Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 
 
~ 77 ~ 
 
fərqləndirici  cəhəti  rusların  sayının  hipertrofik  şəkildə 
artması  idi  (2,4  dəfə).  Bu  dövrdə  Azərbaycanda  artan 
əhalinin  34,5%-i  rusların  payına  düşürdü.  Rusların 
Azərbaycana  kütləvi  axını  nəticəsində  əhalinin  etnik 
tərkibində onların xüsusi çəkisi 9,5%-dən 16,5%-ə  yüksəl-
mişdi. Yəni 1939-cu ildə Azərbaycanda hər 6 nəfərdən biri 
rus idi. Əhalisinin sayı 787,6 min nəfərə çatmış Bakı şəhə-
rində  (bütün  ətraf  qəsəbə  və  kəndlər  daxil  olmaq  şərti  ilə) 
isə  ruslar  əhalinin  43,6%-ni,  azərbaycanlılar  isə  27,4%-ni 
təşkil  edirdilər  (bax:  cədvəl  12).  Bu  dövrdə  azərbay-
canlıların  sayının  artımı  Azərbaycan  Respublikası  üzrə 
əhalinin artımından xeyli geri qalırdı. Halbuki 1926-cı ildə 
kürd  kimi  qeydə  alınan  azərbaycandilli  əhali,  həmçinin 
buduxlar,  krızlar  və  xınalıqlar  1939-cu  ildə  azərbaycanlı 
kimi  qeydə  alınmışdılar.  Eyni  zamanda  azərbaycanlıların 
sayı  talışların  və  avarların  bir  qisminin,  saxurların  böyük 
bir  hissəsinin  etnik  assimilyasiyası  hesabına  da  artmışdı. 
Bütün  bunlara  baxmayaraq,  əhalinin  etnik  tərkibində 
azərbaycanlıların  xüsusi  çəkisi  63,5%-dən  58,4%-ə  qədər 
aşağı  düşmüşdü.  Çünki  bu  dövrdə  ermənilərin  də  sayının 
artım  templəri  azərbaycanlılardan  fərqli  dərəcədə  yüksək 
olmuşdur.  Belə  ki,  əsasən  təbii  artım  hesabına  artan 
ermənilərin  orta  illik  artım  tempi  2,6%  olduğu  halda, 
azərbaycanlılarda  bu  göstərici  2%  olmuşdur.  Ona  görə  də 
əhalinin  etnik  tərkibində  ermənilərin  xüsusi  çəkisi  demək 
olar ki, dəyişməz qalmışdı. Ancaq bu, heç də o demək deyil


 
 
~ 78 ~ 
 
ki,  azərbaycanlılarda  doğum  göstəriciləri  və  təbii  artım 
ermənilərdən  aşağı  olmuşdur.  Sadəcə  bu  dövrdə 
kolxozlaşdırma  siyasəti  və  siyasi  repressiyalar  nəticəsində 
məhz  azərbaycanlılar  kütləvi  şəkildə  SSRI-nin  şərq 
rayonlarına  sürgün  edilmiş  və  ya  öldürülmüşlər  (bizim 
hesablamalarımıza  görə  təxminən  180-200  min  nəfər).  Bu 
dövrdə  əhalinin  etnik  tərkibində  ləzgilərin  və  tatarların 
xüsusi  çəkisinin  xeyli  yüksəlməsi  müşahidə  edilir.  Ta-
tarlarda  bu  artım  onların  Rusiyadan  Azərbaycana  axını  ilə 
izah  edilir.  Ləzgilərin  sayının  bu  dövrdə  kəskin  şəkildə 
artması isə (3 dəfə) əsasən 1926-cı ildə özlərini «türk» kimi 
qeydə  aldıran  ləzgi  dilli  əhalinin  1939-cu  ildə  öz  gerçək 
etnik  mənsubiyyətləri  ilə  qeydə  alınmaları  ilə  izah  edilə 
bilər.  Eyni  zamanda  qeyd  edək  ki,  Balakən  rayonunda 
yaşayan  avarların  xeyli hissəsi,  həmçinin Qax və  Zaqatala 
rayonlarında  yaşayan  saxurların  bir  qismi  yanlış  olaraq 
1939-cu ildə ləzgi kimi qeydə alınmışlar. Görünür ki, bu da 
Azərbaycanda  bütün  Dağıstan  xalqlarının  ənənəvi  olaraq, 
ləzgi  kimi  tanınmasından  irəli  gəlirdi.  Digər  tərəfdən,  bu 
dövrdə  Dağıstandan  Azərbaycana  miqrasiya  edən  ləzgilər 
də olmuşdur. 
Talışların  sayının  bu  dövrdə  çox  aşağı  templərlə 
artması  isə  yuxarıda  söylədiyimiz  kimi  onların  azərbay-
canlılarla etnik assimilyasiyası ilə izah edilə bilər. 
1939-1959-cu  illəri  əhatə  edən  dövrdə  əhalinin  etnik 
tərkibində  baş  verən  dəyişikliklər  əvvəlki  dövrlərdəki 


 
 
~ 79 ~ 
 
dəyişikliklərdən  kəskin  şəkildə  fərqlənirdi.  Bu  dövrün 
demoqrafik  tarixinin  xarakterik  cəhətləri  1941-1945-ci 
illlərdə SSRI-nin II Dünya Müharibəsində iştirakı ilə bağlı 
hadisələrlə və müharibənin nəticələri ilə sıx bağlı idi. 
Müharibə illərində Azərbaycan Respublikası əhalisinin 
sayı  kəskin  şəkildə  azalmışdı.  Əvvəla,  bu  illərdə 
Azərbaycanın  600-650  min  nəfər  kişi  əhalisi  Sovet 
Ordusuna 
səfərbər 
edilərək 
hərb 
meydanlarına 
göndərilmişdi  ki,  onların  da  təxminən  yarısı  müharibədə 
həlak  olmuşdu
50
.  Bu  isə  öz  növbəsində  mövcud  nigah 
əlaqələrinin  pozulmasına  gətirib  çıxarır  və  yeni  nigah 
cütlüklərinin 
yaranmasını  yubadırdı.  Bütün  bunlar 
müharibə  illərində  doğumun  kəskin  şəkildə  aşağı 
düşməsinə  səbəb  olmuşdu.  Ən  başlıcası  isə  əhalinin  həyat 
səviyyəsinin  pisləşməsi  nəticəsində  ölüm  göstəricilərinin 
olduqca  yüksəlməsi  idi.  3/4-nü  azərbaycanlıların  təşkil 
etdiyi  kənd  əhalisi  daha  böyük  itkilər  vermişdi.  Belə  ki, 
kəndlərdə  əsgərlik  yaşına  çatan  bütün  kişi  əhalisi  müha-
ribəyə 
göndərilmişdi. 
Halbuki 
şəhərlərdə 
dövlət  
idarələrində və müəssisələrində işləyən kişi əhalisinin xeyli 
hissəsi  hərbi  səfərbərlikdən  saxlanılmışdı.  Ən  əsası  isə 
kəndlərdə  talon  sisteminin  tətbiq  edilməməsi  idi.  Bunların 
nəticəsi  olaraq,  kənd  yerlərində  əhali  aclıq  və  xəstəlikdən 
kütləvi şəkildə qırılırdı.  
                                                 
50
 Мадатов  Г.А.  Азербайджан  в  Великой  Отечественной  войне, 
Баку – 1975, səh. 26 


 
 
~ 80 ~ 
 
Müharibə dövründə Azərbaycan öz əhalisinin təxminən 
1/4-ni  itirmişdi.  Müharibənin  nəticəsi  olaraq  əhalinin  yaş-
cins  tərkibində  kəskin  uyğunsuzluqlar  yaranmışdı.  Bütün 
bunlara baxmayaraq, müharibədən sonrakı illərdə doğumun 
səviyyəsi sürətlə artmağa başladı. Ölümün səviyyəsi də tibb 
sahəsində  baş  verən  tərəqqi  nəticəsində  sürətlə  enməyə 
başladı.  Artıq  1955-ci  ildə  Azərbaycan  əhalisinin  sayı 
müharibədən  əvvəlki  səviyyəsinə  gəlib  çatmışdı.  1959-cu 
ildə  isə  əhalinin  sayı  1939-cu  ilə  nisbətən  15,4%  çox  idi. 
Ancaq  əhalinin  milliyyətlər  üzrə  sayının  artımı  olduqca 
fərqli idi. Onların bəzilərinin sayı, hətta, 1959-cu ildə belə 
müharibədən  əvvəlki  səviyyəsinə  gəlib  çatmamışdı. 
Məsələn,  rusların  Azərbaycana  miqrasiyası  müharibədən 
sonrakı  dövrdə  də  davam  etməsinə  baxmayaraq,  onların 
sayı  1939-cu  il  ilə  müqayisədə  1959-cu  ildə  5,1%  az  idi. 
Məsələ  burasındadır  ki,  müharibə  ərəfəsində  rusların  yaş 
tərkibində  hərbi səfərbərlik  yaşında olanların xüsusi çəkisi 
olduqca yüksək idi. Çünki rus əhalisinin böyük əksəriyyəti 
qısa  bir  dövr  ərzində  Azərbaycana  miqrasiya  edən 
gənclərin  hesabına  formalaşmışdı.  Ona  görə  də 
müharibədən  sonra  rusların  cins  tərkibində  kəskin 
uyğunsuzluq  yarandı  və  bu  da  onlar  arasında  doğum 
səviyyəsinin  durmadan  aşağı  düşməsinə,  ölümün  isə  bir 
qədər yüksəlməsinə səbəb oldu. O biri tərəfdən qeyd etmək 
lazımdır  ki,  müharibədən  sonra  azərbaycanlılarla  ruslar 
arasında nigahlar geniş yayılmağa başlamışdı. Çünki həmin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə