11
2. Təhsil anlayışı
«Təhsil müqəddəs cihaddır».
Həzrəti Məhəmməd
Amerikalı alim D.Karneqinin fikrincə, təhsil – istənilən
həyat situasiyalarında düzgün hərəkət etmək qabiliyyətidir. Bu
ifadəni bir az da müasirləşdirib demək olar ki, təhsil-istənilən
həyat situasiyalarında düzgün qərar qəbul etmək qabiliyyətini
öyrədən sahədir.
Təhsil anlayışının mənası zaman-zaman dəyişibdir.
Bəşəriyyət inkişaf etdikcə, dövrün yeni səciyyəvi cəhətləri əmələ
gəldikcə, təhsil anlayışına yeni çalarlar əlavə olunur. Təhsilin
onlarca tərifi vardır. Bunlardan biri də Ə.X.Paşayevin,
F.A.Rüstəmovun «Pedaqogika, Yeni kurs» (Bakı, 2002.)
kitabında verilən aşağıdakı tərifdir:
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə
şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf
etdirmək, onu həyata hazırlamaq məqsədi ilə müasir
standartlara uyğun olaraq müəyyənləşdirilmiş məzmunun
tədris müəssələrində mənimsənilmə səviyyəsinin qəbul
olunmuş meyarlarla yoxlanılan və hüquqi sənədlərdə təsbit
olunan nəticəsidir.
Göründüyü kimi təhsil həm vətəndaşın, həm cəmiyyətin,
həm də dövlətin mənafeinə xidmət edən sahədir. Bu səbəbdən də
təhsili həm vətəndaş, həm cəmiyyət, həm də dövlət diqqət
mərkəzində saxlayır. Bu səbəbdən də Həzrəti Peyğəmbərimiz
təhsili müqəddəs cihad hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək
ki, Peyğəmbərimizin bu fikirini Vaqner çevirərək «Bilik uğrunda
müharibə lazımdır» formasında söyləmişdir. Çox təəssüf ki,
Sovetlər zamanında cəmiyyətin bu sahəyə müdaxilə imkanı
minimum idi.
Təhsil öyrənməklə və öyrətməklə müşayət olunan
ictimai-sosial hadisə və fundamental sosial institutlardan biridir.
12
3. Təhsilin səciyyəsi
«Heç kəs sənin düşmənin deyil,
heç kəs sənin dostun deyil, hər
kəs sənin müəllimindir».
Florens Şinn
Təhsil qocalmaz, daim gərəkli peşədir. Onun böyük
əhəmiyyəti haqqında hələ bir neçə min il öncə Çin filosofu
Konfutsi demişdir: “Əgər bir illik planınız varsa, taxıl əkin.
Əgər 10 illik planınız varsa, bağ salın. Əgər 100 illik planınız
varsa, insanları öyrədin”.
Təhsil sap deyil ki, qırılanda düyüb təzədən istifadə edəsən.
Təhsil şüşədir, qırıldı məsrəfdən çıxır. Təhsildə kəsilməzlik çox
vacibdir.
Diqqət yetirməyə dəyər ki, YUNESKO-nun son
sənədlərində təhsil “xəzinə özündə” hesab edilir.
Strukturlaşmış cəmiyyətdə sosial piramidanın yüksək
səviyyələrinə qalxmaq üçün təhsil istifadə olunan yollardan
başlıcasıdır. Bu baxımdan təhsilə “sosial lift” kimi də baxmaq
olar. Bu səbəbdən də təhsilə qoyulan sərmayə gələcək inkşafa
sərf olunan sərmayə kimi dəyərləndirilir.
Təhsil sisteminin məxsusi cəhətlərindən biri də bundan
ibarətdir ki, ona edilən təsirlər (müsbət və mənfi) özünü çox gec
büruzə verir. 1920-ci illərdə təhsilə göstərilmiş qayğı 40-cı və 50-
ci illərdə öz bəhrəsini verdi. 1950-ci illərdə təhsilə vurulan zər-
bələrin nəticələri 80-90-cı illərdə üzə çıxdı. Beləliklə, təhsilə
edilən həmlələrin mənfi və ya müsbət nəticəsi dərhal yox, 30-40
ildən sonra hiss olunur.
Təhsil insanların potensial imkanlarının hərtərəfli
açılmasına kömək edən əsas vasitədir. Cəmiyyətin harmonik
inkişafına kömək edir və həm fərdin, həm də cəmiyyətin
geriqalma problemini həll edir. Nəsilbə nəsil kasıb yaşayan bir
ailənin kasıblığına son qoymanın yegənə və etibarlı çarəsi
təhsildir.
13
Təhsilləndikcə insanların intellektual səviyyəsi və
fərqlilik dərəcəsi artır. Təhsil nəinki insanın özünü, hətta insanın
cəmiyyətdə mövqeyini dəyişdirir.
Bütün bu xarici və daxili faktorları, təhsilin səciyyəvi
cəhətlərini nəzərə almadan təhsillə bağlı qəbul edilmiş istənilən
qanun və qərarların həyatda işləməsi şübhə doğurur.
A.Linkolin bir kəlamında deyir: “Bir nəfəri həmişə,
hamını bir dəfə aldatmaq olar. Hamını həmişə aldatmaq
olmaz”. Ölkənin təhsil sistemi güclü olarsa, onda heç bir nəfəri
də aldatmaq mümkün olmaz.
Azərbaycan Prezidenti Heydər Əliyevin bir kəlamında
deyilir: “Əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını
anlayarsa və qoruya bilərsə, onda ən kiçik dövlətlər belə
böyük məmləkət qədər qüdrətli olar”.
İnsanlar təhsilli olarsa, onlar öz hüquqlarını anlayar və
qoruya bilərlər. Onda dövlətimiz də qüdrətli olar. Dövlətin
qüdrətli olması üçün vətəndaşlar təhsilli olmalıdır.
Yüzbaşı Səlahəddinin bir kəlamında deyilir: «Cahil olan
ağıllının əsiridir». Təhsil insanları cahillikdən uzaqlaşdırır və
qüvvətli edir. Bu səbəbdən də H.Cavid: «Şübhəsiz, bilgidə Allah
gücü var» - demişdir.
14
4. Təhsilin məqsədi
“Bizim
təhsil
sistemimizin
məqsədi Azərbaycanın gələcək
inkişafını təmin etməlidir”.
Heydər Əliyev
Sovetlər zamanı Respublika təhsilinin qarşısında duran
məqsəd Bakıda yox, Moskvada müəyyən edilirdi. Şübhəsiz,
təhsilin məqsədi o quruluşun ali məqsədinə uyğun müəyyən
edilirdi. Biz o quruluşdan imtina etmişik. Çağdaş, müstəqil,
suveren Azərbaycan köhnə quruluşun davamı olmadığından,
yeni təhsilin məqsədini biz müəyyən etməliyik. Təhsilimizin
məqsədini
dövlətimizin
məqsədinə
uyğunlaşdırmalıyıq.
Ukraynalı professor S.Xarçenkonun fikrincə: “Müasir orta
məktəbin əhatə dairəsinin böyüklüyü və onun idarəolunmaz
artımı başa düşülən və eyni zamanda təzadlı faktorla bağlıdır:
təhsilin dəqiq ifadə olunmuş məqsədi yoxdur. Təbii ki,
məqsədsiz təhsil, nəticəsiz təhsil yaratmalıdır”. (S.Xarçenko,
“Pedaqoqika XX1 veka”, str.14).
Ona görə də təhsilin məqsədini müəyyən edərkən
dövlətçilik
mövqeyi
əsas
götürülməlidir.
Azərbaycan
Respublikasının Konstitusiyasının 12-ci maddəsinin birinci
bəndində dövlətin ali məqsədi belə təsbit olunmuşdur:
“I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
təmin edilməsi dövlətin ali məqsədidir”.
Şübhəsiz, dövlətin ali məqsədi təmin olunduqca təhsil
sisteminin bütün subyektlərinin (həm şagirdin, həm tələbənin,
həm də müəllimlərin) şəxsi məqsədləri və maraqları
ödənilməlidir.
Kim təhsilin məqsədini, təhsil sistemində çalışanların
dövlət tərəfindən dolandarılması, gənclərə attestat və diplom
verilməsi kimi başa düşürsə, o, ciddi səhvə yol verir. Belələri
təhsildə radikal addım atmağa müqavimət göstərir və onun sosial
partlayışla nəticələnəcəyi haqqında “öncəgörmüşlük”“” edirlər.
Dostları ilə paylaş: |