Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 
 
~ 81 ~ 
 
dövrdə  Azərbaycana  miqrasiya  edən  rusların  əksəriyyətini 
yüngül  sənaye  müəssisələrinə  işləməyə  gələn  qızlar  təşkil 
edirdi.  Belə  nigahlardan  olan  uşaqlar  adətən  atanın 
milliyyətini qəbul edirdilər.  
Bu  dövrün  əsas  xarakterik  cəhəti  əhalinin  etnik 
tərkibində azərbaycanlıların xüsusi çəkisinin kəskin şəkildə 
yüksəlməsi  idi.  Belə  ki,  əgər  bu  dövrdə  azərbaycanlıların 
sayı  624 min nəfər və ya 33,4% artmışdısa, milli azlıqların 
sayı,  əksinə,  131  min  nəfər  və  ya  9,8%  azalmışdı  (bax: 
cədvəl  7).  Bunun  bir  sıra  səbəbləri  var  idi.  Əvvəla,  qeyd 
edək ki, müharibə başlayan kimi Azərbaycanda yaşayan 23 
min  nəfər  alman  Sibirə  və  Qazaxıstana  sürgün  edilmişdi. 
İkincisi,  1959-cu  ilin  əhali  sayımında  bütün  talışlar  azər-
baycanlı kimi qeydə alınmışdılar. Artıq onlar bir etnos kimi 
rəsmi  sənədlərdə  göstərilmirdi.  Eyni  zamanda  bütün  tatlar 
da  azərbaycanlı  kimi  qeydə  alınmışdılar.  Ancaq  onların 
əvəzinə  yalnız  tatdilli  dağ  yəhudiləri  (5,9  min  nəfər)  tat 
kimi qeydə alınmışdılar. 7 saylı cədvəldən göründüyü kimi, 
ləzgilərin  də  sayı  bir  qədər  azalmışdı.  Çünki  onların 
dağınıq yaşadığı və əhalinin çoz kiçik hissəsini təşkil etdiyi 
rayonlarda  (məsələn,  Ağdaş,  Göyçay,  Ucar,  Kürdəmir  və 
s.)  azərbaycanlılarla  etnik  assimilyasiyası  nəticəsində 
sayları  kəskin  şəkildə  azalmışdı.  Ləzgilərin  kompakt 
yaşadığı  ərazilərdə  isə  onların  sayı  xeyli  artmışdı.  Bizim 
hesablamalarımıza  görə,  bu  süni  və  təbii  etnotrans-
formasiya  prosesləri  nəticəsində  azərbaycanlıların  sayı  ən 


 
 
~ 82 ~ 
 
azı 170 min nəfər və ya 9% artmışdı. Üçüncüsü, 1948-ci və 
1952-ci illərdə Ermənistanda yaşayan azərbaycanlıların 100 
min  nəfərindən  çoxu  Azərbaycana  deportasiya  edilmişdi 
(bax: fəsil 1). Nəhayət, dördüncüsü, vaxtı ilə SSRİ-nin şərq 
rayonlarına sürgün edilmiş və Stalin öldükdən sonra bəraət 
qazanmış  on  minlərlə  azərbaycanlı  bu  dövrdə  vətənə 
dönmüşdülər. Bütün bunlar nəzərə alındıqda məlum olur ki, 
azərbaycanlıların bu dövrdə təbii artım hesabına artımı 14-
15%  olmuşdur.  1946-cı  ilə  qədər  əhalinin  kəskin  olaraq 
azaldığını  yada  salsaq,  bu  artımın  da  yetərincə  yüksək 
olduğu  üzə  çıxar.  Bu  dövrdə  ermənilərin  də  sayı  14% 
artmışdı.  Ona  görə  də  əhalinin  etnik  tərkibində  onların 
xüsusi çəkisi demək olar ki, dəyişməz qalmışdı. Bakıda isə 
ermənilərin  sayı  əsasən  miqrasiya  hesabına  43,4%  artmış 
və  şəhərin  etnik  tərkibində  onların  xüsusi  çəkisi  17,2%-ə 
yüksəlmişdi.  Qeyd  edək  ki,  bu  dövrdə  az  da  olsa,  Er-
mənistana,  xüsusilə,  İrəvan  şəhərinə  miqrasiya  edən 
ermənilər  də  olmuşdur.  Çünki  Moskvanın  yardımı  ilə 
Ermənistan  sosial-iqtisadi  baxımdan  daha  sürətlə  inkişaf 
etdirilirdi.  
1959-1970-ci  illərin  əhali  sayımları  arasındakı 
sonrakı  dövr  Azərbaycanın  demoqrafik  tarixində  ən 
uğurlu dövr olmuşdur. Belə ki, bu dövr özəlliklə də 1960-cı 
illərin  əvvəlləri  əhalinin  təbii  artımının  ən  yüksək  olduğu 
dövr  idi.  Dünyanın  demoqrafik  tarixində  «beybi-bum» 
adlanan  dövrə  təsadüf  edən  bu  11  ildə  Azərbaycan 


 
 
~ 83 ~ 
 
əhalisinin  sayı  34,4%  artmışdı.  Doğumun  yüksək  olduğu 
bir  çox  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  «beybi-
bum»un başlıca səbəbi körpə ölümünün kəskin olaraq aşağı 
düşməsi  idi.  Ona  görə  də  əhalinin  təbii  artımı  başlıca 
olaraq,  doğumun  səviyyəsindən  asılı  idi.  Bu  dövrdə 
Azərbaycanın  əsas  milliyyətlərinin  doğum  əmsalları 
arasında  böyük  fərqlərin  olması  onların  sayının  artımında 
daha  kəskin  fərqlərin  yaranmasına  səbəb  olmuşdur.  Başqa 
sözlə  bu  dövrdə  ilk  dəfə  olaraq,  əhalinin  etinik  tərkibinin 
güclü  dəyişikliklərə  uğraması  məhz  demoqrafik  faktorun 
həlledici təsiri altında baş vermişdir (bax: cədvəl 7 və 8).  
 
Cədvəl 8.
51
 
 
1959-1960 və 1970-1971 illər üzrə Azərbaycanın əsas 
millətlərinin doğum əmsalı (1000 nəfər əhaliyə düşən 
doğulanların sayı)
 
 
milliyyətlər 
1959-1960-cı illər 
1970-1971-ci illər 
azərbaycanlılar 
46,7 
33,0 
ermənilər 
34,4 
17,5 
ruslar 
22,4 
15,1 
başqa milliyyətlər 
39,9 
25,6 
bütün əhali 
41,5 
29,2 
 
                                                 
51
 К.В.Мaмедов.  Rождaемость  и  ее  фaкторы  в  Aзербaйджaнской 
ССР. Baку 1976, səh.32 


 
 
~ 84 ~ 
 
Belə  ki,  1959-1960-cı  illərdə  ruslar  arasında  doğum 
əmsalı  ermənilərlə  müqayisədə  1,5  dəfə,  azərbaycanlılarla 
müqayisədə  isə  2,1  dəfə  aşağı  olmuşdur.  Bu  millətlərdə 
ölüm  səviyyələri  arasındakı  fərqlər  isə  çox  kiçik 
olduğundan,  təbii  artım  arasındakı fərqlər daha böyük idi. 
Məsələn,  ruslarda  təbii  artım  əmsalı  azərbaycanlılarla 
müqayisədə  3,5  dəfə  aşağı  idi.  Qeyd  edək  ki,  bu  dövrdə 
artıq  Azərbaycandan  kənara  miqrasiya  edən  rusların  sayı 
gələnlərdən  çox  idi. Bu deyilənlərin  nəticəsi  olaraq,  1959-
1970-ci illər ərzində Azərbaycanda rusların sayı cəmi 1,8% 
artmışdı.  Müqayisə  üçün  göstərək  ki,  bütün  SSRİ-də 
onların  sayı  bu  dövrdə  13,1%  artmışdı.  Ruslarla 
müqayisədə  ermənilərin  sayı  gözə  çarpacaq  dərəcədə 
artmışdı.  Ancaq  artıq  onlarda  da  təbii  artım  azərbay-
canlılarla  müqayisədə  olduqca  aşağı  idi.  Azərbaycandan 
kənara  miqrasiya  edən  ermənilərin  sayı  da  bir  qədər 
artmışdı.  Ona  görə  də  bu  vaxta  qədər  ermənilər  əhalinin 
etnik  tərkibində  xüsüsi  çəkisinin  stabilliyinə  görə 
fərqlənirdisə,  bu  dövrdə  onlardakı  bu  göstərici  xeyli  aşağı 
düşərək, 11,9%-dən 9,4%-ə enmişdi.  
Bu  dövrdə  Azərbaycanın  bütün  etnik  azlıqlarının 
sayında  artım  müşahidə  edilmişdir.  Ancaq  avarların, 
saxurların  və  özəlliklə  də  kürdlərin  sayının  kəskin  şəkildə 
artması (orta hesabla 2 dəfə) başlıca olaraq, 1970-ci il əhali 
sayımında  onların  etnik  mənsubiyyətinin  daha  düzgün 
qeydə  alınması  ilə  bağlı  idi.  Bu  dövrdə  ləzgilərin,  gürcü 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə