Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
 
~ 65 ~ 
 
soydaşlarımızın  «Həmşəri»  və  «Şahsevənlər»  məhəlləsi 
adlı yaşayış massivləri formalaşmışdı. 1913-cü ildə Bakıda 
keçirilən əhali sayımının materiallarında «pers» kimi qeydə 
alınan  Güneyli  soydaşlarımızın  sayı  47,9  min  nəfər  idi. 
Yəni  Bakıda  hər  6  nəfərdən  biri  «həmşəri»  idi.  Beləliklə, 
azərbaycanlıların  Bakı  əhalisinin  etnik  tərkibində  xüsusi 
çəkisinin  azalması  güneyli  soydaşlarımız  hesabına  xeyli 
dərəcədə  kompensasiya  olmuşdu.  Ancaq  Bakı  əhalisinin 
bütün  Azərbaycan  əhalisi  tərkibində  xüsusi  çəkisinin 
kəskin şəkildə artması şübhəsiz ki, bütövlükdə Azərbaycan 
əhalisinin  etnik  tərkibinin  Bakıya  uyğun  şəkildə 
dəyişməsinə  təsir  göstərmişdir.  Məsələn,  1897-1913-cü 
illər  ərzində  Azərbaycanda  rusların  sayı  təxminən  2  dəfə 
artmış  və  əhalinin  etnik  tərkibində  onların  xüsusi  çəkisi 
olduqca  yüksəlmişdir.  Ermənilərin  sayı  da  yeni  gəlmələr 
hesabına nisbətən daha yüksək templərlə artmış və əhalinin 
etnik  tərkibində  az  da  olsa  onların  da  xüsusi  çəkisi 
qalxmışdı.  Azərbaycanlıların,  eləcə  də  digər  müsəlman 
xalqlarının  sayı  isə  əsasən  təbii  artım  hesabına  artdığına 
görə  əhalinin  etnik  tərkibində  onların  xüsusi  çəkisi  bir 
qədər aşağı düşmüşdü. 
1914-1917-ci illərdə Rusiyanın I Dünya Müharibəsində 
aktiv  iştirakı  bütün  imperiya  ərazisində,  o  cümlədən, 
Azərbaycanda  həyat  səviyyəsinin  kəskin  şəkildə  aşağı 
düşməsinə və təbii ki, demoqrafik proseslərin pisləşməsinə 
səbəb  oldu.  Ancaq  bu  dövrün  ən  fərqli  cəhəti  isə  Rusiya 


 
 
~ 66 ~ 
 
Ordusu  sıralarına  yalnız  Azərbaycanın  xristian  xalqlarının 
(bəzi  istisnalarla),  o  cümlədən,  ermənilərin  kişi  əhalisinin 
kütləvi  şəkildə  səfərbər  edilməsi  idi.  Müsəlmanlardan 
əsgərlik əvəzinə rüsum alınırdı. Bu da şübhəsiz ki, xristian 
xalqları  arasında  müharibə  ilə  bağlı  insan  tələfatının  çox 
olmasına  və  nigah  əlaqələrinin  pozulması  səbəbi  ilə 
doğumun  kəskin  şəkildə  aşağı  düşməsinə  gətirib  çıxarırdı. 
Ona  görə  də  güman  etmək  olar  ki,  həmin  illərdə 
Azərbaycanda rusların və ermənilərin sayı xeyli azalmış və 
uyğun  olaraq,  əhalinin  etnik  tərkibində  onların  xüsusi 
çəkisi aşağı düşmüşdü. 
Qeyd  edək  ki,  Çar  hökumətinin  siyasətinə  uyğun 
olaraq, erməni millətçilərinin başçılığı ilə Qafqazın erməni 
əhalisi və Osmanlı dövlətinin ərazisində yaşayan ermənilər 
aktiv şəkildə Rusiya lehində müharibəyə cəlb edilmişdilər. 
Ermənilərdən  təşkil  olunmuş  yüksək  hərbi  hazırlığı  olan 
ordu  bölmələri  Rusiya  tərəfində  Osmanlı  dövlətinə  qarşı 
döyüşür  və  işğal  olunmuş  Türkiyə  ərazilərində  yerli 
müsəlman  əhalisinə  qarşı  soyqırım  siyasəti  aparırdılar. 
1917-ci  ilin  sonunda  Rusiyada  bolşeviklərin  hakimiyyətə 
gəlməsi ilə rus qoşunları hərb meydanlarını kütləvi şəkildə 
tərk  etməyə  başladılar  və  ölkə  Vətəndaş  müharibəsinə  sü-
rükləndi.  Eyni  zamanda  Rusiya  imperiyasının  tərkibində 
olan  xalqlar,  o  cümlədən,  Azərbaycan  xalqı  milli  azadlıq 
uğrunda  hərəkata  başladılar.  Bu  ərəfədə,  birinci  fəsildə 
qeyd  edildiyi  kimi  Azərbaycanı  «Böyük  Ermənistan» 


 
 
~ 67 ~ 
 
ideyası  üçün  hədəf  seçmiş  erməni-daşnak  ideoloqlarının 
formalaşdırdığı  erməni  ordusu  Erivan  quberniyasında  və 
indiki  Azərbaycan  ərazisində  müsəlman  əhaliyə  qarşı 
soyqırım  əməliyyatlarına  başladı.  Bakıda  hakimiyyəti  ələ 
keçirən bolşeviklərlə («26 Bakı Komissarı» kimi xatırlanır) 
ittifaqda  olan  daşnaklar  1918-ci  ilin  mart  ayında  Bakıda, 
Şamaxı və Quba qəzalarında etnik təmizləmə əməliyyatları 
apardılar. 
Bu 
əməliyyatlarda 
ermənilərlə 
birlikdə 
bolşeviklərin  və  yerli  rus-molokan  əhalisinin  silahlı 
qruplaşmaları  da  iştirak  etmişdir.  Azərbaycanlıların  ən 
kütləvi qırğınları isə 1918-1920-ci illərdə indiki Ermənistan 
ərazisində  törədilmişdir.  1828-ci  ildən  bəri  ordu  təşkilatı 
olmayan və hərbi ənənələrini unutmuş olan azərbaycanlılar 
təcrübəli  erməni  hərbi  maşınına  qarşı  hələ  çox  zəif  idilər. 
Ancaq  1918-ci  il  mayın  28-də  müstəqilliyini  elan  edən  və 
Gəncədə  hakimiyyətini  qura  bilən  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  rəhbərliyi  tezliklə  Osmanlı  dövlətinin 
hərbi yardımı ilə Milli Ordunun yaradılmasına nail oldu və 
Osmanlı 
ordusu 
ilə 
birlikdə 
hərəkətə 
keçərək, 
Azərbaycanın daşnak-bolşevik işğalı altında olan ərazilərini 
azad  etməyə  başladı.  1918-ci  il  sentyabrın  15-də  Bakı 
daşnak-bolşevik  qara-güruhunun  işğalından  azad  edildi. 
Bütün  bu  siyasi-hərbi  proseslərin  nəticəsi  olaraq, 
Azərbaycanda  əhalinin  sayı  1913-cü  ilə  nisbətən  1920-ci 
ildə 387 min nəfər və ya 16,5% azalaraq, 1.952 min nəfər 


 
 
~ 68 ~ 
 
olmuşdu
45
.  1920-ci  ildə  Azərbaycan    yenidən  bolşevik 
işğalına  uğradıqdan  sonra  ölkənin  əhalisi  sonrakı  iki  il 
ərzində  azalmağa  davam  etmiş  və  1922-ci  ildə  1.863  min 
nəfər olmuşdur
46
. Bu illər üçün Azərbaycan əhalisinin milli 
tərkibi haqqında məlumat olmadığı üçün etnoslar üzrə əhali 
itkisi  və  ya  artımı  haqqında  dəqiq  fikir  söyləmək  mümkün 
deyildir.  Ancaq  1926-cı  ilin  etnostatistik  məlumatları  və 
bəzi  başqa  materiallar  əsasında  apardığımız  hesablamalar 
təxmini də olsa, bir sıra nəticələr əldə etməyə imkan verir. 
Öncə  onu  qeyd  edək  ki,  1926-cı  ilin  məlumatlarından 
göründüyü  kimi,  bəzi  müsəlman  təriqətli  etnik  azlıqların 
etnik  mənsubiyyətinə  görə  olan  sayı  ana  dilinə  görə  olan 
sayından kəskin olaraq fərqlənir;  bundan  başqa  bəzi etnik 
azlıqlar  haqqında  1897  və  1926-cı  illər  üçün  verilən 
məlumatlar  arasında  kəskin  fərqlər  vardır.  Bu  halların 
müxtəlif  səbəbləri  vardır  və  biz  bu  mövzuya  dönəcəyik. 
Hələlik  isə  etnik  zəmində  aparılan  soyqırımın  nəticələrini 
üzə çıxarmaq və xətalarımızı minimuma endirmək məqsədi 
ilə  hesablarımız  Azərbaycanın  bütün  müsəlman  əhalisini 
şərti olaraq bir xalq kimi qəbul etməklə aparılmışdır. Həm 
də  unutmaq  olmaz  ki,  erməni  terrorçularının  soyqırım 
əməliyyatları təkcə azərbaycanlılara qarşı deyil, bütün yerli 
müsəlman xalqlarına qarşı yönəlmişdi. 
                                                 
45
 Население  СССР  1987  (статистический  сборник),  Москва  – 
1988, səh.11 
46
 Yenə orada, səh.11 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə