Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
 
~ 30 ~ 
 
qədər artmışdır. Daha doğrusu Gürcüstanda mülki əhalinin 
sayı təxminən 50 min nəfərə qədər artmış, Emənistanda isə 
30-40 min nəfər azalmışdır. 
 
 
 
 
Yuxarıda qeyd etdiyimiz kimi Azəbaycan təkcə keçmış 
Sovet  respublikaları  ilə  müqayisədə  deyil,  Avropa  ölkələri 
ilə  müqayisədə  də  ən  çox  nisbi  əhali  itkisinə  məruz  qalan 
ölkə  olmuşdur.  Müharibə  dövründə  ən  çox  əhali  itkisinə 
məruz  galan  Avropa  ölkəsi  Polşa  olmuşdur.  Müharibənin 
ilk qurbanı və sonuncu azad olmuş Polşa 6 ilə  yaxın işğal 
altında qalmışdır. Müharibənin başlanğıcında Almaniya və 
SSRİ arasında ikiyə bölünmüş Polşada xalq təkcə faşizmin 
deyil,  Stalin  repressiyalarının  da  qurbanı  olmuşdur.  Buna 
baxmayaraq,  Polşa  mütəxəssisləri  müharibə  dövründə  pol-
yakların  sayının  16,5%  azaldığını  təsbit  etmişlər.  Başqa 
sözlə  hər  6  polyakdan  biri  müharibə  qurbanı  olmuşdur. 
Göründüyü  kimi  Azərbaycanla  müqayisədə  bu  göstərici 
olduqca  aşağıdır.  Belə  ki,  müharibə  dövründə  Azərbaycan 
öz əhalisinin hər dörd nəfərindən birini itirmişdir. Halbuki 
Azərbaycan  nəinki  faşist  Almaniyasının  işğalına  məruz 
qalmamış, heç düşmən aviasiyasının hücumundan da ziyan 
çəkməmişdir.  
 
 
 
 
 
 
Ancaq  onu  da  xatırladaq  ki,  müharibə  dövründə 
əhali  itkiləri  dövlətlər  üzrə  deyil,  millətlər  üzrə  hesab-
lanılarsa  şübhəsiz  ki,  ən  çox  itki  verən  millətin  yəhudilər 
olduğu  danılmaz  bir  faktdır.  Hesablamalara  görə  İkinci 
Dünya Müharibəsi illərində alman faşistləri 5,8-6,0 milyon 


 
 
~ 31 ~ 
 
nəfər  yəhudi qırmışlar
14
.  Məlumdur  ki,  yəhudilərin  kütləvi 
şəkildə  qətlə  yetirilməsi  faşist  Almaniyasının  onlara  qarşı 
yeritdiyi  soyqırım  siyasətinin  nəticəsi  idi.  Bəs,  görəsən 
Azərbaycan  əhalisinin  aclıqdan  və  xəstəlikdən  kütləvi 
şəkildə  qırılmasına  düçar  edilməsi  hansı  siyasətin  nəticəsi 
idi?! Bizcə tarixçilər və politoloqlar yaxın keçmişimizin bu 
qısa,  lakin  faciəli  dövrünü  daha  dərindən  öyrənməli  və 
uyğun gələn siyasi qiyməti verməlidirlər. Biz isə yalnız onu 
deyə  bilərik  ki,  Sovet  höküməti  İkinci  Dünya  Müharibəsi 
illərində  Azərbaycanın  neftindən  və  digər  təbii  sərvət-
lərindən  həlledici  dərəcədə  faydalanmış,  eləcə  də  Azər-
baycanın  əhali  resurslarından  Sovet  Ordusunun  ehtiyacları 
üçün  maksimum  səviyyədə  yararlanmışdır.  Ancaq  bütün 
bunların  əvəzində  müharibə  illərində  Azərbaycanın  mülki 
əhalisi,  xüsusilə  də  kənd  əhalisi  rəzil  vəziyyətə  düçar 
edilərək  kütləvi  qırğınlara  uğradılmışdır  ki,  bu  da  ən  azı 
Stalin diktaturasının Azərbaycana qarşı yeritdiyi milli ayrı-
seçkilik siyasəti kimi qiymətləndirilə bilər. 
1946-1954-cü  illər.  Stalin  diktaturası  dönəminin 
müharibədən  sonrakı  son  8  ilini  əhatə  edən  bu  dövrün 
ayrıca  təhlil  edilməsinə  ehtiyac  vardır.  Çünki  bu  dövrdə 
Stalin repressiyaları əvvəlki kimi kütləvi xarakter daşımasa 
da  öz  təsirini  göstərməkdə  davam  etmiş  və  Azərbaycanın 
sosial-iqtisadi  həyatında  daha  çox  hiss  edilmişdir.  Öncə 
onu qeyd edək ki, müharibənin bitməsi və Sovet İttifaqının 
                                                 
14
 http://ru.wikipedia.org/wiki/Холокост                                                                   


 
 
~ 32 ~ 
 
qalib  ölkə  statusunda  olması  şübhəsiz  ki,  əhalinin  həyat 
səviyyəsinin tədricən yüksəlməsinə səbəb oldu. Xüsusilə də 
əsgərlikdən  tərxis  olunmuş  yüz  minlərlə  kişi  əhalisinin 
evlərinə  geri  dönməsi  demoqrafik  proseslərin  normallaş-
masına  həlledici  təsir  göstərdi.  Bununla  belə  1947-ci  ildə 
Azərbaycanın  kənd  yerlərində  əhali  yenidən  ərzaq  qıtlığı 
problemi ilə üzləşdi ki, bu da ölüm hallarının çoxalmasına 
yol  açdı.  Bundan  başqa  1953-cü  ildə  Stalinin  ölümündən 
sonraki bir il ərzində əhalinin təbii artımı xeyli aşağı düşdü. 
Belə ki, bütün Sovet İttifaqında olduğu kimi Azərbaycanda 
da əhali matəm içində olduğundan evlənmə hallarına fasılə 
verildi.  Ancaq  yenə  də  SSRİ-nin  başqa  müttəfiq  respub-
likaları  və  xalqları  ilə  müqayisədə  Azərbaycan  xalqı  bu 
dövrdə  daha  ağır  zərbələrə  məruz  qaldı  və  Azərbaycanın 
siyasi  və  demoqrafik  tarixinə  daha  bir  qara  səhifə  yazıldı. 
Belə  ki,  1948-1953-cü  illərdə  Ermənistanda  yaşayan 
azərbaycanlıların  Azərbaycana  deportasiya  edilməsi  kimi 
repressiv bir akt həyata keçirildi. Bunun üçün öncə Stalinin 
göstərişi ilə  Sovet İttifaqından  kənarda  yaşayan  erməniləri 
Ermənistanda  yerləşdirmək  bəhanəsi  ilə  azərbaycanlıların 
Ermənistandan  Azərbaycana  köcürülməsi  haqqında  iki 
qərar qəbul edildi: 
Birincisi,  1947-ci  il 23 dekabr 4083 saylı “Ermənistan 
SSR-dən  kolxozcuların  və  başqa  azərbaycanli  əhalinin 
Azərbaycan  SSR-nin  Kür-Araz  ovalığına  köcürülməsi 
haqqında”  qərar  idi.  Bu  qərarın  1-ci  maddəsində  deyilirdi 


 
 
~ 33 ~ 
 
ki,  “1948-1950-ci  illərdə  Ermənistan  SSR-dən  könüllülük 
əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına 100 min 
kolxozçu  və  başqa  azərbaycanlı  köçürülsün,  onlardan  10 
min  adam  –  1948-ci  ildə,  40  min  adam  –  1949-cu  ildə,  50 
min adam – 1950-ci ildə”.   
 
İkincisi,  1948-ci  il  10  mart  tarixli  754  saylı  “kolxoz-
çuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən 
Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi üzrə 
tədbirlər  haqqında”  qərar  idi. Birinci qərarda “könüllülük” 
ifadəsinin  həmin  qərarın  repressiv  mahiyyətini  ört-basdır 
etmək üçün işlədildiyinə heç bir şübhə yeri qalmır. Belə ki, 
ikinci  qərarın  axırıncı  –  11-ci  maddəsində  deyilir  ki, 
“Ermənistan  SSR  Nazirlər  Sovetinə  icazə  verilsin  ki, 
azərbaycanlı  əhalisinin  Azərbaycan  SSR-nin  Kür-Araz 
ovalığına  köçürülməsi  ilə  əlaqədar  onların  boşaltdıqları    
tikililərdən  və  yaşayış  evlərindən  xaricdən  Ermənistana     
gələn  erməniləri  yerləşdirmək  üçün  istifadə  edilsin”
15

Həmin qərarların əsasında 1948-1953-cü illərdə Ermənistan    
SSR-dən  100  min  nəfər  azərbaycanlı  öz  etno-tarixi 
ərazilərindən  yük  vaqonlarına  doldurularaq  Azərbaycanın 
adı çəkilən bölgəsinə sürgün edildilər. Əsasən Ermənistanın 
dağlıq  rayonlarından  köçürülən  bu  əhalinin  heç  birinə 
Dağlıq-Qarabağda  məskunlaşmasına  icazə  verilmədi.    
Kür-Araz  ovalığının  iqliminə  adaptasiya  ola  bilmədikləri 
üçün  və  yaşayış  şəraitində  bir  çox  çatışmazlıqların  olması 
                                                 
15
 “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, s.86-99. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə