Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   2   3   4   5   6   7   8   9   10   ...   151

Hər axşam yatmamışdan əvvəl Gonbul öz yatağından qayğıkeş yoldaşlarının döşəkağına dürtüşdürdüyü 
bir sürü əşya çıxarmalı olurdu: sabun, zəngli saat, balıq… 
O, lazımsız əşyaların ideal alıcısı idi. Öz zarafatlarını həmişə kommersiya mənfəəti ilə birləşdirməyi 
bacaran Klif Kloson bukinistdən iki dollara aldığı "Tibb tarixi"ni Gonbula dörd dollara satmışdı. Düzdür, 
Gonbul onu heç vaxt oxumayacaqdı, heç oxuya da bilməzdi. Amma, hər halda, kitab rəfində qalın qırmızı 
kitab saxlamaqla o da özünü təhsilli hesab edirdi. Gonbulun spiritizmə olan inamı "Diqamma" üçün əsl 
tapıntı idi. O, kabuslardan qorxurdu.  Hər axşam anatomiya otağının pəncərələrində kabus gördüyünü 
söyləyirdi. Dostları isə ciddi-cəhdlə çalışırdılar ki, Pfaff imkan olduqca yataqxananın dəhlizlərində belə 
kabuslarla tez-tez rastlaşsın.  
 
 

 
"Diqamma Pi" ölkənin sürətli inkişaf etdiyi günlərdə, 1885-ci ildə tikilmiş bir binada yerləşirdi. Onun 
qonaq otağı elə vəziyyətdə idi ki, elə bil, təzəlikcə buradan qasırğa keçmişdi. Bıçaqla dəlmə-deşik edilmiş 
stullar, qırılmış kreslolar, yırtılmış xalçalar bütün otaq boyu səpələnmişdi. Onların üzərində isə kitablar, 
xokkey üçün ayaqqabılar, papaqlar, siqaret kötükləri pərən-pərən idi. 
"Diqamma"çılar külqabı əvəzinə mişarla ikiyə bölünmüş kəllələrdən istifadə edirdilər, yataq otaqlarında 
isə paltar geyinə-geyinə baxıb əzbərləmək mümkün olsun deyə, divardan anatomiya cədvəlləri asılmışdı.  
Erousmitin otağında skelet var idi. Martin öz avam otaq yoldaşları ilə birlikdə onu cərrah alətləri satan 
Zenit firmasının kommivoyajerindən   almışdı. Elə mehriban və gülərüz kommivoyajer idi ki… Tələbələri 
siqara qonaq edir, gülməli əhvalatlar danışır və onların mütləq parlaq həkim karyerası quracaqlarını 
söyləyirdi. Tələbələr də minnətdarlıq əlaməti olaraq, kommivoyajerdən nisyə skelet  aldılar…  
Sonralar məlum oldu ki, sən demə, kommivoyajer o qədər də rəhmdil deyilmiş. 
Martin Klif Klosonla, Gonbul Pfaffla və ikinci kurs tələbəsi olan ciddi bir həkimlə  – Ervinq Uoterslə bir 
yerdə qalırdı. 
Əgər psixoloqa vəsait kimi nümayiş etdirmək üçün normal insan lazım olsaydı, əminliklə Ervinq Uotersi 
dəvət edə bilərdi. O, çox küt idi. Hər zaman yüngül və davamlı kütlüklə gülümsəyən bir sarsaq. Bütün 
dünyada istifadə etmədiyi şablonlaşmış bir ifadə var idisə, o da yalnız ona görə idi ki, onu eşitmək 
Ervinqə nəsib olmamışdı. Həftənin hər günü əxlaqlı olmağı lazım bilirdi – yalnız şənbə axşamından başqa. 
Yepiskopal kilsəyə inanırdı – Ali Kilsəyə isə yox. Ervinq konstitusiyaya, darvinizmə, sistematik 
gimnastikaya və Uinnemak rektorunun dahiliyinə etibar edirdi. 
Martin Klif Klosonu  hamıdan çox istəyirdi. Yataqxanada Klif təlxək kimi tanınırdı, o, boğuq səslə gülür, 
çeçotka oynayır, mənasız mahnılar oxuyur, hətta kornetdə  də çalırdı. Bununla belə, o yaxşı adam, 


sədaqətli yoldaş idi və Martin Ayra Xinkliyə kininə, Anqus Dyuyer qarşısında vahiməsinə, Gonbul Pfaffa 
yazığı gəlməsinə, Ervinq Uotersə səmimi kütlüyünə görə nifrət etməsinə rəğmən,  canlı və axtarışda olan 
biri kimi səsli-küylü Klifə doğru can atırdı. Çünki Klifdə, heç olmasa, gerçəklik hiss olunurdu: peyin iyi 
verən təzə şumlanmış zəminin gerçəkliyi... Kliflə boks oynamaq olardı. O, tənbəki çubuğunu tüstülədə-
tüstülədə və saatlarla şahanə bekarçılıq içində mızıldana-mızıldana oturmağı xoşlasa da, aradabir onu  
beş millik gəzintiyə sürüyüb aparmaq mümkün idi.  
Və indi, Ayra öz ağır sözləri və şit öyüd-nəsihətləri ilə onları bezdirdiyi bir vaxt, Klifdən başqa kim həyati 
təhlükəyə baxmayaraq, yemək vaxtı rahib Ayra Xinkliyə bişmiş paxla tullaya bilərdi?  
Ayra anatomiya binasında da  Martinin Pottsburq xristian kollecində qəbul olunmayan ideyalarını lağa 
qoyaraq bezdirirdi. Amma yataqxanada həqiqətən də "əxlaq bəlası" idi. İnadla yoldaşlarına söyüş 
söyməyi tərgitməyə çalışırdı. Üç il geridə qalmış futbol komandasının üzvü olduqdan sonra öz soyuqqanlı 
optimizmi ilə hələ də inanırdı ki, əsl döyüş filinin nəzakətilə gənc adamlara öyüd-nəsihət vermək, məktəb 
müəllimələritək əzilib-büzülüb onları saflaşdırmaq  mümkündür.   
Bundan başqa, Ayra Təmiz Həyat Tərzi haqqında statistik məlumatlara da malik idi.  
Onun "xəmiri" statistika ilə "yoğrulmuşdu". Rəqəmləri haradan əldə etməyin onun üçün elə bir 
əhəmiyyəti yox idi: qəzetdənmi, yazışmalar haqqında hesabatdanmı, yoxsa "Gənc missioner"dəki  
bölmədənmi – bu mənbələrin hamısı onun üçün eyni dərəcədə əhəmiyyətli idi.  
– Klif, – bir dəfə necə oldusa, o yemək vaxtı dedi, – sənin kimi yaxşı bir oğlanın belə iyrənc tənbəki 
çəkdiyinə heyrət edirəm. Bilirsən ki, cərrahiyyə stoluna düşən qadınların altmış yeddi faizi, ərlərinin isə 
doxsan faizi tütün çəkir?  
– Lənət şeytana, tənbəki çəkməyib nə çəkəsidilər ki? – Klif soruşdu. 
– Sən bu rəqəmləri haradan götürmüsən? – Martin maraqlandı. 
– Onlar min doqquz yüz ikinci ildə Filadelfiyadakı tibb konfransı tərəfindən müəyyən edilib, – Ayra 
təkəbbürlə cavab verdi, – əlbəttə, sizin kimi lovğa ağıllıların gözəl günlərin birində xoşsifət və füsunkar bir 
qadınla evlənmək istəyəcəyini və öz günahı ilə onların həyatını məhv etdiyini anlayacağını gözləmirəm. 
Nə etmək olar, öz sözünüzün üstündə durun – siz, cəsur  yekəpərlər sürüsü! Mənim kimi zavallı və 
gücsüz moizəçi isə heç vaxt tənbəki çəkməyə cəsarət etməyəcək! 
O, qalib görünüşüylə çıxıb getdi və Martin ufuldadı: 
– Hərdən Ayraya görə tibbi atmaq və vicdanlı bir sərrac olmaq istəyirəm.  
– Ah, Mart, bəsdir görək, – Gonbul Pfaff gileyləndi, – Niyə Ayranı incidirsən? Axı onun niyyəti təmizdir.   
– Təmizdir? Rədd olsun! Elə tarakanların da niyyəti təmizdir… 
Beləcə öz aralarında laqqırtı vururdular, bu dəmdə Anqus Dyuer kənarda əyləşərək təkəbbürlü bir 
sükutla onları müşahidə edirdi. Bu təkəbbür Martini əsəbləşdirirdi. Bütün həyatı boyu can atdığı sənəti 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə