Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
~ 22 ~ 
 
torpaqlarının,  mal-qaranın  və  s.  onların  əlindən  alınması 
kənd  əhalisinin  böyük  bir  hissəsinin  müflisləşməsinə  və 
həyat  səviyyəsinin  olduqca  aşağı  düşməsinə  səbəb  oldu. 
Bundan  başqa  mülkədar,  “qolçomaq”  və  “xalq  düşmanı” 
kimi  damğalanaraq  günahlandırılan  yüz  minlərlə  əhali 
SSRİ-nin şərq rayonlarına sürgün edildi və ya məhv edildi. 
Şübhəsiz  ki,  bu  kimi  repressiyalar  əhalinin  demoqrafik 
inkişafına  güclü  zərbə  vurmuşdur.  Bununla  yanaşı  bu 
dövrdə  Azərbaycanın  əhalisi  sürətlə  artmışdır.  Belə  ki, 
1922-1940-cı illər ərzində əhalinin sayı 1.411 min nəfər və 
ya 75,7% artmışdır. Orta illk artım 78,4 min nəfər və ya 3% 
olmuşdur. Ancaq burada, xüsusilə  qeyd etmək lazımdır ki, 
bu artımın az qala yarıya qədərini Rusiyadan Azərbaycana 
axın  edən  miqrantlar  təşkil  etmişlər.  Başqa  sözlə  əhalinin 
təbii  artımı  o  qədər  də  yüksək  olmamışdır.  Buna  bax-
mayaraq, bütövlükdə demoqrafik baxımdan bu dövrü keçən 
dövrlərə  nisbətdə  Azərbaycan  üçün  uğurlu  hesab  etmək 
olar. 
1941-1945-ci  illər.  Bu  dövr  Azərbaycanın  demoqrafik 
tarıxində  ən  faciəli  bir  dövr  kimi  təsbit  etdiyimiz  bir 
dövrdür.  Belə  ki,  “Böyük  Vətən  Müharibəsi”  kimi  anılan 
bu  dövrdə  ölkələr  üzrə  əhalinin  sayca  dəyişməsini  xarak-
terizə  edən  demoqrafik  statistika  göstərir  ki,  Azərbaycan 
nəinki Sovet respublikaları ilə, hətta dünya ölkələri ilə nisbi 
müqayisədə ən çox əhali itkisinə məruz qalan ölkə olmuş-
dur. Sovet statistik mənbələrindən götürülmüş rəqəmlər və 


 
 
~ 23 ~ 
 
onların  əsasında  əldə  etdiyimiz  nəticələr  üzrə  ən  bəsit 
araşdırmalar bu fikrin doğru olduğunu aydın şəkildə sübut 
etməkdədir.  Daha  doğrusu,  əhalinin  ölkələrarası  mexaniki 
hərəkətini  hesaba  almaqla  müharibənin  başladığı  anda 
mövcud  olan  əhalinin  sayı  ilə  müharibənin  bitdiyi  anda 
həmin əhalinin sayı arasındaki fərqi müəyyən etməklə əldə 
etdiyimiz nəticələrin müqayisə edilməsi bu fikrin danılmaz 
olduğunu  göstərir.  Ancaq  rəqəmlərin  təhlilinə  keçməzdən 
öncə  xatırladaq  ki,  müharibə  SSRİ-də  əhali  statistikasının 
aparılmasına  mane  olmuş  və  bu  işin  bərpası  1950-ci  ilə 
qədər davam etmişdir. Ona görə də biz müharibə dövründə 
müttəfiq  respublikalar  üzrə  əhalinin  sayının  dəyişməsini 
müəyyən  etmək  ücün  başlanğıc  nöqtəsi  kimi  1940-cı  və 
1950-ci  illərin  məlumatlarından  istifadə  etməli  olmuşuq.  3 
saylı  cədvəldən  göründüyü  kimi,  1940-1950-ci  illəri  əhatə 
edən  dövrdə  nisbi  olaraq  əhalisi  ən  çox  azalan  müttəfiq 
respublika  Belarusiya  olmuşdur.  Bu  ölkədə  1950-ci  ildə 
1940-cı  ilə  nisbətən  əhalinin  sayı  14,8%  az  olmuşdur.  Bu 
göstəriciyə görə 2-ci ölkə Azərbaycan – 12,7%, 3-cü Litva 
–  12%,  4-cü  Ukraynadır  –  11,5%.  SSRİ  üzrə  bu  dövrdə 
əhalinin sayı 8% azalmışdır. Ancaq bu rəqəmlər müharibə 
dövründə  müttəfiq  respublikalar  üzrə  əhali  itkisi  haqqında 
müəyyən  təsəvvür  yaratsa  da  əsl  gerçəyi  üzə  çıxartmır. 
Birincisi,  qeyd  edək,  Rusiya  demoqraflarının  hesab-
lamalarına görə SSRİ əhalisi 1941-ci ilin iyununda (müha-
ribədən  sonraki  sərhədlərdə)  197,5  milyon  nəfər,  1945-ci 


 
 
~ 24 ~ 
 
ilin  sonunda  isə  170,5  milyon  nəfər  olmuşdur.  Yəni  SSRİ 
əhalisi  1941-1945-ci  illərdə  27  milyon  nəfər  və  ya  13,7% 
azalmışdır
9

İkincisi,  müharibədən  qalib  çıxan  Sovet  İttifaqının 
zəbt  etdiyi və  öz  tərkibinə qatdığı bölgələrdən milyonlarla 
əhali  müharibədən sonra etnik  mənsubiyyətinə görə qonşu 
ölkələrə  deportasiya  edilmişdir.  O  cümlədən  1939-cu  ilin 
sentyabrın 17-sinə qədər Polşa ərazisinin yarısını təşkil edən 
Qərbi Ukrayna, Qərbi Belarusiya və Vilno (Vilnüs) rayonu 
(indiki  Litva  ərazisinə  aiddir)  adlanan  keçmiş  Polşa 
torpaqlarından 2,5 milyon nəfər polyak və az sayda yəhudi 
indiki Polşa ərazisinə deportasiya edilmişdir
10
.   
Üçüncüsü,  müharibə  illərində  alman  qoşunları 
tutduqları Sovet ərazilərindən geri çəkildikcə onlarla birlik-
də  həmin  ərazilərin  yerli  alman  əhalisi  də  Almaniyaya 
doğru köçməli olurdular. Qeyd edək ki, 1939-cu ildə indiki 
sərhədləri  daxilində  Ukraynada  627  min  nəfər  alman 
yaşayırdı.  Bütövlükdə  Almaniyanın  işğalı  altında  olmuş 
SSRİ  ərazilərində  2,7  milyon  nəfər  yerli  alman  əhalisi 
yaşayırdı.  Bundan  başqa  1941-1944-cü  illərdə  Baltik 
ölkələrində 230 min nəfər yerli əhali Avropa və Amerikaya 
emiqrasiya etmişdilər ki, onların da əksəriyyətini litvalilar 
 
                                                 
9
http://ru.wikipedia.org/wiki/Потери_в_Великой_Отечественной_во
йне   
10
«Народы  России.Энциклопедия»  -  М.:  Болшая  Российская 
Энциклопедия, 1994, с.61   


 
 
~ 25 ~ 
 
 Cədvəl 3. 
 
1940-1950-ci illərdə SSRİ-nin müttəfiq 
respublikalarının əhalisinin sayı (min nəfərlə)
11
 
 
müttəfiq 
respublikalar 
əhalinin sayı (ilin 
əvvəlinə) 
1940-1950-ci illər 
ərzində əhalinin 
sayının dəyişməsi 
1940-cı il  1950-ci il 
min nəfər 
(+,-) 
% (+,-) 
Rusiya 
110.098 
101.438 
-8.660 
-7,9 
Ukrayna 
41.340 
36.588 
-4.752 
-11,5 
Belarusiya 
9.046 
7.709 
-1.337 
-14,8 
Litva 
2.925 
2.573 
-352 
-12,0 
Latviya 
1.886 
1.944 
+58 
+3,1 
Estoniya 
1.054 
1.097 
+43 
+4,1 
Moldova 
2.468 
2.290 
-178 
-7,2 
Azərbaycan 
3.274 
2.859 
-415 
-12,7 
Gürcüstan 
3.612 
3.494 
-118 
-3,3 
Ermənistan 
1.320 
1.347 
+27 
+2,0 
Qazaxıstan 
6.148 
6.592 
+444 
+7,2 
Özbəkistan 
6.551 
6.194 
-357 
-5,4 
Tacikistan 
1.525 
1.509 
-16 
-1,0 
Qırğızıstan 
1.528 
1.716 
+188 
+12,3 
Türkmənistan 
1.302 
1.197 
-105 
-8,1 
SSRİ üzrə 
194.077 
178.547 
-15.530 
-8,0 
 
 
                                                 
11
 Население  СССР  1987  (статистический  сборник),  Москва, 
«Финансы и статистика», 1988, s. 8-15. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə