Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
~ 14 ~ 
 
payına düşürdü
5
. Burada əhalinin miqrasiya
   
hesabına belə 
yüksək templərlə artımı o dövrdə çar Rusiyasının yeritdiyi 
köçürmə  siyasəti  və  Azərbaycanın  neft  mədənlərinin 
intensiv  sürətdə  istismar  edilməsi  ilə  bağlı  idi.  Neft 
sənayesində  və  onunla  bağlı  sahələrdə  çoxlu  iş  qüvvəsinə 
olan  tələbat  başlıca  olaraq  Rusiyanın  mərkəzi  quberni-
yalarında,  eləcə  də  Şimali  Qafqaz,  Dağıstan və Cənubi 
Qafqazın  başqa  rayonlarında  yaşayan  kəndlilərin  buraya 
miqrasiyası  hesabına  ödənilirdi.  Təkcə  1908-1910-cu  illər 
ərzində  Rusiyadan  Azərbaycana  3  min  kəndli  ailəsi 
köçürülmüşdür.  Bunun  nəticəsində  Azərbaycanın  müsbət 
miqrasiya  saldosu  (qalığı)  1,6  dəfədən  çox  artaraq  1886-
1897-ci  illərdəki  133,4  min  nəfərdən  1897-1913-cü  illərdə 
219,8 min nəfərə çatmışdır (bax: cədvəl 2). 
Qeyd  edək  ki,  Bakıya  miqrasiya  edənlərin  böyük 
əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə 
iş  axtarmaq  çətin  olduğundan  miqrantların  çoxu  öz 
ailələrini  evdə  qoyub  gəlirdilər.  Tarixi  mənbələrə  əsasən 
Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəs-
sisləri,  fəhlə  və  qulluqçuları  əksər  hallarda  öz  ailələri  ilə 
birlikdə,  ermənilərin  çoxu  subay  və  təklikdə,  müsəlman-
ların  isə  hamısı  öz  ailələrini  evdə  qoyub  gəlir  və  təklikdə 
yaşayırdılar.  1897-ci  il  əhali  sayımı  məlumatlarına  görə 
Bakı neftçıxarma müəssisələrində çalışan fəhlələrin 82,5
%-i
 
                                                 
5
 M.M.Allahverdiyev.  Azərbaycanda  işçi  qüvvəsinin  təkrar  istehsa-
lının bəzi məsələləri, Bakı, “Elm”, 1966, səh. 46. 


 
 
~ 15 ~ 
 
  Cədvəl 2. 
 
1920-ci ilə qədərki dövrdə Azərbaycanda əhalinin 
mexaniki hərəkəti (min nəfərlə)
6
 
 
illər 
artım (+) və ya azalma (-) 
cəmi 
hər il orta hesabla 
1886-1897 
+133,4 
+12,2 
1897-1913 
+219,8 
+13,8 
1913-1920 
 -481,0 
 -68,7 
1886-1920 
 -127,8 
   -3,7 
 
subay  və  yaxud  öz  ailələrindən  kənarda  yaşayanlardan 
ibarət olmuşdur. Bunu belə bir fakt da sübut edir ki, 20-ci 
əsrin əvvəllərinə yaxın Bakının mədən rayonları əhalisinin 
75%-ni  kişilər,  cəmi  25%-ni  isə  qadınlar  təşkil  edirdi.
7
 Bu 
da  öz  növbəsində  bütövlükdə  əhalinin  doğum  əmsalının 
aşağı  düşməsinə,  ölüm  əmsalının  yüksəlməsinə  və  uyğun 
olaraq  təbii  artım  templərinin  xeyli  aşağı  düşməsinə  təsir 
göstərmişdir.  
Bütün  bunlarla  yanaşı  1897-1914-cü  illəri  əhatə  edən 
bu dövr, 1905-1907-ci illər istisna olmaqla bütövlükdə çar 
                                                 
6
 Материалы  по  экономической  истории  Азербайджана  (к  V 
международному  конгрессу  экономической  истории),  Баку, 
«Элм», 1970, səh.19; M.M.Allahverdiyev. Azərbaycanda işçi qüvvə-
sinin təkrar istehsalının bəzi məsələləri, Bakı, “Elm”, 1966, səh. 76. 
7
М.В.Стригунов,  Из  истории  формирования  Бакинского 
пролетариата, Баку, 1960, c.137.  


 
 
~ 16 ~ 
 
Rusiyası  dönəmində  Azərbaycan  üçün  hər  mənada,  o 
cümlədən  demoqrafik  baxımdan  ən  uğurlu  dövr  sayıla 
bilər. Belə ki, bu dövrdə Bakı bütün dünyada neft sənaye-
sinin  mərkəzinə  çevrilmiş  və  bunun  sayəsində  Azərbay-
canda  kapitalizm  sürətlə  inkişaf  etmiş,  Azərbaycanın  milli 
mənafeylərinə  xidmət  edən  milli burjuaziya  və  ziyalı sinfi 
formalaşmış,  əhalinin  rifah  səviyyəsi  xeyli  yüksəlmişdi. 
Eyni  zamanda  Azərbaycan  xalqının  yaddaşına  “Erməni  – 
müsürman  davası”  kimi  həkk  olunmuş  1905-1907-ci 
illərdə erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı 
törətdiyi qırğınlar da bu dövrdə baş  vermişdi. Çar Rusiya-
sının  hakim  dairələrinin  fitvası  və  hərtərəfli  dəstəyi  ilə 
formalaşmış erməni hərbi bandaları  İrəvanda, Zəngəzurda, 
Göyçədə,  Naxçıvanda,  Qarabağda,  Gəncədə,  Şirvanda, 
Bakıda  və  başqa  ərazilərdə  dinc  azərbaycanlılara  və  digər 
müsəlman təriqətli xalqlara (türklər, kürdlər, tatlar, ləzgilər 
və  s.)  amansızcasına  divan  tutmuş,  şəhər  və  kəndlər 
yandırılmış,  uşaqlar,  qadınlar,  qocalar  tarixdə  görülməyən 
qəddarlıq  və  vəhşiliklə  öldürülmüşlər.  Şübhəsiz  ki,  bu 
hadisələr  Azərbaycanın  inkişafına  tormozlayıcı  təsir 
göstərmiş  və  onun  demoqrafik  inkişafına  ciddi  zərbə 
vurmuşdur.  Bizcə  bu  hadisələr  həmin  dövrdə  Azərbaycan 
xalqının  sosial-iqtisadi  və  milli-mədəni  səviyyəsinin 
sıçrayışlı  inkişafından  narahat  olan  Rus  imperiyalizminin 
Azərbaycana  qarşı  yönəltdiyi  anti-milli  siyasətin  nəticəsi 
kimi dəyərləndirilməlidir.    


 
 
~ 17 ~ 
 
1914-1922-ci  illər.  Növbəti  dövr  kimi  təsbit  etdiyimiz 
bu  zaman  kəsiyində  Azərbaycan  əhalisinin  sayının  dina-
mikası köklü dəyişikliklərə, daha doğrusu kəskin azalmaya 
məruz  qalmışdır.  Bu  dövr  1914-1918-ci  illərdə  baş  verən 
Birinci  Dünya  Müharibəsinin  və  onun  törətdiyi  böyük 
siyasi  çalxantıların  yer  aldığı,  o  cümlədən  1917-ci  il 
bolşevik  inqilabının  baş  verdiyi  bir  dövrü  əhatə  edir.  Bu 
qlobal  hadisələr  Azərbaycanın  siyasi  tarıxində  və  iqtisadi 
həyatında,  xüsusilə  də  demoqrafik  inkişafında  dərin  izlər 
buraxmışdır.  Əvvəla  Rusiya  imperiyalist  bir  dövlət  kimi 
müharibənin  aktiv  iştirakçısı  olduğundan  Azərbaycanın 
bütün  iqtisadi  potensialı  və  böyük  ölçüdə  əhali  resursları 
hərbi  ehtiyacların  ödənilməsinə  yönəldilmişdi.  Nəticədə 
əhalinin  rifah  səviyyəsi  kəskin  şəkildə  aşağı  düşmüşdü  ki, 
bu da öz növbəsində doğum səviyyəsinin aşağı düşməsinə, 
ölümün  isə  xeyli  yüksəlməsinə  səbəb  olmuşdu.  Bütün 
bunlara  baxmayaraq,  1918-ci  ilə  qədər  Azərbaycan 
əhalisinin sayında azalma müşahidə olunmamışdır. Hətta 1 
saylı cədvəldən göründüyü kimi 1913-1917-ci illər ərzində 
əhalinin sayı azacıq da olsa artmışdır (14,5 min nəfər və ya 
0,6%).  Ancaq  sonrakı  4  il  ərzində  (1918-1922-ci  illər) 
Azərbaycan  əhalisinin  sayı  ilk  dəfə  olaraq  kəskin  şəkildə 
azalmışdır. Belə ki, 1917-ci ilin sonu ilə müqayisədə 1922-
ci  ildə  əhalinin  sayı  490,7  min  nəfər  və  ya  20,8%  az 
olmuşdur.  Başqa  sözlə  Azərbaycan  bu  kiçik  4  illik  dövr 
ərzində  əhalinin  beşdə  biri  qədər  itkiyə  məruz  qalmışdır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə