xeyli  yüngülləşirik,  çiməndən  sonra  böyük  ləzzətlə 
“oxay,necə  yüngül  oldum!”  deyirik.Amma  heç  vaxt  fikirləşmi- 
rik: vücudumuzda nə baş verdi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə