Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir


-Ana bətninə düşən gündən düzgün qidalanan uşaq öz



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

 
259 
 
-Ana bətninə düşən gündən düzgün qidalanan uşaq öz 
dərin  zəkası  ilə  seçiləcək,  onun  məktəbdə  qazandığı  parlaq 
uğurlar həm valideynlərini, həm də müəllimləri sevindirəcək. 
 
Ana  südi  ilə  qidalanan  uşaq  bir  çox  xəstəliklərdən 
yaxşı  mühavizə  olunur  (hətta  sutkada  30  q  ana  südü  qəbul 
etsə  də).Düzgün  qidalanan,havada  çox  gəzən  ana  körpəsini 
öz  döşündən  doyunca  yedizdirmək  imkanı  qazanmış  olur. 
Ana südü - şəfa mənbəyidir!.. 
Uşağın  dişlərinə  baxıb,dəqiq  demək  olar:ana  hamilə 
olarkən düzgün qidalanıb,yoxsa qidalnma prinsipini pozub. 
Ana  bətnində  yaxşı  qidalanan  və  yaxşı  inkişaf  edən 
uşağın doğulduqdan sonra pis qidalanması da o qədər böyük 
fəsad  verə  bilmir.  Ana  bətnindəki  mühit-təməldir.  Təməli 
düzgün  qoyulan  bina  möhkəm  olur,zəlzələyə  yaxşı  tab 
gətirir.Təəssüflər  olsun  ki,  hər  bir  millətin  taleini  müəyyən 
edən bu vacib məsələyə heç bir ölkədə əhəmiyyət verilmir. 
 
 
ON ÜÇÜNCÜ FƏSİL 
VİTAMİNLİ  XÖRƏKLƏR  
 
Bilirik ki,qış və payız aylarında,ilk baharda isti xörəksiz 
ötüşmək  mümkün  deyil.Digər  tərəfdən  də  deyirik  ki,  bişmiş 
xörəklər  “ölü”    qidadır,onların  tərkibində  vitaminlər  və  faydalı 
elementlər ya qalmır, ya da o qədər cüzi miqdarda qalır ki, onun 
naminə  qarnımızı  zərərli  kütlə  ilə  doldurmağına  dəyməz.  Bəs 
necə olsun?..Çıxış yolu yoxdurmu?..Var! 
Birincisi,üstünlüyü ətsiz xörəklərə verin.İkincisi,xörəkləri 
bişirməyin,dəmləmə üsulu ilə hazırlayın.Məsələn,vitaminli borşu 
belə  hazırlamaq  olar:100-150q(bir  adamın  normasıdır)  dəniz 
balığını(tıxsız  yağlı  balıqlar)  suda  4-5  dəfnə  yarpağı  ilə 
bişirin,qazanı  yerə  qoyan  kimi,hazırlanmış  kələmi,çuğunduru 
(yarpağı da qiymətlidir),kökü,1-2 diş sarımsağı, cəfərini, kərəvizi 
göy  soğanı,2  xörək  qaşığı  cücərmiş  buğdanı,o  qədər  də  buğda 


 
260 
kəpəyini    qazana  tökün,  qşalla,odeyalla  bələyin,isti  yerdə  2-3 
saat  dəmə  qoyun.Yeyərkən  bir  çimdik  maqnezium  sulfat(ingilis 
duzu)  və  horra  halına  salınmış  təzə  pomidor(yaxud  “gürzə”) 
əlavə  etmə  olar.Bunlar  olmasa,  2  xörək  qaşığı  qatıq  qatmaq 
məsləhətdir.Belə  xörəkdə  bütün  vitaminlər,  duzlar  və  digər 
faydalı  elementlər salamat qalır. 
İsti şorbanı da eyni qayda ilə hazırlamaq olar.Su qayna -
yan kimi qazanı yerə qoyun,ora narın hala salınmış kartof, kök, 
cəfəri,kərəviz,şüyüd,1-2  diş  sarımsaq,göy  soğan,2  xörək  qaşığı 
qarabaşaq,2  xörək  qaşığı  cücərmiş  buğda,o  qədər  də  buğda 
kəpəyi  əlavə  edin,qazanı  odeyala  bələyib,isti  yerdə  1-2  saat 
saxlayın.Yeyərkən 1 çimdik maqnezium sulfat əlavə edin. 
 
ÇİY ŞORBALAR 
 
 
Pomidor-xiyar şorbası. Pomidoru, xiyarı, sarımsağı, göy 
soğanı və göyərtini xırda doğramaq, bir tikə islanmış  pendir və 
kələm şirəsi əlavə etmək, üstünə qatıq tökmək. 
Sadə  pomidor  şorbası.  Qaba  sarımsaq,  yaxud  soğan 
sürtün,  pomidoru  doğrayın,  üstünə  bir  stəkan  qatıq  tökün. 
Ürəyiniz istəyən göyərtilərdən əlavə edin. Şorba hazırdır. 
Gövdə  və  yarpaq  şorbası.  3-4  stəkan  müxtəlif  növ 
tərəvəzin (xiyar, kələm, göyərti, soğan və s) üstünə 1,5 litr kvas 
əlavə  etmək  və  qatışdırmaq,  yarım  saat  dəm  aldıqdan  sonra  1 
xörək qaşığı qaymaq (smetan) əlavə etmək. 
Şülul  (yabanı  meyvə)  şorbası.  1  stəkan  qatığı  3  xörək 
qaşığı  su  və  3  xörək  qaşığı  xırdalanmış  hər  hansı  şülulla 
(qarağatdan  başqa)  qarışdırmaq.  İstəsəniz  meyvə  şirəsi,  yaxud 
bal da əlavə edə bilərsiniz. 
Quru  meyvələrdən  şorba.  Axşamdan  40-50q  quru 
meyvəni  isladın.  Səhər  sudan  çıxardıb(suyu  atmayın)  tumlarını 
ayırın,sürtkəcdən  keçirib,yaxud  əzin,öz  suyuna  qatın.Yeməyə  3 
saat  qalmış  1-2  xörək  qaşığı  buğda  kəpəyi,narın  hala  salınmış 
qarabaşaq və yulaf dəni əlavə edin. 


 
261 
 
ÇİY  DƏMLƏMƏLƏR 
 
Çuğundur içgisi.4 xörək qaşığı quş üzümü(yaxud qırmı -
zı  qarağat),2  xörək  qaşığı  çuğundur  şirəsi,1  çay  qaşığı  bal  və 
stəkanın 2/3 qədər suyu bir-birinə qarışdırmaq. 
 
Natural  tərəvəz  şirələri.Kəskin  tamı  olan  tərəvəzləri 
(illik  və  aylıq  turp,  qıtıqotu)sürtkəcdən  keçirmək,su  qatmaq  və 
süzmək. Belə şirəni şirəçəkən maşında düzəltmək daha asandır 
 
Tərəvəz  südü.  5  tərəvəz  növünü(kələm,kök,çuğundur, 
turp,xiyar,pomidor,kartof  )  eyni  vaxtda  sıxmaq  və  qarışdırmaq, 
üstünə bir o qədər qatıq əlavə etmək. 
 
Limonad.  Bir  stəkan  suya  1-2  limonun  şirəsini  tökmək 
və hər kəsin zövqünə uyğun bal əlavə etmək. 
 
Kəpək  suyu.  Dörd  xörək  qaşığı  kəpəyi  20  xörək  qaşığı 
suya qarışdırmaq, 3-4 saatdan sonra süzmək, alınmış  məhlula 1 
xörək qaşığı bal və şülul şirəsi əlavə etmək. 
 
Çiy  çaylar.İki  xörək  qaşığı  hər  hansı  yeyilən  otun 
(məsələn, cəfəri, kərəviz, gicitkan və s) və ya yarpağın üstünə 1 
stəkan çiy su tökmək və 12 saat isti yerdə saxlamaq, süzdükdən 
sonra zövqə uyğun miqdarda bal qatmaq. 
 
Alma  çayı.  Xırda doğranmış almanın üstünə su tökmək, 
yarım saatdan sonra süzgəcdən keçirib içmək. 
 
Tərəvəz  südü.  Təzə  tərəvəz  şirəsini  (kök,  turp,  şalğam)  
qatıqla qarışdırmaq(eyni həcmdə).Belə süd köhnə,qurumuş  qıtıq 
-otundan (xren) daha yaxşı alınır. 
 
Qıtıqotu və turp südü. 1xörək qaşığı qatığa 1 çay qaşığı 
turp, yaxud əzilmiş qıtıqotu qatmaq, üstünə qatıq əlavə etmək. 
 
Sarımsaq  südü.  Sürtkəcdən  keçirilmiş  1  diş  sarımsağın 
üstünə qatıq (kefir, ayran, süzmə, prostokvaşa) əlavə etmək. 
 
Çuğundur  kvası.  3  litrlik  balona  bir  qədər  təmizlənmiş 
çuğundur doğramaq,üstünə qaynamış isti su tökmək,ağzını tən -
ziflə  örtmək,5  gün  dəmləmək,  üstündə  əmələ  gəlmiş  ərpi  yığıb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə