Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 
 
~ 100 ~ 
 
Cədvəl 12.
58
 
 
1980-ci ildə SSRİ-də tikilib istifadəyə verilmiş əhalinin hər 
1000 nəfərinə düşən mənzil sahəsi (m
2
-lə) 
 
№ 
Müttəfiq respublikalar 
m
2
 

Estoniya 
386,0 

Rusiya 
355,3 

Qazaxıstan 
335,9 

Belarusiya 
308,2 

Latviya 
295,4 

Litva 
265,8 

Ermənistan 
227,7 

Ukrayna 
220,0 

Özbəkistan 
191,4 
10 
Gürcüstan  
188,1 
11 
Moldova 
185,0 
12 
Türkmənistan 
170,8 
13 
Qırğızıstan 
141,6 
14 
Tacikistan 
131,8 
15 
Azərbaycan  
129,9 
 
SSRİ üzrə 
295,7 
 
Azərbaycan  bu  göstərici  üzrə  ümumittifaq  səviyyəsindən 
azacıq geri qalırdısa da Gürcüstan, Latviya, Moldova və s. 
kimi  respublikalardan  irəlidə  idi
59
.  Əhalinin  yaşayış 
                                                 
58
 Народное хозяйство СССР  в 1989 г., «Финaнсы и стaтистикa», 
Москвa  –  1990,  səh.  157;  Нaселение  СССР  1987,  «Финaнсы  и 
стaтистикa», Москвa 1988, səh. 8-15  
59
 Народное  хозяйство  СССР  в  1977  г.  (статистический  ежегод-
ник), Москва – 1978, səh. 414 


 
 
~ 101 ~ 
 
səviyyəsini  xarakterizə  edən  digər  göstəricilərə  görə  də 
Azərbaycanla SSRİ-nin bir çox bölgələri arasındakı fərqlər 
böyüməkdə idi. Hətta, qonşu respublikalardan fərqli olaraq 
Azərbaycan  əhalisinin  ərzaq  təminatı  da  aşağı səviyyədə 
idi.  Kənd  rayonlarında  isə  vəziyyət  dözülməz  həddə 
çatmışdı.  Belə  ki,  “7-dən  70-ə”  bütün  əhali  məcburi 
qaydada  pambıq  plantasiyalarında  qul  kimi  işləməyə 
məhkum edilmişdi. 
Bütün bunların nəticəsi olaraq, Azərbaycandan kənara, 
xüsusi ilə Rusiyaya miqrasiya edənlərin sayı 1970-ci illərin 
sonlarından  başlayaraq,  sürətlə  artmağa  başladı.  Belə  ki, 
əgər  1970-1978-ci  illər  ərzindəki  dövrdə  orta  illik 
miqrasiya  saldosu  (Azərbaycandan  gedənlərlə  gələnlərin 
sayının  fərqi:  -  və  ya+)  –  6,1  min  nəfər  idisə,  artıq  1979-
1986-cı illərdəki dövrdə bu göstərici – 26 min nəfərə qədər 
yüksəlmişdi.  Şübhəsiz  ki,  miqrantların  böyük  əksəriy-
yətinin 1960-cı illərdə doğulan nəslin nümayəndələri təşkil 
edirdi.  Onların  da  demək  olar  ki,  hamısı  kişilərdən  ibarət 
olduğu  üçün  Azərbaycan  əhalisinin  gənc  yaş  qruplarının 
cins  tərkibində  böyük  disproporsiyalar  yaranırdı.  Bu 
tendensiya  kənd  yerlərində  daha  kəskin  xarakter  almışdı. 
Nəticədə  isə  əhalinin  demoqrafik  potensialı  durmadan 
zəifləyirdi. 
Bizim  fikrimizcə  bütün  bu  proseslər,  yəni  1970-ci 
illərdən  başlayaraq  Azərbaycanda  yaşayış  səviyyəsinin 
SSRİ  ilə  müqayisədə  sürətlə  geriləməsi  və  bunun  nəticəsi 


 
 
~ 102 ~ 
 
olaraq,  artıq  1980-ci  illərdə  Azərbaycandan  kənara 
miqrasiyanın  kütləviləşməsi  və  demoqrafik  durumun 
pisləşməsi 
bütövlükdə 
Moskvanın 
məqsədyönlü 
etnodemoqrafik  siyasətinin  nəticəsi  idi.  Daha  doğrusu,  bu 
siyasət  qondarma  «Sovet  xalqının»  formalaşdırılmasına, 
əslində  isə  ruslaşdırma  siyasətinə  yönələn  assimilyasiya 
siyasətinin  tərkib  hissəsi  idi.  Bu  etnodemoqrafik  siyasətin 
məhz  1970-ci  illərdən  başlayaraq  tətbiq  edilməsi  təsadüfi 
deyildi.  Çünki  məhz  1970-ci  ildə  SSRİ-də  keçirilən  əhali 
sayımının  etnostatistik  materialları  göstərdi  ki,  Rus-Sovet 
imperiyası  tarixində  ilk  dəfə  olaraq  1959-1970-ci  illər 
arasındakı dövrdə ölkənin hakim etnosu olan rusların, eləcə 
də digər slav xalqlarının təbii artımı müsəlman xalqlarının 
təbii  artımı  ilə  müqayisədə  olduqca  geri  qalmağa 
başlamışdır.  Belə  ki,  həmin  11  il  ərzində  slav  xalqlarının 
sayı  12%  artdığı  halda,  azərbaycanlıların  və  digər 
müsəlman  xalqlarının  sayı  orta  hesabla  1,5  dəfə  artmışdı. 
SSRİ-də  etnodemoqrafik  durumun  rusların  əlehinə  belə 
kəskin  şəkildə  dəyişməyə  başlaması  isə  Kremlin 
rəhbərlərini narahat etməyə bilməzdi.      
Ona görə də sanki yenidən kəşf edilən etnodemoqrafiya 
və  hətta,  hərbi  demoqrafiya  adlı  elmi  təlimlər  Moskva 
alimlərinin  əsas  tədqiqat  obyektinə  çevrildi.  Başlıca  hədəf 
Orta  Asiya  və  Azərbaycan  idi.  Çünki  bu  bölgələrdə 
əhalinin  etnik  tərkibində  yerli  aparıcı  etnosların  xüsusi 
çəkisi intensiv olaraq sürətlə artmaqda idi. Halbuki 1950-ci 


 
 
~ 103 ~ 
 
illərin  ortalarına  qədər  bütün  dövrlərdə  rus  əhalisinin  bu 
ərazilərə  köçürülməyə  sövq  edilməsi  nəticəsində  əhalinin 
etnik tərkibi daim rusların xeyrinə dəyişmiş, respublikaların 
paytaxtları isə rusların çoxluq təşkil etdiyi rusdilli şəhərlərə 
çevrilmişdi.  Ancaq  yuxarıda  deyildiyi  kimi,  etnodemoq-
rafik durumun kəskin şəkildə dəyişməyə başlaması bu ənə-
nənin  davam  etdirilməsinə  və  ya  heç  olmazsa,  mövcud 
durumun  dondurulmasına  imkan  vermirdi.  Üstəlik, 
Rusiyanın  miqrant  göndərən  bölgələrinin  demoqrafik 
potensialı  tükənməkdə  idi;  Mərkəzi  qaratorpaq  bölgəsinin 
bəzi  vilayətlərində  isə  artıq,  əhali  azalmağa  başlamışdı. 
Bütün  bunları  nəzərə  alan  Moskva  rəhbərliyi  yeni 
etnodemoqrafik  siyasət  proqramı  hazırladı.  Proqramın 
mahiyyəti  Azərbaycan  və  Orta  Asiyanın  yerli  etnoslarının 
Rusiyanın  ucsuz-bucaqsız  şərq  bölgələrinə  kütləvi 
miqrasiyasına  nail  olmaqdan  ibarət  idi.  Bu  məqsədlə 
tezliklə strateji və iqtisadi baxımdan əsaslandırılan Baykal-
Amur  magistralının  (BAM)  tikintisinə  qərar  verildi;  Sibir 
və  Uzaq  Şərgin  təbii  sərvətlərinin  daha  dolğun  şəkildə 
mənimsənilməsini  gerçəkləşdirmək  bəhanəsi  ilə  bu 
bölgələrin  əmək  ehtiyatları  ilə  təmin  edilməsi  problemi 
ortalığa  atıldı.  Azərbaycan  və  Orta  Asiya  əmək 
ehtiyatlarının  artıqlıq  etdiyi,  Sibir  və  Uzaq  Şərq  isə  əmək 
ehtiyatlarının  çatışmadığı  bölgələr  elan  edildi.  Sovet 
rəhbərliyinin  siyasi  direktivlərində  və  iqtisadi  ədəbiyyatda 
«трудоизбиточные  регионы»  (“trudoizbitoçnıye  regi-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə