Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 
 
~ 96 ~ 
 
şəkildə  aşağı  düşməsinə  səbəb  olmuşdu.  Ona  görə  də, 
1959-cu  ildən  sonrakı  dövrlərdə  də  vilayətdə  yaşayan 
ermənilərin  sayı  çox  aşağı  templərlə  artmışdı.  Qeyd  edək 
ki, Dağlıq Qarabağın daxilində də ermənilər arasında urba- 
nizasiya  prosesi  daha  sürətlə  getmişdir.  Vilayətin  inzibati 
mərkəzi  olan  Xankəndi  (Stepanakert)  şəhərinin  əhalisinin 
sayı  Azərbaycanın  başqa  şəhərləri  ilə  müqayisədə  daha 
sürətlə  artmışdı.  Əgər  1939-cu  ildə  vilayətin  erməni 
əhalisinin  cəmi  6,8%-i  Xankəndidə  yaşayırdısa,  1979-cu 
ildə  bu  ğöstərici  27,5%-ə  çatmışdı.  Dağlıq  Qarabağda 
yaşayan  azərbaycanlıların  sayı  stabil  olaraq  yüksək 
templərlə  artmışdır.  1959-1979-cu  illərdəki  dövrdə  isə 
onların  sayı  nəinki  ermənilərlə  müqayisədə,  həmçinin 
Abşeron  bölgəsi  istisna  olmaqla,  respublikanın  bütün 
azərbaycanlı əhalisi ilə müqayisədə daha  yüksək templərlə 
artmışdır. Məsələ burasındadır ki, Dağlıq Qarabağın sosial-
iqtisadi inkişaf səviyyəsi Azərbaycanın digər bölğələrindən 
gözə  çarpacaq  dərəcədə  yüksək  olduğu  üçün  burada 
yaşayan  azərbaycanlılar  vilayətdən  kənara  miqrasiya 
proseslərində  demək  olar  ki,  iştirak  etməmişlər.  Ona  görə 
də  vilayətdə  yaşayan  azərbaycanlıların  yaş  və  cins 
tərkibindəki  tarazlıq  pozulmamış  və  onlar  ənənəvi  həyat 
tərzləri  ilə  yaşamağa  davam  etmişlər.  Bu  səbəbdən  də 
onlarda doğumun səviyyəsi demək olar ki, dəyişməz qalmış 
və  təbii  artım  başqa  bölgələrdən  fərqli  şəkildə  yüksək 
olmuşdur.  Bu  fərqlər  1970-ci  illərdə  daha  qabarıq  şəkildə


 
 
~ 97 ~ 
 
özünü  göstərmişdir.  Belə  ki,  1970-1979-cu  illərdə 
Azərbaycanın əksər rayonlarında doğumun səviyyəsi xeyli 
aşağı  düşmüş,  Abşeron  bölgəsinə  miqrasiya  güclənmiş  və 
SSRİ-nin  başqa  respublikalarına  miqrasiya  axını  baş-
lamışdı. 
Yuxarıda  söylədiklərimizin  nəticəsi  olaraq,  Dağlıq 
Qarabağda  əhalinin  milli  tərkibində  azərbaycanlıların 
xüsusi  çəkisi  1939-cu  ildən  sonrakı  dövrdə  durmadan 
artmağa  davam  etmişdir.  Artıq  1979-cu  ildə  Dağlıq 
Qarabağda  əhalinin  dörddə  birini  azərbaycanlılar  təşkil 
edirdi (müqayisə üçün göstərək ki, 1939-cu ildə 9,3% təşkil 
edirdi).  Gənc  əhali  arasında  isə  azərbaycanlıların  xüsusi 
çəkisi daha yüksək olmuşdur. 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda yaşayan 
ermənilərin yalnız 1/4-i Dağlıq Qarabağda yaşayırdı. Başqa 
sözlə,  Azərbaycanda  yaşayan  ermənilərin  etno-coğrafi 
ərazi  bütövlüyü  olmamışdır.  Dağlıq  Qarabağ  MV-nin 
özünün də etno-coğrafi ərazi bütövlüyü formal xarakter 
daşıyırdı. Belə ki, Dağlıq Qarabağın inzibati sərhədləri 
çox  girintili-çıxıntılı  olmaqla  yanaşı,  onun  ərazisində 
yerləşən  bir  çox  azərbaycanlı  kəndləri  qonşu  Azər-
baycan  rayonlarının  inzibati  ərazisinə  aid  idilər.  Eyni 
zamanda  bu  rayonların  daxilində  yerləşən  erməni 
kəndləri Dağlıq Qarabağ MV-nin inzibati ərazisinə aid 
idilər.  Beləliklə,  əgər  ərazi  bölgüsündə  bu  tip  inzibati-
coğrafi  istisnalar  tətbiq  edilməsəydi,  Dağlıq  Qarabağ 


 
 
~ 98 ~ 
 
əhalisinin  milli  tərkibində  ermənilərlə  azərbaycanlılar 
arasında böyük fərqlər olmazdı.       
Bütövlükdə  qeyd  edək  ki,  1959-1979-cu  illər 
arasındakı  dövrdə  Azərbaycanın  demoqrafik  inkişafında 
böyük etnik fərqlərin olmasına baxmayaraq, etnik azlıqlar, 
özəlliklə  də  ruslar  və  ermənilər  hələ  ki,  əhalinin  milli 
tərkibində  önəmli  yer  tuturdular.  Şəhərlərdə  isə  onların 
faizi  daha  yüksək  idi.  Belə  ki,  1979-cu  ildə  təkcə  ruslarla 
ermənilər ölkənin şəhər əhalisinin 1/4-dən çoxunu, Bakıda 
isə 36,1%-ni təşkil edirdilər. 
Sonrakı  əhali  sayımları  arası  on  illik  dövr  (1979-
1989-cu  illər)  Azərbaycanın  siyasi  tarixində  olduğu  kimi 
demoqrafik  inkişafında  da  önəmli  yer  tutur.  Bu  dövrün 
demoqrafik  proseslərində  əsas  aparıcı  faktor  nigah  yaşına 
çatmış gənclərin sayının yüksək templərlə artması idi. Daha 
doğrusu, doğumun rekord səviyyədə olduğu 1960-cı illərdə 
doğulan uşaqlar məhz 1980-ci illərdə gənc yaşlarına qədəm 
qoyurdular.  Bütövlükdə  1960-1969-cu  illərdə  Azərbay-
canda  doğulan  uşaqların  sayı  1.655  min  nəfər  olmuşdur
56

Müqayisə  üçün  göstərək  ki,  həmin  dövrdə  qonşu 
Gürcüstanda  doğulanların  sayı  960  min  nəfər  olmuşdur, 
halbuki,  1960-cı  ildə  Gürcüstanda  əhalinin  ümumi  sayı 
Azərbaycandan 346 min nəfər və ya 8,6% çox idi
57
. Diqqəti 
                                                 
56
Население  СССР  1987  (статистический  сборник),  Москва  – 
1988, səh. 118 
57
 Yenə orada: səh. 11, 117 
 


 
 
~ 99 ~ 
 
çəkən  faktlardan  biri  də  odur  ki,  bu  yaş  koqortası,  yəni 
1960-1969-cu  illərdə  doğulanlar  artıq  1970-ci  ildə 
Azərbaycan  əhalisinin  üçdə  birini  təşkil  edirdi;  onların  da 
85%-dən  çoxunu  azərbaycanlılar  təşkil  edirdi.  Gənc 
əhalinin sayının birdə birə bu cür sürətlə artması və bunun 
nəticəsi  olaraq  əhalinin  yaş  tərkibində  onların  xüsusi 
çəkisinin kəskin olaraq yüksəlməsi Azərbaycanda gənclərlə 
bağlı  sosial-iqtisadi  problemlərin  kəskinləşməsinə  gətirib 
çıxarırdı. Belə ki,  yeni iş  yerlərinin sayının artım templəri 
əmək qabiliyyətli əhalinin artım templərindən olduqca geri 
qalırdı.  Mənzil  problemi  gənclərin  evlənməsini  tor-
mozlayan başlıca əngələ çevrilmişdi. Ən başlıcası isə o idi 
ki,  1970-ci  illərin  sonrlarında  “durğunluq  dövrü”  adlanan 
mərhələyə  qədəm  qoymuş  Sovet  İttifaqında  əhalinin 
maddi-rifah  səviyyəsinə  görə  Azərbaycan  ümumittifaq 
göstəricilərindən  get-gedə  daha  da  geri  qalırdı.  Məsələn, 
təkcə  onu  demək  kifayətdir  ki,  1980-ci  ildə  dövlət 
qurumları tərəfindən tikilən yaşayış evlərinin sahəsinə görə 
Azərbaycan  1000  nəfər  əhaliyə  düşən  göstəriciyə  görə  15 
müttəfiq  respublika  arasında  sonuncu  yeri  tuturdu  (bax: 
cədvəl  12).  O  cümlədən  bu  göstəriciyə  görə  Azərbaycan 
SSRİ üzrə olan göstəricidən2,3 dəfə, Rusiyadan isə 2,7 dəfə 
geri  qalırdı;  maraqlıdır  ki,  tikinti  materialları  üzrə  təbii 
sərvətlərinə  görə Ermənistandan qat-qat zəngin olan Azər-
baycan  bu  göstəriciyə  görə  Ermənistandan  1,8  dəfə  geri 
qalırdı. Müqayisə üçün onu da qeyd edək ki, 1965-ci ildə  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə