Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

 
256 
üçün 2 xörək qaşığı kəsmiyə 1 çay qaşığı bitki yağı və 2 xörək 
qaşığı  kefir,  yaxud  o  qədər  süd  qatmaq  lazımdır.Bu  əlavələri 
dəyişmək olar.Məsələn,alma və ya portağal, yaxud balla bərabər 
yabanı  meyvələr,yaxud  tərəvəz  (pomidor,xiyar,kələm,kök,göy- 
göyərti, sarımsaq və s.) qatmaq olar.Köhnə kəsmik yeməyin. 
 
KÖK  ADAMLAR  ÜÇÜN  MENYU 
 
Köklük-xəstəliyin ən qabarıq zahiri əlamətidir. 
Kökəlməyə başlayan adam artıq sağlam deyil:onun bədəninə, 
daxili orqanların normal işləməsinə mane olan, 8-25 kiloqram 
şlak yığılıb. Belə adam bədənini mikrob yuvasından təmizləmək 
üçün mütləq arıqlamalıdır.lakin düzgün qidalanma üzərində 
qurulmayan arıqlamaq əks nəticə verər,. Bunu nəzərə alaraq, kök 
adamların diqqətinə aşağıdakı menyuları təqdim edirik. 
 
Birinci menyu  
Salat günü:pomidor,xiyar, kələm, kök, kahı yarpaqları 
ilə kifayətlənmək. 1,2 -1,5 kq tərəvəzi 5 paya bölmək, üstünə 
bitki yağı töküb yemək. 
Alma günü: 1,5 kq almanı 5-6 paya bölüb, 2 stəkan yaxşı 
yetişmiş təzə pomidor şirəsi ilə qarışdırmaq. 
Kəsmik günü:100-120 q yağsız, yaxud az yağlı kəsmiyə 
günəbaxan(yaxud  zeytun)  yağı,narın  sürtülmüş  tərəvəz(kələm, 
kök,turp),ya da turş meyvə,qoz,yaxud fındıq, yaxud badam əlavə 
edib yemək, 2-3 stəkan yaşıl çay, yaxud itburnu(moruq, qarağat) 
yarpağından və giləsindən dəmlənmiş çay içmək. 
Balıq  günü:200-300  q  balığı  suda,yaxud  odda  kabab 
şəkilində  bişirib,  tərəvəz  salatı  ilə  yemək,  2-3  stəkan  yaşıl  çay, 
yaxud itburnu(moruq,qarağat) çayı içmək.Bu reseptlə qidalanar -
kən  bütün gün ərzində 100 q çovdar, yaxud yulaf çörəyi və 15-
20 q yağ (əsasən, bitki yağı) yemək olar. 
Bu  menyuları  qalan  günlərdə  təkrarlamaq  lazım 
gələcək.Əminəm  ki,qidada  ancaq  ləzzət  axtaran,onun  faydası 


 
257 
barədə heç vaxt düşünməyən qarınqulular bu menyunu bəyənmi-
yəcək.Belələrinin işi Allaha qalıb.  
                
İkinci menyu 
 
Səhər  yeməyi:tərəvəz  salatı,qoz,fındıq,badam  yemək, 
itburnu(qarağat,moruq) yarpağından və meyvəsindən dəmlənmiş 
çay içmək (qəndi, şirniyatı və şəkər tozunu balla, yaxud meyvə 
qurusu ilə əvəz etmək), 2 saatdan sonra alma yemək. 
 
Günorta naharı: yarım pay ətsiz şorba, soyutma toyuq əti, 
yaxud soyutma balıq,yaxud qoz-fındıq(100 qramdan çox olma -
sın),tərəvəz  salatı  yemək,otlardan  dəmlənmiş  çayları  bir  çay 
qaşığı balla içmək. 
 
Ara yeməyi (poldnik): 1-2 cür meyvə. 
 
Şam  yeməyi:soyutma  balıq,salat  yemək,quru  meyvələr- 
dən dəmlənmiş kampot içmək, 2 saatdan sonra kefir yemək. 
 
QURUCULUQ  DİETASININ  MENYUSU 
 
(Hamilə  qadınlar  üçün  tərtib  olunmuş  bu  menyu-uşaqlar, 
əməliyyatdan  çıxan,  stres  keçirən  xəstələr  və  uzun  müddət 
aclıqla  müalicə  olunan   adamlar  üçün  də  yarayır) 
Heç bir ana istəməz ki,nəslinin davamçısı dünyaya şikəst, 
kəmağıl,nasaz  gəlsin.Hamı  doğma  övladını  sağlam  və  gümrah, 
yaraşıqlı və ağıllı görmək istəyir.Amma çox adam fiziki və ruhi 
cəhətdən sağlam, ağıllı övlad doğmağın, onu normal böyütməyin 
yolunu,sadəcə,bilmir. 
Aqillər  buyurub:“Bilməmək  ayıb  deyil,  bilməyib 
öyrənməmək  ayıbdı”.  Öyrətməyi-bizdən,  öyrənməyi-sizdən, 
əziz gənc analar!.. 
Sağlam övlad dünyaya gətirmək üçün gələcək ana, birinci 
növbədə,  düz  və  bərk  yataqda  yatmalı,  havada  çox  olmalı, 
kifayət  qədər  faydalı  hərəkət  etməli,  ən  başlıcası  isə,  düzgün 
qidalanmalıdır.Yəni,gündə 2-3 litr çiy su (yaxxud meyvə-tərəvəz 


 
258 
çirəsi) içməli,kifayət qədər meyvə-tərəvəz,tumlar, zoğlar, yarpaq 
və çiçəklər yeməlidir.   
Çörəkdən  imtina  edə  bilməyən  gələcək  analar  buğda 
unundan bişirilən çörəyi yulaf, çovdar, yaxud qarğıdalı unundan 
bişirilən  çörəklə  əvəz  etməlidir.  Südü  yalnız  qatıq  və  qatıq 
məhsulları (süzmə, şor, kəsmik,” prostakvaşa”, “kefir”) şəkilində 
qəbul etmək (hər gün 75 q kəsmik yemək məsləhətdir), qaramal 
və donuz ətinin əvəzinə balıq,cavan mal qara ciyəri, ürək, böyrək 
yemək olar. Toyuq ətini həftədə  1  dəfədən çox yemək  məsləhət 
deyil. Şəkəri balla, yaxud kişmiş, ərik, xurma, əncir, tut və digər 
meyvələrin qursu ilə əvəz etmək lazımdır. Hər gün 2-3 dəfə 4-5 
növ tərəvəzdən ibarət olan çiy salat (günorta və axşam) və bir çiy 
yumurta sarısı, 5-8 qoz(yaxud 10-15 fındıq,püstə, badam) yemək 
vacibdir.  Sitrus  bitkiləri  əvəzinə,  inkişaf  edən  orqanizm  üçün 
vacib  sayılan  elementlərlə  zəngin  olan  üzüm  və  alma  yemək, 
gündə  1-2  stəkan  alma,  yaxud  üzüm  şirəsi  (təzə  hazırlansın, 
şəkərsiz) içmək məsləhətdir. 
 
Yada  salıram:bal  təkcə  şirin,  dadlı  qida  olmaqla  qalmır, 
özündə orqanizm üçün çox gərəkli olan bir çox mikroelementləri 
birləşdirir,  mədə-bağırsaq  traktında  fermentləşmə  prosesinin  
qarşısını  alır,qana  tez  sorulur,həzmolmanı  yaxşılaşdırır,  qəbzli-
yin qarşısını alır, enerjini bərpa edən sağlam yuxu gətirir. 
 
Təbiətin  bəxş  etdiyi  elementləri  bol-bol  mənimsəyən  hər 
bir ana dünyaya aşağıda təsvir olunan övladı gətirəcək: 
 
-  Uşağın  saçı  o  dərəcə  gur  və  qalın  olacaq  ki,  onu 
doğulan  kimi  qayçılamaq  lazım  gələcək.  Möhkəm  və  uzun 
dırnaqları olacaq. 
 
-  Uşağın  əzələləri  elə  möhkəm  olacaq  ki,  bir  həftəlik 
körpə başını yastıqdan qaldıra biləcək.Fiziki və zehni inkişaf 
paralel şəkildə, harmonik ahəngdə gedəcək. 
 
-  Uşaq  qidanı  yaxşı  həzm  edəcək  və  “bayıra”  normal 
çıxacaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə