Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
 
~ 85 ~ 
 
kimi qeydə alınan ingiloyların və tat kimi qeydə alınan dağ 
yəhudilərinin  sayının  yüksək  templərlə  artması  isə  əsasən 
təbii  artım  hesabına  mümkün  olmuşdur.  Yəhudilərin, 
tatarların  və  ukraynalıların  demoqrafik  göstəriciləri  isə 
demək olar ki, ruslarla eyni idi. Ona görə də onların sayının 
artımı olduqca aşağı olmuş və əhalinin etnik tərkibində bu 
millətlərin  xüsusi    çəkisi    xeyli    aşağı    düşmüşdü.  Qeyd 
edək  ki,  1970-ci  ildə  Azərbaycanda  8,5  min  nəfər  türk 
qeydə  alınmışdı  (cədvəldə  göstərilməmişdir).  Məsələ 
burasındadır  ki,  1944-cü  ildə  Gürcüstandan  Orta  Asiya  və 
Qazaxıstana  deportasiya  edilmiş  Axıska  türklərinin  bir 
qrupuna 
1958-ci 
ildən 
başlayaraq 
Azərbaycanda  
məskunlaşmağa  icazə  verilmişdi
52
.  Onlar  əsasən  Saatlı 
rayonunda məskunlaşmışdılar. 
Bu  11  ildə  təbii  artımın  çox  yüksək  olması  sayəsində 
azərbaycanlıların  sayı  51,4%  artmışdı.  1960-cı  illərin 
əvvəllərində azərbaycanlıların sayının orta illik artım tempi 
4%-dən  çox  olmuşdur.  Orta    Asiyanın  yerli  xalqlarını 
çıxmaq  şərti  ilə  dünyanın  heç  bir  ölkəsində  indiyə  qədər 
belə  təbii  artım  qeydə  alınmamışdır.  Bu  dövrdə 
Gürcüstandan  və  Ermənistandan  Azərbaycana  miqrasiya 
edən  soydaşlarımızın  sayı  təxminən  25-30  min  nəfər 
olmuşdur  ki,  bu  da  bütövlükdə  azərbaycanlıların  sayının 
                                                 
52
 Чингиз  Нейман-Заде.  Ахалцикские  турки  –  трагедия  длиною  в 
58 лет…II «Terra inkognita» Elm və informasiya jurnalı, Bakı 2002, 
səh. 17-18 


 
 
~ 86 ~ 
 
artımına  çox  cüzi  təsir  göstərmişdir.  Azərbaycanlıların 
əhalinin  etnik  tərkibində  xüsusi  çəkisi  də  intensiv  olaraq 
artaraq  67,4%-dən  73,8%-ə  qədər  yüksəlmişdi.  Bakı 
əhalisinin  tərkibində  isə  azərbaycanlıların  xüsusi  çəkisi 
daha  sürətlə  artmış  və  1959-cu  ildəki  37,8%-dən  1970-ci 
ildə  46,3%-ə  yüksəlmişdi.  Xatırladaq  ki,  1959-cu  ildə 
olduğu  kimi  1970-ci  ildə  də  talışlar  və  tatlar  azərbaycanlı 
kimi  qeydə  alınmışdılar.  Əgər  tatların  əksəriyyəti  artıq 
azərbaycanlılarla etnik assimilyasiyaya uğramış hesab edilə 
bilərdilərsə,  talışlar  haqqında  bunu  demək  yanlış  olardı. 
Talışların  əksəriyyəti  kompakt  yaşadıqları  üçün  ana 
dillərini  və  etnik  kimliklərini  qoruyub  saxlayırdılar.  Bu 
baxımdan  1970-ci  ildə  (həmçinin  1979-cu  ildə)  azərbay-
canlıların sayı bir qədər şişirdilmiş sayıla bilər. 
1960-cı  illərin  ortalarından  başlayaraq  Azərbaycanda 
doğumun  və  uyğun  olaraq  təbii  artımın  səviyyəsi  sürətlə 
aşağı  düşməyə  başladı.  Bütün  milliyyətlərdə,  o  cümlədən 
azərbaycanlılarda  gedən  bu  prosesin  bir  sıra  səbəbləri  var 
idi.  Bu  səbəblər  arasında  ən  başlıcası  müharibə  illərində 
(əsasən  1942-1945-ci  illərdə)  doğulan  nəslin  olduqca  az 
saylı  olması  idi.  Bu  nəslin  nigah  yaşına  çatması  1960-cı 
illərin ortalarına təsadüf etdiyi üçün həmin dövrdə nigahda 
olanların  sayının  artımı  kəskin  şəkildə  aşağı  düşdü.  Buna 
uyğun olaraq doğumun səviyyəsi də aşağı düşməyə başladı. 
Doğumun  aşağı  düşməsinə  şəhərləşmə  (urbanizasiya) 
prosesinin  güclənməsi  də  xeyli  təsir  göstərmişdir:  Azər-


 
 
~ 87 ~ 
 
baycanda  şəhər  əhalisinin  xüsusi  çəkisi  1939-cu  ildəki 
36%-dən  1970-ci  ildə  50%-ə  yüksəlmişdi;  o  cümlədən 
azərbaycanlılarda  22,7%-dən  41,3%-ə  yüksəlmişdi.  Şəhər 
həyat  tərzi,  yeni  dəyərlər  sistemi,  qadınların  sosial 
aktivliyinin  yüksəlməsi  və  onların  evdən  kənarda  işə  cəlb 
edilməsi  ailədə  uşaqların  sayının  məhdudlaşdırılması 
meyllərinin  yayılmasına  təkan  verirdi.  Təhsil  səviyyəsinin 
yüksəlməsi də böyük önəm daşıyırdı. Əgər  1939-cu ildə 9 
yaşdan  yuxarı əhali arasında 1000 nəfərə düşən ali və orta 
(tam  və  natamam)  təhsili  olanların  sayı  113  nəfər  idisə, 
artıq 1970-ci ildə 471 və 1979-cu ildə 652 nəfər idi. Bütün 
bunların  nəticəsi  olaraq  1959-1970-ci  illər  ərzində 
azərbaycanlılar  arasında  doğumun  səviyyəsi  1,4  dəfədən 
çox  aşağı  düşmüşdü  (bax:  cədvəl  8).  Böyük  əksəriyyəti 
şəhərlilərdən  ibarət  olan  ermənilərdə  doğum  və  təbii 
artımın aşağı düşməsi prosesi daha sürətlə getmişdir. 1970-
ci ildə artıq ermənilərdə doğumun səviyyəsi ruslarda oldu-
ğu  səviyyəyə  yaxın  idi.  Qeyd  edək  ki,  1970-ci  ildə  təkcə 
Bakıda  207,5  min  nəfər  erməni  yaşayırdı  ki,  bu  da  bütün 
Azərbaycanda yaşayan ermənilərin 43%-nə bərabər idi. 
1970-ci 
illərdə  əsasən  azərbaycanlılar  arasında 
doğumun  səviyyəsi  stabilləşməyə  başladı,  çünki  ailənin 
planlaşdırılması  meyllərinin  güclənməsi  müharibədən 
sonrakı  illərdə  doğulan  çoxsaylı  koqortaların  nigah  yaşına 
girməsi  ilə  kompensasiya  olunurdu.  Ona  görə  də,  əhalinin 
etnik  tərkibinin  dinamikasında  1959-1970-ci  illərdə 


 
 
~ 88 ~ 
 
müşahidə  edilən  tendensiyalar  1970-ci  və  1979-cu  illərin 
əhali  sayımları  arasındakı  dövrdə  də  davam  etmişdir. 
Əhalinin tərkibində azərbaycanlıların xüsusi çəkisi artmaq-
da  davam  etmiş,  rusların  və  ermənilərin  xüsusi  çəkisi  isə 
başlıca  olaraq,  doğumun  azalması  səbəbi  ilə  aşağı 
düşmüşdür.   
 
 
 
 
 
1970-1979-cu  illərdə  azərbaycanlıların  sayının  orta 
illik  artımı  əvvəlki  sayımlar  arası  dövrdəkinə  nisbətən  bir 
qədər  azalmışdı.  Ancaq  eyni  zamanda  bu  dövr  rusların, 
eləcə  də  yəhudilərin  və  ukraynalıların  sayının  xeyli 
azalması ilə müşahidə edilmişdir. Bu dövrdə ermənilərin də 
sayı azalmağa başlamışdı. Qeyd edək ki, 1979-cu ildə artıq 
ermənilərin 75,6%-i, rusların  isə 94,1%-i şəhər  əhalisi idi. 
Bütövlükdə  bu  dövrdə  əksəriyyəti  kənd  əhalisi  olan 
ləzgiləri,  avarları  və  saxurları  çıxmaq  şərti  ilə  bütün  etnik 
azlıqların  sayı  ya  azalmış,  ya  da  çox  az  artmışdı.  Bunun 
əsas  səbəblərindən  biri  də  respublikalararası  miqrasiya 
proseslərinin  intensivləşməsi  idi.  Daha  doğrusu,  bu 
dövrdən başlayaraq Azərbaycan öz tarixində ilk dəfə olaraq 
miqrantlar  qəbul  edən  ölkədən  miqrant  göndərən  ölkəyə 
çevrildi.  Milliyyətindən  asılı  olmayaraq  bütün  gənc  əhali 
arasında  Rusiyaya,  eləcə  də  SSRİ-nin  bir  sıra  başqa 
bölgələrinə  miqrasiya  edənlərin  sayı  durmadan  artmaqda 
idi.  Bunun  da  əsas  səbəbi  əhalinin  həyat  səviyyəsinə  görə 
Azərbaycanla  SSRİ-nin  bir  çox  bölgələri  arasında  böyük 
fərqlərin  yaranması  idi.  Təkcə  onu  qeyd  etmək  kifayətdir 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə