Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 
 
~ 93 ~ 
 
Dağlıq Qarabağ MV-də də əhalinin etnik tərkibi 1939-
cu ildən sonrakı dövrlərdə daha dinamik şəkildə dəyişməyə 
başlamışdı.  Diqqəti çəkən əsas cəhət isə 1939-1959-cu illər 
arasında ermənilərin sayının xeyli azalmasıdır. Şübhəsiz ki, 
1941-1945-ci  illərdəki  müharibə  itkiləri  bu  bölgədə  böyük 
əksəriyyəti kənd əhalisi olduğu üçün daha təsirli olmuş və 
vilayətin demoqrafik potensialını olduqca zəiflətmişdir. Bu 
da  öz  növbəsində  vilayətdə  müharibədən  sonrakı  dövrdə 
əhalinin  təbii  artımının  kəskin  şəkildə  aşağı  düşməsinə 
gətirib  çıxarmışdır.  Ancaq  burda  ermənilərin  sayının 
azalmasının  əsas  səbəbi  onların  Bakı  şəhərinə  miqrasiya 
proseslərində  azərbaycanlılarla  müqayisədə  olduqca  aktiv 
iştirak etməsidir. Müqayisə üçün göstərək ki, 1939-1959-cu 
illər  ərzində  Dağlıq  Qarabağda  ermənilərin  sayı  22,8  min 
nəfər və ya 17,2% azaldığı halda, Bakıda onların sayı 51,5 
min  nəfər  və  ya  43,4%  artmış  (bax:  cədvəl  11)  və  Bakı 
əhalisinin milli tərkibində onların xüsusi çəkisi 15,1%-dən 
17,2%-ə  yüksəlmişdir.  Bu  dövrdə  ermənilər  Sumqayıt 
şəhərində  də  məskunlaşmağa  başlamışdılar;  artıq  1970-ci 
ildə  Sumqayıtda  13,3  min  nəfər  erməni  yaşayırdı. 
Bütövlikdə ermənilərin kənddən şəhərə axını onların şəhər 
həyat  təzrinə  daha  meylli  olmaları  və  Bakının  o  dövrdə 
SSRI-nin  ən  böyük  və  inkişaf  etmiş  şəhərlərindən  biri 
olması ilə izah edilirdi. Digər tərəfdən qeyd etmək lazımdır 
ki,  həmin  dövrdə,  xüsusilə,  Stalinin  sağlığında  Azərbay-
canın  idarəetmə  orqanlarında,  o  cümlədən,  fövqəladə 


 
 
~ 94 ~ 
 
Cədvəl 11.
55
 
Bakı şəhəri əhalisinin milli tərkibinin dinamikası 
 
milliyyətlər 
1897-ci il 
1926-cı il 
1939-cu il 
1959-cu il 
1970-ci il 
1979-cu il 
min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

min 
nəfər 

azərbaycanlılar 
40,3  36,1  140,0
2*
  30,9  215,5  27,4  372,7  37,8 
586,1  46,3 
854,4  55,7 
ruslar 
37,4  33,4  159,5 
35,2  343,1  43,6  337,8  34,2 
351,1  27,7 
338,0  22,0 
ermənilər 
19,1  17,1 
 76,7 
16,9  118,6  15,1  170,1  17,2 
207,5  16,4 
215,8  14,1 
ləzgilər 
0,3  0,3 
   3,7 
0,8 
12,3 
1,6 
15,4 
1,6 
23,7 
1,9 
29,0 
1,9 
tatarlar 
... 
... 
   9,2 
2,0 
23,5 
3,0 
25,2 
2,6 
26,5 
2,1 
26,5 
1,7 
yəhudilər 
1,9  1,7 
 21,6 
4,8 
31,1 
3,9 
29,2 
3,0 
29,7 
2,3 
26,4 
1,7 
ukraynalılar 
0,9  0,8 
   7,9 
1,7 
10,5 
1,3 
14,0 
1,4 
14,4 
1,1 
15,0 
1,0 
başqa milliyyətlər 
12,0  10,7 
 34,7 
7,7 
33,0 
4,2 
22,8 
2,3 
26,5 
2,1 
28,1 
1,8 
bütün əhali 
111,9  100 
453,3 
100  787,6  100  987,2  100  1265,5  100 
1533,2  100 
                                                 
55
 Первaя всеобщaя перепись нaселения Rоссийской империи, 1897 г., 61-ci cild. Всесоюзнaя перепись нaселения 1926 г., 14-
cü cild, Москвa, 1929; Mərkəzi Dövlət Arxivi, fond  2511; Итоги Всесоюзной переписи нaселения 1959 г., Aзерб. ССР. Москвa, 
1963; Итоги Всесоюзной переписи нaселения 1970 г., 4-cü cild; Москвa-1973 г., Итоги Всесоюзной переписи нaселения 1979 
годa по Aзеrбaйджaнской ССР, 2-ci cild, Бaку, 1981 г. 
*
İran vətəndaşı olan azərbaycanlılar da bu saya daxil edilmişdir. Onların sayı 21 min nəfərdən çox idi. 


 
 
~ 95 ~ 
 
səlahiyyətləri  olan  və  məşhur  «NKVD»  adı  ilə  hamını 
qorxuya  salan  o  zamankı  polis-xəfiyyə  idarəsində  aparıcı 
vəzifələri  ermənilərlə  ruslar  tuturdu.  Ruslardan  fərqli 
olaraq,  ermənilər  milliyyətçiliyə  söykənən  lobbiçilik 
fəaliyyəti  göstərirdilər  və  bu  səbəbdən  də  həmin  dövrdə 
Bakıda  əsil  nüfuz  sahibləri  ermənilər  idi.  Buna  görə  də 
miqrant  ermənilərin  Bakı  şəhərində  qeydiyyata  düşmək, 
işlə  təmin  edilmək  və  başqa  problemlərinin  həlli  ilə  bağlı 
çətinlikləri  yox  idi.  Üstəlik  Bakıda  «Ermənikənd»  adlı  iri 
erməni  məhəlləsinin  olması,  yəni  etno-psixoloji  mühitin 
varlığı Qarabağ ermənilərinin, eləcə də Azərbaycanın başqa 
bölgələrində  yaşayan  ermənilərin  Bakı  şəhərinə  miqrasiya 
etməsi  üçün  əlverişli  şərait  yaradırdı.  Ermənilərin 
Qarabağdan  Bakıya  və  Sumqayıta  miqrasiyası  sonralar 
xeyli  zəifləmiş,  İrəvana  miqrasiyası  isə,  əksinə,  üstünlük 
təşkil  etmişdir.  Çünki  İrəvan  daha  sürətlə  inkişaf  etməyə 
başlamış  və  SSRİ-nin  iri  şəhərlərindən  birinə  çevrilmişdi. 
Ermənilərin  iri  sənaye  və  mədəni  mərkəzi  kimi 
formalaşmış  İrəvan  şəhərində  1979-cu  ildə  artıq  bir 
milyondan çox əhali  yaşayırdı ki, onun da 95,8%-i erməni 
idi.  1940-cı  və  1950-ci  illərdə  Qarabağ  ermənilərinin 
Bakıya  intensiv  miqrasiyası  nəticəsində  vilayətin  erməni 
əhalisi  demoqrafik  qocalmaya  məruz  qalmışdır;  belə  ki, 
miqrasiyada  başlıca  olaraq  gənclər  iştirak  edirdi.  Nəticədə 
vilayətin  erməni  əhalisi  arasında  doğum  yaşlı  koqortalar 
olduqca  seyrəlmiş,  bu  isə  öz  növbəsində  doğumun  kəskin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə