Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə85/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

 
271 
Suda  dəmləmə 
Bu  halda  bitkinin  yarpaqlarından  istifadə  olunur. 
Uzunluğu 20 sm–dən yuxarı olan bir yarpağı şüşə və ya keramik 
qaba  qoymaq,  üstünə  1  litr  qaynar  su  tökmək,  yaxşı-yaxşı 
bələmək, 1 sutka saxlamaq. Bu dəmləməni termosda hazırlamaq 
daha  yaxşıdır.  Alınmış  məhlul  moruğu  –  bənövşəyi  rəngdə 
olacaq.  Ondan  diabet,  pankreatin,  qara  ciyər,  mədə-bağırsaq 
xəstəlikləri vaxtı və orqanizmi təmizləmək üçün istifadə edirlər. 
 
M a z 
Maz  düzəltmək  üçün  yarpağlardan  və  gövdədən  alınmış 
horranı və ya şirəni istifadə etmək lazım gəlir. Təyinatından  asılı 
olaraq, bərkidici əsas kimi, uşaq kremi, vazelin, qaz, nutro,yaxud 
donuz  və  porsuq  piyi  istifadə  etmək  olar.  Şirəni  1:3  nisbətdə 
bərkidici  əsasa  qarışdırmaq  lazımdır.  Horradan  istifadə  etdikdə 
isə bu nisbət 2:3 olmalıdır.Uşaq kremi və ya vazelinlə hazırlan -
mış mazı trofik yaraların,dəri xəstəliklərinin,zədələnmiş yerlərin  
müalicəsində  istifadə  edirlər.Piylə  hazırlanmış  maz  isə 
oynaqların müalicəsində, soyuqlama vaxtı istifadə olunur. 
 
Y a ğ 
İki üsulla hazırlanır.Birinci üsul-yarpaqlardan və zoğlar -
dan  şirə  çəkmək,qalan  kütləni  qurutmaq  və  narın  doğramaq, 
üstünə  təmizlənməmiş  (rafinləşdirlməmiş)  zeytun  yağı  tökmək, 
2-3  həftə  saxlamaq.  Alınmış  yağı  tünd  rəngli  şüşə  qabda  bir  ay 
saxlamaq.  Hazırdı.İkinci  üsul-  narın  doğranmış  zoğların  üstünə 
zeytun  yağı  tökmək  (1:2  nisbətdə),  “duxovkada”  30-40  dərəcə 
istilikdə  8-10  saat “boğmaq”  (tomit),  alınmış  kütləni  süzmək və 
soyuducuda  saxlamaq.Bu  yağdan  masajın  bütün  növlərində, 
artrit və artroz, dəri xəstəliklərinin müalicəsində sürtkü materialı 
kimi istifadə edə bilərsiniz. 
 
 
 


 
272 
Daxilə qəbul 
 “Qızıl  bığ”  daxilə  spirtli  dəmləmə,  suda  dəmləmə, 
balzam şəkilində, digər kompanentlərlə (bal, kaqor, bitki yağları) 
birlikdə  qəbul  olunur.  Onu  aşağıdakı  xəstəliklərin  müalicəsində 
tətbiq  etmək  faydalıdır:  bronxial  astma,  vərəm,  şəkərli  diabet, 
pankretit,  mədə-bağırsaq  xəstəlikləri,  sidik  sistemində  daş, 
leykoz,  palip,  yumurtalığın  “kistası”,  fibroma,mioma,  cərahiyyə 
əməliyyatından sonra yaranan “spaykalar”. 
 
Xaricə tətbiq 
 “Kompres”,  “primoçka”,  sürtmə,  pambıq  tamponla 
applikasiya  (suvarma)  vaxtı  spirtli  dəmləmədən,  şirədən,  narın 
doğranmış bitki hissələrindən, bütöv yarpaqlardan istifadə etmək 
olar.  Hansı  xəstəliklərdə?  Zədələnmə  vaxtı,  yanıq  vaxtı,  don 
vuranda,  iltihablı  proseslərdə,  heyvan  dişləyəndə,  dermatit, 
psoruaz,  lişay,  tropik  yara,  otit,  osteoxondroz,  radikulit,  insult, 
oynaq xəstəlikləri vaxtı. 
 
Kalliziya - təmizləmə katalizatorudur 
 
Biogen  stimulyator  olan  kalliziyanı  təmizləmənin  ikinci 
mərhələsində tətbiq etmək yaxşı səmərə verir.Çünki təmizləmə -
nin ilk mərhələsində biz qanı təmizləməklə bərabər,həm də zərbə 
qan axını metodu ilə orqanizmin hüceyrələrini yeniləşməyə sövq 
edirik.İndi hüceyrələri yumuşaq formada məcbur etmək lazımdır 
ki,yeniləşsin  və  bərpa  olunsun.Kalliziyadakı  fitohormonlar  bu 
arxivacib  işin  öhdəsindən  gələcək:onların  təsiri  yumuşaqdır, 
rəftarı mülayimdir. Onlar mübadilə prosesini stimullaşdırır. 
Bütün stimulyatorlar kimi, kalliziyanın da əks-göstəricisi 
var-xərçəng  şişlərinin  bütün  növləri.  Axı,  biostimulyator  təkcə 
sağlam  hüceyrələrin  deyil,  xəstə  hüceyrələrin  də  inkişafını 
sürətləndirir, onları fəallaşdırır. Beləliklə də “radikal” hüceyrələr 
də fəallaşır. 
  
 


 
273 
Kalliziya və ev quşları 
Güman  edirəm  ki,  bu  bölmə  quşçuluqla  məşğul  olan 
mütəxəssislər  üçün  daha  çox  maraqlı  olacaq.  Lakin  bu  maraqlı 
mövzunun  mahiyyətinə  varmazdan  öncə,sizi  ciddi  mövzudan 
müvəqqəti  də  olsa  ayırmaq  və  bir  köhnə  lətifəni  yada  salmaq 
istəyirəm...Sara  ilə  Abram  heyvanxananı  gəzərkən  gözləri  bir 
vüqarlı xoruzun döşündəki qızıl medala sataşır.Yəhudi marağı o 
saat  baş  qaldırır  və  ər-arvad  bələdçiyə  yaxınlaşır.  Ər  soruşur: 
“lütfən,  izah  edin,  bu  xoruz  medalı  hansı  xidmətlərinə  görə 
alıb?”.Bələdçi deyir:“Necə izah edim ki,biədəb çıxmasın?..Bilir -
siniz,  əgər  başqa  xoruzlar  kündə  on  dəfə  kişilik  edə  bilirsə,  bu 
xoruz gündə 30 dəfə, bəzən 40 dəfə kişiləşir”. Bunu eşidən Sara 
ərinin üzünə qınayıcı baxır: “Eşidirsən, Abram?”. Abram özünü 
itirmir,  bələdçidən  soruşur:  “Lütfən  deyin,  bir  toyuqla,  yoxsa 
müxtəlif toyuqlarla?”. Cavab “müxtəlif toyuqlarla” olur. Abram 
qımışa-qımışa  çönüb  arvadına  baxır:“Eşitdin,Sara?Belə  olsa,  
mən də bacararam”. 
Rusiyanın  Pskov  vilayətində  yaşayan  naturopat  təbiblər 
Larisa və Qleb Paqojovların sevimli xoruzları medal  almasa da, 
onun  adı  ginnesin  “rekordlar  kitabı”na  düşməsə  də,  “kişilik” 
məsələsində,  lətifədəki  medallı  xoruzun  dalına  beş  təpik  vurub. 
Təbiblərin  toyuqları  isə  sutkada,  az  qala,  iki  dəfə  yumurtalayır, 
həyətdəki quşlar heç bir virusdan, hətta, quş qripi virusundan da 
qorxmur, quşların əti də, yumurtası da müalicəvi əhəmiyyət kəsb 
edir.  Qonşular  xoruzu,  heç  olmasa  bircə  günlüyə  öz  həyətlərinə 
aparmaq üçün növbəyə durublar. 
Bu “qəhramanlığın” baisi şəfalı kalliziyadır.Paqajovlar öz 
quşlarına,  xüsusi  əlavə  kimi,  “qızıl  bığ”  verməyə  başlayıbılar, 
nəticəsi  fərəhli  olub:  xoruz  dərhal  kişiləşib,  toyuqlar  isə  sürətlə 
kökəlib və daha çox yumurta verib. 
Bu  maraqlı fakt  bir  daha  sübut  edir  ki,rahat inkişaf  edən 
və çoxalan kalliziya çox qiymətli bitkidir.Bu faydalı işlə məşğul 
olan adam öz zəhmətindən həzz alır. 
 




Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə