Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 108 ~ 
 
bilən  erməni  milliyyətindən  olan  şəxslər  olmuşdur.  Məhz 
onlardan ikisi ilk qətilləri öz əlləri ilə törədərək 11 erməni 
öldürmüşdülər.  Bu  iki  qatil  həbs  olunanaraq  cinayətləri 
sübut olundusa da, bir müddət sonra Moskvaya, oradan da 
İrəvana  təhvil  verildi.  Həmin  dövrdə  Azərbaycanın 
informasiya 
blokadasında 
qalması  və  Azərbaycan 
rəsmilərinin susması bu faktın gizli qalmasına, əvəzində isə 
erməni  tərəfinin  «Sumqayıt  faciəsi»,  «Ermənilərin  yeni 
soyqırımı» adı altında azərbaycanlıları bütün dünyada vəhşi 
kimi  qələmə  vermək  istiqamətində  daha  effektli  təbliğat 
aparmasına yol açdı.  
Bu  anti-Azərbaycan  təbliğat  kompaniyası  fonunda 
Ermənistanda  yaşayan  azərbaycanlılara  qarşı  terror 
hadisələri  intensivləşməyə  başladı.  Yüzlərlə  azərbaycanlı 
qətlə  yetirildi. Nəticədə minlərlə azərbaycanlı ev-eşiklərini 
qoyaraq  Azərbaycana  gəlməyə  başladı.  Ancaq  qeyd  edək 
ki,  bu  qaçqınlar  əsasən  erməni  əhalisi  ilə  əhatə  olunan 
məntəqələrdə yaşayan və azlıqda qalan azərbaycanlılar idi. 
Ermənistanda  azərbaycanlıların  çoxluq  təşkil  etdiyi  və 
kompakt yaşadığı bölgələrdə isə vəziyyət nisbətən sabit idi. 
1988-ci ilin dekabr ayında isə bu sabitlik də pozuldu. Belə 
ki,  həmin  bölgələrə  ezam  edilmiş  Sovet  Ordusu  bölmələri 
azərbaycanlı əhalisinin sadəlöhvcəsinə ümid bəslədiyi kimi 
əhalinin 
əmin-amanlığını 
təmin 
etmək 
əvəzinə 
azərbaycanlıların  Ermənistandan  total  deportasiyasına 
başladılar.  Bütün  nəqliyyat  vasitələrindən,  o  cümlədən 


 
 
~ 109 ~ 
 
vertolyotlardan  istifadə  edildiyi  bu  köçürmə  əməliyyatı 
cəmi  10-15  gün  çəkdi.  Və  Naxçıvan  bölgəsini 
Azərbaycandan  ayıran  Ermənistanın  Mehri  rayonunda 
yerləşən Nüvədi kəndi istisna olmaqla Ermənistanın bütün 
ərazilərindən 
milliyətcə 
azərbaycanlı 
olan 
əhali 
Azərbaycana  sürgün  edildi.  Beləliklə  Ermənistanda  Sovet 
Ordusunun  vasitəçiliyi  ilə  1988-ci  ilin  dekabr  ayının 
ortalarında  erməni  millətçilərinin  çoxdan  arzuladığı  etnik 
təmizləmə  əməliyyatı  əsasən  başa  çatmış  oldu.  Maraqlısı 
isə  o  idi  ki,  əsasən  kənd  əhalisindən  ibarət  olan  və  ən  azı 
min illik tarixi-etnik ərazilərdən qovulmuş soydaşlarımızın 
əksəriyyəti Bakıda məskunlaşdırıldı. 
Bizim  hesablamalaramıza  görə  1987-ci  ilin  sonu  və 
1988-ci ilin əvvəllərində, yəni etnik münaqişənin başlanğıcı 
ərəfəsində  Ermənistanda  yaşayan  azərbaycanlıların  sayı 
təxminən  200  min  nəfər  olmuşdur.  Ən  önəmlisi  o  idi  ki, 
azərbaycanlılar  Ermənistanın  kənd  əhalisinin  1/6-ni  təşkil 
edirdi.  Bu  isə  o  deməkdir  ki,  Ermənistan  ərazisinin 
təxminən  1/6-i  azərbaycanlıların  məskunlaşdığı  etnik 
ərazidən ibarət idi. 
Bu  arada  Azərbaycanda  da  etno-siyasi  durum  erməni 
millətçilərinin  və  onların  havadarlarının  istəkləri  isti-
qamətində  inkişaf  edirdi.  Artıq  Azərbaycanda  ermənilərin 
kompakt  yaşadığı  ərazilər,  yəni  Şuşa  rayonu  və 
azərbaycanlıların yaşadığı digər məntəqələr istisna olmaqla 
Dağlıq-Qarabağ,  eləcə  də  keçmiş  Şaumyan  rayonu  və 


 
 
~ 110 ~ 
 
Xanlar  rayonunun  cənub  hissəsi  siyasi  və  hərbi  baxımdan 
yetkin  səviyyədə  təşkilatlanmış  erməni  separatçılarının 
diktəsi  və  nəzarəti  altında  idi.  Azərbaycan  SSR 
hökümətinin adı çəkilən ərazilərdə siyasi hakimiyyəti artıq 
formal  xarakter  daşıyırdı.  Bölgədəki  Sovet  Ordusu 
bölmələri  və  moskvalı  siyasilər  isə  separatizmin 
qarşısını  almaq  əvəzinə  DQMV-nin  həm  iqtisadi,  həm 
də siyasi baxımdan Azərbaycandan qopmasına  xidmət 
edən  ardıcıl  tədbirlər  görür,  bununla  da  ermənilərlə 
azərbaycanlılar arasındakı milli münasibətləri daha da 
kəskinləşdirirdilər.  Ona  görə  də  Bakıda,  Gəncədə  və 
Azərbaycanın  digər  məntəqələrində  azlıqda  yaşayan 
ermənilər  perspektivi  olmayan  sıxıntılı  bir  duruma 
sürükləndiklərini  dərk  edərək  Azərbaycanı  tərk 
edirdilər.  Onların  böyük  əksəriyyəti  Rusiyaya,  əsasən 
də  Şimali  Qafqaz  bölgəsinə  miqrasiya  edirdilər.  Ancaq 
bu miqrasiya kütləvi xarakter daşısa da, Bakı ermənilərinin 
və DQMV istisna olmaqla Azərbaycanın digər ərazilərində 
yaşayan  erməni  əhalisinin  bütünlükdə  Azərbaycandan 
köçüb  getməsi  prosesi  1991-ci  ilə  qədər  davam  etmişdir. 
1989-cu ilin əvvəlinə, yəni SSRİ-də keçirilən sonuncu əhali 
sayımı zamanı bizim müşahidələrimizə görə onların  yarıya 
qədəri  hələki  Azərbaycanın  sakinləri  idi.  Halbuki  həmin 
tarixdə,  yuxarıda  deyildiyi  kimi,  artıq  Ermənistanın 
azərbaycanlı sakinlərinin deportasiyası başa çatdırılmışdı. 


 
 
~ 111 ~ 
 
Beləliklə,  Ermənistanın  Azərbaycana  qarşı  başlatdığı 
siyasi  və  hərbi  aqressiya  nəticəsində  yüz  minlərlə  insan 
etnik  mənsubiyyətinə  görə  öz  daimi  yaşayış  yerlərindən 
didərgin  düşdülər.  O  cümlədən  1988-ci  il  ərzində 
Ermənistandan  Azərbaycana  deportasiya  edilən  azər-
baycanlı  qaçqınların  sayı  təxminən  200  min  nəfər, 
Azərbaycandan  köçüb  gedən  ermənilərin sayı isə  150  min 
nəfər  idi.  Şübhəsiz  ki,  bir  il  ərzində  baş  verən  bu  kütləvi 
yerdəyişmələr  1979-1989-cu  illər  arasındakı  dövrdə 
Azərbaycanın  etnik  tərkibinin  azərbaycanlıların  xeyrinə 
dəyişməsində  başlıca  rol  oynadı.  Eyni  zamanda  onu  da 
qeyd  edək  ki,  bu  bir  il  ərzində  Ermənistan  demək  olar  ki, 
mono-etnik bir bölgəyə çevrildi. 
Təbii  ki,  1988-ci  ildə  baş  verən  bu  etno-siyasi 
kataklizmlər  1989-cu  il  əhali  sayımının  materiallarında  öz 
əksinini  tapmalı  idi  və  ya  heç  olmazsa  əlavə  qeydiyyatla 
qaçqınların sayı və tərkibi haqqında məlumat verilməli idi. 
Ancaq  təəssüf  ki,  1989-cu  ilin  əhali  sayımı  haqqında  dərc 
olunan rəsmi statistik materiallarda qaçqınlar haqqında heç 
bir  məlumat  verilməmişdi.  Moskvanın  göstərişi  ilə 
qaçqınlar  və  1988-ci  ildə  Azərbaycanı həmişəlik tərk edib 
gedən  erməni  miqrantlar  əvvəlki  yaşayış  yerlərinin  daimi 
əhalisi  kimi  qeydə  alınmışdılar.  Ancaq  1989-cu  il  əhali 
sayımının  materiallarını  araşdırarkən  onların  daimi  əhali 
kimi qeydiyyata alınmasının da ciddi nöqsanlarla aparıldığı 
və qərəzli xarakter daşıdığı üzə çıxır. Belə ki, Ermənistanda 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə