Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   5   6   7   8   9   10   11   12   ...   151

elmsevər bankir öz şlyapasını hörmətlə arxasında saxlayaraq Klif Klosonun stolunun qarşısında 
dayanmışdı. Klif də elə bu an mədəaltı vəzi şlyapanın içinə atmağa imkan tapa bildi. 
Təzə şlyapasının içində iyrənc və sürüşkən bir şey tapmaq çətin ki, kiməsə xoş olaydı; bankir də onu 
görən kimi şlyapasını yerə tolazlayıb dedi ki, Uinnemak tələbələri lap yollarını azıblar. Doktor Staut və 
katib onu sakitləşdirməyə çalışdılar; şlyapanı təmizlədilər və əmin etdilər ki, bankir şlyapasına mədəaltı 
vəz atmağa cəsarət edən adam mütləq cəzalandırılacaq.  
Doktor Staut birinci kursun qrup nümayəndəsi kimi Klifi öz yanına çağırdı. Klifin qanı bərk qaralmışdı. O, 
öz tələbələrini topladı, Uinnemakda kiminsə bankir şlyapasının içinə mədəaltı vəz atdığına 
təəssüfləndiyini söylədi, sonra da  tələb etdi ki, günahkar kimdirsə, cəsarətini toplayıb ayağa qalxsın və 
günahını boynuna alsın.  
Bədbəxtlikdən Martin və Anqus Dyuerin arasında əyləşmiş müqəddəs Xinkli Klifin şlyapaya mədəaltı vəzi 
atdığını görmüşdü.  
– Bu, biabırçılıqdır! – donquldanmağa başladı, –  o, mənim "Diqamma"da ən yaxşı yoldaşım olsa belə, 
mütləq Klosonu ifşa edəcəyəm! 
– Boşla görək! – Martin onun üzünə qabardı, – yoxsa  istəyirsən ki, onu çıxartsınlar? 
– Qoy çıxartsınlar! O, buna layiqdir!  
Anqus Dyuer oturduğu yerdəcə geri çevrildi, Ayranı təpədən-dırnağa süzdü və dedi: 
– Bəlkə, dilinizi dinc saxlayasınız? 
Ayra itaətkarcasına səsini kəsdi və Martinin ürəyi Anqusa qarşı daha böyük hörmət hissi və daha 
qarşısıalınmaz kinlə doldu.  
 

 
Martinə nə üçün burada olduğu, nə üçün hansısa bir professor Robertşoya qulaq asdığı, eşşəklər və 
sehrbazlar haqqında şeirləri beyninə yeritdiyi, nə üçün gonbul Pfaff və Ervinq Uoters kimi həkim peşəsi 
öyrəndiyi ilə bağlı çaşqınlıq hissi əzab verəndə, o, "əxlaqsızlıq" adlandırdığı bir şeylə təskinlik tapırdı. 
Əslində, "əxlaqsızlıq" ən yaxşı üsul idi və adətən hər şey qonşu Zenitdə bir parç pivəyə, bir də görkəmsiz 
ucqar küçələrdə veyillənən fabrik qadınlarına göz vurmağa aparıb çıxarırdı. Amma sonra bu cür 
macəralar israf edilməmiş enerjisi və aydın düşüncəsi ilə lovğalanan Martinə faciə kimi görünürdü.  
Onun ən etibarlı tərəfdaşı Klif Kloson idi. Klif nə qədər ucuz pivə içirsə içsin, heç vaxt normal vəziyyətdə 
olduğundan daha çox sərxoş olmazdı. Klif Martinin düşüncəlilik səviyyəsinə endiyi, yaxud da yüksəldiyi 
zaman Martin də Klifin azğınlıq səviyyəsinə enər, yaxud da ucalırdı. Onlar meyxanada pivə parçlarının 
izindən parlayan stolun arxasında oturduqda Klif barmağını silkələyər və deyərdi: 


– Məni təkcə sən başa düşürsən, Mart. Şuluqluq salmağım və işgüzarlıqla bağlı söhbətlərimlə Ayra Svinkli 
kimi cahilləri hirsləndirməyimə baxmayaraq, bilirsən ki, mənim də onların pulgirliyindən və 
boşboğazlığından ürəyim bulanır. 
– Əlbəttə ki! – Martin sərxoş nəvazişlə razılaşırdı, – Sən mənim kimisən. Aman Allah, axı onlara necə 
dözmək olar: istedadsız Ervinq Uoters də belədir; ya da Anqus Dyuer kimi ruhsuz vəzifəpərəsti götür…  
qoca Qotlibi də yanlarına qoy! Əsl tədqiqatçı idealıdır! O, heç vaxt doğru görünən heç bir şeylə 
kifayətlənməyəcək. Çünki nə Şeytanı, nə də İblisi vecinə alır, gecəni səhərədək durmadan  işləyir, 
körpüdə dayanan kapitan  kimi tənha və tələbkardır, hər şeyin kökünə qədər gedə bilir. 
– Təmiz söhbət! Mən də belə düşünürəm, – Klif razılaşdı, – bir parç  da içək? Pulunu püşklə ödəyərik.   
Zenit öz meyxanaları ilə birlikdə Moqalisdən və Uinnemak universitetindən on beş mil aralıda yerləşirdi; 
çox nəhəng və gurultu salan tramvayla cəmi yarım saat gedirsən və budur, tibb fakültəsi tələbəsinin kef 
edə biləcəyi Zenitdəsən! "Mən dünən şəhərə getmişdim" sözü isə burada həmişə istehzalı təbəssümə və 
çəpəki baxışlara səbəb olurdu. Martinə yeni Zeniti Anqus Dyuer tanıtmışdı.  
Bir gün şam yeməyində Dyuer qısaca dedi: 
– Mənimlə şəhərə gedək, konsertə qulaq asarıq. 
Yoldaşlarından digər üstünlüklərinə baxmayaraq, Martin ədəbiyyat, rəssamlıq, musiqi sahəsində 
məlumatsız idi. Qansız tamahkar Anqus Dyuerin vaxta heyfi gəlmədən  saatlarla hansısa skripkaçıya 
qulaq asması onu dəhşətə gətirirdi. O, Dyuerin iki bəstəkar qarşısında səcdə etdiyini bilirdi: biri çox 
ehtimal ki, alman olan Bax, digəri isə Bethoven idi…  
Martin bir də anlamışdı ki, özü də hələ ki hər şeyi dərk etmir.  
Onlar konsertə yollananda Dyuer tramvayda öz süni ciddiliyini bir kənara ataraq dedi: 
– Eh, qardaşım, içalat içində eşələnmək üçün doğulmasaydım, yəqin ki, dahi ifaçı olardım. Bu gün səni  
cənnətə qonaq aparacağam!  
Martin balaca kresloların və böyük, qızıl suyuna çəkilmiş tağ-tavanların, nəzakətli, amma narazı baxışlarla 
baxan, dizləri üstə proqram saxlayan xanımların, aşağıda xoşagəlməz səs-küy çıxaran qeyri-romantik 
musiqiçilərin və ən nəhayət, ağlasığmaz gözəlliyin arasına düşmüşdü; bu gözəllik dağ və sıx meşələrin 
mənzərəsini gözləri qarşısına gətirir, sonra isə onları birdən-birə əzabverici bir sıxıntı əvəz edirdi.  
O, musiqinin sədaları altında düşünürdü… 
"Mənim hər şeyim olacaq – Maks Qotlibin şöhrəti, daha doğrusu, istedadı, füsunkar musiqi, bir də gözəl 
qadınlar… Lənət şeytana! Mən mütləq böyük kəşflər edəcəyəm! Dünyanı görəcəyəm!.. Doğrudanmı, bu 
zəhlətökən səs heç vaxt kəsilməyəcək?"  
 



 
Konsertdən bir neçə həftə sonra o, Madelina Foksu  yenidən kəşf etdi.  
Madelina gözəl idi. Təravətli, ağıllı, yetərincə qətiyyətli qızdı; Martin onunla hələ kollecdə oxuduğu 
vaxtlarda tanış olmuşdu. O, guya, universitetdə ingilis ədəbiyyatı kursunu dinləmək üçün Moqalisdə 
qalmışdı, əslində isə bu, evə qayıtmamaq üçün bəhanədən başqa bir şey deyildi. 
Madelina özünü yaxşı tenisçi hesab edirdi, həmişə ədayla oynayırdı, əslində isə elə də yaxşı oyunçu 
deyildi. Özünü ədəbiyyat bilicisi sayırdı; Hardi, Moredit, Houells və Tekkerey bəyəndiyi bəxtəvərlərdən 
idilər. Bununla belə, artıq beş il idi ki,  Madelina onların heç birini oxumurdu. Tez-tez Houellsi 
qiymətləndirmədiyi, flanel köynək geyindiyi və tramvaydan düşəndə əlini ona uzatmağı unutduğu üçün 
(bu şansı isə heç bir roman qəhrəmanı əldən verməzdi) Martini məzəmmət edirdi. Kollecdə onlar birlikdə 
ballara gedirdilər; düzdür, Martin rəqs zamanı bacarıqdan daha çox prosesin özündən ilham aldığını 
nümayiş etdirirdi; tərəf müqabili olan xanımlar isə adətən baş aça bilmirdilər ki, o, hansı rəqsi oynamağa 
çalışır.  
Madelinanın qədd-qamətinin gözəlliyi və həmişə yüksək əhval-ruhiyyədə olması Martinin xoşuna gəlirdi. 
Güman edirdi ki, bu qız öz enerjisi və mədəniliyi ilə ona çox yaraşır. Amma son bir il ərzində Madelina ilə, 
demək olar ki, görüşməmişdi. Adətən axşamlar onun haqqında fikirləşir, zəng edəcəyini söyləyir, amma 
heç vaxt da zəng etmirdi.  Bununla belə, hər dəfə tibblə bağlı şübhələr içini gəmirəndə Martin qızın 
canyananlığı üçün qəribsəyirdi;  
Beləliklə, yaz günlərinin birində – bazar günü Martin onu Çaluzanın sahilinə gəzintiyə dəvət etdi. 
Çayın dik sahillərindən başlayan preriya dalğalanaraq  saysız-hesabsız təpələr boyunca uzanırdı. Geniş 
arpa zəmilərində, saçaqlı otlaqlarda, cansız palıd ağaclarında və yaraşıqlı tozağacılarında insanı 
sərgüzəştlərə səsləyən qəribə bir cazibə qüvvəsi hiss olunurdu; Martinlə Madelina da düzənliklərin bütün 
gənc övladları kimi çayın sahili ilə birlikdə addımlayır və bir-birini dünyanı fəth edəcəklərinə inandırmağa 
çalışırdılar. 
Martin durmadan şikayətlənirdi: 
– Bu lənətə gəlmiş həkimlər…  
Madelina onun sözünü ağzında qoydu: 
– Ah, Martin, doğrudanmı, siz "lənətə gəlmiş"i nəzakətli söz hesab edirsiniz? 
İnsafla desək, Martin həqiqətən də "lənətə gəlmiş"də ədəbsiz heç bir şey görmürdü; bu söz xüsusilə başı 
işə qarışmış  adamlara həmişə lazım olurdu; amma qızın təbəssümü onun üçün əziz olduğundan Martin 
düşündüyünü yox, lazım olanı söylədi: 
– Yaxşı, daha deməyəcəyəm. Bizim murdar tələbələrin heç birinin elmə meyli yoxdur, sadəcə, sənət 
öyrənirlər. Bir də onların fikri-zikri sonralar pula çevirə biləcəkləri bilik qazanmaqdır. Onlar nəinki insan 
həyatının xilasının qayğısına qalırlar, heç bu barədə düşünmürlər də. Hətta fikirləşirlər necə etsinlər ki, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə