Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 104 ~ 
 
onı” - əmək artıqlığı bölgələri) və «трудонедостоточные 
регионы»  (“trudonedostatoçnıye  regionı”  -  əmək  çatış-
mazlığı  bölgələri)  ifadələri  az  qala  faciəli  notlarla 
işlədilirdi.   
Nəticə  olaraq  artıq  1970-ci  illərdə  bəzi  güzəştlər  və 
maddi  stimullarla  şirnikləndirilməklə,  bəzən  də  inzibati 
metodlarla  minlərlə  azərbaycanlının  Xabarovsk,  Amur, 
Krasnoyarsk, Tümen və s. vilayətlərə köçürülməsi mümkün 
oldu.  Beləliklə  1970-ci  illərdə  azərbaycanlıların  Rusiyaya 
miqrasiyası  ənənəsinin  təməli  qoyuldu.  Ancaq  1980-ci 
illərdə  miqrasiyanın  kütləvi  xarakter  alması  «BAM» 
siyasəti  ilə  deyil,  «əmək  artıqlığı»  bölgələri  ilə  Rusiya 
arasında  yaşayış  şərtlərinə  görə  fərqlərin  formalaşması 
siyasəti  ilə  mümkün  oldu.  Hətta  1980-cı  illərdə  «regional 
demoqrafik  siyasət»  adı  altında  Rusiyada  doğumla  bağlı 
qadınlara  bir  sıra  maddi  imtiyazlar  da  verildi.  1980-ci 
illərin  ortalarından  başlayaraq  bu  siyasət  daha  da 
gücləndirildi. 
Beləliklə 

dövrkü 
Sovet 
lideri 
M.Qorbaçovun  elan  etdiyi  “aşkarlıq”  siyasəti  sanki  milli 
ayrıseçkilik  siyasətinin  də  açıq-aşkar  aparılmasına  təkan 
verdi. 
Bütün  bunların  nəticəsi  olaraq,  1979  və  1989-cu  illər 
arası  10 illik dövrdə  bizim hesablamalaramıza  görə SSRİ-
nin  şimal  bölgələrinə  miqrasiya  edən  və  daimi  əhali  kimi 
qeydə  alınan  azərbaycanlıların  sayı  200  min  nəfərdən  çox 
idi. O cümlədən Rusiyaya miqrasiya edənlərin sayı 160 min 


 
 
~ 105 ~ 
 
nəfərdən  çox  olmuşdur.  Belə  ki,  Dərbənd  azər-
baycanlılarının  yaşadığı  Dağıstan  Respublikasını  çıxmaq 
şərtilə  Rusiyada  yaşayan  soydaşlarımızın  sayı  miqrasiya 
hesabına  3  dəfə  artaraq, 1979-cu ildəki  87,9 min nəfərdən 
1989-cu  ildə  260,4  min  nəfərə  qədər  çoxalmışdır.  Bu 
dövrdə  azərbaycanlıların  ən  çox  miqrasiya  etdiyi  bölgə 
Tümen  vilayəti  olmuşdur.  Belə  ki,  əgər  1979-cu  ildə  bu 
vilayətdə  2,6  min  nəfər  azərbaycanlı  yaşayırdısa,  1989-cu 
ilə  qədər  onların  sayı  7,5  dəfə  artaraq  19,5  min  nəfər 
olmuşdu
60
.
 
Şübhəsiz  ki,  get-gedə  daha  da  güclənməkdə  olan 
miqrasiya  prosesləri  1980-cı  illərdə  Azərbaycan  əhalisinin 
say  artımını  xeyli  tormozlamış  oldu.  Ancaq  əhalinin  etnik 
tərkibi  1970-ci  illərdə  müşahidə  edilən  tendensiya  ilə 
dəyişməyə davam etmişdir. Çünki etnik mənsubiyyətindən 
asılı  olmayaraq  bütün  əhali  eyni  səviyyədə  miqrasiya 
proseslərinə cəlb olunduğu halda, əhalinin təbii artımındakı 
etnik  fərqlərin  səviyyəsi  və  xarakteri  nəinki  dəyişməmiş, 
hələ bir qədər də qabarmışdı.  
Bu  dövrdə  Azərbaycan  əhalisinin  etnik  tərkibinin 
dəyişməsinə güclü təsir göstərən başlıca hadisə isə 1987-ci 
ildə    Ermənistanın  başlatdığı  etnik  münaqişə  oldu.  20-ci 
yüzilliyin  əvvəllərində  olduğu  kimi  «Böyük  Ermənistan» 
arzusunda  olan    erməni    millətçiləri  böhranlı  dövrlərdən 
                                                 
60
 Итоги  всесоюзной  переписи  населения  по  РСФСР,  Москва  – 
1992, səh. 137-138 


 
 
~ 106 ~ 
 
faydalanmağa  çalışaraq  yenidən  Azərbaycana  qarşı  ərazi 
iddialarını  irəli  sürdülər.  Qərb  ölkələrindəki  erməni 
təşkilatları  və  Moskvadakı  erməni  lobbisi  Dağlıq-Qarabağ 
Muxtar  Vilayətinin  (DQMV)  Ermənistan  SSR-ə  birləşdi-
rilməsi  istiqamətində  hərtərəfli  və  fundamental  fəaliyyətə 
başladılar.  Çox  keçmədi  ki,  «Miatsum»  («birləşmə»,  «bir 
olma»  mənasına  gəlir)  şuarı  altında  İrəvanda  və 
Xankəndidə  (Stepanakert)  kütləvi  aksiyalar  vüsət  aldı. 
Beləliklə  Moskvanın  üstüörtülü  dəstəyini  əldə  etmiş 
Ermənistan  SSR  rəsmilərinin  və  erməni  millətçi  qeyri-
hökümət  təşkilatlarının  birgə  fəaliyyəti  nəticəsində  erməni 
tərəfi  «Naqornı  Karabax  məsələsi»  kimi  tanınan  etnik 
münaqişənin qloballaşmasına nail oldu.  Erməni ideoloqları 
həm  SSRİ-də,  həm  də  aparıcı  dünya  ölkələrində 
Azərbaycana  qarşı  informasiya  müharibəsi  aparır,  onu 
haqsız  tərəf  kimi  təqdim  edirdi.  Üstəlik  azərbaycanlılar 
geridə  qalmış,  ədalətsiz,  zalım,  islam  fundamentalizminə 
meylli  və  sairə  obrazlarda  təsvir  edilməklə  bir  millət  kimi 
gözdən  salınırdı.  Hazırlıqsız  yaxalanan  Azərbaycan  tərəfi 
isə həm də Moskvanın informasiya blokadasında qalmışdı. 
Belə  ki,  yalnız  Moskvanın  göstərişləri  ilə  fəaliyyət 
göstərməyə  vərdiş  etmiş Azərbaycan SSR hökümətinin  bu 
arada  gördüyü  iş  xalqın  kütləvi  etiraz  mitinqlərinin 
qarşısını  almağa  çalışmaq  və  əhalini  Moskvanın  bu 
məsələni ədalətlə həll edəcəyinə inandırmaqdan ibarət idi. 


 
 
~ 107 ~ 
 
«Söz»  müharibəsində  Azərbaycanı  ciddi  məğlubiyyətə 
uğradan  erməni  tərəfi  isə  paralel  olaraq  hərbi  hazırlıqlarla 
məşğul  olur  silahlı  dəstələr  yaradırdı.  Artıq  Ermənistanda 
yaşayan  azərbaycanlılara  yerli  məmurlar  və  ekstremist 
qruplar tərəfindən hədə-qorxu gəlinir, onlardan Ermənistanı 
tərk 
etmələri 
tələb 
olunurdu. 
Get-gedə 
erməni 
ekstremistləri  gərginliyi  daha  da  artırır,  azərbaycanlılara 
qarşı  zor  işlətməyə  başladılar.  Mənəvi  və  fiziki  işgəncələr 
törədilir, qətl hadisələri baş verirdi. Bunun nəticəsi olaraq, 
artıq  1988-ci  ilin  əvvəllərində  Ermənistandan  ilk  qaçqın 
ailələri  Azərbaycana  üz  tutdular.  Ancaq  azərbaycanlıların 
Ermənistandan  total  deportasiyası  üçün  öncə  Sumqayıt 
provakasiyası törədilir. Daha doğrusu, erməni tərəfinin və 
Moskvanın  xüsusi  gizli  orqanlarının  iş  birliyi  ilə 
Sumqayıtda  erməni  azlığına  qarşı  terrorla  nəticələnən 
kütləvi  anti-erməni  aksiyası  təşkil  edilir.  Belə  ki, 
Ermənistanda terrora məruz qalmış ilk azərbaycanlı qaçqın 
ailələri  məqsədli  şəkildə  məhz  fəhlə  şəhəri  olan 
Sumqayıtda  yerləşdirilir.  Ardınca  Sumqayıtlıların  erməni 
terroruna  qarşı  etiraz  mitinqi  təşkil  edilir  və  qəzəblənmiş 
mitinq  istirakçılarının  bir  hissəsi  erməni  mənzillərinə 
basqın  edidməsinə  təhrik  edilir.  Nəticədə  20-dən  çox 
erməni qətlə yetirilir. Bu qanlı hadisənin əvvəlcədən planlı 
şəkildə  həyata  keçirilməsini  sübut  edən  əsas  fakt  isə  o  idi 
ki, mitinq iştirakçılarını qətl törətməyə təhrik edənlər kütlə 
arasına  soxulmuş  və  özlərini  azərbaycanlı  kimi  göstərə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə