Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 116 ~ 
 
azərbaycanlılardan  qat-qat  geri  qalmış  və  buna  görə  də 
vilayətin  milli  tərkibində  onların  xüsusi  çəkisi  durmadan 
azalmışdı. 
Erməni  separatizminə  xidmət  edən  bu  etnostatistik 
saxtakarlıqlar  DQMV  əhalisinin  milli  tərkibi  haqqında 
yanlış  təsəvvür  yaratsa  da,  bütövlükdə  Azərbaycan  üzrə 
əhalinin milli tərkibi haqqındakı 1989-cu il əhali sayımının 
rəsmi göstəricilərinə çox cüzi təsir göstərmişdir. Ancaq 200 
min  nəfər  azərbaycanlı  qaçqının  85  min  nəfərinin 
Ermənistanın  daimi  əhalisi  kimi  qeydə  alınması,  qalan 
hissəsinin  isə  ümümiyyətlə  sayımdan  kənarda  qalması, 
eləcə  də  Azərbaycanı  həmişəlik  tərk  edib  gedən  erməni 
miqrantların  Azərbaycanın  daimi  əhalisi  kimi  qeydə 
alınması  Azərbaycanın,  xüsusilə  də  Ermənistanın  milli 
tərkibində  bir  il  ərzində  (1988-ci  ildə)  baş  verən 
dəyişiklikləri  ört-basdır  etmiş  və  rəsmi  rəqəmlərin 
reallıqdan xeyli uzaqlaşmasına gətirib çıxarmışdır. 
Bütün  yuxarıda  qeyd  olunanları  hesaba  almaqla  sonda 
bu  nəticəyə  gəlmək  olur  ki,  əslində  1989-cu  ilin  əvvəlinə 
Azərbaycanda  azərbaycanlıların  sayı  8  saylı  cədvəldə 
göstərildiyi kimi 5805  min  nəfər  deyil, 6  milyon nəfərdən 
çox  olmuşdur;  həmçinin  ermənilərin  sayı  390,5  min  nəfər 
deyil,  təxminən  240  min  nəfər  olmuşdur.  Uyğun  olaraq 
1989-cu ilin əvvəlinə Azərbaycan əhalisnin milli tərkibində 
azərbaycanlıların 
xüsusi 
çəkisi 
rəsmi 
statistikada 
göstərildiyi  kimi  82,7%  deyil,  85%  olmuş,  ermənilərin 


 
 
~ 117 ~ 
 
xüsusi  çəkisi  isə  5,6%  deyil,  3,4%  olmuşdur.  Eynilə 
göstərək ki, Ermənistan əhalisinin milli tərkibində 1989-cu 
ilin  əvvəlinə  ermənilərin  xüsusi  çəkisi  rəsmi  statistikada 
göstərilən  93,3%-ə  qarşı  95,6%,  azərbaycanlıların  xüsusi 
çəkisi isə 2,6%-ə qarşı 0,1% olmuşdur.  
Bütövlükdə  1979-1989-cu  illər  sayımları  arası  dövrdə 
Azərbaycanın  etnodemoqrafik  durumunda  baş  verənləri 
qısaca  belə  dəyərləndirmək  olar:  bu  onillik  dövrdə 
miqrasiya  axınının  dəfələrcə  çoxalması,  bunun  təsiri  ilə 
demoqrafik  proseslərdəki  etnik  fərqlərin  əvvəlki  dövrlərə 
nisbətən  daha  da  artması  və  1988-ci  ildə  baş  verən  etnik 
çaxnaşmalar Azərbaycan ictimaiyyətinin siyasi iradəsindən 
asılı olmayaraq,  əhalinin  milli tərkibində azərbaycanlıların 
xüsusi  çəkisinin  daha  böyük  nisbətlə  yüksəlməsinə  səbəb 
oldu. Nəticədə Azərbaycan yerli aparıcı etnosun öz respub-
likasının  milli tərkibində xüsusi çəkisinin  səviyyəsinə görə 
SSRİ-nin  müttəfiq  respublikaları  arasında  Ermənistandan 
sonra 2-ci oldu (bax: cədvəl 15).  
Cədvəldən  göründüyü  kimi  1979-cu  ildə  Azərbaycan 
bu  göstəriciyə  görə  5-ci  respublika  idi.  Bu  dövrdə  (1979-
1989) Azərbaycan əhalisinin milli tərkibində bir sıra başqa 
xarakterik  dəyişikliklər  də  olmuşdur.  Onların  arasında  ən 
başlıcası  bir  çox  etnik  azlıqların  əhalinin  milli  tərkibində 
xüsusi  çəkisinin  kəskin  artmasıdır.  Bu  da  onunla  izah 
olunur ki, onların sayının nisbi artımı azərbaycanlılarla mü- 


 
 
~ 118 ~ 
 
Cədvəl  15.
62
 
Müttəfiq respublikalar üzrə əhalinin milli 
tərkibində yerli aparıcı etnosun xüsusi çəkisi (%-lə) 
 
 
1979 il 
1989 il 
  1. Ermənistan (ermənilər)  
89,7 
93,3 (95,6)

  2. Azərbaycan (azərbaycanlılar) 
78,1 
82,7 (85,0)

  3. Rusiya (ruslar) 
82,6 
81,5 
  4. Litva (litvalılıar) 
80,0 
79,6 
  5. Belorusiya (beloruslar) 
79,4 
77,9 
  6. Ukrayna (ukraynalılar) 
73,6 
72,7 
  7. Türkmənistan (türkmənlər) 
68,4 
72,0 
  8. Özbəkistan (özbəklər)  
68,7 
71,4 
  9. Gürcüçtan (gürcülər) 
68,8 
70,1 
10. Moldova (moldovlar) 
63,9 
64,5 
11. Tacikistan (taciklər) 
58,8 
62,3 
12. Estoniya (estonlar) 
64,7 
61,5 
13. Qırğızıstan (qırğızlar) 
47,9 
52,4 
14. Latviya (latışlar) 
53,7 
52,0 
15. Qazaxıstan (qazaxlar) 
36,0 
39,7 
 
qayisədə  olduqca  yüksək  olmuşdur.  Məsələn,  bu  on  ildə 
kürdlərin  sayı  2,1  dəfə,  Axıska  türklərinin  sayı  2,2  dəfə, 
saxurların  sayı  56%  və  belorusların  sayı  63%  artmışdır. 
                                                 
62
 Нaселение СССР 1987, «Финaнсы и стaтистикa», Москвa 1988, 
səh.101-106; «Вестник стaтистики», 1991, № 1-2 
*  Mötərizədə  bizim  hesablamalara  görə  əldə  etdiyimiz  rəqəmlər 
göstərilmişdir. 


 
 
~ 119 ~ 
 
Ancaq bu etnik azlıqların belə sıçrayışlı artımı heç də təbii 
artımın  yüksək olması və  ya mexaniki artımla bağlı olma-
mışdır.  İş  burasındadır  ki,  1980-ci  illərin  sonlarında  vüsət 
alan və bütün SSRİ-ni bürümüş milli dirçəliş hərəkatlarının 
təsiri altında insanların etnik kimlik düşüncəsinin səviyyəsi 
olduqca yüksəlmişdi. Bunun nəticəsi olaraq 1989-cu il əhal
i
 
sayımı  zamanı  respondentlər  pasportlarındakı  milliyyət 
sətirində  nə  yazıldığından  asılı  olmayaraq  öz  etnik 
mənsubiyyətlərini  əsl  aid  olduğu  milliyyətin  nümayəndəsi 
kimi  və  ya  özlərinin  dərk  və  qəbul  etdiyi  kimi  qeydə 
aldırmışlar. Məsələn, Axıska türklərinin sayının bu dövrdə 
2,2  dəfə  artması  onların  əksəriyyətinin  pasportlarında 
milliyyətlərinin  azərbaycanlı  kimi  göstərilməsi  və  buna 
görə də əvvəlki əhali sayımlarında çoxlarının  azərbaycanlı 
kimi qeydə alınması ilə bağlı idisə, ukraynalıların, xüsusilə 
də  belorusların  sayının  kəskin  artımı  onların  xeyli 
hissəsinin  əvvəlki  əhali  sayımlarında  rus  kimi  qeydə 
alınmaları ilə bağlı idi. Əslində isə ukraynalılar, beloruslar 
və  bəzi  başqa  rusdilli  qruplar  demoqrafik  davranışlarına 
görə  ruslardan  fərqli  olmamış  və  daim  ruslarla 
assimilyasiyaya 
uğradıqları 
üçün 
onların 
sayının 
dinamikası həmişə ruslardan geri qalmışdır. Axıska türkləri 
haqqında  onu  da  xatırladaq  ki,  1989-cu  ildə  onların 
soydaşlarının  Özbəkistandan  qaçqın  düşmüş  40  min 
nəfərlik bir qrupunun Azərbaycan tərəfindən qəbul edilməsi 
və  burada  məskunlaşdırılması  1989-cu  il  əhali  sayımı 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə