Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   2   3   4   5   6   7   8   9   ...   151

Martin Erousmit bu sözlərin dəqiq anlamını tam mənası ilə aydınlaşdıra bilməsə də, gəncliyinin coşqun 
çağında olduğundan bundan zərrə qədər də utanmadı. O, professor Edvardsın tənbəki tüstüsünün 
arasından dodaqaltı "tfu, lənətə gələsən!"ə bənzər nəsə  dediyini və Bramfitin sözünü kəsərək 
danışmağa başladığını eşidəndə rahat nəfəs aldı. Başqa vaxt olsaydı, Dubl lütfkar bir kinayə ilə Qotlibi 
"dəfn olunmuş işlərin ustası" adlandırar, onun başqa alimlərin yaratdığı  nəzəriyyələri dağıtmağa illər  
sərf etdiyini, özünün isə elmə yeni heç nə vermədiyini deyərdi. Amma bu gün Bramfit kimi gəvəzə 
filoloqların içərisində  antitoksiniləri  sintez etmək üçün təkbaşına gördüyü işlərə, iblisanə zövqlə öz 
müddəalarını Erlix, yaxud ser Almrot Raytın qənaətləri ilə eyni səviyyədə qoymasına görə Qotlibi 
tərifləyirdi. O, Qotlibin məşhur "İmmunologiya"   kitabı haqqında danışırdı; kitabı başa düşmək imkanı 
olan insanların doqquzundan ancaq yeddisi oxumuşdu. Bütün dünyada isə bu cür cəmi  doqquz adam var 
idi. 
Axşam miss Edvardsın məşhur ponçikləri ilə yekunlaşdı. Martin yaz gecəsinin toranlığı içində  öz 
pansionuna tərəf addımlayırdı. Qotliblə bağlı mübahisə onda qəribə bir həyəcan yaratmışdı. O, akademik 
uğurdan və kütləvi mühazirələrdən qaçaraq gecələr laboratoriyada təkbaşına işə qapılmağın gözəl ola 
biləcəyini düşünürdü. Heç vaxt Qotlibi görməmişdi, amma bilirdi ki, onun laboratoriyası əsas tibb 
korpusunda yerləşir. Martin uzaqdan görünən tibb şəhərciyinə doğru yol aldı. Qarşısına çıxan bəzi 
adamlar ehtiyatla və tələsik onun yanından ötüb keçirdilər. Martin kazarma kimi qaranlıq, meyit yarılan 
otaqda uyuyan ölülər kimi sakit görünən anatomiya korpusunun kölgəliyinə girdi. Əsas tibb korpusu öz 
qüllələri ilə uzaqdan görünürdü. Bu qaranlıq, müəmmalı, nəhəng bir bina idi. Onun qaralan divarının 
yüksəkliyində tənha işıq yanırdı. Martinin tükləri ürpəşdi. İşıq gözlənilmədən söndü, sanki, narahat 
edilmiş gecəquşu Martindən gizlənməyə çalışırdı. 
İki dəqiqə sonra adamayovuşmaz, təkəbbürlü asketin  hündür silueti tibb korpusunun daş artırmasında, 
əymə fənərin düz altında boy verdi. Onun qarabuğdayı yanaqları çuxura düşmüşdü, burnu nazik, azacıq 
donqar idi. O, evə yubanmış ailə sahibinə qətiyyən bənzəmirdi. Ətrafını görmürdü də... Siluet içini dəlib 
keçən  baxışlarla Martinə baxdı. Sonra belini büküb, bir-birinə keçirdiyi uzun barmaqlarını arxasına 
qoydu, öz-özünə donquldana-donquldana çıxıb getdi. Kölgə adam kölgələr arasında yox oldu.  
Bütün kasıb professorlar kimi onun da əynində köhnə palto vardı, amma nədənsə, o, Martinin yaddaşına 
yaxasında gümüş ulduz parlayan qara məxmər plaşla ilişib qaldı. 
 

 
Tibb fakültəsinə qəbul olduğu ilk gündən Martin Erousmitdə özündən razılıq hissi yaranmışdı. O, ali tibb 
məktəbi tələbəsi idi, buna görə də digər tələbələrdən daha romantik görünürdü; hər halda, həkimlər 
müxtəlif sirlərə, dəhşətlərə, cəlbedici qüsurlara bələd olmaları ilə məşhur idilər. Kitablarına baxmaq üçün 
başqa fakültələrin tələbələri tez-tez onların yanına gəlirdilər. Amma elm və incəsənət bakalavrı olan 
Martin özünü orta məktəbi bitirmiş, ya da ən yaxşı halda qarğıdalı zəmisinin içində itib-batan kasıb 
lüteran kollecində oxumuş həkim yoldaşlarından daha üstün tuturdu.  


Özünə inamına baxmayaraq, Martin həyəcan keçirirdi. Necə əməliyyat aparacağını fikirləşirdi – bircə o 
qalmışdı ki, səhv edib kiminsə axırına çıxasan. Meyit yarılan otaq, soyuq anatomiya korpusu haqqında 
fikir onun lap bağrını yarırdı. Duzlu su çənlərinin, cəftələrdən asılan meyitlərin saxlandığı qaranlıq 
zirzəmidə anatomiyaçıların başına gələn dəhşətlər haqqında, duzdan ölüləri çıxarıb, venalarına sülügən   
yeridən və qaldırıcı mexanizmə uzada-uzada söyən  xidmətçi Henri barədə çox şey eşitmişdi. 
…Payız günü preriyanın  sərinliyi ilə ürəkdolusu nəfəs alırdı, amma Martin heç nə hiss etmirdi. O, əsas 
tibb korpusunun qaranlıq vestibülündən keçərək geniş pillələrlə Maks Qotlibin kabinetinə tərəf tələsirdi. 
Qarşısına çıxan tələbələrə baxmır,  onlarla toqquşanda öz-özünə danışırmış kimi karıxmış halda üzr 
istəyirdi. Bu, onun həyatında möhtəşəm bir məqam idi! Martin bakteriologiya ixtisasını seçmək qərarına 
gəmişdi. Qəribə naməlum  mikrobları kəşf edəcəkdi. Professor Qotlib Martindəki zəkanı görəcək, onu öz 
assistenti seçəcək, qabaqcadan taleyini müəyyənləşdirəcəkdi…  
Martin üstünə ağzı pambıqlı sınaq boruları düzülmüş stolun yerləşdiyi şəxsi laboratoriyanın – Qotlibin 
balaca səliqəli otağının qarşısında dayandı.  Burada  qəribə elektrik lampası və termometri  olan su 
hamamından başqa qeyri-adi, sehrli  heç bir şey yox idi. Martin hansısa axmaq və pəltək tələbənin 
laboratoriya yaxınlığındakı darısqal otaqda, yazı masasının yanında durmuş qaşqabaqlı, arıq və 
soyuqqanlı Qotliblə etdiyi söhbətin bitməsini gözlədi, sonra irəli atıldı.  
Dumanlı aprel gecəsində Qotlib Martinə plaşlı atlıtək romantik təsir bağışlamışdı, indi isə orta yaşlı əsəbi 
adam kimi görünürdü. Martin onun qırğı gözlərinin ətrafındakı qırışları yaxından gördü. Budur, o, 
üzərində bir qucaq qeyd kitabçası, hesab vərəqləri və qırmızı, yaşıl xəttlərlə sıfıra qədər enən dəqiq 
qurulmuş diaqram olan stola tərəf çevrildi. Hesablamalar səliqəli, xırda və aydın yazılmışdı. Alimin 
vərəqləri bir-bir səliqəyə salan nazik əlləri də zərif idi. Başını qaldırdı və çox yüngül alman aksenti ilə 
danışmağa başladı. Qotlib sözləri yanlış deyil, nəsə qəribə tələffüzlə deyirdi, sanki, onlara səmimi və 
əcnəbi səs qarışmışdı.  
– Bəli? Nə deyirsiniz? 
– Ah, professor Qotlib, mənim adım Erousmitdir. Mən həkiməm, birinci kurs tələbəsiyəm, Uinnemak 
kollecini bitirmişəm. Bakteriologiya ilə məşğul olmaq istəyirəm, amma gələn təhsil ilində yox, elə bu 
payız. Kimyanı yaxşı hazırlaşmışam.  
– Yox. Sizin üçün tezdir. 
– İnanın mənə, əminəm ki, indi başlaya bilərəm. 
– Tanrılar adətən mənə iki cür tələbə yollayır. Birincilər göydən düşən kartof kimi başıma tökülürlər. Mən 
isə kartofu sevmirəm, elə kartofun da mənə xüsusi rəğbəti yoxdur. Amma onu götürür və pasientləri 
necə öldürəcəklərini öyrədirəm. İkinci qism… Onların sayı azdır!... Amma onlarda mənə bir o qədər də 
aydın olmayan alim olmaq, mikroblarla əlləşmək və səhv etmək ehtirası var.  Belələrini… O-o-o-o… 
Belələrini özümə tabe edir, burunlarını da yaxşıca ovuram. Əvvəlcə elmin əsas prinsipini yadda 
saxlamağa məcbur edirəm. Bu prinsip isə "səbir və şübhə et!" söyləyir. Kartofdan heç nə tələb etmirəm, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə