Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   4   5   6   7   8   9   10   11   ...   151

üçün bilik toplaya-toplaya o, hər zaman  məntiqli müdrikliyin yaxınlığında kin və boşluq hiss edirdi. 
Həqiqətə doğru aparan birbaşa və yeganə yolu görmürdü; əvəzində isə onun qarşısında həqiqətə aparan 
minlərlə yol uzanırdı – uzaq və şübhəli… 
 
III FƏSİL 
 

 
Con O. Robertşo – tibb fakültəsində fiziologiya professoru Con Oldinqton Robertşo  ağır eşidirdi və bütün 
Uinnemak universitetində yeganə müəllim idi ki, hələ də "əzmə kotlet" adlandırılan bakenbard saxlayırdı. 
Əslən Bek-Beyadan idi; bununla fəxr edir, həmişə də fürsət düşəndə bu faktı yada salaraq deyirdi: "Mən 
Almaniyada Lüdviqin yanında oxuyarkən…"  
O, öz kamilliyinə vurğun olduğundan, tələbələri ayrı-ayrılıqda yadda saxlaya bilmirdi. Ona görə də Klif 
Kloson və "şuluqçu" adı ilə tanınan digər cavanlar fiziologiya mühazirələrini böyük səbirsizliklə 
gözləyirdilər.  
Mühazirələr dairəvi auditoriyada keçirilirdi; tələbələrin oturacaqları amfiteatr formasında düzülmüşdü; 
bu düzülüş elə idi ki, mühazirəçi onun hər iki tərəfini eyni vaxtda görə bilməzdi. Doktor Robertşo qan 
dövranı haqqında nitqinə ara vermədən sağa tərəf boylanır, xəlvəti göz qoyaraq uzaqda, sol qanadda 
avtomobil uğultsunu xatırladan təhqiramiz səsi kimin çıxardığını aydınlaşdırmağa çalışırdı; bu arada isə 
Klif Kloson ayağa qalxır, əli ilə havanı yararaq, guya ki, bakenbardlarını sığallayırmış kimi onu yamsılayıb 
cin atına mindirirdi.  
Bir dəfə doktor Robertşo nəfəsli musiqinin diz refleksinin intensivliyinə təsiri ilə bağlı mövzunun 
kulminasiya nöqtəsinə təzəcə çatmışdı ki, Klif kafedranın arxasındakı əlüzyuyana kərpic ataraq bu 
hərəkətilə  bütün rekordları qırdı. 
…Martin Maks Qotlibin riyazi simvolların dərinliyi ilə onu bir o qədər də qorxutmayan elmi məqalələrini 
oxuyurdu;  bu mütaliədən sonra belə qərara gəlmişdi ki,  təcrübələr həyatın və ölümün dərinliyinə, 
bakterial infeksiyaların mahiyyətinə, üzvi proseslərin kimyəvi tərkibinə qədər aparıb çıxarmalıdır. Ona 
görə də Robertşo başağrıdan kiçik şablon təcrübələr, qarımış qız təcrübələri haqqında sərçə balası kimi 
cikkildəyəndə, Martin öz yerində qərar tuta bilmirdi. Kollecdə oxuyanda elə bilirdi ki, aydın intonasiya ilə 
oxunuş və latın əsərləri lüzumsuzdur; amma o, tibb dərslərini əsl möcüzə kimi gözləyirdi. İndi isə öz 
ağılsızlığına heyifslənərək Robertşonun primitiv qanunlarına da, az qala, bütün  anatomiyaya da 
həqarətlə baxırdı.  
Professor doktor Oliver O. Stautun özü yeriyən anatomiya, əsəb toxumasının zərif qatı, sümük və qan 
damarlarından qurulmuş cədvəl idi. Staut çox nəhəng və dəqiq biliyə sahib idi; yorucu və cansıxıcı səsi ilə 


sol ayaqdakı çeçələ barmaq haqqında faktları söyləməyə başlayanda, insan yalnız təəccüblənirdi ki, 
çeçələ barmaq haqqında bu qədər bilmək kimə gərəkdir.  
"Həkimlərə – münasib əmək haqqı axtaran və tibb assosiasiyalarında mühazirə oxumağa can atmayan 
adi həkimlərə anatomik terminləri yadda saxlamaq vacibdirmi" sualı qədər heç bir sual "Diqamma Pi"nin 
şam yeməyində qızğın və  səngiməyən mübahisəyə səbəb olmurdu. Amma bu məsələyə necə baxırlarsa 
baxsınlar, tələbələrin hamısı onlara ciddi cəhdlə imtahanlardan sürüşüb çıxmaq və bazarda saatı beş 
dollara qiymətləndirilən təhsilli adam olmaq imkanı verən adlar cədvəlini əzbərləyirdi. Naməlum 
müdriklər bu cədvəli yadda saxlamanı asanlaşdırmaq üçün şeir də icad etmişdilər. Axşamlar otuz 
"quldur" "diqamma"çı uzun və çirkli stolun arxasında əyləşərək kokildə   bişmiş suf balığını, paxlanı, 
treskadan   hazırlanmış frikadeli , banandan düzəldilmiş duzlu piroqu silib-süpürür, naşı tələbələr isə  bu 
şeir parçasını böyük yoldaşlarının ardınca təkrar edirdilər.  
Beləcə, şeirdə birinci hərflərin səslənməsi nəticəsində on iki cüt kəllə-beyindaxili əsəb sisteminin latın 
dilində adını yadda saxlayırdılar: olfaktorius, optikus, okulomotorius, troklearis və bütün yerdə qalanlar. 
"Diqamma"çılar üçün bu, dünyada  ən ali poeziya idi. Və bu mnemonik  rübai uzun illər sonra – artıq 
həkim olduqları və əsəb sisteminin adlarını çoxdan yaddan çıxardıqları vaxtda belə, onların hafizəsində 
qorunub saxlanırdı. 
 

 
Doktor Stautun mühazirələrində adətən qarışıqlıq düşməzdi, amma tələbələr bu dərslərdə əylənməyi çox 
xoşlayırdılar. Onların ən yumşaq zarafatı iki bakirə, talesiz qızın üzərində işlədiyi cəsədin içinə şax-şax 
soxuşdurmaq idi. Hələ birinci kursda oxuduqları vaxt Klif Kloson və mədəaltı vəzlə bağlı hadisə isə əməlli-
başlı tufan qoparmışdı.  
Hadisə belə olmuşdu. Klif "salamlaşma" məsələlərindəki ixtiraçılıq qabiliyyətinə görə həmin il qrup 
nümayəndəsi seçilmişdi. Çünki yoldaşları ilə əsas tibb korpusunun soyunma otağında qarşılaşarkən 
mütləq hay-küylə "Bu gün kor bağırsağınızın qurdabənzər çıxıntısı necə işləyir?" – deyə soruşardı. O, bu 
cür salamlaşmalardan tez-tez istifadə edirdi. Klif tələbə yığıncaqlarını hamı ilə öcəşə-öcəşə, həm də 
təntənə ilə aparırdı (kənd təsərrüfatı fakültəsinin tələbələrinin şimal səmtdəki tennis meydançasından 
istifadə etməklə bağlı  təklifinin rədd edildiyi iclasları), amma  adi həyatda heç vaxt yumşaqlıq 
göstərməzdi. 
Əsl tufan da tibb şəhərciyini idarə etmək üçün  himayəçilər şurası yaradılanda qopdu. Himayəçilər 
özlüyündə universitetin ali hakimiyyətini təmsil edirdilər;  Şura bankirlərdən, fabrik sahiblərindən və 
böyük kilsələrin keşişlərindən ibarət idi; hətta rektor belə onların qarşısında yaltaqlanırdı. Onların əsas 
maraq obyekti tibb fakültəsinin seksiyasıydı. Çıxışçılar alkoqolun kasıblara təsiri ilə bağlı nəsihətlər verir, 
bankirlər inad göstərib ölmək istəməyən insanların cari hesaba hörmətsizliyi haqqında danışırdılar! 
Doktor Stautun, bir də kiminsə çətirini daşıyan katibin rəhbərlik etdiyi yoxlama vaxtı ən gonbul və ən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə