Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

 
243 
ümumi  zəyifləmə  baş  verir,  orqanizmin  xəstəliklərə  qarşı 
müqaviməti  zəyifləyir.Dəriniz  sağlam  və  hamar  deyilsə,tez-tez  
civzə  çıxırsa,onu  yara-xora  basırsa  bilin:qidada  ya  B
2
  vitamini, 
ya da riboflavin çatışmır. 
 
Əsas mənbə: kələm, çiy noxud, alma, badam, göy lobya, 
pomidor,turp,yulaf,pivə mayası(droj),yumurta, kartof, çiy buğda, 
pendir, mal əti, qara ciyər, qatıq məhsulları. 
 
B

vitamini  (nikotin  turşusu).  Bu  vitamin  allergiya 
əleyhinə  işlədilir.  Maddələr  mübadiləsini  yaxşılaşdırmaq  üçün 
əvəzsiz vasitədir, bir çox reaksiyalarda iştirak edir. Onun qıtlığı 
yeknəsək  qidalanma  ilə  bağlıdır  (məsələn,  əsasən,  dənli  bitkilər 
və kartofla) və gətirib pellaqra adlı qorxunc xəstəliyin törəməsi-
nə çıxardır.Bu xəstəlik dərini,selikli qişanı,hətta,beyin hüceyrə -
lərini bərk zədələyir, əsəb xəstəliyi və ishal törədir. 
 
Əsas mənbə: mayalar (pivə mayası),ət,böyrək,qara ciyər, 
qatıq məhsulları,göbələklər,soya,cücərmiş buğda, yulaf (vələmir) 
dəni, qarğıdalı, arpa və ya buğdadan hazırlanan sıyıqlar. 
 B
5
  vitamini  (pantoten  turşusu).  Ömrün  uzadılmasına 
xidmət edir.Bu vitamin  çatmayanda-maddələr mübadiləsi pozu -
lur, boyun inkişafı dayanır və müxtəlif xəstəliklər baş verir. 
 
Əsas mənbə:mayalar (pivə mayası), yumurta sarısı, qara 
ciyər,böyrək,qatıq  məhsulları,bitkinin  yaşıl  hissələri(turpun, 
kökün yaşıl hissəsi,göy soğan),araxis,bütöv dənlərdən hazırlan -
mış sıyıq. 
 
B

vitamini  (piridoksin).  Əzələ  üçün  (o  cümlədən,  ürək 
əzələsi üçün) çox gərəkdir. 
 
Əsas mənbə: bütöv dənlərdən sıyıq,cod undan çörək, ət, 
balıq,  bitki  qidalarının  əksəriyyəti,  mayalar,  qatıq  məhsulları, 
paxlalı bitkilər, qara ciyər, yumurta sarısı. 
 
B
9
  vitamini  (folium  turşusu)  və  B
12 
(siono-kobalmin). 
Bunlar  qan  yaratmaqda  iştirak  edir,  karbohidratın  və  yağın 
mübadiləsinə yardımçı olurlar,çatmayanda qan azlığı yaranır. 
 
Əsas mənbə: qatıq məhsulları, yumurta, soya, mayalar (o 
sümlədən, pivə mayası), turpun və kökün gövdəsi və yarpaqları, 


 
244 
göy soğan,mal ciyəri, yaxud paştet (onu həftədə bir dəfədən artıq 
yemək olmaz, paştetdən üç dəfə çox tərəvəz yemək lazımdır). 
 
İnozit. Əsəb sisteminə müsbət təsir göstərir, mədənin və 
bağırsağın funksiyasını tənzimləyir. 
 
Əsas mənbə: portağal, göy noxud, yemiş, kartof, ət, balıq, 
yumurta. 
 
Xolin.  Bu  vitamin  çatışmaynda  qara  ciyəri  piy  basır, 
böyrəklər zədələnir. 
 
Əsas mənbə:ət, kəsmik, pendir, kələm, çuğundur, paxlalı 
bitkilər. 
 
Əgər  “ölü”  qidalardan  imtina  etməyə  iradəniz  çatmırsa, 
heç olmasa, mümkün qədər çox təzə qatıq məhsulları (bir sutka 
ərzində  hazırlanmışını)  yeyin.Sıyığa  3-4  xörək  qaşığı  quru  pivə 
mayası  əlavə  etsəniz-B  qrupundan  olan  bütün  vitaminləri qəbul 
etmiş olacaqsınız. Quru südün xidmətindən geniş istifadə edin. O, 
kalorini və qanda xolosterini artırmadığı üçün çox qiymətlidir. 1 
litr  südə,  kefirə,  prostokvaşaya,  ayrana  və  s.  yarım  fincan  quru 
süd əlavə etsəniz-dadlı və faydalı qida alarsınız. Amma hər halda, 
qatıq məhsullarını təmiz şəkildə qəbul etmək daha faydalıdır. 
 
S vitamini(askorbin turşusu). Bu vitaminin faydasından 
danışarkən,  təkcə  onu  göstərmək  kifayətdir  ki,  Nişinin  gəldiyi 
qənaətə görə, xərçəngi törədən 3 vacib səbəbdən biri-orqanizmdə 
S  vitaminin  çatışmamasıdır.  Onu  da  deyək  ki,  bu  vitaminsiz 
sağlamlaşdırıcı-bağlayıcı toxumalar əmələ gəlmir,heç bir turşu -
laşdırıcı(bərpaedici) proses baş vermir.Qandakı toksin maddələri 
blokadaya  alan  S  vitamini  orqnizmi  müxtəlif  infeksiyalardan 
qoruyur. vitamini olmasa, biz soyuqdəymələrdən heç vaxt yaxa 
qurtara  bilmərik.Adam  nə  qədər  çox  zülal  qəbul  edirsə,  
vitamini  bir  o  qədər  artıq  gərəkdir.  Bu  vitamini  hər  gün  qəbul 
etmək zorundayıq: askorbin turşusu bədəndə yaranmır və yığılıb 
ehtiyyat  yaratmır.İnsan  yalnız  ana  bətnində  S  vitamini  istehsal 
edə  bilir,  sonra  bu  qabliyyətdən  məhrum  olur.  Lazım  olan  
vitamini  qida  ilə,  özü  də  gündəlik  daxil  olmalıdır:  yaşlılar  üçün 
50-100  mq,  uşaqlar  üçün  30-70  mq.  Təbii  şəkildə  qəbul 


 
245 
edildikdə-çox  olması  qorxulu  deyil.  Qeyd  edək  ki,  görkəmli 
Amerika biokimyaçı alim,2 dəfə Nobel mükafatı laureatı Laynus 
Polinq (1901-1994) askorbin turşusunu toz və həb şəkilində, özü 
də  külli  miqdarda  qəbul  etməyin  ən  qızğın  tərəfdarı  idi.  93  il 
ömür sürmüş bu istedadlı alim elə gün olmazdı ki, 12-18 qram 
vitamini (toz və həb şəkilində) qəbul etməsin (bu məlumat alman 
istehlakçılar  üçün  informasiya  instutunun  “Ştiftuks  Varantest” 
jurnalının xüsusi buraxılışında çap etdirdiyi materialdan götürül -
müşdür).  Müqayisə  üçün  deyək  ki,  beynəlxalq  səhiyyə  təşkilatı 
gündəlik  S  vitamininin  normasını  30  mq,  Nişi  isə  50-100  mq 
müəyyən etmişdir. 
 
Əsas  mənbə:  tərəvəz,  meyvə,  şülul,  göy-göyərti,  şirin 
göy bibər, qırmızı bibər, qara qarağat, çiyələk, quzuqulağı, limon, 
portağal  və  s.Vurğulayaq  ki,  S  vitamini  konsentrat  şəkilində 
itburnu giləsində və yarpağında cəmləşib -100q quru gilədə 1500 
mq vitamini var. İtburnu yarpağında olan vitamini gilədən də 
çoxdur.  Qış-yaz  aylarında  onun  əvəzi  yoxdur.  Bir  xörək  qaşığı 
giləni,  yaxud  qurudulmuş  yarpağı  termosa  atıb,  üstünə  200  ml 
qaynar  su  tökün,10-15  saat  dəmləyin.Sutkalıq  S  vitamini 
norması  hazırdır.Nuş  edin!Bəşəriyyəti  əldən  salmış  qripdən 
yalnız  S  vitaminin  köməyi  ilə  yaxa  qurtara  bilərsiniz.  Məni  və 
həyat yoldaşımı heç vaxt qrip tutmur. 
 
Evdar  qadınların  və  aşbazların  nəzərinə  çatdırmaq 
istəyirəm  ki,  qidanın  tərkibində  S  vitamininin  qalıb-qalmaması 
sizdən  asılıdır.Göy-göyərtidəki  S  vitamininin  miqdarı  bir  sutka 
qalandan sonra 40-60 faiz azalır.Təmizlənən tərəvəzdə vitami -
ni tez məhv olur(hətta,suda saxlasanız da). Alma üç ay qaldıqdan 
sonra 16 faiz, yarım ildən sonra 25 faiz, bir ildən sonra 50 faiz 
vitaminini  itirir.Duzlama,marinadlaşdırma  S  vitaminini  tamam 
məhv edir. Kartof təmizlənərkən tərkibindəki vitaminini 16-20 
faiz  itirir.  Lakin  soyulmuş  kartofu  və  tərəvəzi  dərhal  qaynayan 
suya töksəniz, vitaminini tamam saxlayır. Soyuq suya saldıqda, 
yaxud  tədricən  qaynatdıqda  vitaminin  25-30  faizi  itir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə