Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
 
~ 49 ~ 
 
laşmasına da səbəb oldu
20
.   
 
 
 
 
XI  yüzillikdən  başlamış  XIX  yüzilliyin  əvvəllərinə 
qədər  Azərbaycan  Respublikasının  ərazisi  əsasən  Güney 
Azərbaycanla  birlikdə  indiki  İran  ərazisini  də  əhatə  edən 
böyük  türk  dövlətlərinin  tərkibində  olmuşdur;  daha 
doğrusu,  Sovet  yazılı  mənbələrində  «Persiya»  və  ya  İran 
kimi  göstərilən,  əslində  isə  Azərbaycan  türklərinin  hakim 
etnos  olduğu  və  azərbaycanlı  şah  sülalələrinin  və 
tayfalarının adını daşıyan (Ağqoyunlular,  Səfəvilər,  Əfşar-
lar,  Qacarlar  və  s.)  dövlətlərin  təməlini  bütöv  Azərbaycan 
ərazisi təşkil edirdi.   
 
 
Həmin  dövrdə  müxtəlif  əhali  qruplarının  Azərbay-
candan  İrana  və  İrandan  Azərbaycana  köçməsi  Azər-
baycanın  etnik  tərkibinə  xeyli  təsir  göstərmişdir;  bu 
miqrasiyaların  bir  hissəsi  o  zamanki  şahların  fərmanı  ilə 
siyasi və bəzən də iqtisadi maraqların təmin edilməsi üçün 
məcburi  olaraq  aparılırdı.  Bəzən  İrandan  Azərbaycana 
köçürülənlər arasında irandilli qruplar çoxluq təşkil edirdi; 
bu da Azərbaycan əhalisinin etnik tərkibində onların xüsusi 
çəkisinin artmasına gətirib çıxarırdı. 
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalına qədərki 
dövrdə  əhalinin  etnik  tərkibinin  formalaşmasında 
etnolinqvistik,  konsolidasiya  və  assimilyasiya  prosesləri 
önəmli  rol  oynamışlar.  Şübhəsiz  ki,  azərbaycanlılar  və  bir 
                                                 
20
 Гейбуллаев  Г.А.  К  этногенезу  азербайджанцев,  Баку  –  1991, 
səh. 198-245 


 
 
~ 50 ~ 
 
çox  yerli  xalqlar  arasında  belə  proseslərin  intensiv 
inkişafına  dini  mənsubiyyətin  eyniliyi  həlledici  təsir 
göstərmişdir:  məlumdur  ki,  artıq  VIII  yüzillikdə  Azərbay-
can  əhalisinin  böyük  əksəriyyəti  (bəzi  xristian  təriqətli 
qruplar  istisna  olmaqla)  islam  dinini  qəbul  etmişdi.  Dini 
mənsubiyyət  birliyi  kiçik  etnosların  azərbaycanlılar 
tərəfindən  assimilyasiyasına  və  Azərbaycan  türklərinin  öz 
içərisindəki  etnoqrafik  qrupların  bütöv  etnos  kimi 
konsolidasiyasına  təkan  vermişdir
21
.  Eyni  zamanda  Azər-
baycanda  xristian  təriqətli  etnik  qrupların  ermənilərlə 
assimilyasiyası  prosesləri  də  getmiş  və  çar  Rusiyası 
dövründə daha intensiv xarakter daşımışdır. Azərbaycanda, 
həmçinin  Qafqazın  bir  çox  bölgələrində  Azərbaycan  dili 
etnoslararası  əsas  ünsiyyət  dilinə  çevrilmişdi.  Bu  da  son 
nəticədə  kiçik  etnik  qrupların  dil  assimilyasiyasına 
uğramasına  gətirib  çıxarırdı.  Belə  assimilyasiyaya 
uğrayanlar  ilk  növbədə  azərbaycanlıların  çoxluq  təşkil 
etdiyi  rayonlarda  yaşayan  müsəlman  təriqətli  etnik  qruplar 
idi.  Məsələn,  Azərbaycanda,  əsasən  də  Şirvan  bölgəsində 
kiçik qruplarla məskunlaşmış ərəb əhalisi qədim dövrlərdən 
ikidilli  olmuş,  sonra  isə  tədricən  öz  dillərini  unutmuş  və 
başqa  etnik  qruplarla  müqayisədə  daha  sürətlə  və 
bütövlüklə  assimilyasiya  olmuşlar
22
.  Hal-hazırda  Azər-
                                                 
21
 Гейбуллаев  Г.А.  К  этногенезу  азербайджанцев,  Баку  –  1991, 
səh. 403-405 
22
 Yenə orada, səh. 401-403 


 
 
~ 51 ~ 
 
baycanda  ərəb  etnonimli  adları  olan  onlarla  yaşayış 
məntəqəsi  vardır.  Ancaq  XIX  yüzilliyin  sonlarından 
başlamış Azərbaycanda ərəb dilinin daşıyıcısı və ya özünü 
ərəb hesab edən əhali qrupları qeydə alınmamışdır. İran dil 
qrupuna aid olan tatlar, tatdilli dağlılar, lahıclar və parslar
23
 
(Suraxanının  avtoxton  əhalisi)  da  azərbaycanlılarla  daha 
intensiv  şəkildə  assimilyasiya  olunan  etnik  qruplar 
sırasındadır.  Belə  ki,  əsasən  kiçik  areallarla  məskunlaşmış 
və onları əhatə edən azərbaycanlılardan heç bir mədəni-dini 
fərqləri  olmayan  bu  qrupların  da  əksəriyyəti  keçmiş 
dövrlərdən  ikidilli  olmuşdur.  Bu  etnik  qruplardan  fərqli 
olaraq,  Azərbaycanın  cənub-şərqində  və  İranın  qonşu 
rayonlarında  yaşayan  talışların,  eləcə  də  tatların  xeyli 
hissəsinin və bəzi başqa müsəlman təriqətli kiçik etnosların 
azərbaycanlılarla assimilyasiyası başlıca olaraq Sovet döv-
ründə vüsət almışdır. Bu da həmin etnosların daha kompakt 
şəkildə  və  ya  ucqar  bölgələrdə  yaşaması  və  ya  coğrafi 
yerləşməsi  (çətin  gedilən  dağ  kəndlərində  yaşamaları)  ilə 
bağlı  olaraq,  azərbaycanlılarla  mədəni-məişət  və  iqtisadi 
əlaqələrinin  intensiv  olmaması  ilə  izah  edilir.  Bununla 
yanaşı,  onu  da  qeyd  edək  ki,  Dağlıq  Qarabağ  bölgəsində, 
eləcə  də  Azərbaycanın  şimalındakı  bəzi  məntəqələrində 
yaşayan  və  Dağıstan dil qrupuna  aid olan xristian təriqətli 
kiçik  etnik  qruplar  dini  mənsubiyyət  birliyi  olan 
                                                 
23
Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, Баку – 1991, səh. 
181  


 
 
~ 52 ~ 
 
ermənilərlə  daha  sıx  təmasda  olmuş  və  erməni  dilinin 
assimilyasiyasına 
uğramışlar.  Artıq  XIX  yüzilliyin 
ortalarına  doğru  onların  əksəriyyəti  yalnız  erməni  dilində 
danışırdılar.  Bu  xristian  etnik  qruplardan  fərqli  olaraq, 
Şirvanda  yaşayan  xristian  təriqətli  tatların  ermənilərlə 
assimilyasiyası  Çar  Rusiyası  dövründə  başlamış  və  Sovet 
dövründə  başa  çatmışdır
24
.  Ancaq  Qəbələ  və  Oğuz 
rayonlarında  yaşayan  xristian  təriqətli  udilər  (kiçik  bir 
qrupu da Gürcüstanın Kvareli rayonunda məskunlaşmışlar) 
yüz  illərlə  erməni  dilinin  və  mədəniyyətinin  təsiri  altında 
olsalar da öz etnik kimliklərini və dillərini qoruyub saxlaya 
bilmişlər. 
Beləliklə,  bütövlükdə  rus  işğalına  qədərki  dövrdə 
Azərbaycanda  etnik  proseslər  əsasən  etnolinqivistik 
proseslərdən  ibarət  idi.  Bir  çox  etnik  qruplar  dil 
assimilyasiyasına  uğrasalar  da  hələ  öz  etnik  kimliklərini 
qoruyub  saxlamışdılar.  Ona  görə  də  Rusiyaya  qatıldığı 
anda  Azərbaycanın  etnik  azlıqları  daha  mozaik  tərkibə 
malik idilər. 
XVIII  yüzilliyin sonlarında hüquqi baxımdan Qacarlar 
dövlətinin  ərazisi  sayılan,  ancaq  Nadir  şah  Əfşarın 
ölümündən  sonra  (1747-ci  il)  mərkəzi  hakimiyyət  zəif 
olduğu  üçün  müstəqil  xanlıqlara  bölünmüş  Azərbaycan 
ərazisinin  şimal  hissəsi  XIX  yüzilliyin  əvvəllərində  rus 
                                                 
24
Гейбуллаев  Г.А.  К  этногенезу  азербайджанцев,  Баку  –  1991,  
səh. 185-186  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə