Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 
 
~ 69 ~ 
 
1897-ci ildə Azərbaycanda «müsəlmanların» sayı 1.375 
min  nəfər,  ermənilərin  sayı  isə  299  min  nəfər  idi.  1917-ci 
ilin  sonunda  bizim  hesablamalarımıza  görə  «müsəlman»-
ların  sayı  1.830  min  nəfər,  ermənilərin  sayı  isə  Rusiya 
ordusunda  müharibədə  iştirak  edən  erməni  əskərləri  ilə 
birlikdə  390  min  nəfərdən  çox  deyildi.  1918-1921-ci  illər 
ərzində  baş  verən  kataklizmlər  nəticəsində  Azərbaycanda 
«müsəlman»ların  sayı  azalaraq  1.550  min  nəfər,  ermə-
nilərin  sayı  isə  250  min  nəfər  olmuşdur.  Üstəlik  onu  da 
qeyd  edək  ki,  sayını  1.550  min  nəfər  müəyyən  etdiyimiz 
müsəlman  əhalisinin  təxminən  50-100  min  nəfərini  həmin 
illərdə  Daşnak  Ermənistanından  qaçqın  düşmüş  azərbay-
canlılar  təşkil  edirdi.  Bizim  hesabımıza  görə,  1917-ci  ilin 
sonunda  indiki  Ermənistan  ərazisində  310  min  nəfər 
azərbaycanlı  yaşayırdısa,  1922-ci  ildə  həmin  ərazidə  cəmi 
83  min  nəfər  azərbaycanlı  qalmışdı.  Yəni  Ermənistanda 
daşnakların hakimiyyəti zamanı 227 min nəfər azərbaycanlı 
ya  erməni terrorunun  qurbanı  olub,  ya da  Azərbaycana və 
qismən də Türkiyəyə köçüb gediblər. Beləliklə, 1918-1921-
ci  illərdə  indiki  Azərbaycan  ərazisində  yaşayan  «müsəl-
man»ların  sayı  330-380  min  nəfər  azalaraq,  1.450-1.500 
min  nəfər  olmuşdur.  Eyni  dövrdə  Azərbaycanda  yaşayan 
ermənilərin  sayı  140  min  nəfər  azalmışdır.  Bu  azalmanın 
bir hissəsini təbii ölümlə ölənlər və I Dünya Müharibəsində 
qırılan erməni əskərləri, bir hissəsini «müsəlman»lara qarşı 
hərbi  əməliyyatlar  zamanı  ölən  ermənilər,  qalan 


 
 
~ 70 ~ 
 
əksəriyyətini  də  Ermənistana  miqrasiya  edənlər  təşkil 
edirdi.  1922-ci  ildən  başlayaraq,  Azərbaycanda  əhalinin 
sayı  həm  təbii  artım,  həm  də  yeni  miqrantlar  hesabına 
sürətlə  artmağa  başladı.  1926-cı  ildə  müsəlman  əhalisinin 
sayı  1.708  min  nəfər  olmuşdu  ki,  bu  da  Azərbaycan 
əhalisinin 73,8%-nə bərabər idi. Halbuki 1897-ci ildə onlar 
əhalinin  76,2%-ni  təşkil  edirdi.  Ermənilərin  sayı  1922-
1926-cı  illərdə  artaraq  284,4  min  nəfər  olmuşdu.  Ancaq 
onların  bütün  əhalinin  tərkibində  xüsusi  çəkisi  1897-ci 
ildəki  16,6%-dən  12,3%-ə  qədər  aşağı  düşmüşdü. 
Müqayisə  üçün  göstərək  ki,  eyni  dövrdə  Ermənistan  əha-
lisinin tərkibində azərbaycanlıların xüsusi çəkisi 30,7%-dən 
(1917-ci  ildə  –  28%)  10,2%-ə  düşmüşdü.  Belə  ki,  Ermə-
nistanda  880,5  min  nəfər  əhalidən  89,7  min  nəfəri 
azərbaycanlı  idi.  Ancaq  maraqlıdır  ki,  onların  76,9  min 
nəfəri  (əhalinin  8,7%-i)  «türk»  kimi  (yəni  azərbaycanlı 
kimi),  6,3  min  nəfəri  «qarapapax»  kimi  (ayrıca  milliyyət 
kimi),  5  min  nəfəri  «pers»  kimi  və  1,5  min  nəfəri  «türk-
osman»  kimi qeydə alınmışdılar
47
. Halbuki bütün bu adlar 
altında  siyahıya  alınanlar  eyni  millətin  nümayəndələri  idi. 
Onların hamısının həmin əhali sayımında ana dillərinə görə 
eyni dilin, yəni Azərbaycan (“türk”) dilinin daşıyıcıları ki-
mi qeydə alınması da bunu bir daha sübut edir. Görünür ki, 
Ermənistan  əhalisinin  milli  tərkibində  azərbaycanlıların 
                                                 
47
 Всесоюзная перепись населения 1926 года, Москва  – 1929, 14-
cü cild. 


 
 
~ 71 ~ 
 
xüsusi  çəkisinin  süni  olaraq  aşağı  salınması  bu 
respublikada  azərbaycanlılar  üçün  milli  muxtariyyət 
qurumunun  yaradılması  ehtimalının  qarşısını  almağa 
xidmət  edirdi.  Belə  ki,  artıq  1923-cü  ildə  Azərbaycanda 
ermənilər  üçün  «Dağlıq-Qarabağ  Muxtar  Vilayəti»  ya-
radılmışdı.  
Rus  əhalisinin  sayının  dinamikası  ermənilərlə 
müqayisədə bəzi oxşar cəhətləri olsa da olduqca fərqli idi. 
Belə  ki,  1914-1920-ci  illərdə  I  Dünya  Müharibəsi  və 
Vətəndaş  müharibəsi  ilə  bağlı  olaraq  onların  sayı  xeyli 
azalmışdı.  Ancaq  Azərbaycanda  Sovet  hakimiyyətinin 
qurulduğu  ilk  günlərdən  başlayaraq,  rusların  Azərbaycana 
böyük axını başladı. Bolşevik Rusiyası Azərbaycanda neft 
sənayesinin  və  onunla  bağlı  sahələrin  tezliklə  inkişaf 
etdirilməsində  çox  maraqlı  idi.  Bu  marağın  gerçəkləşdiril-
məsi  isə  işçi  qüvvəsinə  olan  tələbatın  yerli  əhali  hesabına 
deyil,  məhz  Rusiyadan  sövq  edilən  miqrantlar  hesabına 
təmin  edilməsi  əslində  Azərbaycanın  ruslaşdırılması 
siyasətinə xidmət edirdi. 1920-1926-cı illəri əhatə edən qısa 
bir  dövr  ərzində  Rusiyadan  Azərbaycana  miqrasiya 
edənlərin sayı 150 min nəfər idi. Bu dövrdə ana dili rus dili 
olanların  sayı  2,5-3  dəfə  artmış,  onların  əhalinin  etnik 
tərkibində  xusüsi  çəkisi  isə  1897-ci  ildəki  4,9%-dən 
yüksələrək, 11,0%-ə çatmışdı. 
Yerli  (avtoxton)  etnik  azlıqların  əhalinin  etnik 
tərkibində  uğradığı  dəyişikliklərə  gəldikdə  isə  yuxarıda 


 
 
~ 72 ~ 
 
qeyd  etdiyimiz  kimi  kəskin  təzadlar  müşahidə  edilir. 
Məsələn,  1897-ci  ilə  nisbətən  sayı  xeyli  azalmış  olan 
tatdilli əhalinin əksəriyyəti 1926-cı ildə milliyyətcə  «türk» 
kimi  qeydə  alınmışdı.  Eyni  təmayül  ləzgilərdə,  həmçinin 
buduxlarda,  krızlarda  və  xınalıqlarda  (“ketlərdə”)  da 
müşahidə edilməkdədir. Belə ki, 1926-cı ildə ana dili ləzgi 
dili  olanların  yalnız  54,6%-i  (37,3  min  nəfər)  milliyyətcə 
ləzgi  kimi,  qalanı  isə  «türk»  kimi  qeydə  alınmışdılar. 
Avarlarda isə avardillilərin sayında kəskin azalma getsə də 
milliyyətcə  avar  kimi  qeydə  alınanların  sayı  onlardan  bir 
qədər  çox  olmuşdur.  Saxurlarda  ana  dilinin  daşıyıcılarının 
sayı  dəyişməz  qalmış  və  milliyyətcə  saxur  olanların  sayı 
ikiqat  çox  olduğu  üzə  çıxmışdır.  Saxurlarda  və  qismən  də 
avarlarda qeyd etdiyimiz halları etno-linqivistik proseslərin 
nəticəsi kimi dəyərləndirmək olar. Ancaq tatların, ləzgilərin 
və  s.  etnik  qrupların  o  dövrdə  özlərini  milliyyətcə  «türk» 
kimi  (yəni  azərbaycanlı  kimi)  qeydə  alınmasına  meylli 
olmaları  bizcə  stimullaşdırıcı amillərlə  və  qismən də  etnik 
assimilyasiya  ilə  izah  edilə  bilər.  Kürdlərdə  isə  bu 
meyllərin tam əksi müşahidə edilməkdədir. Belə ki, 1926-cı 
ildə  cəmi  7,4  min  nəfər  olan  kürddilli  əhalinin  sayı 
milliyyətcə  kürd  kimi  qeydə  alınanlardan  5,6  dəfə  az  idi. 
Başqa sözlə, kürd kimi qeydə alınanların 83%-nin ana dili 
Azərbaycan dili idi. Xatırladaq ki, 1897-ci ildə də kürddilli 
əhalinin sayı cəmi 5,4 min nəfər idi. Bu rəqəmlərdən belə 
nəticəyə  gəlmək  olar  ki,  artıq  XIX  yüzilliyin  sonunda 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə