Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 
 
~ 53 ~ 
 
ekspansiyasına  məruz  qaldı
25
.  Azərbaycan  xalqının  və 
Qacarlar  dövlətinin  həmin  dövrdə  rus  işğalına  qarşı 
apardığı müharibələrdə Rusiya qalib gəldi. Nəticədə 1813-
cü  və  1828-ci  illərdə  Rusiya  ilə  Qacarlar  dövləti  arasında 
bağlanan 
müqavilələrə 
görə, 
indiki 
Ermənistan 
Respublikasının ərazisini əhatə edən İrəvan xanlığı da daxil 
olmaqla  bütün  Şimali  Azərbaycan  xanlıqları  Rusiya 
imperiyasının  hakimiyyəti  altına  keçdi.  Azərbaycanın 
siyasi  həyatında  dönüş  nöqtəsi  olan  bu  faciəli  tarixi 
hadisələr  Azərbaycan  əhalisinin  milli  tərkibində  köklü 
dəyişikliklərin  başlanğıcı  oldu.  Əvvəla,  1804-1813-cü  və 
1826-1828-ci  illəri  əhatə  edən  bu  uzun  müddətli 
müharibələrdə hərbi texnikasına görə qat-qat güclü olan rus 
ordularına  qarşı  ölüm-dirim  mübarizəsi  aparan  Azərbay-
canın müsəlman əhalisi böyük itkilər verdi. O biri tərəfdən 
demək  olar  ki,  müsəlmanların  hər  3-4  nəfərindən  biri 
qırğınlardan  və  mal-dövlətlərinin  qarət  olunmasından 
canını qurtarmaq üçün Güney Azərbaycana qaçmışdılar ki, 
onların  da  bir  hissəsi  orada  məskunlaşaraq  bir  daha  geri 
dönmədilər
26
. Əvəzində  isə Rusiya hökümətinin təşəbbüsü 
ilə  İranda  yaşayan  ermənilərin  sistemli  şəkildə  Azər-
baycana  köçürülməsi  prosesi  başlandı.  Belə  ki,  bu 
müharibələrdə  xristianlıq  faktoru  əsasında  müsəlmanlara 
xəyanət  edərək  rus  ordularına  hər  cür  yardım  edən 
                                                 
25
Современный Иран (справочник), Москва1975, səh. 133-135 
26
 История Азербайджана, 2-ci cild, Bakı – 1960, səh. 22-23 


 
 
~ 54 ~ 
 
ermənilər təbii olaraq rusların müttəfiqlərinə çevrilmişdilər. 
Ona  görə  də  Rusiya  Qafqazda  möhkəmlənmək  üçün 
ermənilərin  simasında  özünə  sadiq  olan  sosial  bazanın 
formalaşdırılmasına  çalışırdı.  Eyni  zamanda  Rusiya 
ermənilərin  hesabına  Türkiyə  və  İran  kimi  iri  müsəlman 
ölkələrinə qarşı ekspansiyanist niyyətlərini gerçəkləşdirmək 
üçün zəmin yaratmağı və erməniləri səfərbər edərək, siyasi-
hərbi  gücə  çevirməklə  onlardan  istifadə  etməyi  plan-
laşdırırdı. 
1813-1825-ci  illərdə  ermənilər  əsasən  Qarabağın 
müsəlmanlardan  boşalan  ərazilərinə  və  xristian  təriqətli 
etnik  qrupların  yaşadıqları  başqa  bölgələrə  köçürülürdü. 
1828-ci  ildə  bu  proses  daha  da  gücləndirildi  və  sistemli 
şəkil  aldı.  Belə  ki,  Rusiya  çarı  İrəvan  və  Naxçıvan 
xanlıqları  ərazisində  «Erməni  vilayəti»  (rus  dilində: 
«
Армянская  область
»)  adlı  inzibati  bölgənin  yaradıl-
masına  fərman  vermişdi.  Türkmənçay  müqaviləsinə  görə 
İran  hökuməti  rus  emissarlarının  İran  ərazisində  sərbəst 
olaraq ermənilər arasında təbliğat kompaniyası aparmasına 
şərait yaratmış və ermənilərin Azərbaycana, müsəlmanların 
isə  İrana  köçməsinə  heç  bir  maneçilik  törətməyəcəyini 
öhdəsinə ğötürmüşdü
27
. Ermənilərin Azərbaycana köçürül-
məsini  stimullaşdırmaq  məqsədilə  Rusiya  höküməti 
köçməyə  qərar  verən  hər  bir  erməni  ailəsinə  yol  xərci 
                                                 
27
 Глинка  С.  Описания  переселения  армян  адзербиджанских  в 
пределы России, М. 1831, səh. 44-45 


 
 
~ 55 ~ 
 
ödəyir,  köçəcəyi  ərazidə  torpaq  sahəsi  ayırır,  mal-mülk 
sahibi  olmaq  üçün  maddi  güzəştlər  edir  və  hətta,  İranda 
qoyub  getdiyi  ev-eşiyinin  və  torpaq  sahəsinin  5  il  ərzində 
satdırılmasına  hüquqi  şərait  yarat-maqla  kompensasiya 
olunması  qayğısına  da  qalırdı
28
.  1829-cu  ildəki  Rusiya-
Türkiyə  müharibəsindən  sonra  Türkiyədən  də  ermənilərin 
Qafqaza axını başlandı və sonrakı rus-türk müharibələrində 
bu  proses  daha  geniş  miqyas  aldı.  Ancaq  qeyd  edək  ki, 
təkcə  1828-1829-cu  illərdə  İran  və  Türkiyədən  gələn 
ermənilərin sayı 200 min nəfərdən çox idi
29
. Onların yarıya 
qədəri  «Erməni  vilayəti»ndə,  qalan  hissəsi  isə  Azərbay-
canın  başqa  bölgələrində  və  Gürcüstanda  məskunlaşdılar. 
Eyni  dövrdə  keçmiş  İrəvan,  Naxçıvan  və  Qarabağ 
xanlıqlarının  ərazilərindən  on  minlərlə  müsəlman  ailəsi 
Güney  Azərbaycana  və  Türkiyəyə  köçüb  getdilər.  Hal-
hazırda  Türkiyənin  Kars  və  İqdır  vilayətlərində  yaşayan 
əhalinin  bir  çoxunu  əslən  Azərbaycandan  olan 
soydaşlarımız təşkil edir
30
. Həmçinin İranın  Maku və Xoy 
bölgələrində yaşayan və Qaradağlılar kimi tanınan əhali və 
Urmiya  gölünün  cənubunda  kompakt  şəkildə  yaşayan 
qarapapaxlar  1813-1828-ci  illərdə  Şimali  Azərbaycandan 
                                                 
28
 Глинка  С.  Описания  переселения  армян  адзербиджанских  в 
пределы России, М. 1831, səh. 97-111 
29
 Шавров  Н.Н.    Новая    угроза    русскому    делу    в  Закавказие, 
СПБ, 1911, səh. 59 
30
 Брук С.И. Население мира (этнодемографический справочник), 
Москва 1986, səh. 432-433    


 
 
~ 56 ~ 
 
köçüb  getmiş  azərbaycanlılardır
31
.  Şübhəsiz  ki,  bütün 
bunların  nəticəsi  olaraq  Azərbaycanın  milli  tərkibində 
ermənilərin  xüsusi  çəkisi  kəskin  şəkildə  yüksəldi;  o 
cümlədən «Erməni vilayətində» artıq 1832-ci ildə ermənilər 
əhalinin  50%-ni  təşkil  edirdi
32
.  Halbuki  rus  işğalı 
ərəfəsində  bu  bölgədə  ermənilər  əhalinin  15%-ni  təşkil 
edirdi
33
.  Beləliklə,  Rusiya  tərəfindən  himayə  edilən 
ermənilər  Azərbaycanda  imtiyazlı  bir  etnosa  çevrildilər. 
Təbii ki, bu da öz növbəsində onların demoqrafik inkişafına 
və  başqa  yerli  xristian  etnik  qrupların  daha  sürətlə 
erməniləşməsinə təkan verdi.        
1840-cı  ildə  Rusiyada  inzibati  ərazi  bölgüsü  üzrə 
aparılan  dəyişikliklər  nəticəsində  «Erməni  vilayəti»  ləğv 
edildi  və  1849-cu  ildə  Erivan  quberniyasına  çevrildi. 
Azərbaycanın  digər  əraziləri  isə  Çar  Rusiyasının  sonuncu 
inzibati  bölgüsünə  görə  əsasən  Bakı  və  Yelizavetpol 
(Gəncə)  quberniyalarının  tərkibində  idi.  Bu  ərəfədə 
Azərbaycana rus əhalisinin köçürülməsi prosesi də sistemli 
şəkil  aldı.  1833-1843-cü  illər  ərzində  intensiv  olaraq 
Rusiyanın  mərkəzi  quberniyalarından  və  Ukraynadan 
                                                 
31
 Брук С.И. Население мира (этнодемографический справочник), 
Москва 1986, səh. 360-361 
32
Шопен Н. Исторический памятник состояния Армянской облас-
ти в эпоху присоединения к Российской империи, СПБ,1852, səh. 
635-642 
33
 Safarov  R.F.  Batı  Azerbaycan:  Etno-politik  degişiklikler  ve  Erme-
nistanın kurulması (1801-1921) II Türkler. Ankara – 2002, 19-cu cild, 
səh. 167-174 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə