Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
 
~ 73 ~ 
 
Azərbaycanda  yaşayan  kürdlərin  əksəriyyəti  kürd  dilini 
unutsa  da  öz  etnik  kimliklərini  qoruyub  saxlamışdılar. 
Ancaq  nəzərə  almaq  lazımdır  ki,  dilin  assimilyasiyası 
prosesi  adətən  bir  etnosun  başqa  etnosla  sıx  təmasda 
olduğu  zaman  birinin  digərinin  içərisində  azlıqda  qalması 
nəticəsində  baş  verir.  Halbuki  1926-cı  ilin  əhali  sayımına 
görə  indiki  Kəlbəcər,  Laçın  və  Qubadlı  rayonlarını  əhatə 
edən və «Kürdüstan» qəzası adlandırılan o zamanki inzibati 
bölgədə  51,4  min  nəfər  əhalidən  72,3%-ni  kürdlər  təşkil 
edirdi.  Üstəlik  onu  da  nəzərə  alsaq  ki,  bu  dağlıq  bölgə 
başqa azərbaycandilli bölgələrdən coğrafi baxımdan demək 
olar ki, təcrid olunmuşdur, onda kürd dilinin öz-özünə unu-
dulmasını anlamaq mümkün deyildir. Digər tərəfdən, 1930-
cu  illərdə  Azərbaycanda  yaşayan  kürdlərin  etnoqrafiyasını 
tədqiq edən Sovet alimi A.Bukşpanın yazdığına görə, 1926-
cı  ildə  «Kürdüstan»  qəzasında  əhalinin  sayımı  prosesində 
Azərbaycanın o zamanki Sovet hökumətinin nümayəndələri 
yerli  əhali  arasında  təbliğat  işi  aparmış,  hətta,  onların 
özlərini  kürd  kimi  qeydə  aldırması  üçün  maddi  cəhətdən 
stimullaşdırmışlar
48
.
 
Belə  ki,  o  dövrdə  Sovet  hökuməti 
«Qırmızı 
Kürdüstan» 
adlı 
kürd 
muxtariyyətinin 
qurulmasına çalışırdı. Görünür ki, buradan məqsəd: Dağlıq-
Qarabağ  vilayəti  ilə  Ermənistan  Respublikasını  coğrafi 
baxımdan  ayıran  bu  bölgəyə  etno-siyasi  rəng  verməklə 
gələcəkdə  Azərbaycandan  qoparılması  üçün  siyasi  zəmin 
                                                 
48
 Букшпан А. Азербайджанские курды, Баку – 1932 


 
 
~ 74 ~ 
 
yaratmaq idi. Onu da qeyd edək ki, Çar Rusiyası zamanı və 
Azərbaycan  Cümhuriyyəti  dövründə  Zəngəzur  qəzasının 
bir  hissəsi  olan  bu  bölgə  yalnız  Sovet  hökuməti 
qurulduqdan  sonra  «Kürdüstan»  kimi  adlandırılırdı. 
Beləliklə,  bizim  qənaətimizə  görə  1926-cı  ilin  məlumat-
larında kürdlərin sayı süni olaraq şişirdilmişdi. Talışların da 
sayının  bu  dövrdə  kəskin  şəkildə  artması  diqqəti  çəkən 
cəhətlərdən  biridir.  Ancaq  cədvəldən  göründüyü  kimi, 
talışdilli  əhalinin  sayı  heç  də  milliyyətcə  talış  kimi  qeydə 
alınanlardan az deyildi. Hətta, ana dili talış dili olan 3 min 
nəfər  «türk»  kimi  qeydə  alınmışdı.  30  illik  dövrdə  (1897-
1926  cı  illər)  talışdilli  əhalinin  sayı  2,3  dəfə  artmış  və 
Azərbaycanın  etnik  tərkibində  onların  xüsusi  çəkisi  2 
dəfəyə yaxın yüksəlmişdi.  
Nəticədə  talışlar  ruslardan  və  ermənilərdən  sonra  3-cü 
etnik  azlığa  çevrilmişdilər.  Eyni  zamanda  qeyd  edək  ki,  o 
dövrdə  talışlar  Azərbaycanda  baş  verən  sosial-siyasi 
kataklizmlərdən bir qədər kənarda qalmış olsalar da onların 
sayının  təbii  artım  hesabına  bu  qədər  çoxalması  şübhə 
doğurur.  Belə  ki,  həmin  dövrdə  əhalinin  doğum 
göstəriciləri  yüksək  olsa  da  ölüm  göstəriciləri  də  yüksək 
idi.  Özəlliklə  də  uşaq  ölümünün  çox  yüksək  olması  təbii 
artımın  aşağı  düşməsinə  həlledici  təsir  göstərirdi.  Onu  da 
göstərək  ki,  talışların  yaşadığı  Lənkəran  qəzasında  həmin 
dövrdə  azərbaycanlıların  sayı  31,1%  artmışdı,  bütövlikdə 
isə  bu  qəzanın  müsəlman  əhalisinin  sayı  57,3%  artmışdı. 


 
 
~ 75 ~ 
 
Yəni,  azərbaycanlıların  sayının  artım  tempi  talışlardan  7 
dəfə  geri  qalırdı.  Həmin  bölgədə  mədəni-məişət 
xüsusiyyətlərinə  görə  bir-birindən  demək  olar  ki, 
fərqlənməyən  bu  iki  xalqın  təbii  artımında  belə  fərqlərin 
olması  mümkünsüzdür.  Bütün  bunlar  göstərir  ki,  1897-ci  
və  ya  1926-cı  ilin  əhali  sayımında  bu  bölgədə  də  əhalinin 
milli mənsubiyyətinin qeydiyyata alınmasında ciddi xətalar 
olmuşdur. 
1926-cı  ildən  sonrakı  dövrlərdə  əhalinin  etnik  tər-
kibinin dinamikası baş verən sosial-iqtisadi dəyişikliklər və 
başqa  önəmli  sosial-siyasi  və  tarixi  hadisələrlə  sıx  bağlı 
olan bir sıra özəlliklərə malik idi. Bunların araşdırılmasına 
keçməzdən öncə qeyd edək ki, bizim üçün başlıca statistik 
qaynaq olan əhali sayımlarının keçirildiyi illər Azərbaycan 
əhalisinin  etnik  tərkibinin  dinamikasının  izlənilməsi  üçün 
qəbul etdiyimiz dövrlərin xronoloji çərçivələrini  müəyyən 
etmişdir. 
1926-cı  ilin  dekabrında  və  1939-cu  ilin  yanvarında 
keçirilmiş  əhali  sayımları  arasındakı  12  illik  dövrdə 
(bax:  cədvəl  7)  əhalinin  etnik  strukturu  yenidən  güclü 
deformasiyaya  uğramışdır.  Sovet  sisteminin  qızğın 
quruculuq  illərini,  o  cümlədən,  kolxozlaşdırma  və 
sənayeləşdirmə  ilə  bağlı  total  islahatların  və  siyasi 
repressiyaların  keçirildiyi  illəri  əhatə  edən  bu  dövrdə  bəzi 
istisnaları  çıxmaq  şərti  ilə  bütün  milliyyətlərin  sayında 
artım  müşahidə  edilməkdədir.  Ancaq  bu  dövrün  əsas 


 
 
~ 76 ~ 
 
Cədvəl 7.
49
 
Azərbaycan əhalisinin milli tərkibi  (1926, 1939, 1959, 1970 və 1979-cu illərin əhali sayımlarına görə) 
 
milliyyətlər 
1926-cı il 
1939-cu il 
1959-cu il 
1970-ci il 
1979-cu il 
min nəfər 

min nəfər 

min nəf. 

min nəfər 

min nəf. 

azərbaycanlılar 
1468,8  63,5 
1870,5  58,4 
2494,4 
67,4 
3776,8  73,8 
4708,8 
78,1 
ermənilər 
284,4  12,3 
388,0  12,1 
442,1 
11,9 
483,5 
9,4 
475,4 
7,9 
ruslar 
220,6 
9,5 
528,3  16,5 
501,3 
13,6 
510,1  10,0 
475,3 
7,9 
ləzgilər 
37,3 
1,6 
111,7 
3,5 
98,2 
2,7 
137,3 
2,7 
158,1 
2,6 
avarlar 
19,1 
0,8 
15,7 
0,5 
17,3 
0,5 
30,7 
0,6 
36,0 
0,6 
saxurlar 
15,6 
0,7 
6,5 
0,2 
2,9 
0,1 
6,2 
0,1 
8,5 
0,1 
yəhudilər 
31,4 
1,4 
41,3 
1,3 
40,2 
1,1 
41,3 
0,8 
35,4 
0,6 
tatarlar 
10,0 
0,4 
27,6 
0,9 
29,6 
0,8 
31,8 
0,6 
31,4 
0,5 
ukraynalılar 
18,2 
0,8 
23,6 
0,7 
25,8 
0,7 
29,2 
0,6 
26,4 
0,4 
günrcülər 
9,5 
0,4 
10,2 
0,3 
9,5 
0,2 
13,6 
0,3 
11,4 
0,2 
tatlar 
30,5 
1,3 
41,0 
1,3 
5,9 
0,2 
7,8 
0,2 
8,8 
0,1 
kürdlər 
41,3 
1,8 
6,0 
0,2 
1,5 
0,0 
5,5 
0,1 
5,7 
0,1 
talışlar 
77,5 
3,3 
87,5 
2,7 






başqaları 
50,4 
2,2 
47,3 
1,5 
29,0 
0,8 
43,3 
0,8 
45,3 
0,8 
bütün əhali 
2314,6 
100 
3205,2 
100 
3697,7 
100 
5117,1 
100 
6026,5 
100 
                                                 
49
 Всесоюзнaя  пеrепись  нaселения  1926  г.,  14-cü  cild,  Москвa,  1929;  Mərkəzi  Dövlət  Arxivi,  fond    2511;  Итоги  Всесоюзной 
переписи нaселения 1959 г., Aзерб.  ССР. Москвa, 1963; Итоги Всесоюзной переписи нaселения  1970 г., 4-cü cild; «Вестник 
стaтистики», №10, Москвa, 1980.     


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə