Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 112 ~ 
 
1989-cu  il  sayımına  görə  daimi  əhali  kimi  84,9  min  nəfər 
azərbaycanlının  yaşadığı  göstərilmişdir.  Halbuki  azər-
baycanlı qaçqınların sayı 200 min nəfərdən az olmamışdır. 
Deməli  100  min  nəfərdən  çox  qaçqın  azərbaycanlı  nə 
Ermənistan,  nə  də  Azərbaycan  sakıni  kimi  qeydə 
alınmayaraq    əhali    sayımı  materiallarında  əks  olun-
mamışlar.  Əksinə  1988-ci  ildə  Azərbaycandan  getmiş 
erməni  miqrantlar  Azərbaycanın  daimi  əhalisi  kimi 
artıqlaması  ilə  siyahıya  alınmışlar.  Belə  ki,  13  saylı 
cədvəldən   göründüyü   kimi,  1989-cu   ildə   bütövlükdə 
Azərbaycanda  yaşayan  ermənilərin  sayı  1979-cu  ildə 
olduğu  kimi  rusların  sayı  ilə  eyni  olmuş  və  1979-cu  il  ilə 
müqayisədə  85  min  nəfər  və  ya  cəmi  17,8%  azalmışdır. 
Bundan  belə  nəticə  çıxır  ki,  guya  1979-1989-cu  illər 
ərzində  Azərbaycanda  rusların  və  ermənilərin    sayı  eyni 
templərlə  azalmışdır.  Halbuki  bu  azalma  heç  də 
Azərbaycanda  1988-ci  ildəki  etno-siyasi  durumun 
kəskinləşməsi  ilə  izah  edilə  bilməz.  Bir  az  əvvəldə  qeyd 
etdiyimiz  kimi,  1980-ci  illərdə  SSRİ-də  sosial-iqtisadi 
inkişaf  baxımından  regional  fərqlərin  dərinləşməsi  hər  il 
Azərbaycandan  30-40  min  nəfər  əhalinin,  o  cümlədən 
rusların,  ermənilərin  və  başqalarının  Rusiyaya  və  qismən 
də  başqa  bölgələrə  miqrasiya  etməsinə  səbəb  olmuşdur. 
Əhalinin  təbii  artımının  çox  kiçik  olduğu  və  ya  heç 
olmadığı  milli  azlıqlarda,  o  cümlədən  ermənilərdə  bu 
miqrasiyanın təsiri onların sayının sürətlə azalmasına 

t
irib 


 
 
~ 113 ~ 
 
Cədvəl 13.
61 
Azərbaycan əhalisinin milli tərkibi 
 (1979 və 1989-cu il əhali sayımlarına görə) 
 
milliyyətlər 
1979 il 
1989 il 
min nəfər 

min nəfər 

azərbaycanlılar 
4708,8 
78,1 
5805,0 
82,7 
ruslar 
475,3 
7,9 
392,3 
5,6 
ermənilər 
475,5 
7,9 
390,5 
5,6 
ləzgilər 
158,1 
2,6 
171,4 
2,4 
avarlar 
36,0 
0,6 
44,1 
0,6 
ukraynalılar 
26,4 
0,4 
32,3 
0,5 
yəhudilər 
35,5 
0,6 
30,8 
0,4 
tatarlar 
31,4 
0,5 
28,0 
0,4 
talışlar 


21,2 
0,3 
axıska türkləri 
 7,9 
0,13 
17,7 
0,25 
gürcülər 
11,4 
0,19 
14,2 
0,2 
saxurlar 
  8,5 
0,14 
13,3 
0,19 
kürdlər 
  5,7 
0,09 
12,2 
0,17 
tatlar 
  8,8 
0,15 
10,2 
0,15 
beloruslar 
 4,8 
0,08 
7,8 
0,11 
udilər 
 5,8 
0,1 
6,1 
0,09 
başqaları 
26,6 
0,44 
24,1 
0,34 
bütün əhali 
6.026,5 
100 
7.021,2 
100 
 
                                                 
61
 Нaселение Aзербaйджaнской Республики 1989 (стaтистический 
сборник), Бaку 1991, səh.38; «Вестник стaтистики», 1991, №1, səh. 
67-69 


 
 
~ 114 ~ 
 
çıxarmışdır. Digər tərəfdən xüsusilə qeyd etmək lazımdır 
ki, DQMV ərazisində də 1989-cu il əhali sayımı qüsurlu 
aparılmış  və  erməni  əhalisinin xeyrinə saxtakarlığa yol 
verilmişdir  (bax: cədvəl 14).   
 
Cədvəl  14 
 
DQMV əhalisinin milli tərkibi (1989-cu il) 
 
milliyyətlər 
rəsmi rəqəmlər 
hesablanmış 
rəqəmlər 
min nəfər 

min nəfər 

azərbaycanlılar 
ermənilər 
başqaları 
  40,7 
145,5 
    2,9 
21,5 
76,9 
  1,5 
  49 
135 
    3 
26,2 
72,2 
  1,6 
bütün əhali 
189,1 
100 
187 
100 
 
DQMV əhalisinin milli tərkibi haqqında 1970, 1979 və 
1989-cu  illərin  əhali  sayımı  məlumatlarını  müqayisəli 
şəkildə  araşdırarkən  ən  bəsit  hesablamalar  da  bu  fikrin 
doğru  olduğunu və  1989-cu  ilin  rəsmi rəqəmlərinin heç 
bir demoqrafik məntiqə sığmadığını göstərir. Məsələn: əgər 
DQMV-də  ermənilərin  sayı  1970-1979-cu  illər  ərzində 
cəmi  1,9  min nəfər  və  ya  1,6% artmışdırsa,  1979-1989-cu 
illər  ərzində  birdən  birə  22,4  min  nəfər  və  ya  18,2% 
artmışdı.  Əksinə,  azərbaycanlıların  sayı  1970-1979-cu 
illərdə ermənilərə nisbətən 5 dəfə çox, yəni 10 min nəfər və 
ya  36,8%  artmışdısa,  1979-1989-cu  illərdə  ermənilərə 
nisbətən  6,4  dəfə  az,  yəni  cəmi  3,5  min  nəfər  və  ya  9,4% 


 
 
~ 115 ~ 
 
artmışdı.  1979-1988-ci  illəri  əhatə  edən  dövrdə  illər  üzrə 
DQMV-də  əhalinin  təbii  və  mexaniki  hərəkəti  və  başqa 
etno-demoqrafik  statistik  məlumatlar  əsasında  apardığımız 
hesabalamalara  görə  əldə  etdiyimiz  nəticələr  isə  əslində 
fərqli bir mənzərənin olduğundan xəbər verir. Bu nəticələri 
1989-cu  il  əhali  sayımı  materialları  ilə  tutuşdurduqda 
ermənilərin  sayının  xeyli  şişirdilmiş  olduğu,  azərbay-
canlıların  sayının  isə  əksinə,  gözlənildiyindən  xeyli  az 
olduğu  üzə  çıxır.  Xatırladaq  ki,  1989-cu  ilin  yanvarında 
keçirilən əhali sayımı zamanı DQMV-də erməni əhalisinin 
siyahıya  alınması  Azərbaycan  rəsmilərinin  nəzarəti 
olmadan,  erməni  məmurlarının  özləri  tərəfindən  aparıl-
mışdır.  Öz  növbəsində  vilayətin  azərbaycanlı  əhalisinin 
siyahıya  alınması  Azərbaycan  tərəfinin  məmurları 
tərəfindən  aparılmışdı.  Ancaq  erməni  yaraqlılarının 
təhdidləri  və  törətdiyi  çətinliklər  üzündən  bir  çox 
azərbaycanlı  kəndlərində  əhali  sayımı  ekstremal  şəraitdə 
aparılmış  və  görünür  elə  buna  görə  də  azərbaycanlıların 
xeyli  hissəsi  sayıma  cəlb  edilməmiş  qalmışdır.  Nəticədə 
formal  olaraq  DQMV  əhalisinin  milli  tərkibində 
azərbaycanlıların  xüsusi  çəkisi  1979-cu  ilə  nisbətən 
olduqca aşağı düşmüş, ermənilərin xüsusi çəkisi isə əksinə, 
daha  da  yüksəlmişdir.  Halbuki  onillər  boyu  erməni 
gənclərin  DQMV-dən  intensiv  miqrasiyası  nəticəsində 
demoqrafik  qocalmaya  məruz  qalmış  erməni  əhalisinin 
təbii  artımı  bütün  dövrlərdə,  o  cümlədən  1980-ci  illərdə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə