Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə82/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

 
262 
atmaq.  Kvas  hazırdır.  Onu  yeməkdən  öncə  balla,  yaxud  salatla 
birlikdə qəbul etmək məsləhətdir. 
 
Qoz  südü.On  ədəd  qozu(yaxud  ona  bərabər  fındığı, 
badamı,püstəni)  həvəngdəstədə  döymək,döyə-döyə  üstünə  su 
əlavə  etmək.Alınmış  məhlulu  süzgəcdən,yaxud  tənzifdən 
keçirmək. Üstünə qatıq əlavə etmək. 
 
QeydBütün mayeləri qəbul edərkən, onları ağız şirəsi ilə 
yaxşı-yaxşı  qarışdırmaq  lazımdır:tüpürcəyin  tərkibində  çox 
faydalı  elementlər  var(şüursuz  saydığımız  heyvanlar  yaralarını 
dilləri ilə yalayıb,tüpürcəklə sağaldır). 
 
SALATLAR  ÜÇÜN  ƏLAVƏLƏR 
 
Qoz mayonezi.Qozu(fındığı,badamı) döyərkən azca bitki 
yağı  əlavə  etmək,horraya  döndərmək,yarım  stəkan  horranın 
üzərinə 2-3 x.q.bitki yağı tökmək və çalmaq,üstünə limon, yaxud 
quşüzümü şirəsi əlavə etmək. Hazırlanan kimi qəbul edin. 
Vegetaranlar  üçün  mayonez.  1-2  çiy  yumurta  sarısını 
çalarkən  ona  tədricən  2-3  xörək  qaşığı  bitki  yağı  əlavə  edin. 
Üstünə 1 çay qaşığı soğan,yaxud 1 xörək qaşığı kərəviz horrası, 
1-2  xörək  qaşığı  limon  və  ya  quşüzümü  şirəsi  tökün.  Bu  cür 
mayonezi turp, kök və 1-2 diş sarımsaqdan da hazırlamaq olar. 
Mayonez  əlavəsi.  Eyni  həcmdə  limon,  yaxud  quşüzümü 
şirəsi  ilə  bitki  yağını  qarışdırmaq,  bir  qədər  göy  soğan,  cəfəri 
əlavə edib, butulkada çalxalamaq. Hazırdır. 
Qaymaq  (smetan)  əlavəsi.  1  limonun  şirəsini  3  xörək 
qaşığı qaymaqla  qarışdırmaq,1 diş sarımsaq və yarım qaşıqdan 
az doğranmış soğan,1x.q.bitki yağı əlavə etmək. Çalxalamaq. 
Tomat əlavəsi. Səkkiz hissə yağı 1 qaşıq limon şirəsi ilə 
qatışdırmaq,  üstünə  4  hissə  təzə  pomidor  şirəsi  və  hər  kəsin 
zövqünə uyğun miqdarda kərəviz horrası tökmək. 
“Provinsial”  əlavəsi.  Taxta  qaşığı  sağ  əldə  tutun, 
yumurta  sarısını  çala-çala,  sol  əlinizdəki  bitki  yağını  damcı-
damcı  onun  üstünə  tökün.  Məhlul  qatılaşdıqda  yarım  stəkan 


 
263 
limon şirəsi əlavə edin. Limon şirəsini bitki yağı ilə ara verərək, 
dəyişə-dəyişə tökmək lazımdır. 
 
QIŞ  TƏRƏVƏZ  XÖRƏKLƏRİ 
Turş  çəhrayı  kələm.  100q turş kələmi  2 ç.q. çuğumdur 
şirəsi  ilə  qarışdırıb,  üstünə  1  x.q.günəbaxan  yağı  və  balaca 
soğanın  1/3  hissəsini  tökmək.  Çuğundur  şirəsi  əvəzinə  3  x.q. 
çuğundur horrası və 1 x.q. quşüzümü əlavə etmək olar. 
Turş kələmlə alma. 100 q turş kələmə orta həcmli anton 
almasının  parasını,1  x.q.  günəbaxan  yağı,yarım  balaca  soğan 
qarışdırın. 
Bayram  süfrəsi  üçün  turş  kələm.  100q  kələmi  xırda 
doğramaq,onu  yarım  alma,1  x.ö.q.günəbaxan  yağı,yarım  baş 
soğan,1  çimdik  döyülmüş  zirə,1  limonun  şirəsi(yaxud  1  x.q. 
quşüzümü  şirəsi),1  x.q.  balla  qarışdırmaq,  bir  neçə  saat  nəzarət 
altında saxlamaq. 
Turş  kələmlə  kartof.  125q  kələmi  100q  kartofla  və 
yarım  baş  soğanla  qarışdırmaq,  üstünə  1,5  xörək  qaşığı 
günəbaxan  yağı  tökmək.  Katof  əvəzinə  yer  alması  da  işlətmək 
olar.  1-2  xörək  qaşığı  quşüzümü,  yaxud  nərsin  (brusnika)  da 
əlavə etmək olar. 
Turpla  quşüzümü  şirəsi.  60q  turpu  xırda  doğramaq,  2 
xörək qaşığı günəbaxan yağı və 1-2 xörək qaşığı quşüzümü şirəsi 
əlavə etmək. Yarım saat saxlamaq. 
Qıtıqotu  kökü,  yaxud  turpla  salat.  Bir  böyük  qıtıqotu 
kökünü  və  orta  həcmli  kərəvizin  kökünü  (60  q)  qarışdırmaq,  1 
çay  qaşığı  qıtıqotu  və  qozun  birgə  horrasını  əlavə  etmək. 
Qıtıqotu əvəzinə 1 xörək qaşığı turp da işlətmək olar. 
Turpla qatıq. 60q turp horrasını 1 stəkan qatığa tökmək, 
bir saat yarımdan çox saxlamaq. 
“Yanvarıc”  salatı.  Orta  həcmli  kökü  sürtkəcdən 
keçirmək,  3  xörək  qaşığı  turş  kələmlə  (duza  qoyulmuş  nəzərdə 
tutulmur), 1 xörək qaşığı kələm şirəsi, 1 xörək qaşığı turp horrası 
ilə  qarışdırmaq,  10  ədəd  xırda  doğranmış  qoz,  2  çay  qaşığı 


 
264 
günəbaxan  yağı  və  o  qədər  də  quşüzümü  şirəsi  əlavə  etmək, 
qarışdırmaq. Bunlara 30 q doğranmış kartof da əlavə etmək olar. 
Təmizləyici  qida.  Damarları  təmizləmək  üçün  1  limonu 
qabığı ilə bərabər sürtkəcdən keçirmək, 1 baş sarımsağı əzib ona 
qarışdırmaq, üstünə 60 ml qaynamış su (soyuğunu) tökmək, 2-4 
gün  otaq  temperaturunda  saxlamaq,  süzmək  və  hər  gün  50  ml 
hesabı ilə ac qarına payız, qış və yaz aylarında içmək.  
Orqanizmi  möhkəmlədən  qida.  300q  qoz  ləpəsi,  300q 
ərik  qurusu  və  300q  kişmiş  götüemək,  2  limonla  (qabıqlı) 
birlikdə  ət  maşınından  keçirmək  və  300q  balla  qatışdırmaq,  hər 
gün ac qarnına 1-2 çay qaşığı yemək. Artıq yemək olmaz, çünki 
quru  meyvələr  qozla  yaxşı  həzm  olunmur.  Belə  qidanı 
soyuducuda saxlamaq lazımdır. 
 
TƏRƏVƏZ   VƏ   GÖYƏRTİDƏN  
hazırlanan yaz qidaları 
 
 
Zəncirotu  (oduvançik)  salatı.  3  xışma  zəncirotu 
yarpağının  özəyini  xırda  doğramaq,  xırda  doğranmış  10  qozun 
ləpəsi ilə qarışdırmaq, üstünə 1 xörək qaşığı bal və ya günəbaxan 
yağı tökmək.Qoz əvəzinə başqa əlavədən də istifadə etmək olar: 
1  x.q.günəbaxan  yağını  o  qədər  də  quşüzümü  şirəsi  və  1  ç.q. 
narın  doğranmış  soğanla  qarışdırın.Quşüzümü  şirəsini  iki  dəfə 
artıq həcmdə turş alma şirəsi ilə əvəz etmək olar. 
 
Yaz  salatı.Onu  hazırlamaq  üçün  quzuqulağı,gicitkan, 
zəncirotu,mələk 
otu(snıt),dovşan  kələmi(kislitsa)  yığmaq, 
bunların  2-3  növünü  doğramaq,kütləyə  3-4  qoz  əlavə  etmək, 
içində sarımsaq olan hər bir maye əlavə(podliva) ilə qarışdırmaq. 
 
Aylıq  turp  və  süd.  Bir  stəkan  prostokvaşaya  dörd  yerə 
bölünmüş 15 ədəd aylıq turp qatmaq, üstünə 1 çay qaşığı şühüd, 
yaxud cəfəri doğramaq. 
 
 
 




Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə