Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
~ 18 ~ 
 
Bunun başlıca  səbəbi 1918-ci ildə qismən  də 1919-cu ildə 
erməni  millətçilərinin  Azərbaycanda  və  Cənubi  Qafqazın 
digər  bölgələrində  yerli  müsəlman  əhalisinə  qarşı  apardığı 
soyqırım  siyasəti  olmuşdur.  Belə  ki  1917-ci  il  bolşevik 
inqilabından sonra Rusiya vətəndaş müharibəsinə sürüklən-
di.  Digər  tərəfdən  Rusiyanın  bir  çox  bölgələrində,  o 
cümlədən  Cənubi Qafqazda Milli azadlıq hərəkatları vüsət 
aldı. Bu arada ideoloji və hərbi baxımdan yüksək səviyyədə 
təşkilatlanmış  olan  erməni  millətçiləri  mövcud  siyasi 
durumu  özləri  üçün  fürsət  bilərək  Azərbaycan  torpaqları 
hesabına  «Böyük  Ermənistan»  ideyasını  həyata  keçirmək 
üçün  hərəkətə  keçdilər.  Daha  doğrusu  Azərbaycan 
ərazisində  «etnik  təmizləmə»  əməliyyatlarına  başladılar. 
Bakı  bölgəsində  hakimiyyəti  ələ  keçirən  bolşevik-daşnak 
qara-güruhu  sayəsində  erməni  quldurları  təkcə  1918-ci  il 
mart  ayının  3  günü  ərzində  Bakı  şəhərində  30  min 
azərbaycanlını  xüsusi  qəddarlıqla  öldürdülər.  Bütövlükdə 
1918-ci  ilin  mart-aprel  aylarında  Bakıda,  Şamaxıda, 
Qubada,  Muğanda  və  Lənkəranda  erməni-bolşevik  silahlı 
dəstələri 50 min nəfərdən çox azərbaycanlını öldürmüş, on 
minlərlə  insanı  yerindən-yurdundan  didərgin  salmışlar. 
Belə ki, Bakı qırğınının ardınca Şamaxı qəzasının 58 kəndi 
dağılmış,  7  minədək  adam,  o  cümlədən  1.653  qadın,  965 
uşaq qılıncdan keçirilmiş və güllələnmişdir. Quba qəzasının 
122  kəndi  yerlə  yeksan  edilmişdir.  Şərur-Dərələyəz  qəza-
sında,  Naxçıvan  bölgəsində,  Qarabağın  dağlıq  hissəsində, 


 
 
~ 19 ~ 
 
Zəngəzur 
qəzasında 
yüzlərlə 
azərbaycanlı 
kəndi 
yandırılmış,  əhaliyə  cinsinə  və  yaşına  fərq  qoyulmadan 
qəddarcasına  divan  tutulmuşdur.  İrəvan  quberniyasında 
azərbaycanlılara aid olan 211 kənd, Qars vilayətində (1919-
cu  ildə  Türkiyə  ərazisinin  tərkibinə  qtılmışdır)  92  kənd 
yandırılmış  və  talan  edilmişdir.  Erməni  terrorçu  dəstə-
lərinin  törətdikləri  vəhşiliklər,  daşnak  hakimiyyəti  döv-
ründə yeridilən «türksüz Ermənistan» siyasəti nəticəsində 
İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 5,3 dəfə 
azalaraq  1916-cı  ildəki  375  min  nəfərdən  1922-ci  ildə  70 
min nəfərə düşmüşdür
8
.  
 
 
 
 
1918-ci  il  mayın  28-də  Azərbaycan  Xalq  Cümhu-
riyyətinin  müstəqilliyi  elan  edildi  və  Gəncə  şəhərində 
hökümət  qurulduqdan  sonra  erməni  təcavüzünə  qarşı 
tədbirlər  görüldü.  Nəhayət,  Azərbaycan  Milli  Ordusu  və 
yardıma gəlmiş Türkiyə Ordu hissələri ilə birlikdə keçirilən 
hərbi  əməliyyat  nəticəsində  sentyabrın  15-də  Bakı  şəhəri 
düşməndən  azad  edildi  və  bu  bölgədə,  eləcə  də  bir  çox 
ərazilərdə  erməni  terrorizminə  son  qoyuldu.  Ancaq 
Naxçıvanda,  Göyçədə,  Zəngəzurda  və  Qarabağda  daşnak 
Ermənistanı  ilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  arasında 
hərbi  toqquşmalar  Azərbaycanın  Bolşevik  Ordusu  tərə-
                                                 
8
 Azərbaycan  Respublikası  Milli  Məclisinin  bəyanatı.  “Azərbaycan” 
qəzeti,  31  mart  2001-ci  il,  №71(2784);  Ş.M.Muradov.  İnsan 
potensialı:  əsas  meyllər,  reallıqlar,  problemlər.  Bakı,  “Elm”,  2004, 
s.72-73. 


 
 
~ 20 ~ 
 
findən  işğalına  qədər  davam  etmişdir.  Beləliklə,  1918-
1920-ci  illərdə  Azərbaycanda  və  indiki  Ermənistan  ərazi-
sində 100 minlərlə əhali erməni təcavüzünün qurbanı oldu. 
Bundan başqa daim ermənilərin hücumuna məruz qalan on 
minlərlə azərbaycanlı vətənini tərk etmək məcburiyyətində 
qalaraq  Türkiyəyə  və  qismən  də  İrana  köçdülər.  Eyni 
zamanda  Azərbaycandaki  bu  siyasi  durumdan  narahatlıq 
keçirən rus və digər əcnəbi əhali arasında Azərbaycanı tərk 
edib Rusiyaya və Avropaya miqrasiya edənlər də az deyil-
di.  
1920-ci  il  aprelin  28-də  Azərbaycanda  Sovet  hakimiy-
yəti  elan  edildikdən  sonraki  ilk  illərdə  də  Azərbaycan  iri 
miqyaslı əhali itkilərinə məruz qalmışdır. Belə ki, Gəncədə, 
Qarabağda,  Şəkidə  və  digər  bölgələrdə  işğalçı  ordunun 
talanlarına  və  zorakılıqlarına  dözməyən  və  Azərbaycan 
Xalq  Cumhuriyyətini  bərpa  etmək  arzusunda  olan  əhali 
arasında  Sovet  hakimiyyətinə  qarşı  kütləvi  üsyanlar  baş 
vermiş və üsyanlara qarşı  yönəldilmiş Qızıl Ordu hissələri 
üsyançılara  və  dinc  əhaliyə  qarşı  amansızcasına  divan 
tutmuşlar. Nəticədə on minlərlə əhali qırılmış, bir o qədəri 
də  təqiblərdən  yaxa  qurtarmaq  üçün  Türkiyəyə  və  qismən 
də Avropa ölkələrinə miqrasiya etmişlər. 
Bütünlükdə  1920-1922-ci  illər  ərzində  əhalinin  sayı  
89,2  min  nəfər  və  ya  4,5%  azalmışdır  (bax:  cədvəl  1). 
Ancaq  onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  bir  il  ərzində 
(1920-ci  ilin  sonu  –  1922-ci  ilin  əvvəli)  şəhər  əhalisi  80,2 


 
 
~ 21 ~ 
 
min  nəfər  və  ya  19,8%  artmışdır  ki,  bu  da  həmin  dövrdə 
Qızıl Ordu əsgərlərinin, zabitlərinin və ailələrinin, eləcə də 
Sovet  quruculuğu  ilə  bağlı  olaraq  Rusiyadan  gələn  miq-
rantların  əsasən  Bakı  şəhərində  məskən  salması  hesabına 
baş  vermişdir.  Kənd  yerlərində  isə  əhali  kəskin  şəkildə 
azalaraq  1920-ci  ilin  sonundaki  1.546,4  min  nəfərdən, 
1922-ci  ilin  əvvəlində  1.377  min  nəfərə  düşmüşdür,  yəni 
169,6 min nəfər və ya 11% azalmışdır.    
 
1922-1941-ci  illər.  Bu  dövr  SSRİ-nin  təşkili  və 
Azərbaycanın  rəsmən  müttəfiq  respublikalardan  birinə 
çevrildiyi  1922-ci  ildən  İkinci  Dünya  Müharibəsində 
Almaniyanın  SSRİ-yə  qarşı  müharibəyə  başladığı  1941-ci 
ilə  qədərki  19  illik  bir  dövrü  əhatə  edir.  Bu  dövr  Azər-
baycanda  Sovet  ideologiyasının  özəyini  təşkil  edən  xüsusi 
mülkiyyətin  ləğvi  prinsipləri  əsasında  radikal  mahiyyətli 
siyasi,  iqtisadi  və  sosial  islahatların  diktatura  yolu  ilə 
həyata  keçirildiyi  bir  dövr  kimi  səciyyələnir.  Ona  görə  də 
bu dövrdə Azərbaycanda köklü sosial-iqtisadi dəyişikliklər 
baş  vermişdir.  Əhali  kütləvi  şəkildə  təhsilə  və  səhiyyə 
sisteminə  cəlb  edilmişdir.  Neft  sənayesi  və  onunla  bağlı 
sahələr  sıçrayışla  inkişaf  etdirilmişdir.  Bütün  bunlar 
əhalinin  rifahına,  o  cümlədən  demoqrafik  inkişafa  müsbət 
təsir  göstərməli  idi.  Əslində  isə  bu  islahatlar  SSRİ-nin 
iqtisadi-hərbi  baxımdan  hegemon  bir  dövlətə  çevrilməsinə 
yönələn islahatlar idi. Belə ki, bu dövrdə kollektivləşmə adı 
altında  kəndlilərin  mülkiyyətində  olan  kənd  təsərrüfatı 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə