Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 120 ~ 
 
keçirilən  tarixdən  sonrakı  yaxın  dövrdə  baş  vermişdi. 
Beləliklə  sonrakı  aylarda  onların  sayı  mexaniki  artım 
hesabına  daha  çox  artmış  və  1990-cı  ilin  əvvəlinə  60  min 
nəfərə çatmışdı. 
Diqqəti  çəkən  çəhətlərdən  biri  də  1989-cu  il  əhali 
sayımında  talışların  öz  etnonimi  ilə  siyahıya  alınmasıdır. 
Belə  ki,  Moskvanın  yeritdiyi  milli  siyasətində  edilən 
düzəlişlərə uyğun olaraq əhali sayımında ayrıca etnos kimi 
qeydə  alınan  SSRİ  milliyyətləri siyahısına  talışlar və daha 
dörd  milliyət  əlavə  edildi.  Bu  dörd  milliyyət  Latviyada 
yaşayan  və  həmişə  latış  kimi  qeydə  alınan  livlərdən  (sayı 
cəmi 226 nəfər olmuşdur) və Sibirdə yaşayan çuvan (1511 
nəfər), en (209 nəfər) və orok (190 nəfər) adlı azsaylı etnik 
qruplardan  ibarət  idi.  Bizim  fikrimizcə,  talışlardan  fərqli 
olaraq  sayları  yüz  nəfərlərlə  ölçülən  bu  etnik  qrupların 
milliyyətlər  siyahısına  daxil  edilməsi  simvolik  xarakter 
daşıyırdı.  Halbuki  keçmiş  SSRİ  ərazisində,  o  cümlədən 
Azərbaycanda  indi  də  öz  dillərini  və  digər  etnik 
özəlliklərini  qoruyub  saxlamış  və  sayı  minlərlə,  hətta 
yüzminlərlə  olan  onlarla  xalq  vardır.  1930-cu  illərin 
sonlarında aparılan «yuvarlaqlaşdırma» siyasəti nəticəsində 
həmin  xalqlar  və  etnik  qruplar  nisbətən  iri  etnoslara  aid 
edilərək milliyətlər siyahısından çıxardılmışdı. Şübhəsiz ki, 
hər  bir  xalqın  öz  etnonimi  ilə  tanınması  onların  milli 
hüquqlarının  qorunmasının  əsas  şərti  olmaqla  yanaşı, 
ölkədə  milli  münasibətlərin  ədalətlə  tənzimlənməsinə, 


 
 
~ 121 ~ 
 
bəzən də cəmiyyətdə kök salmış digər problemlərin həllinə 
kömək etmiş olardı. Məsələn, qeyd edək ki, Zaqatala, Qax 
və  Balakən  rayonlarında  yaşayan  və  ən  azı  10  min  nəfər 
sayı  olan  ingiloyların  bir  hissəsi  azərbaycanlı  kimi;  digər 
hissəsi isə gürcü millətçilərinin uzun illər apardığı təbliğat 
nəticəsində  özlərini  gürcü  kimi  qeydə  aldırmaqdadırlar. 
Halbuki onlar rəsmən öz ingiloy adları ilə tanınsaydılar bu 
gülməli və təzadlı qeyri-müəyyənlikdən xilas olardılar. Və 
yaxud  Azərbaycanda  sayları  minlərlə  olan  (bəlkə  də  on 
minlərlə)  qaraçıları  misal  göstərmək  olar.  Azərbaycanda 
rəsmən azərbaycanlı kimi qeydə alınan, başqa ölkələrdə isə 
öz  etnonimləri  ilə  tanınan  (məsələn,  Rusiyada  –  siqan, 
Türkiyədə  –  çingənə  və  s.)  və  dünyanın  hər  yerində  kök 
salmış  bu  hind  mənşəli  etnos  heç  bir  xalqla  qaynayıb 
qarışmamışdır.  Azərbaycanda  tarixən  anti-sanitar 
yaşayış  tərzi  ilə  tanınan  və  görünür  elə  buna  görə  də 
«qaraçı» kimi adlanan bu etnosun ənənəvi məşquliyyəti 
insanların  mərhəmətindən  faydalanmaqla  dilənçilik  və 
fala  baxmaqla  cəmiyyəti  istismar  etməkdən  ibarətdir. 
Ona görə də bizim fikrimizcə qaraçıların Azərbaycanda 
da  öz  etnik  mənsubiyyəti  ilə  tanınması  onların  tufeyli 
anti-sanitar  həyat  tərzinin  ictimaiyyət  tərəfindən  məhz 
qaraçılara  xas  olan  etnik  xüsusiyyət  kimi  qəbul 
edilməsinə, qınaq obyektinə çevrilməsinə və beləliklə də 
onların  cəmiyyətə  ziyan  gətirən  və  pis  nümunə  kimi 


 
 
~ 122 ~ 
 
yayıla bilən belə həyat tərzindən çəkindirilməsinə təkan 
verərdi. 
Bir sözlə,  sayından asılı olmayaraq hər  bir etnosun öz 
adi  ilə  və  özü  kimi  tanınması  bütün  mənalarda  müsbət 
dəyərləndirilməlidir.  Ancaq  bizcə,  Moskva  siyasilərinin 
məhz  talışların  öz  etnonimi  ilə  tanınmasına  göstəriş 
verməsi  heç  də  onlara  göstərilən  qayğıdan  irəli  gəlmirdi. 
Sadəcə  olaraq,  Moskva  qədim dövrlərdən  sınaqdan  çıxmış 
«Parçala,  hökm  sür!»  siyasətini  işə  salaraq  Azərbaycana 
qarşı  təzyiq  vasitəsi  kimi  istifadə  etməyə  çalışırdı. 
Azərbaycanda  sonrakı  illərdə  gedən siyasi proseslər  də  bu 
fikri  bir  daha  təsdiq  etdi.  Bununla  yanaşı  qeyd  edək  ki, 
1989-cu  il  sayımında,  13  saylı  cədvəldən  göründüyü  kimi 
cəmi  21,2  min  nəfər  özünü  «talış»  kimi  qeydə  aldırmışdı. 
Talışların  əksəriyyəti  isə  ənənəvi  olaraq  özlərini 
azərbaycanlı kimi qeydə aldırmışdılar. 
Azərbaycan  əhalisinin  etnik  tərkibində  gedən  dəyi-
şiklikləri  öyrənmək  üçün  müəyyən  etdiyimiz  sonrakı 
xronoloji  dövr  1989  və  1999-cu  illərdə  keçirilən  əhali 
sayımları arasındakı 10 illik dövrü əhatə edir. Yuxarıda 
deyildiyi  kimi  bu  dövr  Azərbaycanın  1991-ci  ildə 
müstəqillik  qazanaraq  dünyanın  siyasi  xəritəsində  yer 
alması  kimi  şərəfli  bir  tarixi  hadisənin  təsadüf  etdiyi  bir 
dövrdür.  Eyni  zamanda  bu  dövr  Azərbaycanın  hərbi 
aqressiyaya  və  siyasi  çalxantılara  məruz  qaldığı,  sosial-
iqtisadi  böhranlarla  üzləşdiyi  və  qanlı  faciələrlə  yadda 


 
 
~ 123 ~ 
 
qalan  bir  dövrdür.  Təbii  ki,  bütün  bunlar  Azərbaycanda 
əhalinin  həyat  səviyyəsinin  sürətlə  aşağı  düşməsinə  və  bir 
çox  problemlərin  yaranmasına,  o  cümlədən  milli 
münasibətlərin  kəskinləşməsinə  səbəb  oldu.  Bu  isə  öz 
növbəsində  bu  dövrdə  demoqrafik  proseslərin  gedişatında 
və  əhalinin  etnik  tərkibində  daha  kəskin  və  dinamik 
dəyişikliklərin baş verməsinə gətirib çıxartdı. 
Öncə qeyd edək ki, 1989-cu ilin sonlarından başlayaraq 
Qarabağ 
bölgəsində  erməni  silahlı  dəstələri  ilə 
azərbaycanlılar  arasında  hərbi  toqquşmaların  intensivləş-
məsi  azərbaycanlılar  və  ermənilər  arasında  milli 
münasibətlərin  son  dərəcə  kəskinləşməsinə  səbəb  oldu. 
Bundan  yararlanmaqla  Azərbaycanda  xalq  hərəkatının 
yatızdırılmasına  çalışan  Qorbaçov  höküməti  1990-cı  il 
yanvar ayının ortalarında Sumqayıt provokasiyasına bənzər 
hadisələrin  Bakıda  da  törədilməsinə  nail  oldu  və  Bakıya 
qoşun  yeridərək  dinc  əhalini  güllə-baran  etdi.  Nəticədə 
yüzlərlə  insan  Sovet  imperiyasına  qarşı  əliyalın  dirəniş 
göstərərək şəhid oldu.  Eyni zamanda bu hadisələr  Bakıda, 
Gəncədə  və  başqa  yerlərdə  azlıqda  yaşayan  ermənilərin 
əksəriyyətinin  Azərbaycanı  tərk  etməsi  ilə  nəticələndi. 
Beləliklə,  Azərbaycanda  yaşayan  erməni  əhalisinin  sayı 
kəskin şəkildə azaldı. Artıq Azərbaycanın erməni əhalisinin 
sayı  təxminən  160  min  nəfər  olmaqla  əsasən  DQMV, 
keçmiş  Şaumyan  rayonu  və  Xanlar  rayonunun  bir  neçə 
kəndində yaşayan ermənilər təşkil edirdi. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə