Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 
 
~ 45 ~ 
 
Buna  baxmayaraq  qeyd  etmək  lazımdır  ki,  əhalinin 
sayının  artım  templərinə  görə  Azərbaycan  dünya  ölkələri 
arasında hələ də irəlidə gedənlər arasındadır. Xüsusilə qeyd 
edək  ki,  114  il  ərzində  (1897-2012-cu  illər)  ayrı-ayrı 
dövrlərdə Azərbaycanın başına gələn fəlakətlər nəticəsində 
verdiyi böyük əhali itkilərinə baxmayaraq, burada əhalinin 
sayı yetərincə yüksək templərlə artaraq 1897-ci ildəki 1.807 
min  nəfərdən  2012-ci  ildə  9.235  min  nəfərə  çatmışdır. 
Başqa sözlə bu dövrdə Azərbaycan əhalisinin sayı 5,1 dəfə 
artmışdır.  Müqayisə  üçün  göstərək  ki,  eyni  dövr  ərzində 
Rusiyanın  əhalisi  2,1  dəfə,  Ukraynanın  əhalisi  1,6  dəfə, 
Gürcüstanın əhalisi 2,6 dəfə, Ermənistanın əhalisi 3,8 dəfə 
(rəsmi  məlumatlara  görə),  bütovlükdə  keçmiş  SSRİ 
ərazisində yaşayan əhalinin sayı 2,3 dəfə, dünyanın əhalisi 
isə 4 dəfə  artmışdır. Burada  xüsusilə vurğulamaq lazımdır 
ki, bu dövrdə azərbaycanlıların sayı daha sürətlə artmışdır. 
Belə ki, bizim  hesablamalarımıza  görə  keçmiş SSRİ sər-
hədləri  daxilində  yaşayan  azərbaycanlıların  sayı  1897-ci 
ildə təxminən 1,5 milyon nəfər, 2012-ci ildə isə 9,8 milyon 
nəfər  olmuşdur.  Yəni  bu  dövrdə  onların  sayı  6,5  dəfə  art-
mışdır. Orta hesabla bu dövrdə azərbaycanlıların sayı hər il 
72,8 min nəfər və ya 1,65% artmışdır. 
 
 
 
Son    olaraq    qeyd    edək    ki,  Rus-Sovet  imperiyasının 
1813-cü  ildən  başlamış  1991-ci  ilə  qədərki  177  il  ərzində 
tarixi  Şimali  Azərbaycan  torpaqlarında  yerli  xalqa  qarşı 
apardığı  etnodemoqrafik  siyasətinin  nəticəsi  olaraq  Azər-


 
 
~ 46 ~ 
 
baycanın  bir  sıra  etnik  bölgələri  (Göyçə,  Zəngəzur,  Zəngi-
basar, Borçalı və Dərbənd) hazırki Azərbaycan Respublika-
sının  ərazisindən  kənarda  qalmış,  üstəlik  Qarabağ  bölgəsi 
də  erməni  separatizmi  və  işğalına  məruz  qalmışdır.  Başqa 
sözlə,  son  20  ildə  Azərbaycanın  etnik  münaqişə  ocağına 
çevrilməsi, daha doğrusu etnik zəmində Azərbaycana qarşı 
ərazi  iddiaları  əsasında  torpaqlarının  işğal  edilməsi  150 
ildən  artıq  bir  dövrdə  Azərbaycana  qarşı  aparılan  etno-
demoqrafik siyasətin nəticəsidir. Ona görə də Azərbaycanın 
beynəlxalq  miqyasda  erməni  işğalına  qarşı  apardığı  xarici 
siyasətində  bu  tip  araşdırmalardan  geniş  istifadə  olunmalı-
dır. Zaman-zaman Azərbaycanda və ayrı-ayrı bölgələrdə, o 
cümlədən  indiki  Ermənistan  ərazisində  baş  verən  iri 
miqyaslı  etno-demoqrafik  dəyişikliklər  siyasi  və  iqtisadi 
baxımdan  dəyərləndirilməli,  indiki  siyasi  durumun  forma-
laşmasındakı  rolunun  öyrənilməsi  sahəsində  elmi  araş-
dırmalar daha da genişləndirilməlidir.    
 
 
 
 
 
 
 


 
 
~ 47 ~ 
 
Azərbaycan Respublikasında etnik tərkibin 
formalaşması: xüsusiyyətləri, dəyişməsi meylləri və 
reallıqlar 
Azərbaycan  Respublikası  əhalisinin  böyük  əksəriy-
yətini təşkil edən azərbaycanlılar, türklər, türkmənlər, krım-
tatarları,  qaqauzlar  və  salarlarla  (Çində  yaşayan  türk 
xalqlarından  biri)  birlikdə  Altay  dillər  ailəsinin  Türk  dil 
qrupunun Oğuz altqrupuna aiddirlər. Azərbaycan əhalisinin 
qalan hissəsi əsasən Hind-Avropa və Qafqaz dillər ailəsinə 
aid  olan  etnoslardan  və  etnik  qruplardan  ibarət  olmaqla, 
qarışıq  bir  etnik  tərkibə  malikdir.  Rəsmi  sənədlərdə,  o 
cümlədən, əhali sayımının materiallarında göstərilməyən və 
ənənəvi olaraq, azərbaycanlı kimi qeydə alınan etnik qrup-
ları  da  göz  önünə  alsaq,  milli  azlıqların  əslində  daha 
mozaik  bir  tərkibi  olduğunu  görmüş  olarıq.  Belə  etnik 
qruplardan 
ingiloyları, 
krızları,  hapıtları,  lahıcları, 
qaraçıları və s. misal göstərmək olar. 
Azərbaycanın  etnik  tərkibinin  formalaşması  bilavasitə 
etnik və demoqrafik faktorların təsiri altında baş verən uzun 
və  mürəkkəb  bir  tarixi  proses  kimi  özünü  göstərmişdir. 
Həmin faktorların xarakteri və təsir gücü isə öz növbəsində 
həlledici  və  istiqamətləndirici  təsir  göstərən  siyasi,  sosial-
iqtisadi və başqa önəmli faktorlardan asılı olmuşdur.    
Bu prosesin müxtəlif aspektlərinin öyrənilməsi bir sıra 
iri elmi araşdırmalarda öz əksini tapmışdır. Ona görə də biz 


 
 
~ 48 ~ 
 
yalnız  etno-demoqrafik  aspektlərə  üstünlük  verməklə  bu 
prosesin qısa icmalı ilə kifayətlənəcəyik.  
Sovet  alimlərinin  fikrincə,  XI  yüzilliyin  əvvəlləri 
Azərbaycan tarixində çox önəmli bir dönüş nöqtəsi olmuş-
dur
19
.  Belə  ki,  bu  dövrdə  səlcuq  türklərinin  Azərbaycana 
kütləvi  axını  nəticəsində  türk  etnik  komponentləri  kəskin 
şəkildə artmış və onlarla yerli türklər arasında gedən etnik 
konsolidasiya və müəyyən dərəcədə demoqrafik proseslərin 
inkişafı  burada  türklərin  dominant  bir  etnosa  çevrilməsinə 
gətirib çıxarmışdır. Yəni, ən azı son min il ərzində türklər 
Azərbaycanda əhalinin böyük əksəriyyətini təşkil etmiş və 
hakim  etnos  olmuşdur.  Qədim  dövrlərdən  Azərbaycan 
Respublikasının  ərazisində  əsasən  Hind-Avropa  dillər 
ailəsinin  İran  qrupuna  və  Qafqaz  dillər  ailəsinin  Dağıstan 
qrupuna  aid  olan  başqa  etnoslar  da  yaşayırdı.  VIII 
yüzillikdə  alban-xristian  kilsəsinin  erməni  kilsəsinin 
tabeçiliyinə  keçməsi  erməni  dilinin  yerli  xristian-alban 
etnik  qrupları  arasında  öncə  kilsə  dili  kimi,  sonra  isə  yazı 
və  danışıq  dili  kimi  yayılmasına  gətirib  çıxartdı.  Bu 
prosesin  yüzillərlə  davam  etməsi  və  xristian-albanların 
qismən  də  olsa  Bizansdan  gəlmə  ermənilərlə  qohumluq 
əlaqələrinə  girməsi  isə  son  nəticədə  Azərbaycanın  bəzi 
rayonlarında  ermənidilli  kiçik  əhali  qruplarının  forma-
                                                 
19
Большая  Советская  Энциклопедия  (третье  издание),  1-ci  cild, 
Москва  –  1969,  səh.  250-251,  277-278,  Советская  Историческая 
Энциклопедия, 1-ci cild, Москва – 1961, səh. 230-235, 265  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə