Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
 
~ 89 ~ 
 
ki, bu dövrdə Azərbaycan adambaşına düşən illik büdcəsi-
nin həcminə görə nəinki Rusiyadan və SSRI-nin bütün qərb 
respublikalarından, hətta, qonşu Gürcüstandan və Ermənis-
tandan olduqca geri qalırdı. Əhalinin etnik tərkibinə uyğun 
olaraq 
Azərbaycandan  kənara  miqrasiya  edənlərin 
əksəriyyətini  azərbaycanlılar  təşkil  edirdi.  Hərçənd  ki,  bu 
dövrdə  Gürcüstandan  və  xüsusilə  Ermənistandan  Azər-
baycana  miqrasiya  edən  soydaşlarımızın  da  sayı  xeyli 
artmışdı.  Belə  ki,  bizim  hesablarımıza  görə  9  illik  dövrdə 
(1970-1979-cu  illər)  bu  respublikalardan  Azərbaycana 
köçən  (əsasən  Bakı  şəhəri  və  onun  ətrafında  məs-
kunlaşırdılar)  soydaşlarımızın  sayı  təxminən  40  min  nəfər 
idi. Ancaq ölkədən kənara miqrasiya edən azərbaycanlıların 
sayı  daha  çox  idi  (təxminən  60-65  min  nəfər). 
Azərbaycanlılarda,  eləcə  də  ləzgilərdə,  avarlarda  və 
saxurlarda  əhalinin  təbii  artımı  ruslarla,  ermənilərlə  və 
başqaları  ilə  müqayisədə  hələ  çox  yüksək  olduğu  üçün 
onların sayının dinamikasında miqrasiya proseslərinin təsiri 
zəif idi. Bunun əksinə olaraq, təbii artımın olmadığı və  ya 
çox  aşağı  olduğu  etnik  azlıqlarda  miqrasiya  prosesləri 
onların  sayının  dinamikasında  həlledici  rol    oynamışdır.
 
Azərbaycan əhalisinin etnik tərkibinin dinamikasının 
araşdırdığımız  dövrlər  üçün  müəyyən  etdiyimiz  xarakterik 
cəhətləri  bütövlükdə  Naxçıvan  MR  və  Dağlıq-Qarabağ 
MV-də də təzahür etmişdir (bax: cədvəl 9 və 10). Bununla 
yanaşı qeyd edək ki, Naxçıvan MR-da 1939-cu ildən  


 
 
~ 90 ~ 
 
Cədvəl 9.
53
 
 
Naxçıvan Muxtar Respublikasının əhalisinin milli tərkibinin dinamikası 
 
milliyyətlər 
1926-cı il 
1939-cu il 
1959-cu il 
1970-ci il 
1979-cu il 
min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

azərbaycanlılar 
88,4 
84,3 
108,5  85,6  127,5 
90,2  189,7 
93,8  230,0 
95,6 
ermənilər 
11,3 
10,7 
13,4  10,6 
9,5 
6,7 
5,8 
2,9 
3,4 
1,4 
ruslar 
1,8 
1,8 
2,5 
2,0 
3,2 
2,2 
3,9 
1,9 
3,8 
1,6 
başqa milliyyətlər 
3,4 
3,2 
2,3 
1,8 
1,2 
0,9 
2,8 
1,4 
3,3 
1,4 
bütün əhali 
104,9 
100 
126,7 
100  141,4 
100  202,2 
100  240,5 
100 
                                                 
53
Всесоюзнaя  пеrепись  нaселения  1926  г.,  14-cü  cild,  Москвa,  1929;  Mərkəzi  Dövlət  Arxivi,  fond    2511;  Итоги 
Всесоюзной переписи нaселения 1959 г., Aзерб. ССР. Москвa, 1963; Итоги Всесоюзной переписи нaселения 1970 
г., 4-cü cild; «Вестник стaтистики», №10, Москвa, 1980.      


 
 
~ 91 ~ 
 
Cədvəl 10.
54
 
Dağlıq-Qarabağ Muxtar Vilayətinin əhalisinin milli tərkibinin dinamikası 
 
milliyyətlər 
1926-cı il 
1939-cu il 
1959-cu il 
1970-ci il 
1979-cu il 
min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

azərbaycanlılar 
12,6 
10,1 
14,1 
9,3 
18,0 
13,8 
27,2 
18,1 
37,2 
23,0 
ermənilər 
111,7 
89,1  132,8 
88,1  110,0 
84,4  121,1 
80,5  123,1 
75,9 
başqa milliyyətlər 
1,0 
0,8 
3,9 
2,6 
2,4 
1,8 
2,0 
1,4 
1,8 
1,1 
bütün əhali 
125,3 
100  150,8 
100  130,4 
100  150,3 
100  162,2 
100 
 
                                                 
54
 Всесоюзнaя  пеrепись  нaселения  1926  г.,  14-cü  cild,  Москвa,  1929;  Mərkəzi  Dövlət  Arxivi,  fond  2511;  Итоги 
Всесоюзной переписи нaселения 1959 г., Aзерб. ССР. Москвa, 1963; Итоги Всесоюзной переписи нaселения 1970 
г., 4-cü cild; «Вестник стaтистики», №10, Москвa, 1980 г.      


 
 
~ 92 ~ 
 
sonrakı  dövrlərdə  ermənilərin  sayı  daim  azalmışdır. 
Nəticədə  onların  bu  bölgənin  əhalisinin  tərkibində  xüsusi 
çəkisi  1939-cu  ildəki  10,6%-dən  1979-cu  ildə  1,4%-ə 
enmişdir.  Bu,  ermənilərin  urbanizasiya  prosesində  daha 
aktiv  iştirak  etməsi  ilə  izah  edilir.  Daha  doğrusu,  onların 
intensiv  olaraq  Ermənistanın  böyük  şəhərlərinə,  başlıca 
olaraq  İrəvan  şəhərinə  miqrasiya  etməsi  ilə  izah  edilir. 
Qeyd edək ki, Ermənistanın öz daxilində ətraf rayonlardan 
kütləvi  miqrant  axını  qəbul  edən  İrəvan  şəhəri  Naxçıvan 
MR-nın  sərhədindən  cəmi  50  km  məsafədə  yerləşir. 
Məsafənin  yaxınlığı,  etno-psixoloji  mühitin  uyğunluğu  və 
başlıcası  isə  Ermənistanda  sosial-iqtisadi  durumun 
Naxçıvan  MR-dan  olduqca  üstün  olması  şübhəsiz  ki, 
ermənilərin  Naxçıvan  MR-dan  Ermənistana  miqrasiyasını 
gücləndirmişdir. 
Bu, 
muxtar 
respublikada 
böyük 
əksəriyyətini kənd əhalisi təşkil etdiyi azərbaycanlılarda 
təbii artımın səviyyəsi Azərbaycan üzrə orta göstəricilərdən 
xeyli  yüksək  olmuşdur.  Üstəlik  Ermənistanda  azərbaycan-
lılara  qarşı  aparılan  milli-ayrıseçkilik  siyasəti  nəticəsində 
Naxçıvan  MR  ilə  həmsərhəd  olan  Ermənistan  ərazilərində 
yaşayan  azərbaycanlılar  zaman-zaman  bu  bölgəyə  miqra-
siya  etmişlər.  Ancaq  eyni  zamanda  Naxçıvan  MR-dan  da 
Bakı  şəhərinə  daim  miqrasiya  olduğu  üçün  burda  yaşayan 
azərbaycanlıların  sayının  artım  templəri  Azərbaycan  üzrə 
azərbaycanlıların sayının artım templərindən bir qədər geri 
qalırdı. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə